Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   8   9   10   11   12   13   14   15   ...   35


                                                                                      Gülxani Pənah 

 

 



154 

Molla Nəsrəddin ədəbi məktəbinin nümayəndəsi M.S.Or-

dubadinin «Qeyrət» mətbəəsində çap etdirdiyi «Qəflət», «Vətən 

və hürriyyət»  kitablarını araşdıran, bunları  şairin «qələm 

təcrübələri», qismən də XX əsrin ilk əvvəllərində qəzet və jur-

nallarda çap olunan mənzumələri olduğunu qeyd edən, «Şərqi-

Rus» qəzetinin Sabir, Əli Nəzmi, Mirzə  Cəlil kimi onun da 

yaradıcılığına təsir etdiyini bildirən Mir Cəlal ilk şeirlərində bu 

qəzetin ideyalarını  tərənnüm etdiyini söyləyir. Vətəni, xalqı 

geridə qoyan, onların savadlanmasına  əngəl törədən ictimai 

amilləri və bu amillərdən birincisi kimi qəfləti götürdüyünü 

şairin:  

Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət, 

Avarə qoyan bizləri qəflətdi, bu qəflət!  (68, s.206) 

Cəfər Xəndan yazıçının bütövlükdə  ədəbi-bədii, ictimai 

fəaliyyətini araşdırır. Onun tədqiqatlarında yarım  əsrdən artıq 

bir yaradıcılıq yolu keçmiş M.S.Ordubadi «ədəbi yaradıcılığın 

bütün sahələrində (şeir, nəsr, dram, publisistika və s) yorulmaq 

bilmədən çalışır», gözəl, orijinal əsərlər müəllifidir, Azərbay-

can ədəbiyyatı tarixində özünə yer tutmuş sənətkardır.  XX əsr 

şəraitində “tənqidi realizmlə burjua romantizmi arasında gedən 

mübarizələrdə” realizm cəbhəsində durmuş, xalqa xidmət edən 

demokratik mətbuatın, xüsusən «Molla Nəsrəddin» jurnalının 

iştirakçısıdır», «sovet hakimiyyəti illərində «öz tarixi romanları 

ilə Azərbaycan sovet nəsrini» zənginləşdirən yazıçıdır.  

1972-ci ildə Ordubad şəhərində  şair-müəllim ailəsində 

doğulan yazıçının atası Hacı Ağa «Fəqir» təxəllüsü ilə «dövr və 

zəmanəsindən  şikayət ruhunda» şeirlər yazır (3-268), şeirlə-

rində az satirasıyla da olsa M.S.Ordubadini «satirik əsərlər yaz-

mağa» həvəsləndirir, 7 yaşında atasının ölümüylə maddi çətin-

liklər qarşısında qalır, müntəzəm təhsil ala bilmir, molla yanın-

da və dörd il rus-tatar məktəbində oxuduqdan sonra ailəsini 

saxlamalı olur, şəxsi mütaliə ilə  təhsilini davam etdirir, Ordu-

badda ipək fabrikasında fəhləlik etdiyindən yaradıcılığını da 

yaxşı davam etdirə bilmir.  


Gülxani Pənah 

 

 



155 

Yazıçının «Həyatım və mühitim» əsərindəki xatirələrini 

(bax.Respublika  əlyazmaları fondu, inventar № 3665), fəhlə 

həyatının dünyagörüşünə böyük təsirini qeyd edən tədqiqatçı 

bildirir ki, XX əsrin  əvvəllərində Ordubadi Ordubad və Culfa 

zəhmətkeşləri arasında ictimai-siyasi iş aparır, «Hümmət» təş-

kilatında  Şeyxov,  Əliqulu Qəmküsar və başqa azərbaycanlı-

larla birlikdə «mütləqiyyət üsul-idarəsi  əleyhinə aparılan mü-

barizədə» iştirak edir, «bu dövrdə baş verən ictimai-siyasi  

hadisələrin mahiyyətini dərindən bilməsə  də»  şeirlərin bəzilə-

rində azadlıq ideyalarını «tərənnüm» edir, bununla belə yaradı-

cılığındakı ziddiyyətlər bir müddət davam edir: «O, bəzi şeir və 

publisist  əsərlərində millətçilik meyllərinə qapılır»-deyən C. 

Xəndan «Əndəlisin son günləri» (1912) əsərində «ispan xalqı-

nın  ərəb işğalçılarına qarşı, öz milli azadlığı  uğrunda apardığı 

mübarizəni xalqa zidd cəbhədən» təsvir etdiyini, «bu pyesdə 

yazıçının «öz milli azadlığı  uğrunda mübarizə aparan xalqa 

deyil,  ərəb işğalçılarına hüsn-rəğbət hissi doğurmağa» 

çalışdığını, «məhz buna görə  də  əsər məfkurəcə  zərərlidir» 

qənaətində olduğunu söyləyir.  

XX  əsrin  əvvəllərində onun «Şərqi Rus», «İrşad», «Tə-

rəqqi», «Tazə  əhyat». «Səda», «Sədayi-həqq», «Tuti», «Zən-

bur», «Molla Nəsrəddin» və  s.  kimi  qəzet və  məcmuələrdə 

«dörd mindən çox felyetonu, iki minə qədər şeir və məqaləsi» 

dərc edildiyini, 1905-ci ildən sonra çap olunan «Vətən və Hür-

riyyət», «Qəflət» (1906) adlı  şeirlər kitabçalarını, «Bədbəxt 

milyonçu» (1907) romanını qeyd edir. 1905-ci il inqilabının 

onun dünyagörüşünə  də ciddi təsiri, bunun nəticəsi kimi İran 

inqilabında iştirakını, Təbrizdə silah və siyasi ədəbiyyat işində 

fəaliyyəti, bunun çar hökumətinin diqqətini cəlb etməsi, 1913-

cü ildə digər inqilabçılarla həbs edilməsi araşdırılır. «Mənim 

həyatım»da oxuyuruq ki, polkovnik Abbasqulu bəy ona: 

«Qafqaz canişini Voronsov Daşnakovun  əmrinə görə siz, mü-

haribə qurtarıncaya qədər, Qafqazdan xaricə göndəriləcək-

siniz»-dedikdə M.S.Ordubadi: 


                                                                                      Gülxani Pənah 

 

 



156

-Özüm getsəm olmazmı?-sualına: 

-Xeyr, siz yatab ilə getməlisiniz-cavabını alır. Beləliklə, 

onu Naxçıvan, Aleksandropol, Tiflis, Bakı, Rostov, Novoçer-

kassk zindanlarından sonra Saritsına sürgün edirlər» (29, s.266-

267). 


M. S. Ordubadinin 1913-1914-cü illərdə cib dəftərində 

saxladığı «zülm və  əzablara qarşı üsyankar ruhda yazılmış 

şeirlərinin əlyazmalarına» diqqəti çəkir. 

C.Xəndan yaradıcılığının ilk on ili üçün səciyyəvi olan 

əsərlərinin satirik şeir və qəzəllərdən ibarət olduğunu, bu dövr 

yaradıcılığının «ədəbiyyat tariximiz üçün «orijinal bir xüsu-

siyyət» daşımadığını, öz qəzəllərilə «keçmiş şeirimizin standart 

təsvir və ifadə vasitələrini» təkrar etdiyini, yazdığı satirik 

şeirlərin bütünlüklə bizə  gəlib çıxmadığını deyir. Məlum olan 

nümunələrdə «uşaq yaşlarında həyatın maddi, mənəvi ağırlığını 

hiss edən gənc şair ictimai həyatda gördüyü zülm və istismara 

biganə qalmamamışdır. Fabrik sahibinin az yaşlı  uşaqları 

həddindən artıq işlətdiyinə qarşı çevrilmiş  aşağıdakı misralar 

səciyyəvidir: 

Qorxuruq küləkdən, qorxuruq eldən, 

Ruzumuz asılmış incə bir teldən. 

İşə çağırırlar ulduz batmamış, 

İşdən buraxmazlar şəhər yatmamış (29, s.269). 

C.Xəndan yazıçının felyeton və satiralarını araşdırır. 

1905-ci il inqilabından sonra dünyagörüşündə yaranan yeni-

liklərə diqqəti çəkir. «Tuti», «Babayi-əmir» kimi junallarda 

çıxan felyeton və satirik şeirlərini «Sabir yaradıcılığına nisbətən 

zəif» bilir: «Bunların dili nisbətən qəliz, forması yeknəsək, 

tənqid hədəfi isə məhduddur. O, əsas etibarilə din, mövhumat, 

cəhalət, habelə feodal-patriarxal  adətlər  əleyhinə yazmışdır. 

Bunlarda ümumiləşdirmə qüvvəsi də nisbətən zəifdir» (29, 

s.272).  

«Molla Nəsrəddin» jurnalının onun demokratik ruhlu 

şeirlər yazmasına təsiri, şeirlərində xalqı əsarətdən xilas olmağa 


Gülxani Pənah 

 

 



157

çağırış, geriliyin səbəbini qəflətdə görməsi, xalqı  qəflətdə 

saxlayan ruhanilərin  İrandan keçərək Azərbaycanda geniş 

fəaliyyət göstərməsini kəskin satira atəşinə tutması tədqiq edi-

lir: «O, Şərq xalqlarının geridə qalmasının  əsas səbəblərindən 

birini dində görür. Lakin bu mövzuya fəlsəfi, ictimai əsərlər 

deyil, satirik şeirlər həsr edir. Din və dinçilərlə mübarizədə o, 

inqilabçı sinfin-proletariatın cəbhəsindən deyil, demokratik 

«Molla Nəsrəddin» cəbhəsindən çıxış edir» (29, s.271). 

Sonralar Ordubadinin yaradıcılığını araşdıran tədqiqat-

çılar onun İran Azərbaycanı ilə bağlı  əsərlərində xalq 

kütlələrinin mənafeyini müdafiə edən bir sənətkar kimi də-

yərləndirirlər. 

N.Axundov yazır: «M.S.Ordubadinin İran inqilabının 

düşmənlərini ifşa və  tənqidinə  həsr etdiyi yüzdən artıq 

felyetonu  və  şeri vardır. Bu felyeton və  şeirlərində o, İranın 

həm siyasi və həm də iqtisadi vəziyyətini tənqid edirdi. «Bağ» 

adlı felyetonda İranın dövlət idarələrində hökm sürən hərc-

mərclik, kəndlilərin ağır vergilərə məruz qalması, «Azərbaycan 

padşahları» adlı başqa bir felyetonunda İran xanlıqları ifşa 

olunurdu (77; 32, s.39).  

Cəfər Xəndan «Zahidlərə ağ gül dəstəsi», «Qızdırmalıya 

məktub», «Ana dili» felyetonlarını  təhlil edir. «Ana dili» 

felyetonunda «öz dilinə xor baxan, jarqonlarda danışan bir 

ziyalı tənqid olunur. Ədib onun dililə yazır: «Anam girdi içəri 

və mənə dedi: balam, mollaynan nə dil danışırdınız ki, mən heç 

başa düşmədim? Dedim: Ana, mollaynan biz ana dilində da-

nışırdıq. Anam başın saldı aşağı və bir qədər fikrə gedib «Yazıq 

ana dili»-dedi (78). 

 «Molla  Nəsrəddin» jurnalının səhifələrində «Elmi-

nücum» başlığı altında nəşr olunan felyetonlarda «Şərq 

aləmindəki ətalət, mövhumat, proqresə mane olan adət-ənənələr 

tənqid edilir, təqvimlərin hökmləri» məsxərəyə qoyulur. Yazıçı 

jurnalın birinci nömrəsindəki karikaturada müsəlman 

«aləmində yatıb geri qalanlara» istehza edir və  tək-tək 


                                                                                      Gülxani Pənah 

 

 



158 

ayılanların da olduğunu da söyləyir, «bu münasibətlə 

«Hərdəmxəyal», «Ana dilində  məktub» adlı felyetonunda 

maraqlı bir fikir yürüdüb, xalqın oyanmasında jurnalın 

rolundan danışır; guya ədibin həmyerlilərindən biri ona 

müraciət edib jurnala aşağıdakı sözləri yazmağı xahiş edir: 

«Yazgilən a rəhmətliyin oğlu, sən bilmirsən ki, çox yat-

mış adamı birdən ayıldanda sərasimə  və  bəlkə cinni olar? 

Əvvəlinci nömrənizdə milləti ayıldanda filankəsin sol tərəfində 

yatan bizim oğlana bir təpik vurmusan cinni olub, indi saxla-

maq olmur... hər tərəfdən əlac axtarıram... Axırda bir pir olmuş 

arvad deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbət-

tə, baxıb davasını göndərəsiniz» (29, s.273; 79). 

«Molla Nəsrəddin» jurnalının Azərbaycan dilinin saflığı 

uğrunda apardığı mübarizədə M.S.Ordubadi də öz felyetonları 

ilə iştirak edirdi. O, «idealı» «adyal» oxuyan, Azərbaycan dilini 

«birövnəq», «biməna» dil adlandıran, ümumi bir «müsəlman 

dili» yaratmağa çalışan ziyalıları satira atəşinə tuturdu....» (80; 

30, s. 282). 

Yazıçının bir sıra felyetonlarının ümimi şəkildə  təhlilini 

verir. Onun felyetonlarında dövlətlilərə yaltaqlananların, adama 

paltarına görə hörmət edənlərin tənqidi (№18, 1906), özünü 

millətpərəst adlandırıb, öz dilini bilməyən ziyalıların ifşası 

(№30, 1906), «Türkmənçay müahidənaməsi»ndən sonra da 

İran seyidlərinin Qafqaz camaatından  əl çəkməyib xalqı soy-

maları (№33, 1906), xalqın dərdini qəza naçalniklərinə çatdır-

maqdan boyun qaçırıb, bəhanələr gətirən «qeyrət» sahiblərinin 

tənqidi (№16, 1906), tüfəng və patronu yığıb, baha satmaq 

məqsədilə erməni-müsəlman qırğını salmağa can atan tacirlərin  

ifşası  (№43,1906), yeyib içməklə  məşğul olub, xalqa heç bir 

mənfəət verməyən «millət ataları»nın iç simasının tənqidi 

(№17.1907)  əsasdır. Eyni zamanda böyük rus yazıçısı L. N. 

Tolstoyun anadan olmasının 80 illiyi (№11, 1908) və s. 

maarifçi mövzularda da onlarla felyetonu olduğu araşdırılır (29, 

s.274). 


Gülxani Pənah 

 

 



159 

Ordubadinin felyetonlarının Cənubi Azərbyacan  ədiblə-

rinə da böyük təsirini, sonralar «Azərbaycan ulduzu» satirik 

məcmuənin səhifələrində bu felyetonlara dair çəkilmiş kari-

katuralara yer verildiyi, «Hərdəmxəyal» imzasının onlara yaxşı 

tanış olduğu, «Molla Nəsrəddin»in bu imzayla bəzi felyeton-

larını Təbrizdə də buraxdırdığını deyir. «M.S.Ordubadinin fel-

yeton və satirik şeirlərində diqqəti cəlb edən sənətkarlıq xüsu-

siyyətlərindən biri budur ki, o, dövrün mühüm ictimai-siyasi 

hadisələrini izləməklə yanaşı, onları mütərəqqi mövqedən saf-

çürük etməyi, seçməyi, qiymətləndirməyi də bacarmışdır. Ədib 

heç bir zaman günün vacib məsələlərinə biganə münasibət 

bəsləməmiş, həqiqi Mollanəsrəddinçi kimi ayıq olmuş, sözü 

sərrast və  çəkinmədən demişdir. Müasirlik, sadə xalq dilində 

yazmaq, hər tipi öz dili ilə danışdırmaq, fikri aydın ifadə etmək 

ustalığı bu felyeton və şeirlər üçün səciyyəvi əlamətlərdir» (30, 

s.297). 

Mir Cəlal da Cəfər Xəndanın diqqət yetirdiyi əsərlərə mü-

nasibətini bildirir, məsələn, yazıçının «Bədbəxt milyonçu» 

əsərinin təhlilini verir. Mir Cəlal Ordubadinin erməni-

müsəlman qırğınlarını  təsvir edən və  təəssübkeş millətçi 

ruhunda yazılan «Qanlı  sənələr»  əsərini jurnalist qeydləri, 

«Əndəlisin son günləri» tarixi dramını  «ərəb fatehlərinin 

cahangirlik yürüşlə-rini izaha çalışan mürtəce məzmunlu bir 

əsər» adlandırır. 

Cənubi Azərbaycan həyatının onun yaradıcılığında öz 

geniş  əksini tapdığını bildirən tədqiqatçı C.Xəndan nəsr  əsəri 

olan «Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab» 

əsərində ictimai hadisələrin, yeniliklə köhnəliyin mübarizəsini, 

elmsizliklə avamlığın acı  nəticələrini, ruhanilərin  İran xalqını 

aldadıb soymasını  və s. bu kimi hadisələri «təsvir» etdiyini, 

əsərdə «islahatçılıq» ideyalarının təbliğ olunduğunu, «tarixən 

məhdud cəhətlərinə baxmayaraq, bu əsərin İran mürtəceləri və 

ruhanilərinin simasını açmaq işində müəyyən  əhəmiyyəti» 

olmasını vurğulayır. 


                                                                                      Gülxani Pənah 

 

 



160 

Bu  əsərdə  tədqiqatçı «məhdudluq»-deyəndə bunun onun 

qəhrəmanı ilə  əlaqədar olduğunu, öz qəhrəmanının geniş xalq 

kütlələrindən deyil, «milyonçular»dan almasında görür. «Mil-

yonçu»nun yaratdığı yenilikləri realist planda öz əsərində ve-

məyə çalışan  ədibin qəhrəmanı «Rzaqulu xan öz planındakı 

islahatı əvvəlcə ixtiyarında olan kəndlərdə tətbiq etmək istəyir. 

Odur ki, İrana qayıdarkən,  ən  əvvəl atasından qalmış 60 para 

kəndin gəlirini üç il kəndlilərə bağışlayır. Dəmir yolu çək-

dirmək, qəzetxana açmaq üçün imtiyaz götürməyə  ərizə verir. 

Təbrizdən Tehrana qədər bir tramvay-konka xətti çəkdirmək 

fikrinə düşür və sairə. Lakin Rzaqulu xan öz fikirlərini həyata 

keçirməkdə acizdir» (29, s.275).  

Digər tədqiqatçılar da ədibin «Bədbəxt milyonçu ...» 

povestində İran irticasının, mürtəce dövlət başçılarının tənqidi-

nə  də xüsusi yer» verdiyini söyləyir: «Müəllif Rzaqulu xanın 

arzuları ilə İran irticasını qarşı-qarşıya qoymuş, qəhrəmanın və 

ailəsinin faciəsilə buradakı istibdadın son dərəcə  ağır və 

dözülməz olduğunu göstərmişdir» (30, s.304).  

C.Xəndan Rzaqulunun nəinki cəmiyyətə, hətta ailəsinə 

belə təsir edə bilmədiyini, arvadının ərinin ziddinə çıxıb uşağını 

oxutmayıb ərə verməsini, arvadına «müqavimət göstərə bilmə-

məsini», nəticədə azyaşlı Münəvvərin varlı bir adama satılması, 

ailədə olduğu kimi ictimai həyatda da onun «məğlub olması», 

arzularının arzu olaraq qalması, nəticədə intihar edən, fikirləri 

puça çıxan Rzaqulunun ailəsinin böyük fəlakətə düçar olması, 

Münəvvərin  əri Mirzə  Rəhimin  şəriət adamlarına güvənərək 

onun malına sahib çıxması, qızı saxlamaq istəməməsi, oğlanları 

təhsildən qayıdıb atalarından qalan miras uğrunda mübarizə 

apararkən onların öldürülməsi, qızının özünü suya atıb boğul-

ması, nəticədə Böyük xanımın «cəhaləti üzündən» ailənin fəla-

kətə düçar olmasını  təhlil edən tədqiqatçı  əsərin «tənqidi 

realizm stilində» yazıldığını, kompozisiyasının «bitkin və 

maraqlı qurulduğundan, ayrı-ayrı tiplərin tərcümeyi-halı ilə 

başlanan hadisələrin getdikcə «gərgin ziddiyyətlərə» çevril-


Gülxani Pənah 

 

 



161 

diyini bildirir: «Rzaqulu xanın ailəvi faciəsi bir ayna kimi o 

zamankı  İranda az-çox yeniliyə can atan adamların həyatını» 

əks etdirir, bu ümumiləşmə yolu ilə yazıçı feodal-patriarxal 

həyata, mütləqiyyət quruluşuna qarşı nifrət hissi oyadır» (29, 

s.276).  

«Bədbəxt milyonçu yaxud Rzaqulu firəngiməab» povesti 

M.S.Ordubadi yaradıcılığının ilk dövrünə aid bədii cəhətdən 

qüvvətli nəsr əsəridir. Bu əsər müəllifin həm məfkurə, həm də 

sənətkarlıq cəhətindən irəlilədiyini, onun həyatı realist təsvir 

yolunda inkişafını, ictimai-siyasi hadisələri epik təsvir qüdrə-

tinə malik olduğunu göstərməkdə idi» (79, s.305). 

C.Xəndan ədibin realizmində hiss olunan «lirika»ya toxu-

nur, faciələrlə dolu səhnələrdə lirikanın «qüvvətli və təsirli»li-

yini görür: «Yazıçı mürtəce qüvvələrə qarşı münasibətində öz 

yaradıcılığına xas olan satiradan geniş istifadə etsə də, bu lirika 

romanın əsas hadisələrindən qırmızı bir xətt kimi keçir. Realist 

yazıçı irticanın quduzluğu qarşısında məğlub olan gənc su-

rətlərin faciəsini ehtirassız təsvir edə bilmir, onun tendensiya-

çılığı da gözə çarpır» (29, s.276). 

Romanın kompozisiyasının təsir qüvvəsini artırması, «bə-

sitdən mürəkkəbə, asandan çətinə doğru» inkişaf etdirilməsi, 

yeniliklə köhnəlik arasındakı konfliktə xüsusi yer verilməsi, 

ədalətli mübarizə yolunda olan yeniliyin faciəsinin oxucu dü-

şüncəsinə  təsiri, onları mübarizəyə ruhlandırması, faciəli səh-

nələrin biri digərini «tamamladıqca «hadisələrin «kulminasiya 

nöqtəsinə» çatması, «əsərin razvyazkası onun adında irəli sürü-

lən bədbəxtliyin səbəbləri haqqında tam dolğun» təsəvvür 

doğurması təhlil edilir. Bununla belə yazıçı bu qənaətdədir ki, 

«lakin təəssüflə qeyd etməliyik ki, yeniliklə köhnəlik arasındakı 

konfliktlər ailə-məişət səhnələrilə  məhdudlaşdığından ictimai 

həyatdakı siyasi, inqilabi hadisələrə romanda yer verilməmiş, 

kütləvi hərəkatdan bəhs olunmamışdır» (29, s.276). 

Ədibin birinci böyük əsəri olan bu romanın qəhrəmanı 

Rzaqulu xanın məğlubiyyəti feodal-patriarxal münasibətlər 


                                                                                      Gülxani Pənah 

 

 



162

ölkəsi olan İran dövlət quruluşuna qarşı oxucuda nifrət hissi» 

oyatdığı, müəllifin bu məğlubiyyətdən «mütəəssir olduğu 

üçün» onun «bütün bais»lərini mənfi planda təsviri araşdırılır. 

Bu romanın azərbaycanlı oxucular tərəfindən sevinclə qarşılan-

dığını bildirir. Yazıçının İran inqilabı ilə maraqlanması, yaxın-

dan bu inqilabda iştirakı, siyasət aləmindəki təqibi, onun çar 

siyasəti üçün «qorxulu təhlükəli bir sima» hesab edildiyi vurğu-

lanır. 

Tədqiqatçı yazıçının yaradıcılığını araşdırarkən onun 



1917-1920-ci illərdəki fəaliyyətini ayrılıqda təhlil edir. 1917-ci 

il çarizmə qarşı  mübarizənin genişlənməsinin yazıçının həyatı-

na da böyük təsirini qeyd edən tədqiqatçı sürgündə də inqilabi 

fəaliyyətini davam etdirdiyini «Tuti» jurnalı redaksiyasına 

«gizli imzalarla» şeirlər göndərdiyini, burjua inqilabından sonra 

da dövrün «siyasi, ictimai hadisələrində  əsaslı bir dəyişiklik» 

görmədiyini  əks etdirən  şeirlərinə toxunur. Eyni zamanda bu 

dövrdə yazıçının  İran zəhmətkeşlərinin halını düşündüyünü, 

bunu şeirlərində verdiyini qeyd edir. «Tuti» jurnalının 1917-ci 

il 22 yanvar nömrəsindəki şeirlərdən aşağıdakı 

Biganə gəlib haqqına zor etsə danışma, 

Zor eyləməyib çeşmini kor etsə danışma. 

Millətdə böyük fiqr zühur etsə danışma, 

Batdı mədəniyyət günü, tar oldu bu İran 

misralarını nümunə  gətirir (29, s.277). Sürgündə ikən beynəl-

xalq siyasətlə maraqlanan yazıçının müstəmləkə və yarımmüs-

təmləkə ölkələrinin  əzilən xalqlarını müdafiə etməsi, impe-

rializmə qarşı «çevrilmiş satiralarında» Amerika və  İngiltərə  

imperialistlərinin  Şərqdəki siyasətlərinin «ifşası» təhlil edilir. 

«İran və Vilsonun notası» adlı satirada bu imperializmin yerit-

diyi siyasətin açıb göstərildiyi, Vilsonun imperialist «siyasə-

tinin mahiyyətini» başa düşməyərək, «ondan nicat gözləyən o 

zamankı  İranın dövlət başçılarını  nəzərdə tutan şairin «Tuti» 

jurnalında (11 fevral, 1917-ci il) çıxan 

Açdın gördün xabdan İran, barakalla, 


Gülxani Pənah 

 

 



163 

Qoydun bu işə aləmi heyran barakalla. 

Saldı yadına varlığını yoxsamı Vilson? 

Sən də belə xülyaya inandın ay uzun don? 

Dinlə sözümü, başlama çox, gör nə olur son! 

Sən xornanı çək, mən də deyim can barakalla, 

Axırda bu işlər olu bir yan barakalla (29, s.278) 

misralarını təhlil edir. 

«M.S.Ordubadi publisist əsərlərində olduğu kimi, şeirlə-

rində də öz qələm yoldaşlarından fərqlənirdi. «Bəyani-həqiqət» 

felyetonunda verilmiş şeirində o, «Molla Nəsrəddin» üslubuna 

məxsus bir oynaqlıqla öz hədəfini lağa qoyurdu: 

Bəh, bəh, sizə əhsən, necə bir zövqü-səfasız, 

Fəxr eyləyin İrana ki, fəxrül üləmasız (58, s.105). 

Fevral inqilabından sonra sürgündən azad olunan şairin 

«Hərdəmxəyal» imzasıyla çap olunan şeirlərində «Sabir satira-

sının xüsusiyyətlərini» görən tədqiqatçı Sabirin Məmmədəli şah 

haqqında yazdığı «Mənimki belə düşdü» satirasında romanov-

lar sülaləsinin yıxılmasına sevinən «tam azadlığın  əldə 

edildiyindən danışan Mollanəsrəddinçilərdən fərqli olaraq» 

Ordubadinin heç də «həqiqi azadlığın verildiyini» demədiyini 

deyir, «əksinə o, çox yaxşı bilirdi ki, Nikolayın yerinə onun 

kimi digər bir qan içən Kerenski keçmiş, dövlətin daxili və 

xarici siyasətində  əsaslı bir dəyişiklik baş verməmişdir» fik-

rində olduğunu, fevral inqilabından sonra hakimiyyətə keçən 

burjuaziyanın xalqın həyatını yaxşılaşdırmaq haqqında heç bir 

iş görmədiyini «Tuti»nin 1917-ci ilin 15-ci nömrəsində verdiyi 

şeirdə aydın söylədiyini qeyd edir. 

Ordubadinin bu dövr yaradıcılığının mübarizə  və 

vətəndaş müharibəsi dövrünə təsadüf etdiyini araşdırır: «Bu elə 

bir dövr idi ki, hətta demokratik yazıçılarımızın çoxu siyasi-

ictimai hadisələrin mürəkkəbliyi qarşısında öz yaradıcılıqlarını 

dayandırmır, hadisələrin gələcəyini gözləyirdilər. Bu dövrdə 

burjua-millətçi yazıçılar xarici işğalçılara arxalanaraq öz 

pantürkist, panislamist  ruhlu əsərlərini geniş yayırdılar. Şiddət-


                                                                                      Gülxani Pənah 

 

 



164

lənən sinfi mübarizə  nəticəsində  cəbhələr qəti surətdə ayrıl-

mışdı» (29, s.279). 

Tədqiqatçı bu dövrdə Ordubadinin musavat hökuməti 

əleyhinə yazdığı «Hümmət» qəzetinin səhifələrində  dərc et-

dirdiyi məqalə  və satiralarının «əhəmiyyətindən» danışır. Mü-

savatçıların fəaliyyətində «xalqa zidd» siyasət gəzən Orduba-

dinin xarici imperialistlərin təhrikiylə Sovet Rusiyasına verdiyi 

«ultimatum»unu müsavatın cahilliyi kimi qəbul etməsini, kəs-

kin tənqid etməsini təqdir edən tədqiqatçı Ordubadinin «sovet 

hakimiyyətinin qələbəsi uğrunda, müsavat və onun xarici ağa-

ları  əleyhinə mübarizələrdə aktiv iştirakı»nı, Azərbaycanda 

sovet hakimiyyəti qurulandan sonra «Əxbar», «Kommunist» 

qəzeti və «Füqəra füyuzatı» jurnalının redaktoru olub, onların 

səhifələrində  şeir və felyetonları ilə birlikdə siyasi-ictimai-

ədəbi məqalələrini çap etdirməsini qeyd edir. Bu dövrdə onun 

«aktiv» fəaliyyətini sübut edən faktları nəzərdən keçirir, 1920-

ci il 15 maydan sonra «Kommunist» qəzetinin iki həftəlik nöm-

rələrində  çıxan məqalələrini, onun bütün nömrələrdə yazılar 

dərc etdirdiyini, hətta «bəzi nömrələrdə üç yazısının çıxdığını» 

deyir. «Əxbar» qəzetində  də  tədqiqatçı onun fəaliyyətini 

araşdırır və gəldiyi qənaət eynidir.  Bununla da yazıçının hər üç 

mətbu orqanda yazılarını  dərc etdirdiyini, «Füqəra Füyuzatı» 

jurnalında ədəbi əsərlərinə geniş yer verdiyini açıqlayır. 

Sovet hakimiyyətinin ilk illərində yazdığı  əsərlərini 

(«Şeirlər», «Analıq», «Mənim  şeirlərim», «Leninə», «Məhər-

rəmlik və rövzəxanlıq», «Qurban kəsmək haqqında», «Məhər-

rəmlik mövhumatı və onun sinfi mahiyyəti», «Qurban mövhu-

matı», «Köhnə adamlar», «Din əleyhinə  şeirlər») araşdırır. 

Ordubadinin bu dövrdəki əsərlərini «öz bədii və fikri dərinliyi 

etibarilə onun yaradıcılığında böyük bir yenilik kimi» qiymət-

ləndirmir, Molla Nəsrəddin cərəyanına xas olan cəhətləri əhatə 

edən felyeton və satirik yazıları «qüvvətli, dili sadə, fikri 

aydın» görür.  



Gülxani Pənah 

 

 



165 

Onun sovet hakimiyyəti illərində yazdığı «tarixi roman-

ları»nı dəyərləndirir: «Dörd cilddən ibarət olan «Dumanlı Təb-

riz» romanı üzərində yazıçının 1909-cu ildən işlədiyini, 1930-

40-cı illərdə yazıb qurtardığını bildirir: «1905-ci il rus inqila-

bının təsiri altında Cənubi Azərbaycanda başlanan milli azadlıq 

hərəkatı  ədəbiyyatımızda birinci dəfə böyük həcmli  əsərdə 

M.S.Ordubadi tərəfindən qələmə alınmışdır. Yazıçının Zaqaf-

qaziya, xüsusən Bakı inqilabçılarının Təbrizdəki inqilabi 

hərəkata köməyini, Səttar xanın rəhbərliyi altında yerli müca-

hidlərin vətənpərvərliyini, İran irticası və onun ingilis-amerikan 

ağalarının inqilabı boğmaq cəhdlərini real tarixi sənədlərlə  və 

şəxsi müşahidələrinə  əsaslanaraq «epik planda» təsvir etdiyi 

bildirilir, «şah əsəri kimi» qiymətləndirilir (29, s.283). 

Kamal Talıbzadə yazır: «M.S. Ordubadi «Molla Nəsrəd-

din»də tam 20 il iştirak etmiş, jurnalın ən fəal əməkdaşlarından 

biri olmuşdur. O inqilabdan əvvəl çıxan «Tuti», «Tərəqqi», 

«Tazə həyat», «İttifaq», «Babayi-Əmir», «Zənbur» kimi müxtə-

lif istiqamətli qəzet və jurnallarda iştirak etmişdi. Lakin «Molla 

Nəsrəddin», ədibin özünün dediyi kimi, onun «daimi yazmağa 

həvəsi olan» bir jurnal olmuşdur» (30, s.282). 

İslam Ağayev «Molla Nəsrəddin» jurnalında şeir» məqa-

ləsində Ordubadi kimi müəlliflərin qələmindən çıxan  şeirləri 

nisbətən «rəvan və duzlu» (10-103) görür. Onun yaradıcılığında 

«Molla Nəsrəddin»in güclü təsirini qeyd edir: «Məsələn, 

C.Məmmədquluzadənin «Lisan bəlası» felyetonundakı 

Ey dil, dəxi dinmə və sükut et səni tarı, 

Lal ol və danışma! 

Sal başını aşağı, ya heç baxma yuxarı, 

Mal ol və danışma! 

misraları ilə başlanan şeirinin təsirilə «Hərdəmxəyal» 

yazırdı: 

Hər töhməti bas bağrına, çox söyləmə, 

Lal ol! 


Saldat nə soruşsa, dilini anlama, 

                                                                                      Gülxani Pənah 

 

 



166

Mol ol! (80). 

M.S.Ordubadinin  şeirləri getdikcə büllurlaşır və onun 

satirik istedadı parlayırdı. M.S. Ordubadi publisist əsərlərində 

olduğu kimi şeirlərində də öz qələm yoldaşlarından fərqlənirdi» 

(58, s.103). «Gizli Bakı», «Döyüşən şəhər», «Qılınc və qələm» 

romanları haqqında məlumat verən tədqiqatçı «Qılınc və 

qələm» romanını «N.Gəncəvinin 800 illik yubileyi ilə 

əlaqədar» yazmış, bu romanda şairin həyat və yaradıcılığı 

fonunda XII əsrin «bir sıra siyasi, ictimai və ədəbi hadisələrini» 

əhatə etmiş, bu əsərlər ilə Azərbaycan  ədəbiyyatında «tarixi 

roman janrının  əsasını qoymuşdur». Bu əsərləri yazmaq üçün 

yüzlərlə tarixi sənədlərdən istifadə etsə  də, «yazıçı  təxəyyülü 

əsasdır» «M. S. Ordubadi çox məhsuldar bir sənətkar idi. Əlli 

ildən artıq davam edən  ədibin fəaliyyətində onun qələmindən 

çıxan mətbu və qeyri-mətbu  əsərlərin sayı altı minə çatır. Bu 

zəngin  ədəbi irs həm XX əsr, həm də sovet dövrü 

ədəbiyyatımızda əlamətdardır» (29, s.284). 

M. Cəfərov M.S.Ordubadini «Dumanlı  Təbriz» kim  

əsərləri ilə, yeni əsrdə  Şərqin oyanmasını  sənət güzgüsündə 

canlandıran,  Şərqi «Minbir gecələr  Şərqi» kimi təqdim və 

təsəvvür edən təəssübkeş burjua yazıçılarının  əksinə olaraq, 

əsərlərində imperailst müdaxiləsinə, müstəmləkə zülmünə qarşı 

mübarizəyə qalxan inqilabçı  Şərqi göstərib  şöhrətləndirən və 

Şərq xalqlarının qurtuluşunu, həqiqi azadlıq və istiqlaliyyətini 

sosializmdə, kommunizmdə görən bir yazıçı» kimi tanıdığı-

mızı» (49, s.194) qeyd edir.  

XX  əsr milli ideyalar uğrunda mübarizə tarixinə adını 

yazan, Şərq romantizminin, xüsusilə Azərbaycan ədəbiyyatında 

romantizmin görkəmli nümayəndəsi Məhəmməd Hadi bənzər-

siz yaradıcılığı ilə seçilən sənətkarlardan biridir. 

Əsərlərində xalqın mənafeyini  əsəs tutan, azadlığı, bəra-

bərliyi, insan haqlarını müdafiə edən, azadlıq mübarizəsinə rəğ-

bət bəsləyən bir mübariz sənətkar kimi tanınır. «Dad istib-

daddan», «El fəryadı», «Bir sərgüzəşti-xunin», «Mülhəmeyi-


Gülxani Pənah 

 

 



167 

əşar», «Bariqeyi-inqilab», «Qoymuş millət imzasını övraqi-

həyatə, yox millətimin xətti bu imzalar içində», «Məkatib», 

«Fünun və maarif», «Lövheyi-təsviri-maarif», «Qələmə», «Tə-

rəqqiye-sənaye», «Bərabərlik aləmindən məktublar»  əsərləri,  

«Firdövsi-ilhamat (1908), «Şükufeyi-hikmət» (1914), «Eşqi-

möhtəşəm, yaxud ana qucağı» (1914), «Əlvahi-intibah, yaxud 

insanların tarixi faciələri» (1918) adlı  şeir kitablarını çap 

etdirdiyi, tarix, mədəniyyət, konkret ədəbi  əsərlər haqqında 

yazdığı publisist məqalələri, Sədidən, Hafizdən, Rumidən etdiyi 

tərcümələri məlumdur. 

 Zalımların əl-qol açdığı, zülm və  işgəncə verənlərin cə-

zasını almadıqlarını,  ədalətpərəstlərin sürgünlərdə, həbslərdə 

çürüməsini qəbul edə bilmədiyi xalqını, özü kimi düşünən 

simaların «mənəvi ölülər» içində    çürüməsini görüb («Qarışıq 

xəyallar») dərd çəkir. Xalqının avam, cəhalət içində qalmasını 

«vətəndaşlıq kədəri» bilir, onun öz imzasını imzalar içində 

görmək arzusunu, onun bu arzuya qane  olmadığını, bu arzunun 

«həqiqət» olacağına inamını, «bu inamla» tam bir yəqinliklə, 

düşmənə üz tutaraq qəzəb və nifrətini söylədiyi «Bir gün 

görərəm qanını səhbalar içində» misrası ilə ümumiləşdirir. 

Məhəmməd Hadinin fəlsəfi şeirləri-»Kitabi-həyat», «Mə-

naziri-təbiət», «Dünya saheyi-qəmdir», «Təraneyi-qəmpər-

vəranə», «Bükayi-təbiət», «İnsanların tarixi faciələri», «Töv-

siyeyi-mürğ» və s. əsərləri»i  başdan ayağa fəlsəfi məzmunda-

dır. Onun həyatın, yaranışın, dünyanın mənası haqqında sor-

ğuları maraqlıdır. O, suallarıyla oxucunu düşünməyə çağırır. 

Dünyanın varlılara və yoxsullara bölünməsi, həyatın gözəl və 

kədərli cəhətləri, böyük arzuların həyata keçməsinə mane olan 

qüvvələrin insanlığa sığmayan alçaq əməlləri Hadini düşün-

dürmüşdür: 

Cünunpərvərlərin fikri olub alimpəsəndanə, 

Neçin məyubdur rəyi-fəlatunanə, bilməm ki? 

 

Olubdur müstəbidan calisi-övrəngi-istiğna, 



                                                                                      Gülxani Pənah 

 

 



168

Neçin zillət nəsib olmuşdur əhraranə, bilməm ki? 

 

Ziyavü zülməti təmyizə yoxmu dideyi-idrak, 



Niyə nuri-həqiqət çıxmayır meydanə, bilməm ki? 

 

Olub arayişi-baği-səadət cəhlpərvərlər, 



Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki? 

Yaşadığı  həyatın  əzabları, müharibə meydanlarında gör-

düyü dəhşətlər, insanların tarixi faciələri, bəşəri kədər yaradıcı-

lığında əsasdır və tədqiqatçılar öz araşdırmalarında bu məsələ-

lərə xüsusi diqqət yetirirlər. 

Azərbaycan romantizminin görkəmli simalarından olan 

Məhəmməd Hadinin həyat və yaradıcılığı  əhatəli tədqiq edil-

mişdir. Onu «fitrətən sərbəst təbiətli, izzəti-nəfsini sevən, məh-

dud yaşamağı bacarmayan istedadlı» bir şəxs kimi dəyər-

ləndirir, mühitinə «sığmayan», «köhnə  həyatda heç bir təsəlli 

əlaməti» (M.Cəlal) görməyən, bu mühitdən qurtulmağa can 

atan qələm sahibi kimi xarakterizə edirlər (26, s.355). 

Məhəmməd Hadi ziddiyyətli dünyagörüşə və yaradıcılığa 

malik olmuş, «Rusiyada 1905-1907-ci illər inqilabının mübariz 

şüarlarına səs versə  də, sonralar burjua və sosialist  ideologi-

yaları arasında tərəddüd etmiş, obyektiv olaraq ikinciyə daha 

çox meyl göstərmiş» (2, s.126) sənətkardır. Onun yaradıcılığı 

ədəbiyyatşünaslar tərəfindən tədqiq edilmişdir. Məmməd Cəfər 

(«Azərbaycan  ədəbiyyatında romantizm». Bakı. 1963), 

Ə.Mirəhmədov («Məhəmməd Hadi». Bakı. 1962, 1985), Mir 

Cəlal («Klassiklərimiz və müasirlərimiz»baki. 1937, 

«Azərbaycanda  ədəbi məktəblər» Baki. 2004), Cəfər Xəndan, 

Abdulla  Şaiq və başqaları  Məhəmməd Hadi yaradıcılığı 

haqqında dəyərli fikirlərin, araşdırmaların müəllifləridir. 

M.Hadinin yaradıcılığını diqqətlə izləyən, onun haqqında 

ilk dəyərli araşdırmaların müəllifi olan Mir Cəlal XX əsrin I 

rübündə Azərbaycan romantizm məktəbinin görkəmli nüma-

yəndəsi Hadini coşqun, alovlu, «hərarətli təb sahibi, müasir 



Gülxani Pənah 

 

 



169

ictimai hadisələrə vaxtında səs verməyə cəhd edən bir şair» ki-

mi qiymətləndirir. Onu «dil, təsvir, ifadə vasitələri, şeir qurulu-

şu etibarilə qədim klassik poeziyaya bağlı», ədəbiyyatın mənəvi 

qidası ilə böyümüş, lakin bir sıra  şairlər kimi klassik şeir 

məktəbimizin «əsiri olmamış», onun da Sabir kimi bu şeir ilə 

müasir «ədəbiyyat meydanına çıxmağın mümkün olmadığını» 

duyan,  şeirin «şüara çevrildiyini, fəal bir mübarizə vasitəsi» 

olduğunu anlayan, «mövzularının hamısını həyatdan, siyasi və 

ictimai mübarizələrdən» alan bir şəxsiyyət kimi tədqiq edir. Ha-

dinin  əsərlərinin  əsas mövzusu «mətbuatın, elm və  mədə-

niyyətin faydası, sənaye, azadlıq hərəkatı, yeni nəslin tərbiyəsi, 

qadın azadlığı, dünyəvi elmlərin kəşf və xariqələri, vətənin 

tərəqqisi, cəhalətdən xilas olmaq, mədəniyyət səviyyəsini 

yüksəltmək, insani hisslərin müqəddəsliyi»dir (26, s.356)-deyir. 

M.C.Cəfərov «Səni kim unudar» məqaləsində  Məhəm-

məd Hadinin sənətinə yüksək qiymət verir. Hadini «gələcək 

üçün yaşayıb çırpınan», «insanpərvər», «beynəlmiləlçi», vətə-

nini, xalqını sevən, onu canından da artıq sevən, başqa xalqların 

azadlığını, səadətini istədiyi kimi, öz xalqını, millətini sevən, 

özü də «təmiz, saf, ləkəsiz, yüksək bir qəlb ilə sevən» sənətkar 

kimi dəyərləndirir. 

C.Xəndan M.Hadinin yaradıcılığına yüksək dəyər verən 

tədqiqatçıdır. O digər tədqiqatçılar kimi şairin bədii irsinin düz-

gün təhlilini verir, əsərlərində olan ideya və  məzmunlara 

diqqətlə yanaşır. «Mürəkkəb və ziddiyyətli» yaradıcılığa malik 

şair «bir tərəfdən zülm, istismar, cəhalət və nadanlığa qarşı» çı-

xır, demokratik fikirlər «yürüdür», «digər tərəfdən də burjua 

ideologiyasının təsiri altında dini ruhda və millətçilik təsirilə» 

şeirlər yazır, sonralar «irtica illərinin dəhşətlərini, burjuaziyanın 

satqınlığını, ruhanilərin iç üzünü, çar dumalarının xalqa zidd 

siyasətini görən»  şair «ictimai məzmunlu  şeirlər» yazır, 

bunların bir qismini «Yoldaş», «Təkamül», «Beyrəqi-ədalət» 

və başqa inqilabi-fəhlə mətbuatı səhifələrində» çap etdirir. 



                                                                                      Gülxani Pənah 

 

 



170

C.Xəndanın müsavatçıların «zülm və istismarını» gör-

dükdən sonra şairin yaradıcılığında «bədbin» motivlərin güc-

ləndiyi barədə fikirləri yanlış ola bilər. Çünki cəmi-cümlətanı 1 

il 2 ay ömür sürmüş müsavat hökuməti heç özünü doğrultma-

mış beşiyində boğuldu. Burada şairin çar zülmündən qurtarıb, 

bolşevik-müsavat çəkişmələri içərisində yetərincə nəticə çıxara 

bilməməsi məsələsi də var. Ola bilsin ki, M. Hadi deyəndə ki: 

 

Çox çətinləşdi bu günlər yaşamaq dünyada, 



Daha müşkülləşəcək bilməliyiz fərda da. 

bu mübarizələri nəzərdə tuturdu. Çünki C.Xəndanın özünün 

dediyi kimi «inqilablar dövründə yaşayan şair zülm, istismar və 

mütləqiyyət əleyhinə çevrilən mübarizələrdən ilham alır»dı. O: 

Minlərcə binəva quru yerlərdə can verir, 

Beş on ləim naili-dəryayi nemətin! 

...Həmdəsti-ittifaq olunuz, ey rəfiqlər! 

Birlikdə fəth olur sizə babi səadətin! 

-deyəndə demokrat-müsavat, bolşevik, bütövlükdə öz proqra-

mında sadə  zəhmətkeş xalqın hakimiyyətini qurmaq istəyən 

qüvvələri birliyə  səsləyir, çar zülm və istibdadından bu yolla 

qurtuluşun mümkünlüyünü görürdü. O, birlik istəyirdi, müsa-

vatçılara «zülm və istismarçı» kimi baxa bilməzdi. Hadisələrin 

bu fonda təhlili də kommunist ideologiyasından irəli gəlirdi. 

Sosializm ideyaları ilə köklənmiş o dövrün ictimai-siyasi hadi-

sələri içərisində böyüyən C.Xəndan yetərincə tarixi həqiqətlərin 

gizlədilməsinin nəticəsində M.Hadinin bu misralarının bu 

şəkildə  təhlilini vermiş ola bilir. Eyni zamanda müsavat haki-

miyyəti dövründə Nəsib bəy Yusifbəyovla onun «münaqişəsi» 

haqqında da söhbətlər yada düşür. Hələ yenicə qurulmuş bir 

hakimiyyət rəhbərliklərinə ola bilsin ki, şikayətləri çatmadı-

ğından Hadi «gileyli» olub, bunu isə bir ölkənin tarixində olan 

ilk demokratik respublikanın fəaliyyətinə aid edə bilmərik: 

«Deyilənlərə görə, bir dəfə Nəsib bəy qatarda Tiflisə gedərkən 

Kürdəmir stansiyasında Hadi ona təsadüf etmiş  və  nədənsə 


Gülxani Pənah 

 

 



171 

şikayət eləmək məqsədilə onun yanına getmək istəmişsə  də, 

növbətçi müsavat zabitləri onu içəri buraxmamışdılar. Hadi 

pəncərədən: «Adə, Nəsib, Nəsib!»-deyə hiddətlə çığırmış, Nə-

sib bəy: «Qışqırma, içəri gəl»-dedikdə o: «Sağdan, soldan kö-

pəkləri bağlamısan, içəri buraxmırlar,»-deyə cavab vermişdir 

(27, s.237). 

Məhəmməd Hadi Xalq Cümhuriyyətinin süqutundan 

sonra rus sovet işğalına qarşı  Gəncə üsyanında fəal iştirak 

etmiş, bu üsyan zamanı  həlak olmuşdu. «Əsgərlərimizə, 

konüllülərimizə», «Məfkureyi-aliyyəmiz» və digər  şeirlərində 

xalqı milli azadlıq, istiqlaliyyətin qorunması, yaşadılması  uğ-

runda mübarizəyə» çağırır. 1918-ci il mart hadisələri, türk-

müsəlman xalqının erməni daşnaklarının qətliamı zamanı şəhid 

olan oğullarımızın ölməz ruhuna («Şühədayi-hürriyyətimizin 

ərvahinə ithaf») həsr olunan əsərləri, «bütövlükdə şairin Cüm-

huriyyət dövrü yaradıcılığı  vətən, yurd sevgisinin özünəməx-

sus, bənzərsiz bədii örnəyi kimi» diqqəti çəkir, «şairin bu 

illərdə yazmış olduğu poetik örnəklərdə onun yaradıcılığına xas 

olan fəlsəfilik, həyatilik, düşündürücülük, vətəndaşlıq ruhunun 

qabarıqlığı»nın daha aşkar  şəkildə özünü «büruzə» vermiş 

olduğu tədqiqatlarda əsasdır (28, s.11). 

M.Hadi şeirlərinin əksəriyyətində oxucuları maariflənmə-

yə çağırır, çadraya qarşı çıxır, insanlara yüksək «dəyər verir», 

din xadimlərini, nadanlıq və cəhaləti, geriliyi, feodal-patriarxal 

adət-ənənələri «pisləyir», «xoşbəxt və azad bir dünyanı  xəya-

lında bəsləyir». Azərbaycanın ilk demokratik respublikasının 

yaranmasında mühüm rol oynayan müsavatçılar heç zaman 

zülm və istismar sahibi kimi görünə bilməzdi. Sadəcə demok-

ratik Azərbaycanın məqsəd və məramları bolşevik partiyasının 

məqsəd və  məramlarından fərqli idi. Demokratik müsavat  

xırda burjua adamlarının da dövləti idi. Xalq isə burjua sözü 

gələndə elə bil qutuda ilan görürdü, bolşevik partiyası 

hakimiyyəti onların  əlindən almaq üçün hər vəchlə müsavatın 

ideyalarını pisləyirdi, xalqın içində onlara qarşı inam və etibarı 


                                                                                      Gülxani Pənah 

 

 



172 

azaltmaq, onun yerinə hakimiyyətə keçmək üçün hər cür təb-

liğat və  təşviqatdan istifadə edirdi. Hadi də dövrünün ziyalısı 

idi, inqilabçı deyildi, siyasi arenadan o qədər də  əhatəli xə-

bərdar deyildi. Ola bilsin ki, ömrü boyu arzuları ürəyində qalan, 

xoşbəxt, firavan, səadət içində yaşamaq arzularının reallaş-

masına imkan verməyən burjua sinfinə qarşı  qəlbində nifrət o 

qədər güclü idi ki, müsavatın da burjuaziyanın xırda təbə-

qələrini qəbul etməsi onu ümidsizliyə qapılmağa vadar etmişdi, 

bu bədbinlikdən danışmaq olar, amma «zülm və istismar»ı 

müsavatın ayağına yazmaq olmaz. M.Hadi dünyada, xüsusilə 

türk dünyasında, C.Xəndanın dediyi kimi 1905-ci il Rusiyada 

baş verən inqilabın təsirilə İranda da yaranmış inqilabı, «ümu-

mən Şərqdəki azadlıq hərəkatını tərənnüm edir»di: 

Asayişin behişti açılmazbu yerdə kim, 

Ta yağmasa o gülşənə baraniinqilab (2, s.311). 

Abdulla Şaiq də Cəfər Xəndan kimi Məhəmməd Hadinin 

«bədbin»liyini, ruh düşkünlüyünü dilə gətirir. 1908-ci ildə Tür-

kiyə sultanlarından olan Əbdülhəmidin əleyhinə güclənən azad-

lıq hərəkatına maraq göstərən Azərbaycan ziyalılarından biri 

olan Hadi bu azadlıq, inqilab arzusuyla 1910-cu ildə Türkiyəyə 

gedir və oradan ümidləri boşa çıxmış, ac, səfil bir halda qayıdır. 

Hadi yaradıcılığının tədqiqatçısı Mir Cəlal M.Hadini 

bədbin  şair sayanların fikirlərinin  əleyhinədir. Onlara şairin 

«Şükufeyi-hikmət»  əsərinin müqəddiməsini diqqətlə oxumağı 

məsləhət görür: «Qırx illik sərmayeyi-həyatını heyvanları  tə-

təbbö və tədqiq  etməklə keçirən məşhur və hörmətlərə layiq bir 

simayi-hikmətin, ingilis filosofu Darvinin kəşfə müvəffəq 

olduğu bir həqiqət kitabi-həyatın hər yarpağında oxunur. Bu 

məruf filosof meydana qoyduğu nəzəriyyəsində xülaseyi-

əfkarını  bəyan edir: «Təbiətin  əzəli… qanuni mövcibincə bu 

həyat mübarizəsində acizlər, zəiflər özlərindən daha qüvvətli 

olanlar tərəfindən yeyilərək,  əzilərək məhv və nabud 

olacaqlardır. Taki istifayi-təbii hasil ola bilsin». Aşağıdakı də-



Gülxani Pənah 

 

 



173 

yərsiz  şeirlərim o təbiətşünas həkimin bu nəzəriyyəsinin 

ilhamgərdəsidir» (26, s.357).  

Burada Darvin kimi bir filosofun həyatından Hadinin 

xüsusi bir fəlsəfi kitab yazdığını, onun məfkurəsində bədbinlik 

səciyyəvi olmadığı, mübarizədən əl üzmək, tərki-dünya əhvali-

ruhiyyəsi deyil, həssaslıq, həyatın dərinliklərinə varmaq meyli, 

«Fəlsəfi ənginlik arzusu» görür.  

C.Xəndan Hadinin əsərlərində olan sənətkarlıq məsə-

lələrinə münasibətini bildirir. Onun əsərlərində «hiss, xəyal, ob-

razlı təfəkkür çox qüvvətlidir, orijinal təşbihlər, mənalı sözlər-

aforizmlər, təsirli məcazlar, ümumiyyətlə  zəngin təsvir-ifadə 

vasitələri, habelə  məna gözəlliyi bu yaradıcılığı daha da 

mənalandırır» (2, s.311). Anaların tərbiyəli, vətən üçün layiqli 

övladlar tərbiyə etməsinin “vətən işi olduğunu söyləyir”, yeni 

tərbiyə  məsələsini irəli sürür, «mərifət və biliyi zəmanə üçün 

çox qiymətli bilir, qadınlarla kişilərin bərabər hüquqlu olduğu 

ölkələrə «qibtə edir», qadınlara «hicabı» məcbur edənlərə, 

«örtük» deyən şairlərə cavab olaraq yazdığı 

Mən istəməm bu örtüyü, ey şair, istəməm! 

  

 

Neçin! 



Ya: 

«Örtü»-bunu yaqdı ki, Qərb oldu möhtəşəm, 

  

 

Pürfeyzü 



pürziya. 

Lazımsa örtü, biz nədən aya güşadəyiz? 

 

 

 



Məqul bir cavab: 

Xilqətdən anlaşıldı ki, azadəzadəyiz, 

  

 

Doğulduq ki, biniqab. 



-misralarındakı etiraz «təbii həyat məntiqinə» (26, s.362) 

əsaslanır. 

Cəfər Xəndan onun: 

Ey qadın, ey qaranlıq içrə sabah, 

Ey həyatın lətif bir səhəri!- 

-misralarını xatırladır: «Burada qadın qaranlıq içindəki sabaha 

bənzədilmişdir ki, oxucu bu qaranlığın çadra olduğunu dərhal 

başa düşür. Lakin şair bununla da kifayətlənmir, qadına daha 



                                                                                      Gülxani Pənah 

 

 



174 

böyük məna verir, onu həyatın lətif bir səhərinə bənzədir. Son-

rakı misrada isə: «Açıl ey sübhi-sadiqi millət!»-deyərək sübhün 

açılması ilə qadının çadradan çıxması fikrini şairanə surətdə 

ifadə edir» (2, s.311). 

C.Xəndanın «M.Hadinin «Seçilmiş əsərləri» məqaləsi ən 

yaxşı resenziyalardan biridir. Tənqidçi alim burada M.Hadinin 

yaradıcılığı haqqında müəyyən qədər tədqiqlərlə yanaşı, kitabın 

özü barədə  tənqidi fikirlərini verir. Ə.Mirəhmədovun kitaba 

yazdığı müqəddimədə  «şairin yaradıcılığındakı ziddiyyətləri» 

düzgün təyin etməsi təqdir edilir. M.Hadinin dilində çoxlu qəliz  

ibarə və ifadələr olduğundan kitaba verilən «mükəmməl lüğət», 

şeirlərin xronoloji düzülüşü təqdir edilir. Kitabın belə müvəf-

fəqiyyətləri ilə yanaşı nöqsanlarını da görür.  Kitaba M.Hadinin 

«bədii fikir cəhətdən qüvvətli» sayılan  şeirlərinin salınmaması 

(«Bunların sırasında bolşevik qəzeti «Təkamül»də çap olunan 

və yeni konstitusiya tələb edən «El fəryadı»,  İran inqilab-

çılarının nəşri olan «Beyrəqi-ədalət» jurnalında dərc olunan 

siyasi-lirik  şeiri, «Əməl» poeması- C.X), mənsur  şeirləri, nəsr 

əsərləri, eyni zamanda maarifi, mədəniyyəti təbliğ edən, 

ədəbiyyat, incəsənət, təlim-tərbiyə  məsələlərinə  həsr olunan 

çoxlu sayda məqalələrinin olmaması tədqiqatçını narahat edir. 

 «Firdövsi-ilhamat (1908), «Şükufeyi-hikmət» (1914), 

«Eşqi-möhtəşəm, yaxud ana qucağı» (1914), «Əlvahi-inti-bah, 

yaxud insanların tarixi faciələri» (1918) adlı  şeir kitablarını» 

çap etdirən, tarix, mədəniyyət, konkret ədəbi  əsərlər haqqında 

publisist məqalələrin müəllifi olan Hadi Sədidən, Hafizdən, 

Rumidən tərcümələr etmişdir 

C.Xəndan şairin «Seçilmiş əsərləri»nə Nizami, Sədi, Vik-

tor Hüqo və başqa sənətkarların  əsərlərindən etdiyi tərcü-

mələrdən daxil edilmədiyini qeyd edir, gələcəkdə çap olunacaq 

kitabda bunların nəzərə alınmasını məsləhət görür.  

Hadinin «qəliz, çətin  ərəb-fars  şeiri üslubunda» 

 

yazmasını onun ədəbi-bədii dilimizin  keçirdiyi istilahlardan 



uzaq düşməsində görür, bir ovuc ədəbiyyatçılardan  başqa, oxu-

Gülxani Pənah 

 

 



175

cular tərəfindən anlaşılmadığı bildirilir, bunun da «Füyuzat»ın 

dil-üslub xəttinə uyğunlaşmağa məcbur olduğundan irəli gəldi-

yini söyləyirlər. Hadinin əsərlərinin dilini araşdıran tədqiqat-

çılar o zamankı romantizmin təbiətinə uyğun, bu təbiətdən 

doğan «təntənəli, bəzəkli, ritmik, xitabkar» dil kimi müasiri ol-

duğu realistlərin başladığı «sadələşmə cərəyanına zidd», «klas-

sizm üslubuna uyğun,  ərəb-fars tərkib və ifadələrinin çox 

işlədildiyi, çətin, yüksək, ağır bir dil» (26) kimi səciyyələndirir 

və onun şeirlərinin yayılmamasına, mütərəqqi fikir və duyğu-

larının tez mənimsənilməməsinə dilinin belə qəlizliyinin səbəb 

olduğunu göstərirlər. 

Cəfər Xəndanın Hadinin «Seçilmiş əsərlər»ində gördüyü 

nöqsanlardan biri bir sıra  şairlərin, çoxlu yer adlarının, «tarixi 

şəxsiyyətlər haqqında məlumatın, dini-əfsanəvi adlarını oxu-

cular bilmədiyindən ifadələrin izahının verilməməsidir: «Odur 

ki, şairin «Kəmalın bu kəlamilə xitam et nəğməni, Hadi», «həl-

yəstəvi» elan ediyor həsrəti-furqan» misralarında kimə, nəyə 

işarə etdiyi məlum olmur» (2, s.312). 

Bununla yanaşı  şeirlərin orfoqrafik xüsusiyyətlərini 

araşdıran tənqidçi sözlərin düzgün yazılışı, vəznə, ahəngə görə 

apastrof və ya başqa işarələrin qoyuluşuna çəkilən zəhmət, 

lüğətin mükəmməl tərtibini dəyərləndirir. Hələ keçən əsrin 50-

ci illərində yazılan bu məqalə bu gün də Hadi yaradıcılığının 

tədqiqi cəhətdən öz dəyəri ilə seçilir. Tənqidçi Cəfər Xəndan 

həm də bir tədqiqatçı alim kimi Hadinin dövrü, onun ictimai-

siyasi görüşləri, həyatı, yaradıcılığı,  əsərlərinin məzmun 

zənginliyi ilə bağlı fikirlər söyləyir. 

Cəfər Xəndan, Mir Cəlal kimi bir çox ədəbiyyatşünasla-

rımız, tənqidçilərimiz Məhəmməd Hadinin həyat və yaradı-

cılığının təhlil və tədqiqini verərkən onu romantik ədəbiyyatın 

ən qüdrətli nümayəndəsi kimi tədqiq etmiş, «öz dostlarını, 

həmfikirlərini, öz xalqını, vətəndaşlarını  və bütün bəşəriyyəti 

köhnə dünyanı  cənnətə, millətlərin qardaşlıq dünyasına çevir-

məyə çağıran, qanlı  əllərlə xalqlar arasında törədilən  ədavəti 


                                                                                      Gülxani Pənah 

 

 



176 

məhv etməyə, birkərəlik məzara dəfn etməyə çağıran…bu bö-

yük həqiqətin həyatda mövcud olmadığını görüncə» kədərlənən 

(M.C.Cəfərov)  şairin  ədəbi-bədii yaradıcılığına dair qiymətli 

tədqiqatlar aparmış, 

şairin Azərbaycan 

ədəbiyyatının 

inkişafında xidmətlərini yüksək qiymətləndirmişlər. 

Geniş ictimai-siyasi görüş dairəsinə malik olan, maarif-

pərvər insan, lirikasının  əsas mövzusu vətənin, xalqının taleyi 

olan, xalqı maarifə, mədəniyyətə çağıran, Sabirin yaxın dostu 

olan, M.Mahmudbəyovla birlikdə «Yeni məktəb» (1909), 

«Türk  ədəbiyyatına ilk qədəm» (1914) dərsliklərini yazmış 

Abbas Səhhətin  ədəbiyyat tariximizdə öz yeri var.  Onun 

«Fəryadi intibah», «Nitqi-mənzum», «Dilbəri-hürriyyətə qitə», 

«Yad et», «Oxucularıma», «Şikayət» kimi xalqı maarifə, mədə-

niyyətə çağıran əsərləri, «Özlərini sevənlərə», «Müsəlman ürə-

faları», «Şair,  şeir pərisi və  şəhərli» poetik əsərləri, «Bədbəxt 

ailə, «Qaragünlü Həlim» hekayələri, «Volqa səyahəti» romanı 

və «Əli və Aişə» əsərləri, uşaqlar üçün yazdığı şeir, təmsil və 

pyesləri («Güllərin bəhsi», «Yaz», «Ata və  oğul», «Küçə 

uşağı», «Cəhalət səmərəsi» və s.) vardır.  

Rus, fransız, alman dillərini yaxşı bilən bir tərcüməçi 

kimi tanınmış, bu gün də  bədii dəyəri ilə seçilən sənətkarımız 

Abbas Səhhət dövrünün maarifçisi, həkimi, müəllimi olmaqla 

yanaşı şair idi. Onun ədəbi fəaliyyəti tədqiqatçılarımız tərəfin-

dən geniş araşdırılmışdır (125). 

Realist-demokratik yazıçılardan öz yaradıcılıq üsulları ilə 

fərqlənən, daha çox romantizmə meyl edən  şairləri ideya 

istiqamətilə iki qrupa ayıran C.Xəndan «Abbas Səhhətin də 

daxil olduğu birinci qrup əsas yaradıcılığı etibarilə mütərəqqi 

fikirlər təbliğ etdiyi halda, ikinci qrupa daxil olanlar isə burjua 

ideologiyasını yayan, «sənət sənət üçündür» nəzəriyyəsinə 

əsaslanan mürtəce romantiklərdir»-deyir (29- 385). 

C.Xəndan Abbas Səhhəti burjua ideoloqlarına düşmən, 

demokratik yazıçılara isə «dost» münasibət bəsləyən XX əsr 

ədəbiyyatımızda  şeirləri,  ədəbiyyatşünaslığa aid məqalələri və 


Gülxani Pənah 

 

 



177 

bədii tərcümələri ilə «mühüm yer tutan», Azərbaycan  şeirinə 

həm məzmun, həm də formaca yenilik gətirən şair kimi dəyər-

ləndirir. 1874-cü ildə Abbas Səhhət Şamaxı şəhərində müəllim 

ailəsində doğulub, dörd il onun məktəbində oxuyub, təhsilini 

1894-cü ildə Tehranda açılan «Mədrəseyi-nizamiyyeyi-Na-

siriyyə» adlı məktəbdə davam etdirib, dörd illik təhsildən sonra 

həkim diplomu alıb, bir il İran xanlarından birinin yanında 

həkim olub, sonra 1901-ci ildə Şamaxıya qayıdıb. 

Burada pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda şəxsi 

mütaliəsi ilə Azərbaycan, rus, fars və Avropa ədəbiyyatını, 

müəllim dostlarının köməkliyi ilə rus dilini öyrənib, qabaqcıl 

rus ədəbiyyatı ilə maraqlanıb. Onun «köhnə-sxolastik Şərq ədə-

biyyatı formalarını, köhnə  mədhiyyə  şairlərinin yaradıcılıq 

üslubunu tənqidə» başlaması, bu mövzuda ilk əsərini 1905-ci 

ildə yazdığı, həmin ildə «Həyat» qəzetində çap olunan «Yeni 

şeir necə olmalıdır?» adlı məqaləsini, burada şeirdə köhnəlmiş 

qanunları  nəzərdə tutduğu araşdırılır. Abbas Səhhət yazır: 

«Şüərayi-sabi-qəmizin  əşar və  əbyatının təbii  əhvala müqayir 

olduğundan, oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç 

bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula 

gəlmədiyi məlumdur. Məsələn, qəddin sərv ağacına oxşadıl-

ması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və 

yainki qaşlarını yaya və kipriklərini oxa təşbih tutduqları qəbul 

və bu qədər var ki, təzə  səpkidə bu anəcən bizim şüəralardan 

bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub öz şeirini təbii 

hissiyyatın məzmununa dair nəzm etmiş olsun» (29, s.387). 

Tədqiqatçı şairin zəif cəhətlərini nəzəri cəhətdən düzgün 

görsə  də, «bəs yeni şeir necə olmalıdır?» sualına «düzgün ca-

vab tapa bilmədiyini», «öz qoyduğu sualın cavabını  təcrübi 

şəkildə  şairin həll edə bilmədiyini» «Bahar axşamı»  şeirində 

göründüyünü bildirir. 

Şairin yaradıcılıq işindən başqa dərs kitabları yazdığı, 

müəllimlik etdiyi, ədəbiyyatsevərlərə  Şamaxıda mühazirələr 

oxuduğunu, Sabirlə Səhhətin yaxın dostluğunu qeyd edir. Onun 


                                                                                      Gülxani Pənah 

 

 



178 

Sabiri sevdiyi, onun sənətinə yüksək qiymət verməsi, yaradıcı-

lığında da öz əksini tapdığı bildirilir. 

Onun rus ədəbiyyatından etdiyi tərcümələri, elmə, maari-

fə verdiyi dəyəri dilə  gətirir: «Abbas Səhhət xoşbəxt gələcəyi 

elm və maarifdə, xalqın bütünlüklə savadlanmasında, mədəniy-

yətin inkişafında görürdü. Odur ki, uşaqların tərbiyə olunması 

və xalqın maarif ocaqlarına cəlb edilməsinə ayrıca  əhəmiyyət 

verirdi» (29-388).  

Sonralar Kamal Talıbzadə «Abbas Səhhət» monoqrafiya-

sında onun tərcüməçilik fəaliyyətini geniş  şəkildə araşdırmış, 

Krılov, Puşkin, Lermontov, Nekrasov, Fet, Koltson, Nadson, 

Qorkidən etdiyi tərcümələr, ümumilikdə bütün ömrü boyu 

tərcüməçiliklə  məşğul olan şairin  orijinal əsərləri ilə birlikdə 

tərcümələrinin də 1918-ci ildə  Şamaxıdakı  hərc-mərclik döv-

ründə məhv olduğunu yazır (51, s.208). 

Tədqiqatçı  tərcümələrinin çoxunun 1918-ci ildə itib-

batdığını, ağır xəstələndiyindən materialları toplaya 

bilmədiyini, Gəncədə yatalaq xəstəliyindən vəfat etdiyini 

bildirir.  Şairin inqilabdan əvvəl «Sınıq saz» (1912), «Məğrib 

günəşləri» (1912), «Cəhalət səmərəsi, yaxud bir yetimin 

xoşbəxtliyi» (1914), «Yoxsulluq eyib deyil» (1912), «Neft 

fontanı» (1912) adlı kitablarda çıxan  şeir, drama və 

tərcümələrini araşdırır. «Yeni məktəb» adlı  dərs kitabını 

M.Mahmudbəyovla birlikdə yazdığını qeyd edir. 

Ədəbiyyatşünaslıq elminin inkişafında A. Səhhətin böyük 

xidmətlərini qiymətləndirir. «Tazə  şeir necə olmalıdı» (1905), 

«Sabir» (1911), «Sabirin tərcümeyi-halı» (1912), «Məğrib 

günəşlər»inə müqəddiməsi (1912) elmi xüsusiyyətləri ilə 

«nəzəri cəlb edir», xüsusən Sabirin həyat və yaradıcılığını 

oyrənmək baxımından alimlərimizə «zəngin» məlumat verir. 

Müxtəlif illərdə çap edilmiş  əsərləri, yaradıcılığına aid 

məqalələri və elmi əsərləri var. 

Ədəbi fəaliyyətə XIX əsrin 90-cı illərindən başlayan 

A.Səhhətin ilk əsərləri başlıca olaraq qəzəllərdən ibarət olub və 


Gülxani Pənah 

 

 



179 

tədqiqatçının fikrincə, «bu qəzəllər S.Ə.Şirvaninin maarifçilik 

fikirləri təsiri altındadır». Sədi və Hafiz haqqındakı  şeirlərinin 

bu dövr yaradıcılığından qalmış «yeganə» nümunələr olub, dili 

qəliz, ifadə vasitələri köhnə olsa da Şərq  şairlərinə müsbət 

münasibəti nöqteyi-nəzərindən dəyərləndirilir. Onun yaradıcılı-

ğının ikinci dövrü 1905-ci il-dən sonraya təsadüf edir. Asiya 

xalqlarının qəflət yuxusundan ayılmasına çağırışı, «ayıl, ey 

milləti-məzlumə ayıl»-deyib xalqına etdiyi müraciəti xatırladan 

tədqiqatçı şairin dünyagörüşündə «bir intibah əmələ gəldiyi»ni 

qeyd edir. Yaşadığı dövrü araşdırır, kapitalizmin inkişafı, pro-

letar hərəkatının güclənməsi, 1905-ci il inqilabına «xırda burjua 

şairi kimi» münasibətinin, dünyagörüşünün «məhdud və 

ziddiyyətli» olduğunu söyləyir: Bu dövr yaradıcılığında sinfi 

ayrılıqları  hələ  dərin göstərə bilmədiyindən bütün siniflərə  və 

onların mətbuatına eyni dərəcədə münasibət bəslədiyini, 

yaradıcılığından nümunə gətirdiyi aşağıdakı misralarla verir: 

Getsə gör badi-fənayə «İrşad», 

Olacaq xaneyi-millət bərbad, 

Sənə gör şəmi-»Füyuzat»i-vətən, 

Nurlanmaz dəxi zülmati-vətən. 

Ağlayıb gülməyə gör «Molla əmu», 

Yatacaq milləti-islam hamu» (29, s.390) 

Tədqiqatçı bu misralarda «Füyuzat»ı  əksinqilabçı burjua 

jurnalı olub, «Molla Nəsrəddin» və liberal «İrşad»la bir sıraya 

qoyulduğunu, onların hamısına təxminən eyni qiymət verildi-

yini (əslində  şair haqlı idi- G.P) şairin dünyagörüşündə «zid-

diyyət» kimi təhlil edir. 

Şairin 1905-ci il inqilabından sonra getdikcə «dünyagö-

rüşündə ciddi dönüş yaranır», hakim burjua-mülkədar sinfini 

tənqidedici  şeirlər yazır, xalq kütlələrini «müdafiə» edir. Şa-

maxı  zəlzələsi münasibətilə yazdığı  şeirində ev-eşiyi dağılmış 

yoxsullara dövlətlilərin kömək etməməsi pislənir, yığılan 

pulları  mənimsəyənləri kəskin tənqid edir. Vətən  əhlinin dər-



                                                                                      Gülxani Pənah 

 

 



180 

dinə çarə, bu istismarçıların məhvini istəyən misralarını diqqətə 

çatdırır. 

Tədqiqatçı A.Səhhətin  şeirlərindəki vətənpərvərliyi, yur-

dun gözəlliklərini, onun təbiətini tərənnüm etməsini dəyər-

ləndirir. «Vətən» (1914) şeirinin təhlilini verir: «gözəl torpaq, 

gözəl ölkə, gözəl yer»dən ibarət olan vətənin ruhu, canı,  əti, 

qanı kimi sevən şair  vətən haqqında ən səmimi ürək sözlərini 

deyir.  

Abbas Səhhət «Tərcümeyi-halım» adlandırdığı şeirində 

 

Şişə çəksəz də diriykən ətimi, 



Atmaram mən vətənü-millətimi 

misralarında vətəndaş  şair kimi tanınmış, tədqiqatçılar onunla 

bağlı araşdırmalarında A.Səhhəti «Səhhət-artıq bədii sözlə 

əməlin, sənətlə idealın birliyinin rəmzi, sənətkar  şəxsiyyətinin 

tamlığını nümayiş etdirən parlaq bir nümunə» kimi dəyərlən-

dirirlər (51, s.187). C.Xəndan «həqiqət yolunda bütün varlığını 

fəda etməyə hazır olan» şairin vətəni «dərdli bir anaya, özünü 

isə onun ovladına» bənzədərək yazdığı 

Vətən uğrunda gərək şəxs fədakar olsun, 

Böylə mövsümdə yatan kimlərə ar olsun! 

-misralarına diqqəti çəkir (89, s.57). Onun «Özlərini sevənlərə» 

şeirində «yeni demokratik fikirli sənətkar» kimi tanındığını, 

istismarçı siniflərə qarşı çevrilən «Yay səhəri»  şeirinin 

xarakterik keyfiyyətlərini dilə gətirir. 

«Bütün bunlar inqilabın Abbas Səhhətin yaradıcılığında 

oyatdığı yenilik və dönüşün nəticəsi idi»-deyən C.Xəndan bu 

dönüşün şairin mövzularında da böyük yeniliklərə «səbəb oldu-

ğunu», yoxsul fəhlə  və  kəndlilərin həyatından maraqlı  əsərlər 

yazdığı, «Əhmədin qeyrəti» (1908) əsərinin bu əsərlər içəri-

sində xüsusilə seçildiyini bildirir: «Əhməd Bakıda (Qara şəhər-

də) işləyən bir Cənubi azərbaycanlı fəhlədir. O, qəzet satanlar-

dan  İranda  şah  əleyhinə inqilabi hərəkatın başlandığını  eşit-

dikdə bu mübarizədə iştirak etmək üçün vətənə gedir, öz ailəsi 


Gülxani Pənah 

 

 



181 

ilə görüşmədən inqilabçılara qoşulur, al bayrağın altına keçir» 

(29, s.392). Şairin bu fəhlənin inqilabi hərəkata qoşulmasından 

ruhlanaraq yazdığı misraları təhlil edən tədqiqatçı A. Səhhətin 

qəhrəmanına «passiv münasibət bəsləmədiyini», onun qəhrə-

manıyla «maraqlandığını», «ona və ümumən inqilabçılara səmi-

mi münasibət bəslədiyini» bildirir. 

Burjua-mülkədar quruluşuna qarşı yazdığı  şeirlərdə  tən-

qidi realizm «güclənir», yaradıcılığında «əsas xüsusiyyət kimi 

nəzəri cəlb etməyən satira nümunələrinə» rast gəlinir, ictimai 

həyatın «sirrlərini» yaxından öyrənən  şair «daha açıq gözlə 

həyata baxir», baş verən siyasi-ictimai mühitə münasibəti «də-

yişir», xalqı  qəflətdə saxlamağa çalışan ruhanilərin xalqın 

«qəddar düşməni» olduğunu görür. Ruhaniləri satira atəşinə 

tutan «Alimnümalar» şeirindən bir parçani verir: 

Qoymuş on beş yetimi bicamə, 

Başına bağlamışdır əmmamə. 

Keçirib mitəxanələrdə günün, 

Yeyib ancaq yoğunladıb boynun (29, s.392). 

Tədqiqatçı burjua-mülkədar ziyalılarının da onun ya-

radıcılığında «tənqid hədəfi» olduğunu, «Müsəlman ürəfaları» 

(1910), «Özlərini sevənlərə» (1912), şeirlərində milli dilini 

bilməyən burjua ziyalılarını tənqid etdiyini, istismarçı siniflərə 

nifrətini qeyd edir. Şair zəhmətkeş xalqı, fəhlələri müdafiə etsə 

də, «siniflər arasında olan barışmaz ziddiyyəti, sinfi mübarizə-

nin  əsl mahiyyətini tam aydınlığı ilə görmür, ancaq fəhlə  və 

kəndlilərin ağır vəziyyətini təsvir etməklə kifayətlənir»-deyir 

(29-392). 

Tədqiqatçı Abbas Səhhətin  əsərlərində burjua-mülkədar 

mühitində  sənətin, sənətkarın vəziyyətinin pis, yaşayışının 

aşağı səviyyədə olduğunu, ailəsini, uşaqlarını bir parça çörəklə 

belə təmin edə bilmədiyindən şikayətini görür: 

Yox xəyalımda daha qönçə dodaqlar dərdi, 

Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi (29, s.393). 



                                                                                      Gülxani Pənah 

 

 



182

Onun «Şair, Şeir pərisi və Şəhərli» adlanan əsərini Nek-

rasovun «Şair və  vətəndaş»  şeirinin təsiri altında yazıldığını, 

burada «xalqın vəziyyətini ümumiləşdirərək,  şair  şəxsiyyə-

tində» təsvir etdiyini bildirir: «Bu əsərdə qəhrəman iki yol ayrı-

cındadır. Bir tərəfdən şeir pərisi onu romantik aləmlərə, «sakit» 

göylər mühitinə aparmaq istəyirsə, o biri tərəfdən də  şəhərli 

gənc onu real aləmə, mübarizəyə, vətənə, millətə xidmətə 

çağırır» (29, s.395). 

Ədalətsiz ictimai quruluşun eybəcərliklərinin arzularının 

qarşısını  kəsdiyi  Şair tədqiqatçıların tədqiqatlarında sonralar 

«qanadını mühit əzmiş» qələmini «zəncirləmiş», ictimai şəra-

itin faydasız şeylər yazmağa məcbur etmək istədiyi bir şəxsiy-

yət kimi-»müstəmləkə şəraitində zülm və təzyiq altında əzilən 

minlərlə qabaqcıl adamların faciəsini» özündə  cəmləşdirən bir 

surət kimi təhlil edilir (51, s.311). 

Kamal Talıbzadə bu əsərdə    «Səhhət illərlə  məşğul ol-

duğu bir problemi daha geniş planda işləmək məqsədini izlə-

mişdir. Poemada böyük arzularla çırpınan, sənətin ictimai 

mənasını başa düşən, cəmiyyətin qabaqcıl adamı olmaq istəyən 

Şair surətilə yaşadığı mühit  arasındakı  təzad və bunun nəti-

cəsində Şairin keçirdiyi ziddiyyətli əhval-ruhiyyə ifadə olunur» 

(51, s.311)-deyir. 

C.Xəndan  burada A.Səhhətin təsvir etdiyi Şairin  Şeir 

pərisinin təklifini qəbul edib, dünyanın zülm və işgəncələrindən 

qurtulmaq istəyini özündə əks etdirən: 

Tabeyəm indi sənə, neryə aparsan gedərəm, 

Necə ilham edəsən, eylə təğənni edərəm. 

Tək cahanın qutarım möhnətü alamından, 

Gəlmişəm təngə məlali-səhərü şamından (29, s.395). 

misraları diqqətə çatdırır və bildirir ki, «şair bu sözləri 

dedikdən sonra görür ki, Şeir pərisi yoxdur. O yeni real həyatda 

qalmışdır. Real həyatın nümayəndəsi  şəhərli gənc  şairdəki 

bədbinliyi görüb onu olduqca kəskin sözlərlə danlayır. O deyir 

ki, vətənin, millətin bu halını bilən, şair olan kəs mübarizədən 


Gülxani Pənah 

 

 



183 

çəkinərmi? Vətən bizim anamızdır, ananın halı pərişan olduqda 

övladı onun dərdinə qalmazmı? 

Bu töhmətlərin qarşısında yeni bir şey eşitməmiş kimi 

görünən Şair Şəhərliyə deyir ki, mən millət və vətənin halından 

xəbərsiz deyiləm. Mən çox şey demək istəyirəm, lakin qoy-

murlar: 

Vətənə, millətə sanma deyiləm dildadə, 

Yazmaq olmaz fəqət olmazsa qələm azadə! 

Çox həqiqət mənə təlqin eləyir vicdanım, 

Yoxdur ondan birini söyləməyə imkanım. 

Bu misralarda dövrə qarşı bir etiraz və üsyan vardır» (29, 

s.396).  

Surətin dili ilə deyilmiş bu sözləri tədqiqatçı A.Səhhətin 

«öz ideyası və hakim siniflərə qarşı münasibəti ilə üzvi surətdə 

bağlı» olduğu qənaətində haqlıdır. Bu cəmiyyətin  şairi ağır 

vəziyyətə salması ilə bağlı fikrinin şeirin bir neçə yerində 

«nəzərə çarpması» tədqiqatçının diqqətindən yayınmır: «Şair 

üsyankar sözləri ilə dövrünün hakim siniflərinə hücum etməklə 

öz vəziyyətini belə təsvir edir: 

İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş, 

Necə uçsun qanadı sınmış, əzilmiş bir quş» (29, s. 396). 

Şairin belə acınacaqlı  vəziyyətə düşməsinə baxmayaraq 

gələcəyə ümidlə baxması, amma bu gələcəyi «tam reallığı ilə 

təsəvvür edə bilmədiyindən» ümumilikdə  gələcək haqqında 

yazan şairlərin fikirlərinə  «şərik» olduğunu görür.  Onun insan 

cəmiyyətinin inkişaf qanunlarını  və onun aparıcı qüvvələrini 

«görmədiyini», ancaq etiraz ruhlu şeirlər yazmaqla «kifayət-

ləndiyini» deyir: 

Dəyişmək olmazsa, tərəqqi olmaz, 

Təbiətin bu qanunu pozulmaz. 

Təbiətdən gərək alınsın ibrət, 

Təcəddüdlə olur, bəqayi-millət 

deyən şair həyatı dəyişdirmək, onda yenilik yaratmaq istəyirsə 

də, inqilabın həqiqi yollarını görə bilmir. Məhz buna görə  də 


                                                                                      Gülxani Pənah 

 

 



184

ümidsizliyə qapılaraq, öz şeirlərinin «soyuqluğundan», təsirsiz 

qaldığından şikayətlənir» (29, s.397).  

Şairin xırda burjua romantiklərindən fərqli olub inqilabçı 

sinfin mübarizəsinə kömək etmiş olsa da proletar inqilabının 

«böyük mənasını dərk etmədiyindən» irəli gedə bilmədiyi fik-

rində olan tədqiqatçı onun əsərlərində  sırf bolşevizm ideyala-

rına rəğbət, məhəbbət axtarır. Bunları onun yaradıcılığında tap-

madığından  şairin tərcümələri ilə oxucularını mübarizəyə ça-

ğırsa da özünün mübarizədə «ardıcıl» olmadığı qənaətindədir. 

A.Səhhətin çap etdirdiyi ilk şeirlərində panislamizm 

ideyalarını irəli sürdüyünü deyir, eyni zamanda sonrakı 

şeirlərində  tədqiqatçının qənaətinə görə, bu ideyanın millətə, 

vətənə zidd olduğunu görür. Lakin inqilabçı sinfi və onun 

qüdrətini görməməsinin nəticəsində  «açıq mübarizə meydanın-

da gur səsini «ucaltmadığını» deyir. Şair 1917-ci il Fevral 

burjua inqilabını alqışlasa da iş başına keçən müvəqqəti höku-

mətin xalqın vəziyyətini yaxşılaşdırmaq üçün bir iş görmə-

diyindən «hürriyyət və  məşrutənin ancaq adı  gəlmiş, özü 

gəlməmişdir»- fikrini həyat təcrübəsi olan şairin düzgün qənaəti 

kimi dəyərləndirir. Sovet tədqiqatçısı  şairin inqilabçıların 

təşəbbüslərini, fəhlə soldat deputatları sovetinin təşkilini 

ürəkdən alqışladığını bildirir. 

Tədqiqatçı Abbas Səhhətin nəsr və dram əsərlərini də təd-

qiq edir. Dram əsərlərini əsasən uşaqlar üçün yazmış, bu əsərlər 

«dramaturji konflikt, hadisələrin zənginliyi, obrazların dolğun-

luğu etibarilə zəif»dir, buna görə də Azərbaycan dramaturgiyası 

tarixində görkəmli «yer tutmadığı» qənaətindədir. A.Səhhətin  

dram əsərlərində bədii dil «dramatik səviyyəyə yüksəlməsə də» 

tədqiqatçı o zamankı  şəraitdə kiçik formalı dram əsərlərinin 

azlığını nəzərə aldıqda bu əsərlərin» məktəb və klub səhnələri 

üçün tarixi əhəmiyyətini qeyd edir. Mövzusu məktəb həyatın-

dan alınan bir pərdəli «Cəhalət səmərəsi» (1912), Ostrovskidən 

iqtibas yolu ilə yazılan iki pərdəli mənzum pyesi «Yoxsulluq 

eyib deyil» (1912), orijinal pyeslərindən «Tağı  və Nağı»nı 


Gülxani Pənah 

 

 



185 

təhlil edir. Tədqiqatçı  A. Səhhətin  nəsr əsərləri ilə bağlı təhlil 

və  tədqiqatlarında onun 1950-ci ildə  çıxan «Seçilmiş  əsərlə-

ri»nin müqəddiməsində  verilən məlumata diqqəti çəkir.  Əldə 

olmayan «Volqa səyahəti» (1913), azad sevgidən bəhs edən 

«Əli və Aişə» adlı romanlarının adını çəkir, «Cərrahlıq» (1915) 

nəsr  əsərini təhlil edir. A.P. Çexovun eyni adlı hekayəsinə 

nəzirə  şəklində yazıldığını, mövzunun tamamilə Azərbaycan 

həyatından aldığını, «keçmiş  cəmiyyətin həyatından tipik bir 

səhnə» olduğunu söyləyir: «Dəllək Məşədi  Əsgər öz çirkli 

kəlbətini ilə Molla Eyvazın dişini çəkərkən sındırır və ikinci 

dəfə  ağrıyan dişinin  əvəzinə sağ dişini çəkir. Yazıçı 

Azərbaycanda çox yayılmış və xalqın bədbəxtliyinə səbəb olan 

bu «mütəxəssisləri», ara həkimlərini real bir qələmlə ifşa edir. 

O xalqı elm, mədəniyyət yoluna, həkimlərə müraciət etməyə 

çağırır. Hekayənin dili sadə, üslubu realistikdir» (29, s.403). Bu 

əsərində romantik nasirlərdən fərqli olaraq A.Səhhətin canlı 

danışıq dilini əsas götürməsini dəyərləndirir. 

A.Səhhətin uşaq şeirlərinin sadə və uşaq psixologiyasına 

«uyğun» olması, əksəriyyətinin bu gün də müasirliyi, məktəb-

lilərin dilindən düşmədiyi, başqa şeirlərinə nisbətən «daha oy-

naq, daha yüngül formalarda» yazıldığı, uşaqların ruhuna uy-

ğun alleqorik şeirlər olduğu, bunların bu gün də «mahnı şəklin-

də» oxunması, bunlardakı «məzmun sadəliyi, aydınlığı», az-

yaşlı uşaqların da başa düşməsi dəyərləndirilir: «Abbas Səhhət 

bəzi uşaq yazıçılarımızdan fərqli olaraq, şeirlərində öz hiss və 

həyəcanından daha çox uşaqların hiss və  həyəcanlarını ifadə 

etməyi lazım bilmişdir» (29, s.404). Onun «Quşlar»  şeirini 

nümunə gətirir: 

Quşlar, quşlar, a quşlar, 

Qaranquşlar, a quşlar! 

Cəh-cəh vurur burada 

Gah yerdə, gah havada, 

A quşlarım, getməyin, 

Məni qəmgin etməyin! (29, s.404).  


                                                                                      Gülxani Pənah 

 

 



186

Burada ifadə olunan hiss və həyəcanın «az yaşlı uşaqlara 

aidliyi» diqqətə çatdırılır. 

Onun uşaq şeirlərini bədii cəhətdən də yüksək qiymətlən-

dirir, alleqoriyadan istifadə etdiyini, Krılovun təmsillərini xatır-

ladan orijinal əsərlər yaratdığını, bu əsərlərin təsir qüvvəsini və 

pedaqoji əhəmiyyətini qeyd edir. «Ayı və Şir», «Ayı və arılar», 

«Sərçə  və  qırğı», «Qarışqa və milçək», «Tülkü və qurd», 

«Tülkü və meymun» və s təmsilləri məşhurdur, öz dövrünə 

məxsus  şeirlərində dövrün məktəb tərbiyəsi ilə «barışmayır» 

(«Bir məktəbdə imtahan»). Uşaqların sərbəst düşünməsinə 

törədilən maneçilik, inzibati halların tənqidi və s. kimi qoyduğu 

məsələlər araşdırılır. Onun yaradıcılığı «ata-anaya məhəbbət, 

məktəbə  rəğbət, təbiətin sirləri ilə tanışlıq, tərbiyəli olmaq, 

çalışqanlıq, xalqı, vətəni sevmək kimi mühüm mövzuları» əhatə 

edir, uşaq  şeirlərində xalq yaradıcılığından geniş istifadə edir: 

«Bu istifadə iki şəkildədir. O bəzi  şeirlərinin mövzusunu xalq 

yaradıcılığından alıb, həmin mövzunu öz sözləri ilə yenidən 

işləyir. Məsələn, onun «Gün və Külək» şeirinin mövzusu xalq 

ədəbiyyatından-uşaqlar üçün yaranmış bir nağıldan alınmışdır. 

Xalq yaradıcılığından ikinci istifadə yolu zərbi-məsəl, tapmaca, 

atalar sözü və bayatıları eyni ilə öz şeirlərində işlətmək şəklində 

olur» (29, s.405). 

 «Köç» şeirindən aşağıdakı misraları: 

Ağ dəvə alçaq gedər, 

Qolunda qolçaq gedər, 

Ağ dəvənin gözləri, 

Yerə dəyər dizləri. 

Və yaxud, «Ana və bala» şeirindən: 

Dağda darılar, 

Sünbülü sarılar, 

Qoca qarılar, 

Bu balama qurban 

misralarını nümunə gətirir. Onun bu şeirlərində «nəsihət şəklin-

də» gəldiyi nəticələrə diqqəti yönəldir. Bu nəticənin bəzən 


Gülxani Pənah 

 

 



187 

«xalq məsəllərilə» verildiyini deyir: «Hər bir şeirin ideya və 

məqsədilə əlaqədar olan bu nəticələr yadda qalan nəsihətlər ki-

midir. «Tənbəl»  şeirinin qayəsi uşaqları çalışqanlığa, zəhmətə 

cəlb etmək olduğundan şair onu bu sözlərlə qurtarır: 

 

Hər kim dilər şən olsun, 



Getsin çalışqan olsun. 

 

Yaxud, «Gün və külək»  əsərində  işə yiyələnmək məq-



sədini güdən şair öz şeirini bu sözlərlə qurtarır: 

 

Güc və zor ilə heç iş aşmaz, 



İş əlində həlim olan çaşmaz» (29, s.406). 

Abbas Səhhətin uşaqlar üçün yazdığı  şeirləri  «yaradıcı 

əməyin məhsulu» bilir: «o, bu sahədə çox düşünmüşdür. Rus və 

Azərbaycan təmsilçilərinin nəcib ənənələrini davam etdirən şair 

orjinal  əsərlərilə başqa yazıçılarımızı da bu sahədə çalışmağa 

ruhlandırmışdır.  İnqilabdan  əvvəl nəşr olunan uşaq jurnalları 

onun  şeirlərini tez-tez çap etdikləri kimi dərslik yazan müəl-

liflər də bunlardan geniş istifadə etmişdir. Şairin özü tərəfindən 

yazılmış  dərs kitablarında da bunlardan istifadə olunmuşdur» 

(29-406). Uşaq şeirlərini dil, stil, həcm, forma cəhətdən ən yax-

şı  uşaq  əsərləri kimi qiymətləndirən tədqiqatçı onu Sabir, 

A.Şaiq, S.S. Axundov kimi «bacarıqlı uşaq yazıçısı» kimi  qiy-

mətləndirir. 

Tədqiqatçı şairin tərcümələrini araşdırarkən  Azərbaycan-

da tərcümə  ədəbiyyatının uzun bir tarixi olsa da, A.Səhhətə 

qədər bu işlə müntəzəm məşğul olan, «onu öz sənəti hesab edən 

bir yazıçı və şairə» rast gəlmədiyindən bu sahədə onun xidmə-

tini qiymətləndirir. Ən böyük xidməti kimi qabaqcıl rus şairləri 

ilə «xalqımızı tanış etməsini» görür. 

Ondan qabaq A.A.Bakıxanov Krılovdan, R.Əfəndiyev 

Puşkindən, Gülməmmədbəyov Kəngərli Nekrasovdan tərcümə-

lər edib. Tədqiqatçı A. Səhhətin öz dövründən narazı qalan, 



                                                                                      Gülxani Pənah 

 

 



188

vətən, xalq üçün azadlıq axtaran M. Y. Lermontov, A.S.Puşkin,  

Nadson, Müsse, Smirnov, Koltsov, Pleşşeyev, M.Qorki, 

Nikitin, Derjavin, L.Tolstoy, Kozlov, Jadovski, Mixaylov, 

Qrekov, Medvedyev, Belousov, Minski, Krılov, Höte, Hüqo, 

Miller və s. sənətkarların əsərlərini Azərbaycan dilinə tərcümə 

etmiş olduğunu da bildirir. C. Xəndan bu  fikirdədir ki, onun 

tərcümələrini “çox zaman özünün orijinal şeirlərindən ayırmaq 

çətindir”, çox «səlis, bədii və  təbii bir dillə» tərcümələr edir, 

oxucu bu parçaları tərcümə deyil, orijinal şeir olduğunu «zənn» 

edir, sovet hakimiyyəti illərində bu şeirlərin bəziləri tərcümə 

olunsa da, bəzilərinə heç «toxunulmamışdır», bu gün belə onlar 

orijinal şeir kimi «səslənir». Puşkinin «Qafqaz» şeirini nümunə 

gətirir: 

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən, 

Tutmuşam tək, uçurum, qarlı dağ üstündə qərar. 

Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən, 

Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar (29, s.409). 

 

Onun tərcümələrinin «öz müasirlərinə  də «təsirsiz qal-



madığını», Sabir, Şaiq, C.Cabbarlı kimi şairlərin yaradıcılığın-

da «açıq göründüyünü» açıqlayır. 

Məmməd Arif A. Səhhətin rus ədəbiyyatından, xüsusilə, 

Qafqaz xalqlarının istiqlaliyyət və azadlıq uğrunda mübarizə-

sini görüb, onlara böyük sevgi bəsləyən Lermontovdan  etdiyi 

tərcümələri («Mtsıri», «Hacı Abrek», «Çərkəslər», «Qanlı», 

«Terekin sovqatları», «Mübahisə» və s) «Qafqazın xalqlarına 

və təbiətinə bu cür diqqətli və doğma münasibət» «Qafqaz oğlu 

olan Səhhəti» maraqlandırdığından, eyni zamanda da rus 

ədəbiyyatında yeni motivlər, yeni ideyalar ifadə edən yüksək 

sənət nümunələrinə daha çox diqqət göstərdiyindən irəli gəldiyi 

fikrindədir (42, s.322). 

Abbas Səhhətin-demokratik fikirli bir şairin əsərlərindəki 

ictimai fikirlər, milli ruh,  «imperalizmi zəiflədən, pozan, taqət-

dən salan mübarizəyə» kömək edən fikirləri, milli-vətənpər-


Gülxani Pənah 

 

 



189 

vərlik ideyaları ilə silahlanmış  əsərləri, zülmə, istismara qarşı 

kəskin nifrətini ifadə edən  əsərləri C.Xəndanın və sonradan 

gələn  ədəbiyyatşünasların diqqətində olmuşdu. O elə bir 

maarifpərvər sənətkar idi ki, o yazdığı  əsərlərdə  də, tərcümə 

etdiyi  əsərlərdə  də «ruhuna uyğun olanı» ifadə edirdi. A.Səh-

hətin geniş yaradıcılığa malik olduğunu bildirən C.Xəndan 

fikirlərində haqlıdır ki, «onun maraqlı  uşaq  şeirlərindən, 

pyeslərindən, nəzəri məqalələrindən, lirik və epik şeirlərindən, 

tərcümələrindən ayrıca danışmaq lazımdır». 




Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin