Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

nov tarixi fakta, həqiqətə bitərəf yanaşmamış, etinasız da olma-

mışdır. O, bu həqiqətin əsas xarakter cəhətini canlı, qabarıq bir 

şəkildə göstərməyə çalışmışdır. Onun qəhrəmanı padşah olsa 

da, dövrünə görə feodal İranı üçün mütərəqqi plan hazırlayırdı. 

Xarici düşmənləri ilə hesablaşandan sonra Nadir şah ölkədə 

islahat aparmaq niyyətində idi. O, tutduğu mövqeyin 

məsuliyyətini və  əhəmiyyətini bilən, ölkənin həyatını düşünən 

ayıq bir adamdır» (68, s.153-154). 

N.Nərimanov çıxışlarının birində bu əsərdən danışarkən 

«bu dramın özündə mən ruhaniləri tərk-silah etdirməyə, dövlət 

və onun siyasi həyatında hüquqlarını məhdudlaşdırmaq yolu ilə 

kütləyə  təsirlərini zəiflətməyə çalışıram. Lakin xalqdan çıxan 

adamın dövlət işlərində ruhaniliyin təsirini aradan qaldırmaq 

tədbirini qaba hərəkət hesab edənlər, mənim qəhrəmanımı 

öldürdülər» (69).  

Yazıçının bu əsərində senzura təqiblərindən yaxa qurtar-

maq  üçün hadisələrin zaman və məkanını dəyişdirdiyini qeyd 

edən tədqiqatçı M.F.Axundovun fikirlərini yada salır. M. F. 

Axundov «Mirzə  Məlkum xanın pyesaları haqqında kritika» 

əsərində yazır: «Müasirlər haqqında bu kimi şeyləri yazıb 


                                                                                      Gülxani Pənah 

 

 



124

inkişaf etdirmək təhlükəlidir... Bəs nə etməli? Mətləbin çox 

əhəmiyyəti var, yazılması çox vacibdir

Əlacı asandır. Hadisənin  əmələ  gəlməsi tarixini dövlə-

tində qayda-qanun olmayan şah Sultan Hüseyn Səfəvinin əsrinə 

atarsız ki, guya onun padşahlığı zamanında  Əşrəf xan Ərə-

bistandan gəlir və o bəlaya düçar olur. O halda heç kəs sənin 

yaxanı tuta bilməz və müasirlər də bundan öz hesablarını 

aparacaqdırlar» (70, s.7; 29, s.250).   

N.Nərimanovun da «təxminən belə  hərəkət etmiş» oldu-

ğunu deyən C. Xəndan «çox maraqlıdır ki, Nərimanov müt-

ləqiyyət üsul-idarəsindəki yaramazlıqları M.F.Axundovun adını 

çəkdiyi  şah Sultan Hüseyn sarayında göstərməklə, eyni za-

manda çar quruluşuna da işarə etmiş,  ədalətli hökmdar yarat-

maq istəmiş, müasirləri isə bundan öz hesablarını aparmışlar» 

(29, s.250). 

Əsərin çar senzurası  tərəfindən qadağan edilməsinin 

səbəblərindən biri kimi onun «müasirliyini» görən tədqiqatçı 

geniş  təhlilini verir, Nadir surətinin bütün ziddiyyətlərilə gös-

tərməyə çalışması aydınlaşdırılır. Dayısı Cavadın nəsihətlərinə 

əsasən İrana qan ağladan Nadir qılıncını vətənin səadəti uğrun-

da işlədəcəyinə and içir, İran  şahzadəsi Təhmasa təslim olur, 

şah onun igidliyini bilib qoşuna sərkərdə  təyin edir, Nadir öz 

vəzifəsini ləyaqətlə yerinə yetirsə  də, vəzir xana yalan məlu-

matlar verir, Nadirin şahlıq iddiasında olduğunu söyləyir,  şah 

onu edam etmək istəyir, Nadir qoşunun içərisindəki hörmətin-

dən istifadə edib hakimiyyətə keçir. Vətəni sevən bir hökmdar 

kimi yeniliklər etmək istəsə də, bu, acgöz xanların xoşuna gəl-

mir. Tədqiqatçı Nadirin etmək istədiyi yeniliklər sırasında 

«sünni-şiə  məzhəblərini birləşdirmək, mollaların dövlət işində 

ixtiyarını  məhdudlaşdırmaq, dilənçiliyi aradan götürüb xalqın 

həyatını yaxşılaşdırmaq kimi demokratik tədbirləri» sadalayır. 

«Nadir  şah»  əsərində  vəzirlə söhbətində Nadir deyir: 

«Əvvala, fikrim budur ki, iki düşməni barışdıram… 



Gülxani Pənah 

 

 



125 

Adam demirəm, iki düşmən, yəni iki məzhəb… Doğrusu, 

şiə-sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə. 

İkinci fikrim budur ki, gərəkdir  İncil bizim dilə  tərcümə 

oluna. 

…  Hər padşaha lazım gəlir qeyri tayfanın dinini bilsin. 



Tainki qeyri tayfa ilə dininə müvafiq rəftar olunsun. 

… Üçüncü fikrim… mollaların ixtiyarını azaltmaq. 

…Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, o dövlətdə 

tərəqqi olmaz

… Çünki bir neçə  səbəblərə görə molla qismi 

həmişə çalışır ki, xalqı qaranlıqda yaşatsın. 

Dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq 

gərəkdir… 

Dördüncü fikrim budur ki, gərək mənim padşahlığımda 

fəqir və  səfil tapılmaya… Xülasə, bu minval başımda çox 

fikirlər var… ümidvaram ki, bunların hamısı düzələ…» (68, 

s.153) 


C. Xəndan onun tədbirlərinə etiraz edənlərin ruhanilər, 

xalqı əsarətdə saxlamaq istəyən  saray adamları olduğunu qeyd 

edir. Nadir şahı öldürmək üçün çalışırlar, «onlar şikara çıxan 

şaha güllə atıb, bu işdə  şahın oğlunun  əli olduğuna onu inan-

dırır və gözlərinin çıxarılmasına, beləliklə  də Nadirə  mənəvi 

zərbə vurmağa müvəffəq olur və nəhayət şahı öldürürlər» (29, 

s.252).  

Digər tədqiqatçılar da Nadir şahın N. Nərimanovun təsvir 

etdiyi kimi yüksək bəşəri hisslərə malik olmadığını, digər 

şahlar kimi onun səltənətinin də «qan üzərində» qurulduğunu, 

Nərimanovun bu cəhətlərini «bir yana atıb» fəaliyyətinin «mü-

tərəqqi tərəflərini» qabarıq ifadə etməyə çalışdığını, bunların 

dramaturqun «maarifçilik baxışları ilə» səsləşdiyini, «dövlət 

başçısı haqqında» tarixi şəxsiyyətin dili ilə fikirlərini ifadə et-

miş» olduğu, beləliklə, tarixdəkindən fərqli olaraq Nadiri 

idealizə olunmuş müsbət surət kimi verdiyini bildirirlər (71, 

s.187). 


                                                                                      Gülxani Pənah 

 

 



126

C.Xəndan burada «əvvəlki dramlara nisbətən hadisələr 

gərgin, konflikt qüvvətli və bunlarla əlaqədar olaraq obrazlar da 

bitkindir»-qənaətindədir (29, s.252). 

«Mürtəce qüvvələrin ifşası»nın dramanın «ana xəttinə» 

daxil edildiyini bildirən tədqiqatçı bu fikirdədir ki, şahın 

saraylarındakı  hər cür intiriqalar, şöhrət və  vəzifə  uğrunda 

mübarizə qabarıq şəkildə verilmiş və göstərmişdir ki, yalnız öz 

şəxsi mənafelərini güdən bu adamlar vətən və xalq uğrunda heç 

bir konkret iş görmədiklərindən oxucuların nifrətinə səbəb olur 

və yaxud hüsn-rəğbətlərini qazana bilmirlər» (29, s.252). 

Yazıçı bu intriqaları yalnız  şəxsi mənafe çərçivəsində 

təsvir etməklə «kifayətlənmir», «cəmiyyət işləri sahəsində  də 

göstərməklə ayrı-ayrı saray adamlarına deyil, bütün mütləqiy-

yət quruluşuna» qarşı nifrət hissi «doğurur», Nadirin apardığı 

islahatlar saray və onun ətrafında toplanan mürtəce qüvvələri 

«təşvişə salır», buna görə  də dramaturqun demokratik fikirli 

qəhrəmanı «heç bir tədbirini həyata keçirə» bilmir, tədbirləri 

«arzu  şəklində» qalır, mürtəce qüvvələrin  əlilə «məhv olur». 

Eyni zamanda tədqiqatçı bu fikirdədir ki, «Bununla belə, tari-

xən məhdud olan, başqa sözlə desək,  İran mütləqiyyət üsul-

idarəsində  həyata keçirilməsi mümkün olmayan bu yeniliyin 

məğlubiyyəti oxucuların bədbinliyinə səbəb olmur. Əksinə, bu 

məğlubiyyətdə mənəvi bir qalibiyyət vardır. Məhz buna görə də 

tarixi  şəraitdəki məğlubiyyət oxucunu yeni şəraitdə daha 

mütəşəkkil, daha ciddi mübarizəyə ruhlandırır. Bu mənada 

müasir həyat üçün əsərin təbliği və  tərbiyəvi  əhəmiyyəti bir 

daha qeyd edilməlidir» (29, s.252-253). 

Əsərin geniş  təhlilini verən yazıçı oxucuya aşılanan 

vətənpərvərlik hissini qeyd edir. Əsərdəki «qüvvətli xarakterlər, 

gərgin konfliktlər, yığcam mənalı dialoqlar, məzmunlu mono-

loqlar, intizar səhnələri, şəkillər arasındakı əlaqə və s. cəhətlər 

bu  əsərin dəyərli sənət  əsəri olmasını  təsdiq etdiyini bildirir: 

«Əsərdə kütləvi səhnələrin təsviri, pərdələrdə  şəkillərin veril-

məsi, zaman və məkanın tez-tez dəyişilməsi, müxtəlif xarakterli 


Gülxani Pənah 

 

 



127 

obrazlar silsiləsinin yaradılması, ailədə, sarayda, döyuş 

meydanları və s. yerlərdə ictimai həyat lövhələrinin zəngin təs-

vir edilməsi və başqa bu kimi xüsusiyyətlərilə bu pyes drama-

turgiyamızda az da olsa, bəzi yeniliklər yaratmaq istəyən, tap-

danmış yollarla getməyi sevməyən bir sənətkarın orijinal 

yaradıcılıq yollarında irəlilədiyini göstərməkdədir» (29, s.255). 

C.Xəndan, Mir Cəlal Nəriman Nərimanovun nəsrini araş-

dırmış, realist ədəbiyyatın inkişafı tarixində  əhəmiyyətli yer 

tutduğunu qeyd etmiş, nəsr  əsərləri az olsa da, onların bədii 

dəyər və  məzmunca  əhəmiyyətini önə  çəkmişlər: «İnqila-

baqədərki Azərbaycan nəsri  əsasən kiçik həcmli, dərin məz-

munlu, ictimai yaraları  təşrih edən, oxucunu əyləndirməyə, 

məşğul etməyə yox, düşündürməyə, qayğı çəkməyə çağıran tu-

tarlı, təsirli əsərlərdən ibarət olmuşdur. Bu yaradıcılıq yolunda 

gedənlərdən biri də realist, demokrat ədib N. Nərimanov idi» 

(68, s.155). 

Онун  «Пир», «Бащадыр  вя  Сона», «Бир  кяндин 

сярэцзяштляри»  ясярляри  арашдырылыр. «Бащадыр  вя  Сона»нын 

Азярбайcан роман jанрынын илк нцмуняляриндян олуб мящяббят 

мювзусунда  йазылдыьы,  Шярг  яняняви  севэи  дастанларына («Ясли 

вя Кярям», «Тащир вя Зющря», «Хумар вя Сянан», «Аббас вя 

Эцлэяз») йахын бу ясярин кечмиш cямиййят цчцн сяcиййяви бир 

фаcияни  эюстярдийи  гейд  олунур: «Кечмиш  дцнйада  чох  тясадцф 

едилян, уьурсуз, фаcияли, фялакятли севэи маcяраларынын характери 

мялумдур.  Динайры  эянcляр  олан  гыз  вя  оьланын  мящяббяти 

феодал шяраитиндя дини вя милли фяргляр уcундан гара гцввялярин 

кяскин  мцгавимятиня  раст  эялир.  Накам  мящяббят  щяр  ики 

тяряфин фаcияси иля гуртарыр» (68-155). 

«Бащадыр  вя  Сона»  романынын  мязмуну,  эениш,  дярин, 

сырф,  мараглы,  мцасир  олдуьу,  онларын  севэисинин  мцтярягги 

идейалара  ясасландыьы,  онлары  шяхси  щяйатларындан  зийадя  щягиги 

виcдан,  мясляк  азадлыьы,  шяхсиййят,  мящяббят  азадлыьы 

дцшцндцрдцйц, «иcтимаи  щяйат,  вятян  вя  халг  талейи»  щаггында 

дцшцндцйц,  онларын  капиталист  мцнасибятляринин  щюкм  сцрдцйц 

шяраитдя,  инсанлары  бир-бириндян  айыран  «учурум  дяряляр»ин 



                                                                                      Gülxani Pənah 

 

 



128

наращат  етдийи  ачыгланыр: «Онлар  ня  сябябдянся  айры  дцшмцш 

инсанлары  бирляшдирмяк, «учурумлары»  рядд  етмяк  истяйирляр: 

«Неcя  ола  биляр  ки,  бизи  «учурум  дяря»  айыра?  Яcяба,  бу 

«учурум дяряляри» биз инсанлар дцзялдиб дя онлары мящв етмяк 

бизим  ихтийарымызда  дейилми?  Ня  цчцн  мян  мцсялман,  сиз 

христиан,  гейриси  йящуди  вя  йа  бцтпяряст  адлансынлар?  Ня  цчцн 

бу  инсанлар  сонрадан  дцзялмиш  дцрлц-дцрлц  ганунлара  ситайиш 

етсинляр?» (68-155-156). 

C.Xəndan da bütün bu sualların əsər boyu gəncləri «dü-

şündürdüyünü», bu suallara nə ataların, nə oğulların «cavab ta-

pa bilmədiyini» deyir və göstərir ki, «buna görə də ədibin gənc 

qəhrəmanları məhv olur. Bahadır özünü öldürür. Sona isə dəli-

xanaya düşür. Bahadırın ölüm ayağında yazdığı  məktub oxu-

cunu düşündürür: «Ah, insanları bir-birindən ayıran uçurum 

dərələr! Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz. 

Fəqət,  əmin olunuz siz axırda məhv olacaqsınız» (29, s.252-

253).  


Bahadırın bu sözlərini «çürük ictimai münasibətlərə qarşı  

ədibin üsyanı» kimi qəbul edir: «Ədib Bahadır ilə Sona 

arasındakı məhəbbəti saf və təmiz, sağlam, qüdrətli, təbii insani 

bir hiss kimi təsvir etmişdir. O, bu hissi yalnız gənclərin zahiri 

gözəlliyi ilə bağlamamışdır. Mahir bir sənətkar olaraq hər 

ikisinin qəlb aləmini oxucuya açıb əyan etmişdir» (29, s.253). 

Mənəvi zənginlik, ağıl-kamal,  əqidəcə yaxın olan bu 

gənclərin arzu və idealları  böyük olsa da, imkanlarının «məh-

dud»luğu, fanatizm şəraitində boğulmaları, bununla belə 

mənəvi qüdrət və qeyrətlərini saxlaya bilmələri, öz faciələri ilə 

zülm və  ədavət dünyasına dərin nifrət oyatmaları açılır: «Mü-

asir və mütərəqqi ideyaların cürətli təbliği, bədii forma gö-

zəlliyi, maraqlı, sadə və təbii hekayə üsulu, hadisələrin müstə-

qim və sürətli inkişafı, tam və bitkin süjet, aydın xarakte-

ristikalar, sağlam lirika, dildə canlılıq-romanın əsas bədii key-

fiyyəti bunlardan ibarətdir. Bahadır da, Sona da öz xalqlarının 

taleyi, gələcəyi haqqında, gəncliyin xoşbəxt, azad məhəbbəti 

haqqında sərbəst, doğru düşünən, keçmişi, indini yox, parlaq 



Gülxani Pənah 

 

 



129 

gələcəyi, xalqlar birliyi və qardaşlığını düşünən münəvvər 

cavanlardır» (68, s.157). 

C.Xəndan yazıçının nəsrində realizmin daha qüvvətli 

şəkildə «öz bədii ifadəsini» tapdığını, bu cəhətdən «Bahadır və 

Sona»nı realist nəsrin ən yaxşı nümunələrindən sayıla bildiyini, 

«roman janrında yazılmış ilk əsərlərdən» olduğunu, bununla 

yanaşı  əsərin kompozisiyası, həyat lövhələrini təsvir üsulu, 

süjet və yardımçı süjet xətlərini  əhatə etməsi və böyük 

romanlara xas olan başqa cəhətlərində» bir çox «nöqsanlar» 

tapmaq mümkün olsa da, «M.F.Axundovun məşhur «Aldanmış 

kəvakib» povestindən sonra sadə xalq dilində belə bir əsərin 

yazılması  nəsr tariximizdə diqqətəlayiq hadisə» kimi qiymət-

ləndirilir: «Əsərin süjet xəttinə azərbaycanlı Bahadırla erməni 

Sona arasında baş verən sevgi fonunda XIX əsrin sonu XX 

əsrin  əvvəllərindəki Azərbaycanın ictimai həyatı üçün çox 

aktual əhəmiyyəti olan bir məsələ daxil edilmişdir. Bu məsələ 

milli fərqlərdə gəncliyin arzu və istəklərinə zidd olan bəzi səd-

lərin aradan götürülməsinə çalışmaqdan ibarətdir» (29, s.255).  

Millətlərin, irqlərin, xalqların arasına ayrı-seçkilik salan 

ideyalara qarşı yönəldilmiş bu əsərin məzmun, ideya zənginliyi 

tədqiqatçıların sonralar da təhlil və  tədqiqatlarında geniş yer 

tutur. 

Əflatın Məmmədov yazır. «N.Nərimanovun «Bahadır və 



Sona» romanında Bahadırla Sonanın sadə  məhəbbəti  Əsli və 

Kərəmin məhəbbətini xatırlatsa da, yazıçı bu məhəbbət fonunda 

din, dil, maarif və milli intibah kimi siyasi-ictimai məsələlərə 

toxunur» (58, s.48).  

Əsərdə yazıçının klassik ədəbiyyatımızın yaxşı  ənənə-

lərini qorumaqla yanaşı bir sıra yeni məsələlər də irəli sürməsi, 

bu «məsələlərdən biri» «əqidə dostluğu», dinə baxışı, şeir, sənət 

haqqında fikirləri, çar üsul-idarəsinə münasibəti, milli 

mədəniyyət mövzusunda mülahizələri, ictimai görüşləri»nin də 

öz ifadəsini tapması  tədqiq edilir: «Beləliklə, o, hadisələrin 

sadəcə  təsvirini verməklə kifayətlənməyib lazımi nəticələr 


                                                                                      Gülxani Pənah 

 

 



130

çıxarmış  və öz görüşlərini  əsaslandırmağa çalışmışdır. Xalqın 

arzularına zidd olan fərqləri yaradan din haqqında danışarkən 

yazıçı eyni zamanda dinin dövlətdən ayrılması kimi siyasi 

fikirlərini də irəli sürmüşdür» (29, s.256). 

 «N.Nərimanovun «Bahadır və Sona», C.Məmmədqulu-

zadənin «Danabaş  kəndinin  əhvalatları» kimi roman və po-

vestlərin janr xüsusiyyətləri və ideya-estetik qayəsi də yeni 

şəraitdə Azərbaycan nəsrinin inkişaf xəttini müəyyənləşdirirdi» 

(58, s.61).  

C.Xəndan araşdırmalarında bildirir ki, əsər iki gəncin 

sevgisi üzərində qurulsa da «ictimai bir roman»dır, bədii 

cəhətdən qüvvətli romanın süjet xətti çox «yığcam və sadədir», 

«real və  həyati bir hadisə üzərində qurulan bu süjet xəttində 

insan və onun taleyi» yazıçını düşündürür.  Əsərdə Bahadır, 

Sona, Yusif kimi tam obrazlarla yanaşı olan Aleksey, Maşo, 

Sultan, Novruz, İvan kimi epizodik surətlər»i diqqətə  çəkir. 

Bahadır «yoxsullaşmış  bəy oğlu», oxumuş, müasir elmlərə 

yiyələnmiş, Azərbaycan, rus və fransız dillərini mükəmməl bi-

lən bir obraz kimi, məhdud dünyagörüşü zəminində geniş təhlil 

edilir, burada «köhnə adətlərin qalıqlarına qarşı mübarizə, in-

ternasional birliyi möhkəmlətmək, habelə keçmişin yaramaz-

lıqlarına nifrət»,  əsərin bədii tərbiyəvi  əhəmiyyəti təhlil edilir 

(29, s.256). 

«Pir» povestini dövrü üçün olduqca aktual», «mövhumata 

və avamlığa qarşı mübarizədən» bəhs edən, öz həmkarları kimi 

xalqın irəliləməsinə mane olan «mürtəce qüvvələri kəskin 

satira» atəşinə tutan əsər kimi dəyərləndirir: «Elmin nailiyyətlə-

rinə inanmayıb hər cür dərdin davasını pirlərdə görən avamları 

bu yanlış  və  zərərli yoldan uzaqlaşdırmaq üçün N.Nərimanov 

olduqca orijinal bir süjet qurmuşdur» (29-260).  

Əvvəllər meymun oynadan, meymunu öldükdən sonra 

başına bir «sırıq» bağlayıb, «mən mərsiyəxanam» deyən, belə-

liklə, «mollalıq etməklə dua» yazan, «fala baxan», «həkimlik 

də edən» Molla Cəfərqulu kimi «fırıldaqçıların iç üzünü açıb 


Gülxani Pənah 

 

 



131 

göstərən yazıçı xalqı onların hiylələrindən uzaqlaşdırmağa 

çalışır. O, göstərir ki, din və mövhumatı əllərində kəskin silah 

edən mürtəcelərin  əsl məqsədi xalqı soymaq, öz var-döv-

lətlərini artırmaq, elm və  mədəniyyətin inkişafına mane 

olmaqdır» (29, s.261).  

Əsərdəki hadisələr, Gülbahar və onun şikəst oğlu Cəbinin 

başına gələn müsibətlərin təsviri, pirin necə əmələ gəlməsindən 

xəbərsiz avam insanların onun «kəramətinə» inanması, yalançı 

pirlərə inanan avam insanların düşdüyü gülünc vəziyyət və di-

gər hadisələr təhlil edilir. Molla Cəfərqulunun iyrənc əməllərini 

yazıçının necə  kəskin satira atəşinə tutduğu, oxucuda kin və 

nifrət oyatdığı aydınlaşdırılır, «povestdəki tənqid hədəfləri ya-

zıçının qüvvətli satira və mənalı yumoru qarşısında tam çılpaq-

lığı ilə görünür. Dərin realizm ən kiçik detalı belə yaddan 

çıxartmır» (29, s.261).   

Tədqiqatçı nümunə üçün povestdən həyati bir hadisə ilə 

əlaqdar olaraq psixoloji bir halın təsvirini diqqətə çatdırır: «Bir 

çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçmiş 

olacaq. Dəmirqayanın arvadı Gülzar, qaynanası  Pərzadla bir 

arabada gəlirdilər. Gülzar Pərzada baxıb gözlərini çox kiçik gö-

rürdü. Rəngi də saralmış  nəzərə  gəlirdi. Gülzar ürəkdən fikir 

edirdi: 

Hə, nəzirim qəbula keçibdir! 

Ancaq, ey pir! Bir az səbir elə, gedib evimizə çataq. Yox-

sa yolda qocanın canı  çıxar,  əlimiz də bir yerə çatmaz». Qay-

nanasının zülmünə dözməyərək, olub-qalan qızılını pirə  nəzir 

verən bu avam gəlinin psixolojisi nə qədər real göstərilmişdir» 

(29, s.261).  

C.Xəndan hər dövr üçün müasir olan bu əsərin ori-

jinallığını, bədii dəyərini qiymətləndirir və bildirir ki, «N. 

Nərimanov 45 il bundan qabaq nə qədər uzağı görən bir realist 

olduğu aydınlaşır. O, yaxşı bilirdi ki, əsrlərdən bəri istismarçı 

siniflərin, xalqın qanını soran müftəxorların firavan həyat 



                                                                                      Gülxani Pənah 

 

 



132 

sürmələri üçün geniş yaydıqları mövhumatı asanlıqla  şüur-

lardan çıxarmaq mümkün deyildir» (29, s.261). 

«Pir» povesti haqqında bir sıra tədqiqatçılar da dəyərli 

fikirlər söyləmişlər. Onun geniş təhlilini verən Mir Cəlal  Gül-

badam obrazının xarakterini açır. Məsum, kimsəsiz, axundun, 

ərinin, cahil düşüncələrinin  əsiri Gülbadamın  əsərin sonuna 

qədər inkişaf etdiyini, tamamilə dəyişdiyini, mübariz bir qadına 

çevrildiyini bildirir.  

Bu əsəri oxuyan hər kəs «cəhalət dünyasının qurbanı olan 

məsum ana Gülbadama acıyır», o, «yazıq, köməksiz, həm ərin, 

həm mövhumatın, həm köhnə etiqadların  əsiridir», bununla 

belə, getdikcə «vəziyyət dəyişir- Gülbadam inkişaf edir», «indi-

yəcən daxili, zehni tərəddüdlər içində  çırpınan və bulud kimi 

tutulan qadının qəlbində bir təlatüm» oyanır, «həyatın, həqi-

qətin dəyişib tərbiyə etdiyi, mənəvi iztirabların bərkitdiyi, 

köhnə dünyaya nifrətlə silahlanan iradəli, mərd bir ana, bir 

azərbaycanlı qadın» səviyyəsinə yüksəlir: «Daxili, mənəvi 

inkişaf yolu ilə böyüyən, dəyişən Gülbadam realist Azərbaycan 

ədəbiyyatındakı qadın surətləri silsiləsində mühüm yer tutur. 

Onun dalınca paslı zəncirləri qıran, çürük ehkamları rədd edən, 

çadranı ayaqlayan üsyankar Gülbaharlar, Pəricahanlar, Sevillər, 

Almazlar gəlir» (68, s.158). 

Kamran Məmmədov yazır: «XX əsr Azərbaycan realist 

hekayələri «Usta Zeynal», «Allah xofu», «Cənnətin qəbzi», 

«Şeyx Şəban», «Məktub yetişmədi» kimi qüvvətli sənət inciləri 

sırasında «Pir» hekayəsinin də xüsusi yeri vardır. Gülbadamın 

başına gələn faciə inqilabdan əvvəl mollalar və dinpərəstlərin 

törətdiyi rəzalətlərdən yanıqlı bir səhnədir, səbir kasası dolmuş 

Gülbadamların istismar dünyasına tutuzdurduqları möhkəm 

sillədir: «Mən nifrət etdiyim məkandan balama nicat gözlə-

mirəm» (55, s.148). 

Yazıçının yaradıcılığında mühüm yer tutan felyeton-

larının təhlil və  tədqiqini verən tədqiqatçı «Cümə söhbətləri», 



Gülxani Pənah 

 

 



133

«Həftə  fəryadı» felyetonlarının adını  çəkir, bunlarda burjua 

cəmiyyətinin çirkinliklərini açıb göstərdiyini bildirir. 

N.Nərimanov onu felyeton yazmağa sövq edən ictimai 

səbəbləri söyləyir. «Onu demək istəyirəm ki, bundan müqəd-

dəm məqalə yazmaq çox asan idi. Nə yazırdın inanırdılar... İndi 

yox... Xülasə, istəyirsən bir şeyin barəsində yazasan, axırda o 

şey özü yaddan çıxıb, ancaq filanlar başında «cib-cib» cibbil-

dəyir. Axırda əlacın pozulub məqaləni elə bir tövr düzəldirsən 

ki, üstünə düşəndə  də cavab verməyə sözün olsun... Əlbəttə, 

məqalələr yazmaq indi çətin olubdur, vaxt çox gedir: düz-dü-

zünə indi daha getmək olmaz, əyri-üyrü yollar tapıb «ürəyin-

dəki» mətləbi bir növ ilə yetirəsən, üstüörtülü də olmuş olsa. 

«Mənim» əqidəmdə olanlar tez başa düşərlər, düşüb də «istifa-

də» edərlər. Özləri də anlayarlar ki, indi daha o vaxt deyil» 

(72). 


Teymur Əhmədov «Nəriman Nərimanovun ictimai-siyasi 

və ədəbi fəaliyyəti» (1913-1916) məqaləsində yazır: «Nərima-

novun ağır illərdə yaratdığı bədii, ədəbi-publisist əsərləri onun 

xalq həyatına yaxınlığını, zəmanənin ən zəruri tələblərini milli 

zəmində, obyektiv qələmə aldığını sübut edir. Nərimanov 

cəmiyyətin mədəni inkişafına kömək edən, geriliyə,  ədalət-


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin