Sabirin yaradıcılığında ifşa üsulları
«Bədii ədəbiyyatda tendensiyaçılıq ümumən gözəl sənət
əsərləri, xüsusən realizm məktəbi üçün ən səciyyəvi keyfiyyət»
olduğu, Sabirin də realizm sənətinin bu xarakter xüsusiyyətinə
«biganə» qalmadığı, onun bir sənətkar kimi «təsvir etdiyi hadi-
sələr, tənqid etdiyi hədəfə qarşı» öz münasibətini bildirdiyi
qeyd edilir və eyni zamanda tədqiqatçı onun realizmində ten-
densiyaçılığın spesifik cəhətlərini üzə çıxarır. Tendensiyaçılı-
ğın təzahür formalarını araşdırır.
Şairin yaradıcılığında «a ç ı q te n d e n s i y a»nı görür.
Belə halda şair öz düşməninə qarşı öz münasbətini «gizlət-mə-
yir», onu alçaq sözlərlə «xarakterizə» edir, ifşa olunmasına «ça-
lışır»: «Belə hallarda şair öz mənfi tipləri (şah, sultan, vaiz,
zahid, tacir, kapitalist və s. ilə üz-üzə durub, bu və ya başqa si-
fətlərini açıb göstərmək üçün orijinal priyomlar tapır, heç bir
vasitəli nitqə əl atmadan müstəqim yolla fikrini deyir» (107,
s.254).
Şairin aşağıdakı misralarını nümunə götürür:
Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pisgahi-nəzəri-xəlqə tutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Bu üsulda-açıq tendensiyada bəzən müsbət lirik qəhrə-
man, şairin sevdiyi surət mənfi tipləri ifşa etmək üçün «tenden-
siyaçı şairin yerini tuta bilir» (107, s.254).
Gülxani Pənah
234
Sabirin yaradıcılığında t i p i n ö z ü n ü n ü ma y iş
yolu ilə ifşa və tendensiya üsulu araşdırılır. Bu halda ilk baxış-
dan sanki tendensiyaçılığın olmadığı düşünülür. Tədqiqatçı
«Millət necə tarac olur-olsun nə işim var?»-deyən tip haqqında
şairin heç bir söz deməsə də sözün həqiqi mənasında onu ifşa
etdiyi, tipin özünü nümayiş yolu ilə ifşaya çalışıb öz tendensi-
yaçı münasbətini gizlətmədiyi açıqlanır: «çünki tip elə sifətlərlə
çıxış edir ki, bu sifətlər onu ifşa edir. Məsələn tip deyir ki, «qoy
mən tox olum» dünya ac olsa da nə işim var, yatanları ayıltma,
mən sağ olum dünya batsın və s. belə pis niyyətli adam, əlbəttə,
bu alçaq niyyətləri ilə əsl simasını gizlədə bilmir» (107, s.255).
F i k r i n t ə r s m ə n a da i f a d ə s i yolu ilə ifşa və
tendensiya üsuluyla Sabir yaradıcılığında gülüşün «çox mənalı
və təsirli» çıxdığı, xalqının dərdinə əlac etmək istəyi açılır:
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Lay-lay bala, lay-lay,
Yat qal dala, lay-lay
«Göründüyü kimi, müsbət lirik qəhrəman elə sözlər deyir
ki, bunların hamısı-istisnasız tərs mənada başa düşülməlidir.
Yəni tərpənmə əvəzinə-tərpən, ayılma əvəzinə-ayıl!-deyən şair
elə dərin yaralara əl atır ki, bu toxunma ağrı ilə nəticələnsə də,
xəstə sağalmasını arzu edir» (107, s.255).
P a r o d i y a y o l u il ə i f ş a və t e n d e n s i y a
Sabir yaradıcılığında var. Sabirin Füzuliyə, Firdövsiyə, Türkiyə
tənzimat ədəbiyyatının görkəmli nümayəndəsi Namiq Kamala,
Seyid Əzimə, Abdulla Cövdətə, Mahmud Əkrəmə parodiyaları
məlumdur.
Onun Füzulinin şeirlərinə parodiyalar yazdığı, satirik
misralara geniş yer verdiyi, bir tərəfdən mənalı gülüş doğurdu-
ğu, digər tərəfdən də müəllifin tipə, həyat həqiqətinə və ya ha-
disəyə tendensiyalı münasibət bəslədiyi söylənir. T. Novruzov
yazır: «Sabirin parodiya yaradıcılığı Azərbaycan satirik şeiri
tarixində tamamilə yeni bir səhifədir. Bu parodiyalar tipoloji
Gülxani Pənah
235
baxımdan müxtəlifdir. Sabir böyük Füzulinin bir sıra məşhur
qəzəllərinə parodiya yazmaqla» yeni qəzəl-parodiya janrı ya-
ratmışdır. Parodiya üçün seçilən qəzəlin formasını, əsas poetik
quruluşunu, obrazlarını və ifadə tərzini, lüğət tərkibini saxla-
maq, ancaq müraciət hədəfini dəyişdirmək, ona acı və sərt bir
münasibət aşılamaq Sabir parodiyasının özünəməxsus cəhəti
kimi müəyyənləşdirilə bilər»-deyir (111, s.78).
Füzulinin
Can vermə ğəmü-eşqə ki, eşq afəti candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
misralarına Sabirin parodiya şəklində yazdığı
Təhsili-ülum etmə ki, elm afəti-candır, həm əqlə ziyandır,
Elm afəti-can oduğu məşhuri-cahandır, mərufi-zamandır.
Burada eşq sözünün «elm» ilə əvəz olunması və yaxud
qəzəlin müstəzad şəklinə salınması böyük Füzulini yaddan
çıxarmır, əksinə, dərhal yada düşür ki, satira Füzulinin qəzəlinə
parodiyadır» (107, s.256). Burada elmin mahiyyətini başa
düşməyən avam «ifşa olunur» və digər tərəfdən də onu bu
vəziyyətdə təsvir edən şair «tendensiyaçılığını nümayiş etdirir».
Sabirin parodiyanı «milli satirik poeziyaya əsaslı surətdə
daxil etdiyi» (111, s.76), parodiyalarının ciddi «ictimai-əxlaqi
hadisələrə həsr olunduğu», parodiya-təhzilin Sabir yaradıcı-
lığında «ayrıca bir janr kimi özünü göstərdiyi», bu poetik janrın
orijinal nümunələrini yaratdığı (112, s.47) haqqında tədqiqat-
çıların araşdırmaları C.Xəndandan sonra Sabir irsinə verilən
dəyərlərdir.
X o ş b ə x t l i y i b ə d b ə x t l i k h e s a b e t m ə
yolu i l ə i f ş a. Şüur dairəsinin məhdudluğundan xoşbəxt
vəziyyətindən şikayətlənən tiplərin Sabir satirasında «çoxluğu-
nu» qeyd edən tədqiqatçı avam qadının öz şair ərindən
şikayətlənməsini, savadsız kişinin oğlunun inqilabi yol tutma-
sına acığı tutmasını, elm oxuyan, siyasi mübarizələrdən başı
çıxan oğlunun xoşbəxtliyini bədbəxtlik kimi qəbul edən avam
atanın nəsihətini diqqətə çəkir və «biz bu priyomlarda bir
Gülxani Pənah
236
tərəfdən şairin bu xoşbəxtliyə münasibətini görür, digər
tərəfdən də avamın tənqidi ilə razılaşırıq» (107, s.257)-deyir.
Bu fikri müstəqim yolla şair ifadə etsəydi «şair quru nəsihət-
çilik yoluna düşər, şeirin təsir qüvvəsi qat-qat azalardı»-deyən
C.Xəndan Sabirin bir satirasından aşağıdakı parçanı verir:
Mən bilməz idim bəxtidə bir nikbət olurmuş,
İzzət dönüb axır belə bir zillət olurmuş,
Çərxin, əcəba, seyri da min babət olurmuş,
Millət ayılıb, talibi-hürriyyət olurmuş,
Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!
Yalnız, nə deyim, getdi mənim millət əlimdən,
Torpaq başıma, çıxdı bütün izzət əlimdən!
və «bu parçada görün millətdəki siyasi intibah kimi
xoşbəxtliyi bədbəxtlik hesab edən satirik tip necə ifşa olunur»
(107, s.257)-deyir.
B ə d b ə x t l i y i x o ş b ə x t l i k h e s a b e t m ə
yo l u i l ə ifşa da Sabirin yaradıcılığında əsas priyomlardan
biridir. Bədbəxtliyinə xoşbəxtlik kimi baxan, acınacaqlı vəziy-
yətə düşən adamların «yazıqlığı», «gülünclüyü» diqqətə çəkilir.
İrticanın artması nəticəsində mətbuatın bağladılması xəbərini
eşidən tip xalqın həyatında bədbəxtik olan bu hadisəyə sevinir,
«düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can» deyən tipin
əməlləri, «Bəxtəvər» satirasındakı bədbəxtliyi müsbət qiymət-
ləndirən kişinin oğlunun «şücaətinə» sevinməsi diqqətə çəkilir:
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş,
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Düşmüş idim küçədə, bir də nə gördüm, haman
Ağrısını aldığım Feyzi gəlir lap piyan,
Çatcaq urub bir qoca saili qusdurdu qan.
Gözlərinə döndüyüm, sanki bir aslan imiş,
Bəxtəvər olsun başın, baxtımız oğlan imiş! (107, s.257).
Burada tipin dili ilə «bəxtəvər olsun başın!», «ağrısını al-
dığım», «gözlərinə döndüyüm» kimi mənalı verilən ifadələr, ti-
pin sevincinə səbəb olan hadisə (piyanlıq, xüliqanlıq), xüsusilə
Gülxani Pənah
237
zəif bir qocanı vuran oğulun «qəhrəmanlığına» sevinən atanın
sevincinin gülünclüyü göstərilir. Tipin həqiqi mənada ifşası,
onun xoşbəxtlik saydığı bədbəxtçiliyə oxucunun şübhə etmə-
diyi, oxucunu «doğru yola çağırması»nın çox ibrətamiz bir
priyomla təsdiqi açıqlanır: «Bu priyomlarda da Sabirdə böyük
bir insan ürəyi duyulur, xalqın dərdlərini sağaltmaq istəyən
qayğıkeş bir həkim, həm cə cərrah arzusu hiss olunur. Bu arzu
yaraları sığal yolu ilə deyil, kəsib atmaq, yerinə duz basıb göy-
nədə-göynədə sağaltmaq istəyən və yalnız bu yolla sağala-
cağına ürəkdən inanan humanist bir vətəndaşın arzusudur»
(107, s.258).
Satiralarında t i p i n ə v ə z i n ə ş a i r i n etirafları
araşdırılır. Bir çox satiralarında konkret bir tip olmadığı, «iran-
lı», «turanlı» kimi ümumiləşmiş sözlərlə bu tiplərin adından
şairin «özü çıxış» etdiyini göstərir:
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzi hirs bizə ziynəti-təndir.
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyada əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz (107, s.258).
Bu üsüldan istifadə etməkdə məqsədinin «inandırıcılığı
artırmaq» olduğu qənaətindədir: «Yuxarıdakı misralardakı fikri
heç kəs etiraf etməz. Ən alçaq, qaniçən adam belə açıq-aydın
deməz ki, mən alçaq və qaniçənəm. «Amalımız, əfkarımız if-
nayi-vətəndir» deyə öz varlığını büruzə verən «qafqazlılar» olsa
da, bu sözü deyən şairin özüdür» (107, s.258). Yol kəsib ad
alan, qərəzi, kini ziynət hesab edən bəzi qafqazlılara şair
«mənfi münasibətini bildirir», Sabir «belə murdar sifətlərlə
lovğalanan qafqazlılardan danışir», onların dili ilə «çıxış edib
bütün bu mənfi keyfiyyətləri boynuna alsa da, onlara nə qədər
ürəkdən gülüb, tamamilə zidd cəbhədə durduğunu» nümayiş
etdirir, burada şair öz tendensiyasını gizlətməyir, satiralarında
«bu üsuldan istifadə edir».
Gülxani Pənah
238
Sabirin satiralarındakı q u r u t ə r i f y o l u i l ə if-
şa İran xalqının qəddar düşməni Məhəmmədəli şah haqqında
yazdığı, onun iç simasını açdığı, inqilabçı xalqa kömək etdiyi
şeirləri əsasında təhlilə cəlb edilir:
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Baği-şəhdə etdiyini işrət həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə! (107, s.259).
Tənqid üçün «əlverişli» bildiyi bu üslubu Sabirin «xalq-
dan öyrəndiyini» deyir: «xalq arasında çox zaman «haram
olsun» əvəzinə kinayə ilə «halal olsun» deyib sözün qüvvəsini
artırırlar. Bu bənddə «halal olsun»la bağlanan bütün sözlər tərs
mənada işlənmişdir. Şairin sənətkarlığı orasındadır ki, o əsl
məqsədinə, yəni tərif yolu ilə ifşaya müvəffəq olmuşdur» (107,
s.259). Burada şaha mənfi münasibəti müəyyənləşdirmək üçün
şahın adının təhrif olunmuş şəkildə tələffüzü (Məhəmmədəli
əvəzinə Məmdəli), eyni zamanda şeirin sözləri kinayəli into-
nasiya ilə tələffüz edilməsinə oxucunu «vadar» etmək təd-
qiqatçının gözündən yayınmır.
Kim nə deyir bizdə olan qeyrətə?
Qeyrətimiz bəllidir hər millətə!
Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrəti -milliyyəmizi atmarıq.
Əhlimizi başqalara satmarıq-
Bir quruşa, bir pula, ya bir çetə,
Kim nə deyir bizdə olan qeyrətə? (107, s.260).
Burada da şair guya qeyrətli “vətənpərəstlərdən” danışır,
əslində isə üzdə millətpərəst, vətənpərvər görünsə də, «hə-
qiqətdə isə bu cəbhənin qatı düşməni olan satqınları» ifşa edir:
«Bu satirada ifşa olunan tiplərin xalqa tam təfərrüatı ilə məlum
olan elə sifətləri təriflənir ki, biz onların bu tərifə zərrə qədər
layiq olduqlarına inana bilmirik. Məhz buna görə də bu tərifdən
güdülən əsl məqsəd oxucuya dərhal çatır, bu cür ifşa üsulu öz
işini görür» (107, s.260).
Gülxani Pənah
239
M ü ş a i r ə və m ü b a h i s ə y o l u i l ə i f ş a
Sabirin yararlandığı priyomlardan biri kimi araşdırılır. O, döv-
ründən narazılıq hissini öz qələm yoldaşları ilə «sanki müşairə»
şəklində verir, «bu və ya başqa məhdud görüşləri tənqid yolu
ilə ən böyük siyasi-ictimai hadisələrə qarşı kəskin mülahizə-
lərini deyib istədiyi obyekti» ifşa edir, gözüaçıq sənətkar həqi-
qəti xalqa çatdırmaq üçün, irticanı kəskin tənqid üçün bu üsul-
dan da bacarıqla yararlanır. M.Hadi və ya ünvansız bir şairlə
və yaxud yazıçı ilə belə müşairə apardığı şeirləri təhlil edilir.
Şah “1905-ci il inqilabından qorxuya düşüb gözdən pərdə
asmaq üçün” güzəştlər edir, xalqın nəzərini əsl siyasi məsə-
lələrdən “yayındırmağa çalışir”, siyasi dünyagörüşü məhdud
olan yazıçılar “bu güzəştləri ürəkdən alqışlayır”, hətta “qələbə
kimi tərənnüm edir”. Sabir kimi sənətkarlar isə “pərdənin
altındakı hqiqəti görür”, xalqı “inanmamağa çağırır”. «Budur,
2-ci dövlət dumasının faciəli taleyini, yəni qapandığını görən
şair ünvansız bir yazıçının fikirlərilə münaqişə edərək, «hə, de
görüm nə oldu bəs, ay balam iddəaların?» deyə bir tərəfdən
onun dar düşüncələrinə gülür, digər tərəfdə də əncüməni, məc-
lisi, mənasız ittihadı, irticanı kəskin tənqid atəşinə tutur:
Sən o deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna etiqadımız...
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız...
Pərdə açıldı nakəhan, mən deyən oldu, olmadı?
Tədqiqatçı burada təkcə bir dar düşüncəli yazıçının
tənqidini, yaxud hakim dairələrin ifşasını deyil, eyni zamanda
şairin doğru fikirlərinin tərənnümündən doğan vətəndaşlıq
hissinin, qürurun da özünü göstərdiyi qənaətindədir.
Sabir satiralarında s i y a s i - i c t i m a i h a d i s ə l ə r-
in p e y z a j l a r l a verilməsi araşdırılır. İrticanın ən şiddətli
dövründə yazdığı «Mən belə əsrarı qana bilmərəm» satirasını
nümunə gətirir: «O, burada göstərir ki, haqq deyənin dili kə-
silir, qananlar təhdid olunur, fəaliyyət göstərənlər hədələnir və
s. Belə bir dövrdə açıqdan-açığa: «Haqq sözü derkən utana
Gülxani Pənah
240
bilmirəm»-deyən şair elə oradaca əlavə edir ki, «mən günəşi
göydə dana bilmirəm». Burada günəş təşbihi nə qədər mənalı
və təsirlidir!» (107, s.264).
Onun satiralarında çoxlu sayda peyzajların olması təqdir
edilir.
Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldana bilmirəm.
Və yaxud:
Qara buludlar oynaşır indi nədir ilacımız,
Çulğəlayır bizi duman, mən deyən oldu, olmadı?
Birinci beytdə «şiddəti-seylan» məfhumunda «şiddətli
irticanın təqibi və daldalanmaq üçün bir komanın axtarılması
çox mənalı»dır (14, s.264). «Qara buludların oynaşması»,
«dumanın çulğaması» müstəqim mənada olduğu kimi məcazi
mənada da çox dəhşətli hadisələrin baş verməsinə «işarə»dir,
şair belə istiarələri işlətməklə həm real hadisəni canlandırir,
həm də bu real və mənfi hadisəyə şair kimi mənfi münasibətini
bildirir, buna görə də onun realizmi «passivseyrçi» realizm
deyil, aktiv ifşaedici və həyatı dəyişdirici realizmdir: «Bu
realizm həyatı dəyişdirmək üçün yollar göstərir, dumanların,
qara buludların dağıdılmasına ruhlandırır ki, bu da satiranın
ideya istiqamətindəki inqilabiliklə əlaqədardır. Bu inqilabi məz-
mun sözlərin seçilməsi, mənalandırılması, cümlədə yer-
ləşdirilməsi, habelə təsir qüvvəsini də istiqamətləndirir» (107,
s.265).
Sübh tüli etməmiş, vəqti-nahar olurmu ya?
Bir gül açılmaq ilə də fəsli-bahar olurmu ya?
Təbiət mənzərələrindən siyasi-ictimai fikirləri aydınlaş-
dırmaq üçün, Sabirin belə geniş istifadəsini sənətkarlıq məsələ-
ləri ilə bağlayan tədqiqatçı şairin məqsədinin ən asan yollarla
oxucunu fəth etmək olduğu, bunun üçün bu vasitələrdən də
istifadə etdiyini bildirir.
Satiralarında e y h a m v ə r ə m z lə ifşadan istifadə
edən sənətkarların senzuradan gizlənmək üçün eyhamlarla fik-
Gülxani Pənah
241
rini başa salmağa çalışdıqlarını, bundan fikrin təsirini artırmaq
məqsədilə də istifadə etdiklərini diqqətə çatdırır. Sabir isə qor-
xub çəkinmədən, hər sözü açıq deməyi ən mühüm təsir vasi-
tələrindən sayır, lakin bununla belə, o, satiralarında elə sözlərin
işlənməsinə ehtiyac hiss edir ki, onları açıq demək əxlaqi cəhət-
dən «düz deyildir», həm də ədəbiyyatda naturalizmə qətiyyən
meyl etməyən Sabirin «həcvi-qəğihə» yol verməmək üçün belə
hallarda eyhamdan istifadə etdiyini oxucu «dərhal anlayır»:
«məsələn, mollanın tərcümeyi-halını xronoloji şəkildə yazan
şair uşaqlıq dövrünü xarakterizə edərkən onun dili ilə deyir:
«vəqtə görə bir para əməl adətim idi...». Sonra oxuyuruq:
Vaqta ki, cavan oldum iyirmi beşə çatdım,
Əvvəlki işin vəqti ötüşdü, onu atdım.
Göstərdiyi digər nümunələrdə də tədqiqatçı sənətkarın
eyhamdan yerində istifadə etməsini dəyərləndirir. «Çığırma,
yat, ay ac toyuq» misralı satirasında rəmzdən çox mənalı surət-
də istifadə etdiyi söylənir:
Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,
Qazanda qayqanağa bax, ocaqdakı şərarı gör!
«Buradakı eyhamlar irtica dövrünü xarakterizə edir. Şair
eyhamla xalqı başa salır ki, ehtiyatlı olmaq lazımdır» (107,
s.267).
Sabir m ü s t ə q i m i f ş a y o l u ilə gözəl əsərlər
yazmışdır.
İnteligent ağalar, biz sizi çoxdan tanırıq.
Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!
Biz niyə məktəbi, təhsili-ülumi sevirik,-
Çünki məktəb adına bizdə xəyanət yoxdur.
Və yaxud:
Arif çalışır ki, millət azad olsun,
Zahid çalışır ki, məscid abad olsun
-misralarını yada salan tədqiqatçı onun müstəqim-açıq ifşada
satira hədəfi nisbətən konkret olduğundan təqib olunmasına
«daha əlverişli» imkan yarandığını, buna baxmayaraq Sabirin
Gülxani Pənah
242
Sultan Əbdülhəmid, Məhəmmədəli şah, Mir Haşım, Zilli-Sul-
tan və öz dövrünün onlarca bu kimi müstəqim, mürtəce, satqın
və qabiliyyətsiz adamlarını ifşa etdiyini», bu yolla ifşaya yö-
nəldilmiş satiralarında böyük siyasi-ictimai məsələlərdən danış-
dığını göstərir. «Ağzıdualı qoca baqqal» kişinin də bir uşağa
qarşı qeyri-insani münasibətini müstəqim ifşa yolu ilə verdiyi
qeyd edilir.
Bu ifşa üsulunda ifşa olunan tipin öz nitqi də mühüm yer
tutur, şair bəzən öz mənfi qəhrəmanlarının dililə (xudpəsənd,
pulgir, ruhani, müstəbid, hakim və s) onları «danışdırır», xa-
rakter keyfiyyətlərini «açıb göstərir», bunların psixoloji həyə-
canlarını açmaqla ifşa olunduqlarını bildirir:
Bir gün gələr, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim.
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərəhim, izzü şövkətim.
Əhdi pozub əkərçi mən üsyan eylərəm,
Ey dad, haray, nə növlə samanın eylərəm?! (107, s.269).
Həm ciddi, həm də satirik şeirlərində Sabirin müəyyən
qədər «həyat həqiqətinə satirik münasibət» bəslədiyi, öz
ifşaedici fikrinin bunlarda da bədii ifadəsini verdiyi qeyd edilir,
onun şeirlərini satirik və lirik deyə iki hissəyə bölməyin «çətin-
liyini» dilə gətirir: «çünki şeirlərdə ifşaedici satirik momentlər
olduğu kimi, satiralarda da qüvvətli lirika nəzərə çarpır». Onun
«Çocuq», «İnsanlar», «Səbr eylə» kimi satirik şeirlərində lirik
momentlərin «çox» olduğu, hətta bunları satirik lirik şeir
adlandırmağın mümkünlüyünü qeyd edir.
İlk lirik şeirlərində satirik ünsürləri görür: «satiralarındakı
lirik qəhrəmanın-şairin düşməni kimi tanıdığımız zahid obrazı
burada da onun qarşısına çıxır, şair deyir:
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranyə!
Yaxud:
Gülxani Pənah
243
Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrarı qanmasın!» (107, s.270).
Bütün yaradıcılığı boyu Sabirin siyasi lirikaya biganə
qalmadığı, öz tənqidi fikirlərini müəyyən dərəcədə bu janrda da
yaydığı söylənir. Tədqiqatçı şairin:
Dünkü dərvişi bu gün gör munimi-təqdirə bax,
Dünkü munim bir gəda olmuş, göz aç, tofirə bax,
Qıl cahana bir nəzər, məxrub olan təmirə bax,
Pərniyan naimləri olmuş həm-ağuşi-türab,
Ya bəni-adəm lidu lilmövt vəbnu lilxərab.
-misralarını nümunə gətirir, onun «dövrünün ictimai dərdlərini
açıb göstərmək və açıq tendensiyalı münasibətini bildirmək
mənasında bu ciddi siyasi lirik şeir ifşaedici qüvvəsilə şairin ən
kəskin satirik şeirləri ilə müqayisə edilə bilər»-deyir (107,
s.271).
İnkişaf etmiş ölkələrdə feodal patriarxal həyatı müqayisə,
elmlə cəhalətin, xoşbəxtliklə bədbəxtliyin və s. bir-birindən
fərqlənən, bir-birinə zidd aləmin real müqayisəsinin oxucunu
düşündürməyə bilmədiyini deyən tədqiqatçı «bu müqayisədə
qibtə hissi, təəssüf və təəssüf duyğuları oxucunu riqqətə, həyə-
cana gətirir, şairin alışıb yandığını görən oxucu istər-istəməz
xəyala dalır, sanki şairin lap doğru dediyi qənaətinə gələrək ona
səs vermək istəyir»-fikrindədir (107, s.271). Fikrin təsir qüv-
vəsini artırmaq üçün şairin bu m ü q a y i s ə y ol u i l ə ifşa-
dan istifadə etməsi dəyərləndirilir. Özünü millətpərəst ad-
landıran, əslində isə millətin dərdindən xəbəri olmayan tipin
etirafına diqqəti yönəldir:
Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzilü məvada tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yada tərəqqi,-
Biz də edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?
Gülxani Pənah
244
Burada irəlidə gedən millətlərlə geridə qalan milləti sa-
dəcə olaraq «müqayisə etmir», bu müqayisədə açıq tendensiya
«özünü göstərir», «geriliyi qamçılamaq üçün kinayə, hətta
tərifdən istifadə» olunur, bununla birlikdə geriliyə dözməyən
vətəndaş şairin «ürək sözləri» tam aydınlığı ilə açılır, oradakı
ictimai kədər qabarıq şəkildə gözə çarpır.
Müqayisə üsulundan Şərq ilə Qərbin, istismar dünyası ilə
istismar olunan aləmin, varlıların və yoxsulların da müqayisə-
sini verən şairin bu bir-birinə ziddə olan mənzərələri öz əsə-
rində verməsi, bu mənzərələrin ibrətamizliyi, humanist şairin
bütün bəşəriyyətin dərdini düşündüyü, uzaqgörənliyi diqqətə
çəkilir.
Atılan bombalara diskinməyənlərin «yuxusunu qaçıran»
şairin xalqın sağalmaz dərdləri ilə bağlı sözlərinin «dillər əz-
bəri» olması, aforizmlərinin xalq yaradıcılığı nümunələri kimi
yayılması dəyərləndirilir.
Tədqiqatçılar Sabir satirasının sosial-estetik məzmununu
araşdırarkən onun ideyalarının «milli» olmaqla yanaşı «beynəl-
miləl mahiyyət» də daşıdığını görür. A.Şaiq «Bizi füsunkar
təsiri ilə məftun edən pozuq mühitlə Sabirin ictimai idealı
arasında olan təzaddır. O, bu qorxmuş, əskilmiş mühiti idealına
uyğunlaşdırmaq, onun nöqsanlarını açıb göstərməklə yeni bir
mühit, başqa bir aləm yaratmaq üçün çalışdı. O,...məhkumları
müdafiə edir, onlara səadət və hürriyyətini anladır. Onun kəskin
bir dil ilə tənqid etdiyi yonulmamış insanlara qarşı qopardığı
qəhqəhələri ruhundan qopan acı fəryaddan başqa bir şey de-
yildi. Onun həcvi əsrinin acı həqiqətlərini tərənnüm etdiyi kimi,
bəşəri xəstəlik və nöqsanları da geniş qanadları altına almışdır»
(113, s.49; 111, s.33)).
Sabir yaradıcılığında satirik kontrast araşdırılır. Ayrı-ayrı
sözlərdən, tərkib və ifadələrdən tutmuş tam bir mənzərənin də
köntrastını yaratmaqda «çətinlik çəkməyən» şairin «belə mən-
zərələri o qədər dolğun və təsirlidir ki, oxucunu sarsıdır, düşün-
dürür, həyəcanlandırır. Baxın, zidd siniflərə bölünmüş cəmiy-
Gülxani Pənah
245
yətin kiçik bir mənzərəsində nə qədər böyük fərqlər və
ziddiyyətlər vardır:
Vəqta ki, əsas olur mürəttəb
Məcmuəyi-nazu nemət ilə,
Sərsüfrədə səf çəkir müəddəb
Eyzən nucəba mətanət ilə,
Dərvazədə əhli-fəqr-»Ya rəb!
Ya rəb!..» çağırır zəlalət ilə,
Sərsüfrədə dadlı-dadlı şərbət,
İçdikcə qonaqlar əldə fincan,
Dərvazədə həsrətü nədamət,
Olduqca nəsibi-müstəməndan-
Yad et məni, qəmli-qəmli yad et! (107, s.273).
Burada bir tərəfdə keflə məşğul olan nücəba, o biri tərəf-
də zəlalət ilə fəryad edən «əhli-fəqr» arasındakı fərqin sadəcə
təsviri ilə kifayətlənməyən şairin hadisəyə öz tendensiyalı
münasbətini bildirməsi də açıqlanır: «Bu münasibətin məzmu-
nunu dərk etmək üçün «Yad et məni, qəmli-qəmli yad et!»
sözlərini yada salmaq kifayətdir» (107, s.274).
«Artmaq-azalmaq», «açılmaq-qapanmaq» kimi sözlərlə
yaratdığı («məktəb artdıqca azalmaqda idi hörmətimiz,//O açıl-
dıqca qapanmaqda idi sənətimiz») kontrastlar, sadə, əslində isə
mürəkkəb və siyasi («Məst ikən mən hələ, huşyar oldun, //...
məni yox etdin, özün var oldun»; «Gözlülər başladılar ağla-
mağa//Korlar da ona xəndan oldu...») kontrastlar araşdırılır.
Burada «gözlü-kor, ağlamaq-xəndan kimi kontrast ifadələrin
dərin siyasi mənaları ifadə etmək üçün işlədildiyi, «gözlülər»
sözünün siyasi hadisələrin faciəli aqibətini başa düşən ağıllı
adamlara aid olması, «kor» məfhumunda isə onların, rəqiblərin
verilməsinin «aydınlığı», faciəyə gülən adamlara şairin mənfi
münasibətini gizlətməməsi üzə çıxarılır:
Şairin:
El çəkir namımı min lənət ilə,
Mən elə yad edirəm rəhmət ilə.
Gülxani Pənah
246
Nə elin lənətinin bir kəsəri,
Nə mənim rəhmətimin bir əsəri;
Mən nə müstəvcibi-lənəm, zira,
Nə də el rəhmətə, qüfranə, səza.
Şair bü şeirdəki kontrastın izahını verir: şair demək istə-
yir ki, el məni başa düşməyib lənətlə qarşılasa da, mən onu
rəhmətlə yad edirəm. Bu nahaq hücumların mənə təsiri yoxdur.
Avamlıq üzündən mənim doğru tənqidlərimi də başa düşmür-
lər. Mən lənətə layiq deyiləm, nahaq hücumuna görə eli də
bağışlamaq olmaz. S ö z l ə r i n t ə h r i f o l u n m a s ı
yolu i l ə düzələn (məsələn, Məhəmmədəli sözünün «Məmdə-
li», «Odessa» əvəzinə «Ədəs», «rus» əvəzinə «urus» dialektlər-
dəki ifadə tərzini əsas götürməklə (məsələn; bərkizdi,
hələhəlbət, bəyə, ölübə və s) düzələn şeirlərində Sabirin qüd-
rətli sənətkarlığı, şüurlu surətdə edilən təhriflərdə Sabirin dili-
nin aydınlığı, səlis və ahəngdarlığı, bu dilin şeirin musiqisini,
ritmini yaratmaqda çox mühüm rol oynadığı kimi, satiranın
tələblərinə də cavab verdiyi, şairin söz seçməkdə də bacarıq və
istedadı üzə çıxarılır.
N ə s i h ə t v ə m ə s l ə h ə t y o l u i l ə yranan sati-
ralarındakı mövzu dairəsinin müxtəlifliyi, rəngarəngliyi açılır.
Belə satiralarda «çoxlu tip iştirak» edir, hər kəsin öz qabiliy-
yətinə, şüuruna və zövqünə görə nəsihət versə də şairin «aktiv
tendensiyaçı səsi» eşidilir: «bəzən nəsihət verən, bəzən onu
dinləyən, bəzən də hər ikisi ifşa olunduqda biz şairin bu maraqlı
priyomunda da onun sənətkarlıq qabiliyyətini görürük» (107,
s.278).
Sabirin yaradıcılığına məxsus olan sadəlik, dərinlik, ak-
tuallıq, reallıq, xəlqilik, forma rəngarəngliyi, ideya aydınlığı,
tipiklik, orijinallıq və s. kimi məziyyətlər nəsihətlərdə də var,
onları zənginləşdirən yeni keyfiyyətlər «çoxdur»: «Bunlarda ən
çox nəzərə çarpan bir xüsusiyyət var ki, sözlər tərs mənada
deyilir, beləliklə də, məsləhət görülən keyfiyyətlər mənfi xarak-
ter daşıyır... Mənfi keyfiyyətli nəsihət və ya məsləhət doğrudan
Gülxani Pənah
247
da o qədər mənfi olur ki, bunun məsləhət və ya nəsihət yolu ilə
aşılana biləcəyinə heç kəs, hətta dar düşüncəli, avam və sa-
dəlövh adamlar da inana bilməz. Məhz buna görə də hər hansı
bir oxucu nəsihət olunan keyfiyyətin aşılanması, yayılması və
ya müdafiə olunması deyil, satiraya tutulub aradan qaldırılması
haqqında şairin məqsədini dərhal başa düşür» (107, s.278).
Onun «Uşaqlara» satirasındakı məsləhətə diqqəti yö-
nəldir:
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, tala ta qorxuya düşsün zərərindən,
Söy ağzına cürətlə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
Çıxsın canı, satsın qabı, qazanı, uşaqlar!
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
Burada uşaqları mənfi keyfiyyətlərdən şairin uzaqlaşdır-
maq istəyi, bu mənfiliklərə qarşı mübarizə aparmaq istəyi üzə
çıxarılır.
Sabirin «Ata nəsihəti» əsərindəki Atanın oğula
Küçədə tullan ay oğul, sənətin olmur olmasın.
Və yaxud, Oğulun ataya:
Gündə bir arvad al, boşa, qeyrətin olmur olmasın.
ünvanlanan nəsihət və məsləhətini, münasibətini «çox yanlış və
zərərli tərbiyənin nəticəsi» kimi qiymətləndirən tədqiqatçı
şairin «Küpəgirən qarının qızlara nəsihəti» satirasında «məkr və
hiylədə cin və şeytanları kölgədə qoyan» qarının, «Bir ər ki,
vəfadar ola aləmdə tapılmaz» ruhlu fəlsəfəsinə əsaslanaraq
gəlinə verdiyi məsləhəti («ərə qarşı oğurluqdan tutmuş israf-
çılığa qədər nə bacarırsa etsin»- C.X), tərbiyə üsullarının «bir
həqiqət» olduğunu açıqlayır, şairin «bu həqiqəti tam çılpaqlığı
ilə göstərdiyi üçün, acı görünür, çünki o, əslində acı və
dəhşətlidir. Şeirin qüdrəti də məhz bu həqiqətin mahiyyətini
göstərməsindədir»-deyir (107, s.280).
Şairin «Get yuxuya, durma, a qardaş hələ!», «Durma,
yıxıl yat hələ, Fahrat kişi», «İndi bir az dincəl, baş qoy yatağa,
Gülxani Pənah
248
millət» və s. kimi «məsləhət və nəsihətlərilə ayaqları buxovla-
yan, gözləri tutan, ağızları yumanlar, zorakılar aləminə toxunan
Sabirin bu tiplərə qarşı öz diliylə dediyi məsləhət və nəsihətləri
də «ibrətamizdir», bu tipli şeirlər dar «ailə-məişət çərçi-
vəsindən» çıxıb, böyük ictimai-siyasi hadisələri «əhatə edir»
(«Osmanlılar, aldanmayın, allahı sevərsiz» satirası), nəsihət və
məsləhətlərindəki çağırış ruhu «qüvvətlidir», «Molla Nəsrəd-
din»ə xitabən yazdığı nəsihətlər, inqilabçılara verdiyi məsləhət-
lər, uşaq şeirlərinin sonunda irəli sürdüyü «tərbiyəvi-didaktik»
fikirlərin əsas olduğu bu mövzular «onun humanist fikirlərini
çatdırmaq üçün ən əlverşli»dir.
Sabirin ə n g e r i d ə q a l m ı ş l a r ı n q a y ə s i n i
t ə s d i q y o l u i l ə yaranan satiraları vardır. Ən geridə qal-
mış adamların qayələri «çox zaman tipin daxili aləmini açma
yolu ilə» verilir, tip «öz gülünc qayəsini təbliğ və ya müdafiə
etdikcə oxucunun nəzərində «ifşa olunur»:
Yaşamaq istərisək dəhrdə əmniyyət ilə
Elmə, fənnə, idəbayə baxalım nifrət ilə.
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə,
Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız,
Yaşamaq istərisək sırf avam olmalıyız!
«Öz avamlığı ilə fəxr edən, mədənilərə gülən, beləliklə də
özünə bütün aləmi güldürən tiplər «şairin yaşadığı dövrdə çox-
dur», Sabir «belə adamların ən geridə qalmış qayəsini təsdiq
yolu ilə» onları ifşa edir.
Müsəlman geriliyindən iki əlli yapışanlara nifrətlə yana-
şan, bu qayə və düşüncəyə bütün varlığı ilə gülən Sabirin:
Ölkəni seyr edərək hər cürə insan görürük,
Ancaq öz nəfsimizi pak, müsəlman görürük (107, s.282).
misralarında «geridə qalmış, «pak müsəlman» nəfsli
adamların «din pərdəsi altında törətdikləri rəzalətləri də, bu
pərdəni yırtmaq deyil, tamamilə götürüb atmaq yolu ilə» açıb
Gülxani Pənah
249
göstərdiyini bildirir. Bu priyomla düzələn satiralarda satira
hədəfinin dəyişməsi ilə gülüşün də xarakterinin dəyişdiyini
(gah təriz, gah kinayə, gah da lağa çevrilməsi) bildirir, «Oxut-
muram, əl çəkin» satirasını təhlil edir. Buradakı atanın öz fik-
rinin gülünc də olsa müdafiəyə qalxması, canfəşanlıq edib,
dəlillər gətirməsi «şairi qızışdırmır, əksinə o, bu qızğınlıqda
məqsədinə çatmaq üçün daha asan yol görür və tipi bir daha
coşdurur:
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə,
Yatmaram əsla belə dinə dəyər sözlərə!
Bir kərə qan, müxtəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Beləliklə, biz dövrü üçün ən geridə qalmış fikirləri müda-
fiə edən bu kimi adamlara həm gülür, həm də kədərlənirik»
(107, s.283-284).
Tədqiqatçı s a d ə l ö v h c ə s i n ə ö z ü n ü b i l m ə
m ə z l i y ə q o y m a y o l u i l ə i f ş a y a Mollanəsrəd-
dinçilərin çoxunda rast gəldiyimizi söyləyir:
«Hamıya məlum olan və ya olmayan həqiqətlər elə təsvir
edilir ki, guya tip bunları bilmir. Məsələn, cəllad baş kəsir, tip
isə sual verir ki, niyə baş kəsir? Bunu tipin bilə-bilə və ya
bilməyə-bilməyə deməsi həm gülüşə səbəb olur, həm də müəy-
yən həqiqəti üzə çıxarıb ifşa edir» (107, s.283).
Şairin bu tipli satiralarda mütləqiyyəti ifşa məqsədini
güddüyü də qeyd edilir. Şah tərəfindən heç bir azadlığın verilə
bilməyəcəyinə inanan və bunu oxucularına da başa salan şair
satirada açıq tendensiya yolu ilə getmiş, guya sadəlövhlərin
köməyinə çataraq yazmışdır ki:
Yox bu işin başqa bir hikməti ya mikməti,
Əyri otur, düz danış, vazeh edək söhbəti,
Bir kərə al boynuna: var yazığın nikbəti,
Şah cavanbəxt isə bəs nə səbəb milləti-
Həftədə bir aldadır, gah neçin verməyir,
Gülxani Pənah
250
Bircə bu məşrutəni şah neçin verməyir!
Gah verir filməsəl, gah neçin verməyir?
Bu şeir sənətkarlıq cəhətdən doğrudan da bir aləmdir.
Həqiqətən siyasətdən başı çıxmayan bir tipin dililə xalqın mə-
nafeyini bu aydınlıqla ifadə etmək ciddi yaradıcılıq qabiliy-
yətidir» (107, s.283).
Tədqiqatçı burada «neçin verməyir?»-sualını tipin özünə-
məxsus bir əda ilə çox mənalı bir formada əsaslandırdığını
(«verməyir, bir hikməti var, sirri var»), burada «var» sözünün
təkrar yolu ilə iki dəfə işləndiyini, yaxud sonrakı misralarda
folklordan istifadə yolu ilə «əyri otur, düz danış» ifadəsindən
istifadənin satiranın gözəlliyini artırdığını, dilin təsirli və bədii
çıxmasına «kömək etdiyini», həm də sözlərin seçilməsini, tipin
şüur dairəsi və biliyini nəzərə alıb, eyni zamanda «müvafiq
vəzndə» yazmağı da lazım bildiyini söyləyir.
Böyük ictimai-siyasi hadisələrə bu priyomla münasibə-
tinin bildirilməsinə Mollanəsrəddinçilərin çoxunda rast gəlin-
diyini deyən C.Xəndan, bu cəhətdən C. Məmmədquluzadənin
«İranda hürriyyət»ini nümunə gətirir. C. Məmmədquluzadənin
bu hekayəsində «məktub yazdırıb hürriyyət payını göndəril-
məsini xahiş edən tipə güldüyü kimi, Sabir də bir il qabaq
«Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət» misrası ilə
başlanan məşhur satirasında o priyoma əl atmış, siyasi hadisə-
lərin əsl mahiyyətini guya bilməyən sadəlövh bir tipin dililə
fikrini oxuculara çatdırmışdır» (107, s.284)-deyir.
Tip hürriyyət adını eşidib üzünü görmədiyindən «bir loğ-
ma yeyib oxqay» demək istəyir, İranda baş verən hürriyyət
haqqında real fikir söyləməsə də, yuxuda gördüklərindən danı-
şır («yığıb da doldururlar kisə-kisə bağlanır möhkəm»), bura-
dakı «bağlanmaq» məfhumu «təsadüfi işlənməyir», bu «hürriy-
yət xurması»nın hər adamın əli çatan ağacda olmadığını, ona
görə də «bu halvanın şövqündə olanların» ondan bir pay ala bil-
mədiyini deyən tədqiqatçı, «realist şair yuxarıdan verilən
Gülxani Pənah
251
«azadlığın» əsl mahiyyətini açmaq üçün, bu üsuldan elə
məharətlə istifadə etmişdir ki, onun dililə həm müstəqim, həm
də məcazi ifadələrlə tənqid hədəfi hörmətdən salınmışdır.
Nəticədə hürriyyətdən: «Kəmaliyəs ilə məhrum olub bir yanda
əyləşdim» (107, s.284)-deyir.
Tədqiqatçı «tay-tay hürriyyətin» yükləndiyi gəmiyə
asılan bayrağı görən satirik qəhrəmanın fikirlərini nəzmə çəkir:
Oxurkən xətti-məlum oldu kəştibani-qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət.
Xuruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: var hürriyyət.
Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay hürriyyət!
Bu misralardakı «bir-birindən gözəl məna, siyasi təfək-
kürün həyatiliyi, tendensiyaçılığın inandırıcılığı»nın oxucunu
valeh etdiyini, şeirdəki təşbihlərin, məcazların, peyzajların və s.
yerli-yerində işlədildiyini dəyərləndirir.
Digər satiralarında olduğu kimi burada da mücərrəd məf-
hum deyil, konkret həyati hadisələr və müəyyən siyasi fikirlər
«söylənilir», şairi İran inqilabındakı müvəffəqiyətsiz addımlar
«düşündürür» və «belə bir üsuldan istifadə edərək hürriyyətdən
gözlədikləri şirinlik əvəzinə acılıq alan adamların ictimai kədər-
lərinə «yanır». “Bir çox satiralarda olduğu kimi, burada da şair
«Ağlar güləyən» kimi çıxış etmişdir» (107, s.285).
Ciddi siyasi məsələlərin «sadəlövhcəsinə izahı ilə yanaşı»
şair «adi görünən sadə məsələləri də bu yolla izah edib tipin
avamlığına qəh-qəhə ilə» gülür («Vah!.. Bu imiş dərsi -üsuli-
cədid?!»): «tipin sadəlövhlüyü o dərəcəyə çatır ki, müəllimin
dərsi uşağa yazdırması, onları çıxardıb gəzdirməsi, mahnı oxut-
ması və elm öyrətməsi onun həyəcanına, hətta özündən çıx-
masına səbəb olur:
Düz yeri bir yup-yumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,
Ay dolanır, göy dayanır, gün yanır,
Gülxani Pənah
252
Kafirə bax, gör nə bədimandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!» (107, s.285).
Burada şair təkcə tipin gülünclüyünü göstərməyi «qarşısı-
na qoymur», eyni zamanda «iki aləmin müqayisəsini verərək,
geriliyə, cəhalətə ürəkdən gülür»- (107-285). Digər satirasında
uşağının nalayiq hərəkətlərindən zövq alan, bu yolla tərbiyəni
məktəbə qarşı qoyan avam ananın sadəlövhlüyü, onun gözəl
gələcək yetişdirən məktəbə qarşı çıxdığından gülüş hədəfi kimi
seçilməsi, şairin bu qadının simasında «məktəbin və elmin
qədrini bilməyən avam analara gülməsi», eyni zamanda gələcək
üçün belə anaların avaralar, tüfeyli, əməklə bağlanmayan
boşboğazlar nəslini yetişdirməsindən şairin nigaran olması,
Sabirin bu dərdləri sağaltmağa çalışması, onun uzaqgörənliyi,
bu günlə səsləşən arzu və istəkləri açıqlanır.
Sabir k e ç m i ş i i d e a l i zə e d ə n l ə r i n y o l u
i l ə i f ş a priyomlarından da məharətlə yararlanırdı. Keçmişi
idealizə edən adamların onun satiralarında mənfi keyfiyyətlərilə
nəzəri cəlb etdiyini deyən tədqiqatçı öz şəxsi mənafelərini
güdən adamların xalqın avamlığından istifadə edib öz mal-
mülkünü onları çapıb talamaqla artırdığını, harınladığını, indi
isə zəmanə dəyişdiyindən, o gəlhagəl olmadığından keçmişi
yada salıb heyifsləndiyini və bu adamların «dövrün mürtəce
adamları» olduğunu, belə adamları tipik, real və satirik planda
vermək üçün Sabirin seçdiyi boyaların «çox rəngarəng və key-
fiyyətli»liyini açır. «Bunlar o qədər keyfiyyətlidir ki, üzərindən
yarım əsrdən artıq bir zaman keçməsinə baxmayaraq, öz təra-
vətini itirməmiş, elə bil ki, bu gün çəkilmişlər.
Sabirin:
Ax, necə kef çəkməli əyyam idi,-
Onda ki, övladi-vətən xam idi!
Öz həqi-məşruini bilməzdi el,
Çöhreyi-hürriyyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Gülxani Pənah
253
Qəztəyə, jurnala əyilməzdi el,
Daim eşitdikləri övham idi,
Ax, necə kef çəkməli əyyam idi! (107, s.287).
misralarında ifşanın çox qüyvvətli çıxması, öz şəxsi səadətini
elin fəlakəti üzərində qurmaq istəyində olan tipin «yaraları»nın
açılması, şairin tipin psixologiyasını vermək üçün yaxşı «vəzn
seçimi», nidalardan məharətlə «istifadə»si açıqlanır: «Ax, necə
kef çəkməli əyyam idi» misrasında sözlərin düzülüş tempi, bu
kompozisiyada sözlərin «yaratdığı ahəng, məna və həyəcan»ın
tipin bütün daxili aləmini, arzu və istəklərini, eləcə də bu günə
münasibətinin açılmasına kömək etdiyi göstərilir.
Şairin keçmişi idealizə edən satirik qəhrəmanlarının ha-
mısının «özünü xalqa qarşı qoyduqları üçündür ki, çirkin və ey-
bəcər görünürlər» deyən tədqiqatçı «şair çox real həyati faktlar
əsasında tarixin təkərini geri döndərməyə çalışanların müasir
cəmiyyət üçün artıq adam olduqlarını göstərib, eyni zamanda
onları bu günə qarşı qoyur» (107-287) fikrini irəli sürür.
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,
Səd heyf keçən gün!.. (107, s.287).
Bu tiplərin həmişə ah-fəryad etmədikləri, eyni zamanda
«əxlaq dərsi» verdiklərini də görən tədqiqatçı
A kişi, bundan əzəl xalqda hörmət var idi,
Binəva mollalara hörmətü izzət var idi
-misralarını nümunə gətirir, burada «binəva mollaları» xalqa
tanıtmaq üçün şairin onların eyiblərini örtən «pərdəni qaldır-
dığı», onların murdar niyyətlərini öz sözləri ilə ifşa («Rahət
idim ki, bu xalq içrə cəhalət var idi»; «ax!..ax! ..Ey keçən
günlərim! Vay mənə!») açıqlanır, xalqın gözü bağlı qalmasını
istəyən tipin pis niyyətinin biabırçı şəkildə açıldığını, ağlı
başında olan hər kəsin o çirkin niyyətə səs verməyəcəyini bil-
dirir. «Məsələn, keçmişin yaxşı cəhətlərini sayan tipin dili ilə
şair bilə-bilə keçmişdəki belə halları da yada salır: «Ağa hər
yana ki, anqır desə, xalq anqırırdı». Bu təhqirə təkcə mollanın
özü bəraət qazandıra bilər ki, bu da şairin qələbəsi deməkdir».
Gülxani Pənah
254
Bu xüsusiyyətin şairin təkcə bu priyomları üçün deyil,
bütün yaradıcılığı üçün «səciyyəvi» olduğu göstərilir.
T ə r ə n n ü m və y a x u d k ö h n ə l i yi i n k a r
və y e n i l i y i t ə s d i q y o l u i l ə yaranan satiralarını
araşdırır. Onun yaradıcılığı təkcə “ifşa və inkarla məhdudlaş-
mayır”, pisi inkarla yanaşı yaxşını da təsdiq edir, bu da «müs-
təqim yolla, yaxud da dolayısı ilə (satirik misralar arasında
nəzərə çarpan lirik misralarda) tərənnümdə» özünü göstərir.
Sabirin satiralarında tərənnüm yolu ilə ifşanın çox mühüm yer
tutduğunu bildirən tədqiqatçı «Bakı fəhlələrinə» adlı satirasın-
dan
Bu çərxi-fələk tərsinə dövran edir imdi.
Fəhlə də özün daxili-insan edir imdi.
-misralarını nümunə götürür: «Çərxin tərsinə dövran etməsi və
fəhlənin özünü insan sayması faktı şair tərəfindən yeniliyin
təsdiqi kimi tərənnüm olunur. Əgər bir anlığa təsəvvür etsək ki,
bu sözlər kapitalist tərəfindən yox, şair tərəfindən deyilir, o
zaman buna satira deyil, ciddi-siyasi lirik əsər kimi qiymət ver-
mək lazım gələrdi. İdeyanın, həm də cəmiyyətin obyektiv icti-
mai qanunları tərəfindən yaranan qabaqcıl ideyanın təsdiqi
Sabirin satiralarında çox zaman tərənnüm yolu ilə gedir» (107,
s.288-289).
Şairin digər satiralarına müraciət edən tədqiqatçı «Baş
tutdu müəllimlərin iclası, siyezdi» misrasında hadisəyə iki cür
münasibəti təyin etməyin «çətin olmadığı» qənaətindədir: «şair
sevinir ki, iclas baş tutmuş, cahil kədərlənir ki, niyə baş tut-
muşdur. Birinci tərənnüm hissi doğurduğu halda, ikinci fikir
satira atəşinə tutulur». Satira bu iki fikrin coşmasını təmsil etdi-
yini, «eyvay», «əfsus, səd əfsus»-deyib başına döyən satirik
qəhrəmanın müəllimlərin «qız məktəbi təşkil edəcəklərini»,
«hər şəhərdə bir sənət məktəbi açacaqlarını», «ana dilində dərs
kitabları» yazacaqlarını, «sünni-şiə» məsələsini aradan qaldı-
racaqlarını təsəvvür etdikcə alışıb yandığını və beləliklə də,
«dünyanı özünə güldürdüyünü», şairin isə zərbənin hədəfə
Gülxani Pənah
255
sərrast dəydiyini görüb sevindiyini, müəllimləri daha ciddi
məsələlərin müzakirəsinə «ruhlandırdığını» bildirir.
Tərənnüm hissinin satiralardakı təzahüründə də «bir rən-
garənglik» görən tədqiqatçı belə satiralarda gah şairin «bitərəf»,
bir müşahidəçi kimi hadisələrin təsvirini verdiyini, gah tipin,
gah da lirik qəhrəmanın dili ilə hadisələrə «müdaxilə» etdiyini
görür.
Şairin satiralarında ifadə olunan və onların əsas xüsusiy-
yətlərindən birini təşkil edən nikbinliyin də qüvvətli tərənnümlə
əlaqədar olduğu qeyd edilir və «Qabla dəxi marfaşını, Mir Ha-
şım!» kimi satiralarda inqilabın açıqdan-açığa tərənnüm edildi-
yi, inqilabın düşməni Mir Haşımın qorxuya düşüb qaçmasının
inqilabçıların qələbəsi kimi şairi sevindirdiyini görür. «Qəm
rahnümun oldu, mənimki belə düşdü» satirasında isə hadisənin
satirik qəhrəmanın dili ilə söylənilməklə «onun nikbin hisslə-
rini deyil, kədərini» ifadə etdiyini, bu bədbinliyin özündə də bir
nikbinlik (mənfi tipin kədəri lirik qəhrəmanın sevinci kimi ve-
rilir) olduğunu söyləyir: «şeirin hər bəndində iki hissin ifadəsi
kompozisiyada da nəzərə çarpır. Hər bənd mənfi tipin kədəri ilə
başlanır. Lirik qəhrəmanın isə sevinci ilə bitir. Şair kədəri bir
vəzndə, sevinci isə başqa bir vəzndə versə də, bədii vəhdət
pozulmur» (107, s.290).
Nümunə gətirir:
Heç faidə-bəxş olmadı tədbirlərim, heyf!
Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!
Bərəks əsər eylədi təbirlərim, heyf!
Aldatmadı bu milləti təzvirlərim, heyf!
Yıldızdaki... Yıldızdaki təmirlərim, heyf!
Həp gün fəyəkün oldu, mənimki belə düşdü!
«İqbal zəbun oldu, mənimki belə düşdü!»
Sən, Məmdəli, bərk dur,
Torbaları doldur!
Xırman özünündür! (107, s.290).
Gülxani Pənah
256
Burada şahı dəhşətə gətirən inqilabi hərəkatın tərənnüm
edilməsiylə satira hədəfinin ifşa olunduğu, bu xüsusiyyətin
«Neyliyim, ey-vay, bu urus başdılar», «Nədir aya yenə üsyan-
ları iranlıların?», «Ey-vay ki, heysiyyəti-millət götürüldü» və s.
satiralarda özünü göstərdiyi bildirilir, bu xüsusiyyət bunları
birləşdirsə də, hər birinin «özünəməxsus spesifikası» da tədqi-
qatçının gözündən yayınmır: «birində təəccüb, digərində təəs-
süf, bir başqasında isə kədər hissi on plana çəkilmiş, nəticədə
yuxarıda dediyimiz rəngarənglik əmələ gəlmişdir ki, bu da
satiraların məziyyəti sayıla bilər» (107, s.290-291). Sabirin
tərənnüm yolu ilə yaratdığı satiraların orijinal keyfiyyətləri
dəyərləndirilir.
Satiralarında onlarca klassiklərə və müasirlərinin şeirləri-
nə n ə z i r ə və p a r o d i y a y o l u i l ə satiralar yazan
Sabir xalq içində şöhrət tapan klassik əsərlərdən tamamilə tərs
mənada istifadə etmək yolu ilə parodiyalar yaradır, öz satirik
fikirlərini oxuculara asan yollarla çatdırmaq üçün ən münasib
priyom tapır. Füzulinin «Könlüm açılır zülfi-pərişanını görcək»
məşhur lirik qəzəlinə «Könlüm bulanır küçədə cövlanını
görcək» misrası ilə başlanan satirasını parodiya olaraq yazır:
«Sabir böyük Füzulinin vəzn, rədif və qafiyələrini-yəni şeirin
bəzi formalı cəhətlərini saxlamaqla ona satirik məzmun vermiş,
ideya istiqamətini öz istədiyi kimi yönəltmiş, lirik qəhrəman
əvəzinə nifrətə səbəb olan satirik qəhrəman yaratmışdır:
«Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvu hədyanını görcək (107, s.292).
Şair «Füzuli kimi kontrastlardan, mübaliğələrdən və
idiomatik ifadələrdən» istifadə edir, burada daha təsvir-ifadə
vasitələri satirik şeirin tələblərinə uyğun «seçilir». Apardığı
təhlil və tədqiqatlara əsasən tədqiqatçı Sabirin başqa
sənətkarlardan istifadə yollarında da «orijinal» olduğunu,
satiralarının bədii təsir qüvvəsini artırmaq üçün klassik və
müasir ədəbiyyatın zəngin xəzinəsindən istifadə etdiyini yazır.
Gülxani Pənah
257
Öz kəskin satirik fikirlərini oxucuya çatdırmaq üçün
Sabirin t a p m a c a və s u a l-c a v a b y o l u i l ə yaratdığı
satiraları araşdıran tədqiqatçı bu fikirdədir ki, «şairin yaratdığı
tapmacalar müəmma deyil, adi oxucunun çox da fikir
işlətmədən həll edə biləcəyi həyati məsələlərdir» (107, s.294).
Tədqiqatçı onun
Kimdir o, arifi görcək pozular?
Deyəsən başına odlar saçılır.
Görcəyin cahili rəngi açılır,
Sanki saqqalına kövhər düzülür?
-misralarına diqqəti çəkir (107, s. 294). Burada şair mollaya
«işarə» edir, xalqı cəhalətdə saxlayan mollaların başqa sifət-
lərin də açıb göstərir: «Epiqramlarının birində şair sual verir:
Kimdir arif?-deyə sordum, dedilər, əsrə görə;
Arifin indi nə dini və nə imanı olur.
Bunu bildim, tanıdım, zahidi sordum, dedilər:
Zahidin heç şeyi olmazsa, cibiştanı olur (107, s. 294).
Burada sualın «cavabı verilir», bu, Sabirin bütün satiraları
üçün «xarakterikdir», bu bədii priyom fikrin asan yollarla oxu-
cuya çatdırılmasına «kömək edir», şair tapmaca və suallardan
«öz ictimai dərdlərini açmaq üçün» istifadə edir, günün «aktual
məsələlərinə toxunur».
D ə r d l ə ş m ə y o l u i l ə i f ş a üsulundan Sabir
yaradıcılıqla yararlanır. Şairin ustalığının uzun-uzadı təfərrüat-
lara yol vermədən «bir-iki cizgi ilə istədiyi tipin real və canlı
portretini» çəkə bilməsi araşdırılır, ən maraqlı cəhətlərdən biri
kimi tiplərin bir-birilə görüşməsi, dərdləşməsi olduğunu bil-
dirən tədqiqatçı «satiralarda şah-sultanla, məşədi-kərbalay1ı ilə,
molla seyidlə, azyaşlı qız-xandostu ilə, gəlinlər-Xanbacı ilə,
sərkərdə şahla dərdləşdyi kimi fəhlə-kapitalistlə, dilənçi bəylə,
arif-nadanla və s. zidd qütbləri təşkil edən adamlar da bir-birilə
görüşüb danışır, çığırıb-bağırır və yaxud söyüb söyüşürlər»
(107, s. 295)-deyir.
Gülxani Pənah
258
Bu üsulla ifşada da açıq «tendensiyaçılıq görünür», şairin
səsi, gülüşü, hadisələrə qiyməti dərdləşən tiplərin sözləri arasın-
dan «görünür», «duyulur», «eşidilir». «Müxabirə» satirasını
nümunə gətirir:
M ə m d ə l i :
Sevgili sultan babam, söylə, sənin fikrin nədir:
Mən ki, bir şux madmazel eşqində əldən getmişəm.
Şəhrdən şəhrə gəzib Avropanı uğraşmışam,
İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm.
H ə m i d:
Məmdəli, artıq maraqonzluq maraqım qalmamış,
Gərki, mişarı yığıb başqa evə göndərmişəm:
Ölkədə tək-tək vaba var, derlər, ondan qorxmuşam,
Xanəmə daru yığıb bir aptekə göndərmişəm (107, s. 296).
Burada şairin şahla sultan arasında görüşün təsvirini
vermədiyi, bu iki mənfi tip üçün ən xarakter saydığı sifətləri ön
plana çəkdiyi, hər ikisinə mənfi münasibəti əsas götürdüyünü
görür. Şah xalqın varını Avropada sağa-sola xərcləyən, əxlaqı
pozuq bir tip, sultan isə insanları kəsib doğradığı üçün kəsib
doğrayan bir dülgərə bənzədilən tipdir, şair bununla da kifayət-
lənmir, «inqilabi hərəkatdan qorxuya düşən, havanın belə öz
düşmənləri tərəfindən zəhərləndiyini zənn edərək evinə dava-
dərman yığıb onu bir aptekə döndərməklə çox gülünc şəkil alan
bir qorxaq kimi qələmə verilmişdir. Bax şairin tendensiyası
budur» (107, s. 296)-deyir.
F i k r i n t ə r s i n ə i f a d ə s i y o l u i l ə i f ş a
Sabir satiralarında var. Tədqiqatçı bu xüsusiyyətin də sözün
təsir qüvvəsini artırmaq məqsədi daşıdığını bildirir: «Satiraların
birində oxuyuruq ki, uşağa:
Gər dərsə soyuq, sancılanıb olsa da bimar,
Gülxani Pənah
259
Hökm et gələ cindar.
Göstərmə təbibə o ciyərkuşəni zinhar,
Qoyma ola murdar.
Bu nəsihətlərdəki fikrin tamamilə tərsinə ifadə olunduğu-
na kimin şübhəsi ola bilər? Sual olunur bəs nə üçün şair «cin-
darı yox, həkimi çağır» deməyib fikri tərsinə ifadə etmişdir.
Çünki bu daha təsirlidir» (107, s. 297). Bu misralarda “Sabirin
ictimai kədəri duyulur”. Onun «Millət şərqisi»ndə «Qeyrət edib
çalışdın, düşdün qabağa millət» desə də, bu tərs mənada dərin
bir istehza olduğu, şeirdən gətirdiyi bir bəndlə açılır:
Uyquda ikən aləm, əfradını oyatdın,
Cümlə miləl içində öz səsini ucaltdın.
Hörmətli ad qazandın, ali məqama çatdın.
Əhsən, səd əhsən, bu təmtərağa, millət,
İndi bir az da dincəl, baş qoy yatağa, millət! (107, s. 298).
Tədqiqatçı buradakı sözlərin bir neçə tərəfdən «təsirli»
olduğu fikrini açıqlayır: «Əvvala, tərsinə ifadə yolu ilə-ali
məqama çatmayan millətə «çatdın» deyən şairin məqsədinin
izaha ehtiyacı yoxdur, çünki satira başdan ayağadək ən adi oxu-
cuya məlum olan həqiqəti tərs mənada ifadə edir. Digər tərəf-
dən, kinayə və tərizdən çox mənalı istifadə olunmuş, «öz şənini
ucaltdın», «hörmətli ad qazandın», «düşdün qabağa millət»
kimi ifadələrdə şairin acı gülüşü öz təsirini göstərmişdir. Nəha-
yət təsir qüvvəsini artırmaq üçün, təsvir-ifadə vasitələri də şairə
kömək etmişdir» (107, s. 298). «Əhsən, səd əhsən, əhsən, bu
təmtərağa, millət! misrasındakı təkrir fikri xeyli gücləndirdiyi,
sözün tamamilə tərs mənada deyilməsinin mövzu və tənqid
hədəfi ilə üzvi surətdə bağlılığı, şairin fikrin tərsinə ifadəsi yolu
ilə oxucuların ürəyinə yol açması istəyi açıqlanır.
Sabirin t ə k r a r y o l u i l ə i f şa imkanları, bir çox
mövzulara təkrar-təkrar qayıtmasının ictimai səbəbləri, tərbiyə,
maarif məsələlərində təkrar eyni mövzuya qayıtmasının səbəb-
ləri araşdırılır. Köhnəpərəst, cahil və nadanlar «yeni məktəb-
lərin açılmasına, xalqın maariflənməsinə qarşı XX əsrin əvvəl-
Gülxani Pənah
260
lərində daha geniş şəkildə çıxır», bu «böyük vüsət alır», hətta
«köhnəliklə yeniliyin mübarizəsini təmsil edən bir rəmzə çev-
rilir», məhz buna görə də Sabir «həm satirik, həm də cidd
şeirlərində, xüsusən tərbiyə məsələləri ilə əlaqədar olan əsər-
lərində bu mövzuya dönə-dönə qayıdır», biri digərindən gözəl
əsərlər yaradır, eyni mövzu «təkrar olunmasına baxmayaraq»
şair «orijinallıq nümayiş etdirir», «vəzn, qafiyə və üslub rən-
garəngliyinə əsas fikir verir». Nümunə gətirir:
1.Bilməm nə görübdür bizim oğlan oxumaqdan;
2. Təhsili-ülum etmə ki, elm afəti-candır!
3.Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma!
4. Ömrün qəmi-elm ilə tamam eyləsin oğlun.
5. Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar?
6. Məktəb ilə bu firqənin
Bağrı badaşdı qoymayın!
7. Uydum olara səni oxutdum.
8. Yəni nə deməkdir bu ki, sən pulunu xərc et
Ta elm oxuyub, dərs ala millət, uçitellər.
9. İnsan kimi bilinsə idi qədrü-qiymətin,
Açmış olurdu məktəbi-milli cəmaətin.
10. Sənətə, dərsə, məktəbə rəğbətin olmur olmasın.
11. Məktəbə məxsus olan hərzəvü hədyan imiş!
12. Nədir olur bu çocuqlar əyan bu boyda-bu boyda?
13. Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı.
14. Vah! Bu imiş dərsi -üsuli-cədid?
15. Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
16. Neçin məktəbə rəğbətin olmayır?
Cibim dolmayır, dolmayır, dolmayır! (107, s. 301).
Tədqiqatçı burada bir misaldan başqa («İnsan kimi bilinsə
idi qədrü-qiymətin...») yerdə qalanların hamısının avam atalara,
mürtəce köhnəpərəstlərə aid olduğunu, bununla da şairin öz
mənfi qəhrəmanlarını «rahat» qoymadığı, «ara-sıra onları həyə-
cana gətirən məsələləri yada salıb, hər yeni illərində öz qar-
şısına məqsəd qoymuş» olduğu söylənir. Sabirin yaradıcılıq
Gülxani Pənah
261
yollarındakı axtarışları, müvəffəqiyyətləri, xalq satirikinin ifşa,
tənqid və satira üsullarının «sadə və həyati»liyi, onun bu sahə-
dəki sənətkarlığı, zəngin poetik təfəkkürü, «sxematizmə, rito-
rikaya və qeyri-bədii ifadəyə yad olan» Sabir yaradıcılığının bu
priyom axtarışlarında əsl sənətkarlığın xarakter xüsusiyyətlərini
özündə cəmləşdirdiyi bildirilir.
Tədqiqatçılar Sabirin yaradıcılığını geniş şəkildə tədqiq
edən C.Xəndanın fəaliyyətini yüksək dəyərləndirirlər. Kamran
Məmmədov onun «Sabirin sənətkarlıq xüsusiyyətləri» kitabın-
da «satirik şairin ifşa üsullarından (tipin özünü nümayiş yolu
ilə, fikrin tərs mənada ifadəsi yolu, nəzirə yolu, xoşbəxtliyi
bədbəxtlik hesab etmək yolu, tipin əvəzinə şairin etirafı, quru
tərif yolu, müşairə və mübahisə yolu, eyham və rəmzlərlə, müs-
təqim yolla, təzad yolu, sözlərin təhrif olunması yolu, nəsihət
və məsləhət yolu, ən geridə qalmışların qayəsini təsdiq yolu,
sadəlövhcəsinə özünü bilməməzliyə qoyma yolu, keçmişi
idealizə yolu, köhnəliyi inkar və yeniliyi təsdiq yolu, dərdləşmə
yolu, fikrin tərsinə ifadəsi, təkrarla və s. və i. a) xeyli da-
nışılmış, misallar gətirilmişdir»-deyir (55, s. 144-145). Dostları ilə paylaş: |