Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   2   3   4   5   6   7   8   9   ...   35

 

 

 

 

 

 

Gülxani Pənah 

 

 



65

 

 

II FƏSİL 

 

Cəfər Xəndan Mollanəsrəddinçilərin ədəbi-

ictimai fəaliyyəti, Azərbaycan ədəbiyyatında 

maarifçilik ideyaları haqqında 

 

XIX  əsrin sonu, XX əsrin  əvvəllərində milli ədəbiyya-

tımızın, mədəniyyətimizin inkişafında misilsiz rol oynamış 

qüdrətli maarifçi sənətkarlar yetişmişdir. 1905-1917-ci illərdə 

çox böyük tarixə malik olan ədəbiyyatımızda realist və roman-

tik  ənənələr daha sürətlə inkişaf edərək yeni bir mərhələyə 

qədəm qoydu. «Məhz bu zaman təxminən minillik ədəbiyyatı-

mızın romantik və realist ənənələri görünməmiş, qəribə bir 

təkamül və novatorluq zirvəsinə çataraq bütün əvvəlki əsrlərin 

təcrübələrini bütün sonrakı zamanların  ədəbiyyatına  əmanət 

etdi: ədəbiyyatımızın gələcək nailiyyətlərinə sarsılmaz milli zə-

min yaratmış oldu. XX əsrin əvvəllərində milli ədəbiyyatımızın 

həm realist, həm romantik inkişafında həlledici ideoloji-estetik 

keyfiyyət dəyişikliyi yarandı, eyni zamanda bir növ nəzəri və 

əməli proqramları da müəyyənləşdi» (10). 

Bu dövrün ədəbiyyatının inkişaf mexanizmini, ədəbi pro-

sesin gedişatını müəyyənləşdirən, bu dövrdə daha sürətlə inki-

şaf edən  ədəbi  ənənələrin dərin təhlilini verən, keçdiyi inkişaf 

yolunu sistemə salan, bədii faktları sistemləşdirən, bu dövrdə 

ədəbiyyatımızı, mədəniyyətimizi inkişaf etdirən böyük ədib-

lərin həyat və yaradıcılığı, yaradıcılıq prinsipləri haqqında  ət-

raflı, məzmunlu məlumatları «saf-çürük» edən, yaratdıqları 

əsərlərin təhlil və tədqiqini aparan tədqiqatçılar arasında Cəfər 

Xəndanın da adı fəxrlə çəkilə bilər. 

 

 


                                                                                      Gülxani Pənah 

 

 



66 

 

 

Cəfər Xəndan «İnqilabi proletar mətbuatı»nı tədqiq edir. 



Bakıda Azərbaycan, rus, gürcü, erməni dillərində  nəşr olunan 

qəzetləri araşdırır. 1901-ci ildə Lado Ketsxovelinin təşkil etdiyi 

«Nina» mətbəəsində  «İskra» kimi qəzetlərin çap olunub 

Rusiyada yayıldığı, 1905-ci il inqilabından sonra «Bakinski 

raboçi», «Qoç-Dəvət», «Ryadovoy», «Bakinski proletari», 

«Qudok», «Yoldaş», «Təkamül» və s. kimi inqilabi qəzetlərin 

proletar  ədəbiyyatının «bünövrəsini» qoyduğu, onların səhifə-

lərində  bədii  ədəbiyyata, publisistikaya, ədəbi tənqidi mə-

qalələrə də geniş yer verildiyini araşdırır. 

İlk bolşevik qəzeti «Hümmət» olduğu qeyd edilir. «Qoç-

Dəvət» qəzetinin birinci nömrəsinin baş  məqaləsindən başla-

yaraq milli qırğına qoşulanları sülhə çağırması, bu qırğını salan 

çar hökumətini «şeytan» adlandırması aydınlaşdırılır: «Qəzet 

bir neçə nömrəsində üstü örtülü surətdə  «şeytan» («Şeytan 

şadlanır,  şeytan gülür, bir baxın mənim  əlimin meyvələrinə, 

deyib öz-özünə keflənir»-»Qoç-Dəvət”  №2) adlandırdığı çar 

hökumətinin milli siyasətini ifşa etdikdən sonra fikrini açıq 

deyir. «Kimdir şeytan və nədir onun fikri?» sərlövhəli bir mə-

qalədə belə yazılır: «Şeytan kimdir, nə cürə  işdir?-deyib 

məxluq bizdən sual etsə, biz bu cavabı veririk ki, rus bürok-

ratiyasıdır» (29, s.20).  

Yazıçı «Qoç-Dəvət»in siyasi materiallarla yanaşı  bədii 

parçalar də dərc etdiyini, bunlarda (mənzumə, hekayə, felyeton) 

çarizmin törətdiyi milli qırğınların, fəlakətlərn tənqid olunduğu, 

burada çap olunan bədii  əsərlərdə «proletar beynəlmiləlçilik 

prinsipinin» irəli sürüldüyü, bu qəzetin zəngin materiallarının 

bir tədqiqatçı kimi təhlilə və tədqiqə «layiq» olduğu araşdırılır. 

«Qoç-Dəvət»dən sonra nəşr olunan «Təkamül», «Yoldaş» qə-

zetlərinin səhifələrində rast gəlinən bədii parçalar, bu qə-

zetlərin səhifələrində demokrat yazıçıların, hətta demokratik 



Gülxani Pənah 

 

 



67 

fikirli xırda burjua şairlərinin də  əsərlərindən istifadə edildiyi 

qeyd edilir. 

Cəlil Məmmədquluzadənin «Qeyrət» mətbəəsində bolşe-

vik intibahnamələri çap etdirməsini də diqqətə çatdıran tədqi-

qatçı yazıçının Tbilisi bolşevikləri ilə əlaqəsinin olduğunu gös-

tərir. 

Burjua ideoloqları quruluşun dəyişməsinin  əleyhinə idi, 



siyasi-qanlı  tətillərin baş alıb getməsini istəmirdi, sülh, bir-

birini anlamaq şəraitində kapitalizmlə proletariatın, sadə xalqın 

yaşaya biləcəyi bir cəmiyyətin tərəfdarı idilər. Cəfər Xəndanın 

öz araşdırmalarında «Füyuzat» jurnalının təbliğ etdiyi ideyalara 

qarşı çıxması da təbii idi. O dövrdə inqilabi hərəkatın, sinfi mü-

barizənin genişləndiyi, inqilabla əksinqilab arasındakı mübarizə 

dövründə böyümüş, inqilabı sevmiş, sadə, zəhmətkeş insanların 

hakimiyyətinin tərəfdarı olmuş C.Xəndan sosializm ideyaları 

ilə silahlanmış bir gənc idi.  

C.Xəndan özü etiraf edir ki,  onlar müxtəlif məcmuələr 

ətrafına toplaşaraq (sosializm ideyalarının  əksi olan) «mil-

lətçilik ideyaları yaymağa çalışırdılar». Kamal Talıbzadə Cəfər 

Xəndanın «İnqilabi proletar mətbuatı» və «Demokratik mətbuat 

və onun burjua mətbuatı ilə mübarizəsi» fəsillərində bolşevik 

və burjua mətbuatı arasında gedən ideya mübarizəsindən bəhs 

etdiyini, ancaq müəllifin  «bu mübarizəni  əsasən ideya müba-

rizəsi kimi» göstərdiyini, «dövrün ədəbi görüşlərini sərf-nəzər 

etdiyi üçün XX əsr Azərbaycan  ədəbiyyatında mövcud olan 

realizm və romantizm ədəbi məktəblərini nəzəri cəhətdən əsas-

landıra, onların estetik prinsiplərini» müəyyən edə bilmədiyini 

deyir (30, s.59). 

O zaman Abdulla Şaiq «Füyuzat»la «Molla Nəsrəddin»i 

müqayisə edirdi: «Füyuzat» məcmuəsi də öz səhifələrində nəşr 

etdiyi şeir və məqalələrdə «hürriyyəti» müdafiə edirdi. «Molla 

Nəsrəddin» məcmuəsi də. Ancaq bu hara, o hara. Fars şairi 

yaxşı deyir:  

Şəkkəri-Mazəndəranü şəkkəri-Hindustan, 


                                                                                      Gülxani Pənah 

 

 



68 

Hər do şirinənd, əmma in koca vo on koca. 

Yəni: 

Mazandaran şəkəri və Hindistan şəkəri, 



Hər ikisi şirindir, ancaq bu hara, o hara. 

«Füyuzat»da hürriyyət məsələləri sərvətdarların, varlıla-

rın mənafeyinə uyğun olaraq izah olunurdu. «Molla Nəsrəddin» 

məcmuəsində isə bu məsələnin həlli demokratik istiqamətdə 

idi» (31, s.196).  

Tədqiqatçılar 1905-ci il inqilabının təsiri nəticəsində 

Azərbaycanda ictimai fikrin qüvvətləndiyini, mətbuatın inki-

şafını, satirik jurnalların nəşrini «mətbuat və  ədəbiyyatımızın 

inkişafında mühüm mərhələ» kimi dəyərləndirir. Bu dövrdə XX 

əsrdə demokratik mətbuatın  əsas ideya məzmununu «burjua-

mülkədar münasibətlərinin, ictimai ədalətsizliyin, dini mövhu-

matın tənqidi, xalqın mövcud quruluşdan narazılığı, azadlıq 

ideyaları, həyat  şəraitini yaxşılaşdırmaq tələbləri və s» təşkil 

etdiyi, Azərbaycan dilində satirik jurnalların («Molla Nəs-

rəddin» (1906-1931), «Bəhlul» (1907), «Zənbur» (1909-1910), 

«Mirat» (1910), «Arı» (1910-1911), «Kəlniyyət» (1912-1913), 

«Lək-lək» (1914), «Tuti» (1914-1917), «Məzəli» (1914-1915),  

«Babayi-Əmir» (1915-1916), «Tartan-partan» (1918), «Məşəl» 

(1919-1920) nəşri, «demokratik mövqe» tutması dəyərləndirilir. 

Müsavat hakimiyyəti dövründə  «Şeypur» (1918-1919), 

«Məşəl» (1919) kimi jurnallar da fəaliyyət göstərmişdir. 

Bu jurnallar içərisində  tədqiqatçılar «Molla Nəsrəddin»i 

«inqilabi-demokratizmin bayraqdarı» adlandırır. Bu jurnalın 

«xəlqilik», «realizm» ardıcıl surətdə yeritdiyi «başlıca ideya-

bədii siyasət», təbliğ etdiyi fikirlərin «mütərəqqi mahiyyəti, üs-

lubunun canlı, məzəli, sadə, maraqlı olması sayəsində» xalqın 

sevimli jurnalı olduğu bildirilir (32, s.3). 

«Molla Nəsrəddin» şəlaləçiləri, onların ədəbi mövqelərini 

müdafiə edənləri xalqdan uzaq, xalq mənafeyini bir dəstə «sər-

mayədarın», bir neçə hürriyyət düşməni olan ağanın mənafe-



Gülxani Pənah 

 

 



69 

yinə xidmət edən simasız, «bambılı» yazıçılar, mühərrirlər kimi 

tənqid edirdi» (2, s.56). 

C.Xəndan «Demokratik mətbuat və onun burjua mət-

buatı ilə mübarizəsi»ndən bəhs edərkən birinci növbədə «Molla 

Nəsrəddin»in rolunu xüsusi olaraq diqqətə çatdırır. 

1905-ci il inqilabı Azərbaycan ziyalılarının  dünyagörü-

şünə böyük təsir göstərdi. «Molla Nəsrəddin» kimi bir jurnal öz 

ətrafında belə ziyalıları topladı.  Əli Nazim «Molla Nəsrəddin 

haqqında» məqaləsində yazır: «Molla Nəsrəddin 1905-ci il 

inqilabından sonra işçi sinfinin cığırdaşı olaraq meydana çıxmış 

olan Azərbaycan maarifçi-demokratik ziyalılığına mənsubdur. 

Öz daxilində vahid olmayan «Molla Nəsrəddin» qrupunun 

inqilabiliyi buradan doğur. Birinci nömrəsindən etibarən 

patriarxal Azərbaycanın bütün çirkinliklərinə, feodal münasi-

bətlərə, müsəlman məişəti, mövhumatı, ruhaniliyi əleyhinə, 

İran, osmanlı istibdadı, din, molla, seyid, dərviş, bəy, xan və 

mülkədarlara qarşı mübarizə elani-həb edən Molla Nəsrəddin 

böyük bir enerji ilə Azərbaycan kapitalist burjuaziyası  və 

burjua ziyalısına qarşı mübarizəni davam etdirir» (35, s.117). 

 «Molla Nəsrəddin» jurnalının icazə və şəhadətnaməsində 

jurnalın proqramı  aşağıdakı kimi müəyyənləşdirilmişdir: 

«1.məqalələr. 2. kəskin tənqidlər. 3. felyetonlar. 4. məzhəki 

şeirlər. 5. məzhəki teleqramlar. 6. satirik hekayələr. 7. lətifələr. 

8. poçta qutusu. 9. məzhəki elanlar. 10. xüsusi elanlar.11.  

karikaturalar və illüstrasiyalar (34). 

Hələ Oktyabr inqilabından  əvvəl tədqiqatçılar «Molla 

Nəsrəddin»i yüksək qiymətləndirmişlər. F.Köçərli  (F.Koçar-

linskiy. «Molla Nasreddin», «Tiflisskiy listok», 13 iölə 1906 q. 

№147) bu jurnalın fəaliyyətini dəyərləndirmiş, jurnalda dil, 

M.F. Axundovla bağlı məqalələr dərc etdirmişdir. 

N. Nərimanov publisist məqalələrində «onu ictimai fikrin 

ən aktual məsələlərini» özündə  əks etdirdiyi üçün dəyər-

ləndirib. N.Nərimanov bu jurnalın nəşrə başlamasını alqışlayır: 

«İrşad» qəzetinin 7 aprel 1906-cı il tarixli 84-cü nömrəsində 


                                                                                      Gülxani Pənah 

 

 



70 

yazır: «... Görünüz oxuyanınız kim olacaqdır? Məlumatlı, 

mədəniyyətli şəxslərdir, yainki «Molla Nəsrəddin» müridləri»? 

Hər halda sözlərinizi, fikrinizi uydurunuz, Molla Nəsrəddin 

müridləri üçün sadə, mədəniyyətli, fəsih lisanda yazın...» (33; 

32, s.3). 

«İrşad» qəzeti, o dövrün bolşevik mətbuatı, «Təkamül» 

qəzeti və digər «dövri mətbuatda satira jurnalları  ətrafında 

gedən  şiddətli mübarizəni  əks edən rəylər» (Bax: «Bir nəfər 

müsəlman. «Molla Nəsrəddin»ə cavab. «Tazə həyat», 1907, 24 

may,  №38; C.Vəzirov. «Molla Nəsrəddin»ə açıq məktub, 

«Tazə  həyat», 1908, 22 yanvar, №18; M.Qaragözov. «Molla 

Nəsrəddin»ə. «Nicat», 1910, 13 avqust; Dərdmənd. «Molla 

Nəsrəddin»ə açıq məktub. «Tazə həyat», 1907, 6 may, № 25;, 

Əliyev Ələsgərə (müdiri «Bəhlul») cavab. «Tazə həyat», 1907, 

10 iyul, №71, «Lək-lək» jurnalı haqqında. «Sədayi-həqq», 

1914, 25 aprel, №94; «Lək-lək» jurnalı idarəsindən. «Sədayi-

həqq», 1914, 7 iyul, №164; M.Mirbağırov, «Molla Nəsrəddin» 

məcmuəsi. «Sədayi-həqq», 1915-4, 23 iyun, №144; Mir 

Məhəmməd Hüseyn Mir Babazadə  Səlmasi. Tiflisdə «Molla 

Nəsrəddin»ə cavab. «Tazə  həyat», 1907, 3 iyun, №45; Rahil 

Sadiq. Məktub. (Bəhlul» jurnalı haqqında), «Tazə həyat», 1907, 

iyul,  №69; «Tuti» məcmuəsi (haqqında), «Sədayi-Qafqaz», 

1915, 2 dekabr, №153; Hadizadə  Əbdürrəhman Badkubə. 

«Molla Nəsrəddin»ə cavab. «Tazə həyat», 1907, 31 may, №43; 

1 iyun №44; Haqq tərəfdarı. «Molla Nəsrəddin» nə demək 

istəyir? «Sədayi-həqq», 1914, 18 may, №115 və s») (32-8), o 

dövrdə rus mətbuatında da Azərbayanın satirik jurnalları, o 

cümlədən «Molla Nəsrəddin»lə bağlı məqalələr nəşr etdirildiyi 

tədqiqatçıların diqqət mərkəzindədir (32, s.8). 

 Keçən əsrin otuzuncu illərində «Molla Nəsrəddin» ədəbi 

məktəbinin nümayəndələrinin, C.Məmmədquluzadənin yaradı-

cılığı  ətraflı  təhlil və  tədqiqatlara cəlb edilmişdir.  Əli Nazim,  

«Molla Nəsrəddinin realizmi, gülüşü və «Ölülər»i haqqında 

(«İnqilab və mədəniyyət» jurnalı, 1935, №1, səh.23-29), 1939-


Gülxani Pənah 

 

 



71 

cu ildə Mirzə  İbrahimov «Böyük demokrat» («Böyük demok-

rat. (Molla Nəsrəddin). Bakı. 1939; təkmilləşmiş  nəşri. Ba-

kı.1957) monoqrafiyasını yazmışdır. 

Yaşar Qarayev yazır: «Mirzə  Cəlil XX əsr Azərbaycan 

bədii fikrində yeni realizmin başçısı  və böyük nümayəndəsi 

sayılır. Ümumən Azərbaycan realizmi Zakirdən Sabirə  qədər 

keçdiyi yolda Mirzə  Cəlildən yüksək zirvə tanımır. Bizdə 

tənqidi realizm Mirzə  Cəlillə kamala çatır. O, Axundov 

realizminin sadəcə davamçısı deyildi, bu realizmin inkişafında 

tam yeni bir mərhələnin «baniye-kar»ı idi. Mirzə  Fətəlidən 

sonra Azərbaycan nəsrində, dramaturgiyasında,  ədəbi və 

ictimai fikrində böyük islahatlar Mirzə  Cəlilin yaradıcılığında 

baş verir». 

C.Xəndan «Molla Nəsrəddini» «zəmanə özü yaratdı» -

deyən C.Məmmədquluzadənin o zamankı  şəraiti təsvir edən 

fikirlərinə diqqəti çəkir: «Və elə ki, fürsət düşdü, o zaman ki

azadi-tələb firqələr, müharibədən zəif düşmüş Nikolay höku-

mətinin üstünə hücuma başladılar, o vaxt biz də vaxtdan 

istifadə edib, özümüz üçün bir zəminə axtardıq ki, orada biz də 

öz dərddilimizi deyə bilək» (29, s.31).  

C.Xəndan «Molla Nəsrəddin»in həftədə bir dəfə  nəşr 

olunduğunu, birinci nömrəsinin köhnə stillə Tiflisdə  nəşrini, 

dəfələrlə çar hökuməti tərəfindən bağlanmasını, yenə də xalqın 

tələbi ilə nəşr olunmasını, o dövrdə bütün jurnallardan daha çox 

oxunmasını, «Zaqafqaziya, Özbəkistan, Tatarıstan, Türkmə-

nistan, Dağıstan,  İran, Türkiyə, hətta Hindistanda» oxunduğu-

nu, bütün Şərqə  təsirini, jurnalda «Beynəlxalq mövzulara aid 

felyeton,  şeir, məqalələr, teleqraf xəbərlərinin bir çox ölkələr-

dən xəbər verdiyini, redaksiyaya müxtəlif ölkələrdən müxtəlif 

dillərdə  məktublar gəldiyini, jurnal ətrafında toplaşan qələm 

əhlinin oxucuların səviyyəsində  əsərlər yazmasını qeyd edir: 

«Ən mürəkkəb siyasi-ictimai hadisələr belə bu jurnalda ha-

mının başa düşəcəyi sadə bir dildə, yığcam və mənalı yazılarla 

izah edilirdi. Eyni məqsəd jurnalın mənalı karikaturalarında da 


                                                                                      Gülxani Pənah 

 

 



72 

izlənirdi. Hər hansı karikaturaya verilən qısa izahat onun 

dolğun məzmununu müəyyən dərəcədə şərh etsə də, əsas fikri 

karikatura özü deyirdi» (29, s.32). 

1940-50 ci illərdə Azərbaycan satirik jurnallarının və 

satirasının öyrənilməsi sahəsində C.Xəndanın xidmətlərini təd-

qiqatçılar yüksək qiymətləndirir. C.Xəndan «XX əsr Azərbay-

can  ədəbiyyatı müntəxəbatı» kitabını (1) tərtib etmiş, 

«Azərbaycanın satirik jurnalları haqqında ilk məlumat» məhz 

bu kitabda verilmiş, eyni zamanda kitaba ən çox «Molla Nəs-

rəddin» jurnalından və görkəmli satiriklərin əsərlərindən nümu-

nələr daxil edilmiş, müntəxabata «Məzəli», «Tuti», «Zənbur», 

«Babayi-Əmir», «Kəlniyyət», «Azərbaycan» kimi satirik 

jurnalların baş məqalələri və başqa materiallar daxil edilmişdir: 

«C.Xəndan 1956-cı ildə «Molla Nəsrəddin» jurnalı haqqında 

kiçik bir kitabça da nəşr etdirmişdir» (32, s.10). 



 «Molla Nəsrəddin» jurnalı  nəşr olunduğu ilk nöm-

rəsindən oxucularının diqqətini cəlb edib.  Abdulla Şaiq yüz-

lərcə oxuculardan biri kimi qeyd edirdi ki, «demək olar ki, 

onun bütün nömrələri məndə yüksək hiss və fikirlər oyadırdı. 

Bir nömrəni aldıqdan sonra, səfərdən qayıdan, atasının yolunu 

gözləyən bir uşaq kimi o biri nömrəni gözləyir, günləri sayır-

dım. Mən tək deyildim, çoxları belə idi»... (31, s.502). 

 Jurnalda burjua-mülkədar cəmiyyətinin eybəcərliklərinin 

«kəskin şəkildə tənqid və ifşa»sı, «avamlıq və cəhaləti qamçı-

layan felyeton və karikaturalar»ın oxunması, oxucunu düşün-

dürməsi, güldürməsi, nəticə çıxarmağa vadar etməsi C.Xənda-

nın tədqiqatlarında öz yerini tapır.  

Jurnalda verilən yazılarda «siyasi, ictimai quruluşa dərin 

nifrət və kinlə dolu, böyük vətənpərvərlik ruhundan doğan bir 

lirika» var, bu lirika gülüşlə birləşsə də, «göz yaşları arasından 

doğan gülüş»dür, tədqiqatçı fikrini C.Məmmədquluzadənin 

qadınlar haqqında lirik planda, təsirli  şəkildə yazdığı sözlərlə 

izah edir: «Bu sözləri yaza-yaza akoşkadan baxıram qara 

bulutlara, gah elə xəyalıma gəlir ki, bu qara bulutlar Qara dər-


Gülxani Pənah 

 

 



73 

yanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları 

çəkib gətirib ki, burada onlardan yağış  əmələ  gəlsin, gah elə 

xəyalıma gəlir  ki, xeyir, bu bulutlar müsəlman övrətlərinin ahu 

fəqanlarının bulutlarıdır və bu yağışlar dərya suları deyil, bu 

baxtı qaraların göz yaşlarıdır» (37).  

Jurnalın bir çox nömrələrində rus ədəbiyyatının təsiri, 

Qoqol haqqında, L.N.Tolstoyun ölümü ilə bağlı C.Məmməd-

quluzadənin yazdığı  məqalə, Nizami, Füzuli, M. F. Axundov, 

M. P.Vaqiflə bağlı yazdığı yazılarda klassik ədəbiyyatımıza 

eyni dərəcədə hörmət və məhəbbət hissi, bununla belə «klassik 

ədəbiyyatımızın köhnəlmiş, yeni şərait üçün yaramaz cəhətlə-

rini»n tənqidi, ədəbiyyatımızın «qabaqcıl ideyalar səviyyəsinə» 

qaldırılması  məsələsinin Mollanəsrəddinçilərin yaradıcılığında 

əsas olması araşdırılır: «Keçmiş  qəzəl  ədəbiyyatı  ənənələrini 

eynilə davam etdirən, XX əsr qəzəl  şairlərinə qarşı Sabirin 

çıxışı  və «Dilbər»  şeirindəki mənalı gülüşü bu mübarizənin 

bədii ifadəsi idi» (29, s.34). 

Xalqlar arasına düşmənçilik toxumu səpən çar hökumə-

tinin milli qırğın siyasəti, azsaylı xalqların və müstəmləkə 

xalqlarının mədəni geriliyi, hökumətin mədəniyyət ocaqlarını 

dağıtması, mətbu orqanların nəşrinin dayandırılmasının bu 

jurnalda ifşası,  xalqın mənafeyinin jurnalda qorunması, pro-

letariatın inqilabi mübarizəsinə müsbət münasibət araşdırılır: 

«Molla Nəsrəddin» mövzu cəhətdən olduqca zəngin idi. Onun 

səhifələrində mütləqiyyət əleyhinə, qərb imperializmi, şərq des-

potizmi, burjua-mülkədar  əxlaqı  əleyhinə, din, mövhumat, cə-

halət, avamlıq  əleyhinə, demokratizm uğrunda, ictimai bəra-

bərlik və demokratik mədəniyyətin inkişafı  uğrunda və s. 

mövzularda məqalələrə, felyetonlara, şeirlərə, şəkillərə» (1-36) 

dair tədqiqatlarında C.Xəndan faktlara müraciət edir. Mollanəs-

rəddinçilərdə bolşevizm ideyalarına rəğbət, Molla Nəsrəddin 

sayağı yazılarda «gah ciddi siyasi məqalələr, gah alleqorik 

əsərlər, gah da tapmacalar, bilməli xəbərlər, teleqraf xəbərləri, 

elanlar, lüğətlər» (1, s.38) vasitəsilə fikrin deyilməsi, «atalar 


                                                                                      Gülxani Pənah 

 

 



74 

sözü, tapmaca, həkimanə sözlər və s. başlıqlar altında verilən 

xalq  ədəbiyyatı nümunələri»ndən «məfkurə  cəbhəsində  ən 

kəskin silah kimi» istifadə olunması araşdırılır. C. Məmməd-

quluzadənin yaradıcı bir mühərrir kimi fəaliyyəti qiymətlən-

dirilir. «Xalq ədəbiyyatı», «Elanlar», «Tapmaca və  məsələ», 

«Poçta qutusu» şöbələrindən verilən «maraqlı, qısa, aydın və 

dolğun» yazılar tədqiq edilir, onların geniş xalq kütlələrini özü-

nə  cəlb edən  əhəmiyyətli məsələlərinə diqqət verilir. Jurnalın 

yaradıcılıq üslubuna uyğun olaraq ədəbiyyat, elm, siyasət və s. 

şöbələrində  «ədəbiyyat və  mədəniyyət tariximiz üçün çox 

qiymətli olan materiallar» kimi təhlil edilir, dəyərləndirilir. 

C.Xəndan jurnalın iştirakçılarını, müəlliflərini üç qrupa 

ayırır: 


«1. Jurnalın daimi yazıçıları-Mollanəsrəddinçilər. 

2. «Molla Nəsrəddin» cərəyanına daxil olmayıb, hərdən 

bir jurnalda iştirak edən yazıçılar. 

3. Ədəbiyyat həvəskarları və oxucular» (29, s.41). 

 Tədqiqatçı «müxtəlif səviyyə  və üsluba malik olan bu 

müəlliflərin  əsərlərini jurnalın ümumi stilinə uyğun  şəklə sal-

maqda və onlara istiqamət verməkdə» C.Məmmədquluzadənin 

yaradıcılıq əməyini yüksək qiymətləndirməyi lazım bilir. 

Ədəbiyyat və  mədəniyyətin bir sıra problemləri ilə  məş-

ğul olunması,  əlifba məsələsinin bu jurnalda həlli yollarının 

verilməsi tədqiqatçının diqqət mərkəzindədir. «Molla Nəsrəd-

din»in 1909-cu il 8-ci nömrəsində deyilir: «Əgər yer üzündə 

cəmi millətlərin əlifbasını qabağımıza qoysaq, baxıb görərik ki, 

qədim farsların «mixi» yazılarının, hindlilərin «divanağarı» 

əlifbasının..., yəhudilərin, rusların «kiril» əlifbasının və bütün 

Avropa  əlifbalarının içində  tək bircə biz işlətdiyimiz nəsx 

(ərəb) əlifbasıdır ki, başda yazılan hərflər bir cür yazılır, ortada 

bir özgə cür, axırda bir özgə cür və  əlahiddə yazılanda da bir 

cür yazılır. Mən elə qanıram ki, bu cür əlifbanın sahibi heroq-

lifə də gərək şükr eləsin» (29, s.42). 



Gülxani Pənah 

 

 



75 

 «Molla  Nəsrəddin»in  əsas qayəsi (öz oxucusunu düşün-

dürmək) üzə çıxarılır, jurnalın dil sahəsində apardığı mübarizə 

üsulları təhlil edilir. Osmanlı, ərəb, fars dilini təbliğ edən burjua 

ideoloqlarına qarşı jurnalın apardığı mübarizənin pantürkist və 

panislamistlərin siyasi görüşləri əleyhinə aparılan mübarizə ilə 

üzvi surətdə bağlılığı araşdırılır. Jurnalın pantürkist və pa-

nislamizmə qarşı mübarizəsini onun xarici imperialistlərə qarşı 

mübarizəsindən ayırmağın əleyhinə olan tədqiqatçı «O, məzlum 

şərq xalqlarını  əbədi olaraq qəflət yuxusunda saxlamağa can 

atan imperialist dövlətləri, onların işğalçılıq siyasətini ardıcıl 

surətdə ifşa» etdiyini, müstəmləkə  və yarımmüstəmləkə 

xalqlarının xarici imperialistlər  əleyhinə apardığı mübarizəni 

izləməsini, ona müsbət münasibət bəsləməsini, irtica illərində, 

eləcə  də birinci imperialist müharibəsi  dövründə sonrakı 

dövrdə inqilabçı sinfinə  səs verdiyi, demokratik cəbhədə 

möhkəm durduğu tədqiq edilir  (29, s.45). 

C.Xəndanın tədqiqatlarına  əsasən C.Məmmədquluzadə 

1920-ci ilin iyun ayında Təbrizə gedir, Ş.M.Xiyabani ilə görü-

şür, jurnalın nəşri üçün ondan kömək istəyir. Baş  məqalələrin 

farsca yazılması  şərtilə jurnalın nəşrinə icazə verilsə  də, 

C.Məmmədquluzadə «buna razı olmayır», «başqa demokrat-

ların köməyi ilə öz təklifini qəbul etdirmək istəyir», məcmuənin 

nəşrinə icazə verilsə də, birinci nömrəsi çıxan kimi  bağlanması 

haqqında hökm verilir: «Təbrizdə 1921-ci ildə  çıxan 8 nöm-

rənin 2 nömrəsi fevral, 3 nömrəsi mart, 2 nömrəsi paralel və bir 

nömrəsi isə mayda çıxarılmışdır. Nömrələr arasında  ən böyük 

fasilə 1 ilə 11 arasında olmuşdur. Görünür ki, 19 günlük bu fa-

silədə jurnalın nəşrini bərpa etmək ətrafında söhbət getmişdir» 

((29, s.50). 

Jurnalın Təbrizdə  nəşrini «böyük hadisə» adlandıran 

C.Xəndan jurnalda təbrizli dostlarından olan Əsgər Azərvəndin 

«Sadə insan» adlı  məqaləsinə diqqəti çəkir: «Cənubi Azər-

baycan əhalisi məcmuənin Təbrizdə nəşrini, intihasız sevinc və 

şadlıqla qarşıladılar. Məcmuəyə maddi yardım edilmək üçün 


                                                                                      Gülxani Pənah 

 

 



76

«Ölülər» əsəri burada tamaşaya qoyuldu. Mirzə Cəlil Təbrizdə 

olduğu zaman Cənubi Azərbaycanın müəllim, yazıçı,  şair və 

açıq fikirli simaları onun görüşünə  gəlib, onunla əlaqə sax-

layırdılar» (40).  

Jurnalda yerli şairlərdən Möcüz Şəbüstəri imza və im-

zasız  şeirləri ilə Sabiri «əvəz edir», rəssam Seyidəli Behzad  

«jurnal səhifələrində çap olunan karikaturaların üslubunu 

davam etdirir», lakin lazımi poliqrafiya bazası olmadığından 

Təbriz nömrələri «nisbətən solğun çıxır». Xiyabaninin qətlə 

yetirilməsinə, xalq kütlələrinin səfalət içində boğulmasına döz-

məyən yazıçının buraxdığı  məqalələrdən Müxbiri-səltənə 

hökumətinin xoşu gəlmədiyindən «jurnalı bağlamaq fikrinə 

düşür»: «Böyük yazıçının Təbriz mühitində diqqətini cəlb edən 

sahələrdən biri də oradakı  işsizlik, aclıq, səfalət, ictimai 

quruluşun on minlərlə adamı dilənçi vəziyyətinə salması idi. Bu 

mövzuya demək olar ki, jurnalın Təbrizdə  çıxan bütün 

nömrələrində  müxtəlif şəkildə toxunulmuşdur» (29, s.51). 

Ömər Faiq Nemanzadə «Molla Nəsrəddin bağlandı» mə-

qaləsində yazır: «… Bu gün «Molla Nəsrəddin» batar, sabah 

«Molla Xəsrəddin çıxar»... Bu gün «Molla Nəsrəddin» 

bağlandı, amma «Molla Nəsrəddin»i meydana gətirən fikirlər 

bağlanılmayacaq» (41). 

Jurnalın müvəqqəti bağlanmasından nigaran olan F.Kö-

çərli 25 dekabr 1910-cu il tarixli məktubunda Məmmədəli 

Sidqiyə yazırdı: «hər halda lazımdı jurnalı  işlətmək. Çünki 

onun nəfi çoxdur. Bizim müsəlmanların tərəqqisinə  və  ədə-

biyyatına «Molla Nəsrəddin» kimi heç bir cəridə xidmət etmir» 

(30, s.248).  

Məmməd Arif yazır: «Molla Nəsrəddin» mübariz bir jur-

nal kimi, milyonlarla xalq kütlələri ilə danışmağın qaydasını 

bilən bir mətbuat orqanı kimi çox böyük təsiredici, təşviqedici 

qüvvəyə malik idi. Onun təsiri altında çar Rusiyasının bir çox 

şəhərlərində,  İranda və başqa yerlərdə bir sıra satira jurnalları 

nəşr edilməyə başlamışdı» (42, s.112). 


Gülxani Pənah 

 

 



77

Onun «Vətən xadimləri», «Tüstü» felyetonlarında, «Fir-

qələr davası», «Qız tərbiyəsi» məqaləsində, 3-cü nömrədəki bir 

karikaturada qoyduğu problemlər, feodal-patriaxal həyatın 

çirkinliklərinin tənqidi, qadın azadlığı  məsələsi,  İranın xarici 

kapitalizmin istismarına məruz qalması, vahid bir firqənin ol-

maması, xalqın parçalanması və s. kimi məsələlər tədqiq edilir 

və  Təbrizdə 8 nömrəsi çıxan jurnalın təsiri altında yerli 

mühərrirlərin satirik bir jurnal buraxmaq istəyi, bunun yalnız 

böyük Vətən müharibəsi illərində baş tutduğu, Təbrizdə «Sita-

reyi-Azərbaycan» adlı satirik jurnal çıxması, sonralar isə 

«Azərbaycan ulduzu»na çevrilməsi qeyd edilir: 

«Azərbaycan ulduzu»nda «Molla Nəsrəddin»in  şəkil və 

yazılarına yer verilməklə yanaşı, orijinal yazılar və karikatura-

lar də dərc edilirdi. C. Məmmədquluzadənin anadan olmasının 

75 illiyi münasibətilə bu jurnal öz altıncı nömrəsinin bütün 

karikatura və yazılarını “böyük mühərrirə həsr etdiyi»ni deyir.  

C.Xəndan «Molla Nəsrəddin» jurnalının  ənənələrini da-

vam etdirən «Azərbaycan» jurnalını  tədqiq edir. Bu jurnalın 

Səttarxanın adı ilə bağlı olduğu bildirilir: «Səttarxan inqilabi 

hərəkata rəhbərlik etdiyi zaman milli mətbuatın yaranması  və 

ana dilinin inkişafı  uğrunda bir sıra tədbirlər görür, bu sahədə 

ciddi fəaliyyət göstərənləri təltif edirdi» (1, s.53). 

 Şərq aləmində sevilən «Molla Nəsrəddin» başqa ölkələrə 

yayıldıqdan sonra onun təsiri altında çıxan satirik jurnallar 

(Bakıda «Tuti», «Zənbur», «Məzəli», «Kəlniyyət», «Babayi-

Əmir», sonralar «Əqrəb») nəşr edilməsi, Təbrizdə inqilabi hərə-

katın təsiri altında  bu dövrdə «Əncümən», «Azad», «Maarif», 

«Təməddün» «Sübhi-sadiq» kimi qəzet və jurnalların nəşri 

araşdırılır. «Molla Nəsrəddin»in nəşrindən bir neçə ay sonra 

1906-cı il dekabr ayının 6-da birinci nömrəsi nəşr olunan 

«Azərbaycan» jurnalının ona bənzədiyi, nəcib  ənənələrini 

davam etdirdiyi, dil-üslub, quruluş  cəhətdən özünü ona oxşat-

mağa çalışdığı açıqlanır: «Molla Nəsrəddin»ə hər felyeton, şeir 

və  məqalədə «ay molla, ay molla əmi» deyə müraciət edən 


                                                                                      Gülxani Pənah 

 

 



78 

yazıçılar kimi «Azərbaycan» yazıçıları da «ay hacı baba, cənab 

baba»-deyə müdirinə müraciət edirlər. «Hacı baba» imzası 

«Azərbaycan»da  ən çox təsadüf olunan imzadır. O, şeir, 

felyeton və baş məqalələrində «Molla Nəsrəddin»də çap edilən 

yazıların üslubunu davam etdirir» (29, s.55). 

 «Azərbaycan»ın ilk nömrələrində  şeirlər Azərbaycan, 

nəsrlər isə fars dilində verilsə  də, sonrakı nömrələrdə Azər-

baycan dilinin üstünlük təşkil etdiyini qeyd edən C. Xəndan 

jurnalın müdirinin birinci nömrədə «Ey vətəni-mehriban» adlı 

farsca bir şeir nəşr etdiyini, onun imzası ilə yazılmış «Molla 

Nəsrəddinə cavab» şeirinin bir çox cəhətdən maraqlı olduğunu 

qeyd edir: «əvvələn bu şeir qüvvətli bir satirikin jurnala rəh-

bərlik etdiyini göstərməklə, digər tərəfdən də jurnalda çap 

olunan şeirlərə Sabir satirasının çox qüvvətli təsir göstərdiyini 

isbat edir» (29, s.56). Şeirdən bir parçanı nümunə gətirir: 

Ey Molla əmi, nahaq yerə cindara sataşma. 

Dindara sataşma. 

Bu hiyləgərə, sahirü qəddara sataşma, 

Məkkarə dolaşma... 

... İş çoxdu təriqətdə əya arifi kamil, 

Qaldıq belə qafil... 

Tərk eylə xətanı bu xətakara sataşma, 

Rimdara dolaşma (29, s.56). 

Jurnalın birinci nömrəsini, onun sonrakı nömrələrində 

irəli sürülən fikir və məsələlərin planı və kompozisiyası olduğu 

ehtimalını irəli sürən tədqiqatçı buradakı baş  məqalədə,  şeir, 

xırda xəbərlərlə bir sırada felyeton da olduğu, bu felyetonun 

yazılmasında «Molla Nəsrəddin»in təsirinin göründüyünü 

söyləyir. Burada verilən  şeirlərdə  də “Sabirdən təsirlənməni”, 

eləcə  də onun şeirlərinin özündən istifadə edildiyini görür. 

«Millət necə tarac olurolsun nə  işim var» misrası ilə başlanan 

şeiri «Hikmət» qəzetinin müdiri Mirzə Mehdi xan tərəfindən 

fars dilinə tərcümə edilərək «Azərbaycan» jurnalında çap olun-

muş, tərcümə nisbətən sərbəst edilmişdir. Səttarxan hərəkatı 


Gülxani Pənah 

 

 



79 

gücləndikcə 

ədəbiyyat aləmində 

də 


fəallıq artmış, 

«Azərbaycan» jurnalının səhifələri məzmunca dolğunlaşmışdı. 

Ədəbi materiallarla bir sırada «siyasi-ictimai və tarixi imzalara» 

rast gəlinir,  burada beynəlxalq mövzular da yer alır, xarici 

imperialistlər ifşa edilir, «mürəkkəb ictimai-siyasi hadisələr ən 

sadə  şəkildə ifadə» edilir, bu cəhətdən də «Molla Nəsrəddin» 

ənənələrinin davam etdirildiyi faktlarla göstərilir. Jurnal “öz 

mənalı  və maraqlı yazıları ilə oxucuların, geniş xalq 

kütlələrinin hüsn-rəğbətini” qazanır: «xüsusən jurnal səhifə-

lərində elan şəklində tez-tez verilən satirik parçalar əhalinin 

həyat və məişətini,  İran hökumətinin Azərbaycan və Azərbay-

can haqqındakı siyasətini çox düzgün və mənalı bir surətdə əks 

etdirirdi» (29, s.61). 

 Jurnalın səhifələrində verilən aktual məsələlərlə bağlı 

yazıları araşdıran tədqiqatçı daha təsirli felyetonların yazıya 

alındığını, mədəni-maarif məsələlərinin təbliğinin də mühüm 

yer tutduğunu dəyərləndirir: «Ana dilində  məktəb və  dərslik-

lərin olmaması, vaxtilə Təbrizdə nəşr olunan «Qanun», «Pərvə-

riş», «Ədəb», «Sürəyya», «Əxtər» və s. qəzetlərin bu sahədə 

heç bir xidmət göstərməmələri «Azərbaycan» səhifələrində sa-

tira atəşinə tutulurdu» (29, s.62). 

 Jurnal öz dövründəki liberal ziyalılarının əsrin tələblərin-

dən geri qalmasını, Şərq sxolastikasına aludə olmalarını tənqid 

edir. Ətalətə, geriliyə qarşı çıxması jurnalın bağlanmasını istə-

yən qüvvələrin çoxalmasına səbəb olur. Beləliklə, 1906-cı ilin 

dekabrında 1-ci nömrəsi çıxan satirik «Azərbaycan» 1907-ci 

ilin sentyabrında 21-ci nömrəsi çıxdıqdan sonra qapadıldı»-

deyən tədqiqatçı bu jurnalın «Cənubi Azərbaycan ədəbiyyatı və 

mətbuatı tarixində yeni səhifələr» açdığını, «inqilab dövrünün 

fikirlərini yaymaqda bu jurnalın xidmətlərinin olduqca böyük» 

rolu olduğunu bildirir. 

C.Xəndan XX əsrdə Bakıda «Molla Nəsrəddin» jurnalı-

nın mütərəqqi ideyalarına yaxın qəzet və jurnallardan «Zənbur» 


                                                                                      Gülxani Pənah 

 

 



80

(1909-1910), «Kəlniyyət» (1912-1913), «Tuti» (1914-1917), 

«Babayi-Əmir» (1915-1916) haqqında məlumat verir.  

Öz ideya-siyasi istiqaməti etibarilə «Molla Nəsrəddin» 

jurnalının «ənənələrinə sadiq qalan, onun proqramı dairəsində» 

fəaliyyət göstərən «Zənbur» jurnalının 1909-1910-cu illərdə 70 

nömrəsi çapdan çıxmış, naşiri  Əbdülxalıq Axundov olmuş, 

rəsmləri BENO (Gürcüstan SSR-nin xalq rəssamı) çəkmişdi, 

«jurnalın 1909-cu il 1-21-ci nömrələrinin redaktoru R.B. Sə-

limxanov, 1909-cu il 22-42-ci nömrələrinin redaktoru Ə. Əzim-

zadə, 1910-cu il 1-27-ci nömrələrinin redaktoru isə M. Pələ-

vəndov olmuşdur. Jurnalın 1910-cu il 25 iyun tarixli 22-ci nöm-

rəsindən etibarən baş mühərriri eyni zamanda Ə.Müznib idi» 

(32, s.69). 

 Jurnalın naşir və mühərrirlərinin müxtəlif ictimai-siyasi 

görüşlərə malik olan şəxslər olmasına baxmayaraq «Molla 

Nəsrəddin» cəbhəsində» dayandığı bildirilir. N.Axundov «Zən-

bur»un «Molla Nəsrəddin» ideyalarına axıra kimi sadiq 

qalmasını sübut edən faktlardan biri kimi M.Ə.Sabir, Ə.Əzim-

zadə,  Ə. Nəzmi kimi Mollanəsrəddinçilərin, Abbas Səhhət, 

Bayraməli Abbaszadə (Hammal), Ə.R. Şəmsizadə kimi demok-

ratik görüşlü sənətkarların iştirak etməsini götürür. 

C.Xəndan yazır: «Jurnalda iştirak edən bəzi Mollanəs-

rəddinçilər onun ədəbi qiymətini artırırdılar. 1910-cu ildən 

etibarən M.Ə. Sabir bu jurnalda yaxından iştirak edir. Onun 

«Qoca bəy» imzası ilə «Qocalar marşı», «Cingöz bəy» imzası 

ilə «Ürəfa marşı», «Umu-küsü», «Dilənçi» və  İrana aid bəzi 

şeirləri birinci dəfə burada çapdan çıxmışdır» (29, s.64). 

«Zənbur»da çap olunan «ailə  həyatındakı feodal müna-

sibətləri qamçılayan, fəhlə həyatının ağırlığını göstərən, tacirlə-

rin həyatından bəhs olunan» materiallar, siyasi məsələlərə səthi 

yanaşmalar təhlil edilir. 1910-cu ildən etibarən Sairin jurnalla 

yaxından əməkdaşlığı, «Qoca bəy» imzası ilə şeirlər («Qocalar 

marşı», «Ürəfa marşı», «Umu-küsü», «Dilənçi», İrana aid bəzi 

şeirləri) dərc etdirməsi, A.Səhhətin  şeirlərinin dərci, nəsr 


Gülxani Pənah 

 

 



81

nümunələrində «Molla Nəsrəddin»ə yaxınlıq araşdırılır, digər 

jurnallarda da eyni üsuldan yararlanma «Məzəli», «Kəlniyyət», 

«Babayi-əmir»dəki yazılarından nümunələr  əsasında tədqiq 

edilir.  

«Kəlniyyət», «Məzəli»nin də «Molla Nəsrəddin» 

üslubuna yaxınlaşmaq istəyini sübut edən materialları  tədqiq 

edən C.Xəndan «Məzəli»dən sitat gətirir: «Bir kəlmə burasını 

bilin ki, bu qarışıq vaxtda, bu bikeflik zamanında, xalqın kefini 

açmağın özü də bir ləzzətdir. Ona görə bir az məzəlilik etmək 

istəyirik. Ayrı fikrimiz-zadımız yoxdur. Buna görə bax indidən 

deyirəm, hərgah mən sabah götürdüm, yazdım ki, filan molla 

altı uşağın  anası bir arvadın kəbinini üç arvad sahibi bir kişiyə 

kəsib, siz ona artıq qulaq asmayın, bilin ki, bu bir zarafat 

sözdür, bir məzəlilikdir, olub keçdi» (44; 29, s.64). 

C. Xəndan səhifələrində şeirə daha çox yer verən jurnalda 

C.Cabbarlının din, mövhumat, avamlıq, cəhalət və geriliklə 

mübarizəyə, qadın azadlığı  məsələsinə  həsr edilmiş  şeirlərini, 

Ə.Vahidin Sabir ruhunda şeirlərini tədqiq edir: «Vahid satirik 

şeirlərində  cəhalət və mövhumatla, ümumiyyətlə feodal-pat-

riarxal həyatla mübarizə edirdi. Onun satiralarında ruhanilərə 

və istismarçı siniflərə qarşı kəskin hücumlara da rast gəlirik: 

Gəlib orucluğun dəmi çıxır sədası mollanın, 

Bu ayda müstəcab olur bütün duası mollanın» (29, s.65). 

Elçin «Molla Nəsrəddin» işığı» məqaləsində yazır: 

«Azərbaycan dilinə sonsuz, əvəzsiz ehtiram, bu dilin böyük 

imkanları hesabına onu inkişaf etdirmək, yaymaq, onda yazmaq 

və oxumaq ilk nömrəsindən etibarən «Molla Nəsrəddin» 

amalının, «Molla Nəsrəddin»  əqidəsinin  əsas atributlarından 

biri olmuşdur» (43, s.277). 

 C.Xəndan bu jurnallardakı müxtəlif yazıçıların mütərəq-

qi fəaliyyətini tədqiq edir, eyni zamanda onların inqilabi ide-

yalardan «uzaq olub xırda burjua liberalizmi yolunu» tutmuş 

olduqları fikrindədir. Bu sahədə C.Məmmədquluzadənin rolu 

ətraflı araşdırılmışdır. 


                                                                                      Gülxani Pənah 

 

 



82

Kamal Talıbzadə yazır: «C.Məmmədquluzadə inqilabi-

demokratik ideyalar təbliğ edən tənqidi realizm uğrunda, xalq 

həyatını, onun böyük əməllərini canlandıran ədəbiyyat yolunda 

mübarizə aparırdı. Bunun üçün o hər şeydən əvvəl həyat həqi-

qətinə istinad etməyi, həyatı dərindən öyrənib əks etdirməyi ilk 

şərtlərdən biri sayırdı.  Ədib göstərirdi ki, sənətin  əsas təsvir 

obyekti xalqın həyatıdır, odur ki, əlinə  qələm alan şəxs «dün-

yanı yaxşıca tanımalı, təcrübə görməlidir». Mövzu, ideya qələm 

sahibinin xəyalında yaranmır, bunu onda müşahidələri, biliyi, 

təcrübəsi doğurur. Yazıçı həyatı öyrənməsə, dərk etməsə sənət 

naminə heç bir şey meydana gətirə bilməz» (46, s.126). 

K.Talıbzadə C.Məmmədquluzadənin epiqonçu şairlərin 

yaradıcılıq metodunu «tənqid» və «rədd» etdiyini bildirir: «çün-

ki onlar əllərinə  qələm alanda gözlərini həyata, içərisində 

yaşadıqları aləmə deyil, «göyə axıdıb» «cənnətin hurilərini 

xəyal ilə qucaqlayır», xalqın həyat və məişəti əvəzinə «eşqdən, 

məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, 

yıldızlı göylərdən...» yazırdılar və onlar xalqı avam, cahil 

qoyurdular (46, s.127).


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin