1-2. Böyük mütəfəkkir, qabaqcıl fikirlər
carçısı M.F.Axundov
O, Nizami kimi böyük şəxsiyyətlərin, alimlərin, şairlərin,
filosofların, yazıçıların, mədəniyyət xadimlərinin və digər peşə
sahiblərinin fəaliyyətlərini araşdırmış, o dövrün ictimai-siyasi-
mədəni mühiti haqqında oxucuya ətraflı bilgilər verməyə nail
olmuşdur. M.F. Axundov bu mütəfəkkirlərdən biridir. Azərbay-
can, ümumilikdə Yaxın Şərq xalqlarının ədəbiyyatı və ictimai-
fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmiş M.F.Axundov
həm realist Azərbaycan dramaturgiyasının və nəsrinin, həm də
materialist-estetik fikrinin «banisi» sayılır. «Səbuhi» təxəllüsü
ilə şeirlər yazan M.F.Axundovun Puşkinin ölümüylə bağlı
yazdığı «Puşkin dühasına böyük məhəbbət, onun qatillərinə
Gülxani Pənah
53
dərin nifrətlə dolu» «Puşkinin ölümünə Şərq poeması» ən
yüksək bədii dəyərə malik əsərlər sırasındadır.
M.F.Axundovun bədii, elmi yaradıcılığı haqqında XX
əsrin birinci yarısında dəyərli əsərlər yazılmışdır. F. Qasımzadə
(272), F.Köçərli (273; 274), Abdulla Şaiq (275), Ə.
Dəmirçizadə (276), M.C.Cəfərov (277), Ə.Mirəhmədov (278),
M. Qasımov (279), A. İbrahimov (280), Lui Araqon (281), Ə.
N. Quliyev, İ.M. Həsənov və İ.V. Striqunov (282), Ə.
M.Əhmədov (283; 284), M.Cahangirov (285), H.
Məmmədzadə (286), F.Köçərli (287) dəyərli əsərlər yazmışlar.
Rus ədəbiyyatında da Axundov haqqında çoxlu sayda əsərlər
yazılmışdır. C.Xəndanın Axundov haqqında fikirləri öz ori-
jinallığı, özünəməxsusluğu ilə Axundov irsinin öyrənilməsinə
gözəl töhfədir.
C.Xəndan Azərbaycan ədəbiyyatının «klassik nümayən-
dəsi, böyük mütəfəkkir, dahi sənətkar, ilk dramaturq» kimi
dəyərləndirdiyi M.F. Axundovun həyatı haqqında qısa məlumat
verir. Müəllimi Mirzə Şəfinin onu mollalıq məktəbindən
uzaqlaşdırmaq üçün verdiyi məsləhəti diqqətə çatdırır. Mirzə
Şəfini onun gözündən «qəflət pərdəsini açan ilk mütəşəbbüs»
kimi dəyərləndirir, gələcəkdə bir filosof, tarixi şəxsiyyət kimi
yetişməsində müəlliminin oynadığı rolu açır. M.F.Axundovun
ədəbi fəaliyyətə şeirlə başladığını qeyd edir: «O, fars və
Azərbaycan dillərində şeirlər yazardı. 1837-ci ildə A.S.Puşkinin
ölümünə yazdığı kiçik poema bütün Şərqdə Puşkinə həsr
edilmiş ilk əsərdir. Mirzə Fətəli bu əsərində şairin ölümünü
dərin yas və hüznlə qarşılayır» (2, s.113).
M.F.Axundov 25 yaşında olarkən fars dilində bu əsəri
yazmış, onu rus ədəbi ictimaiyyətinə də çatdırmaq üçün rus
dilinə sətri tərcümə etmiş, Bestujev-Marlinski bu tərcüməni
bədiiləşdirmiş, sonralar müəllifin tərcüməsi çar Rusiyası za-
manında, eləcə də sovet dövründə dəfələrlə çap edilmişdi. Puş-
kinin ölümü haqqında Axundovun bu poemanı yazmasında
Gülxani Pənah
54
M.Y.Lermontovun «Şairin ölümü» şerinin təsiri olduğu bil-
dirilir.
Qeyd edək ki, Puşkinin bu poemasının tərcüməsində
C.Xəndanın da böyük rolu olub: “M. F. Axundovun “Puşkinin
ölümünə Şərq poeması”nın tərcüməsi bir mütərcim kimi
C.Xəndanın ilk qələm təcrübəsi idi. Tərcümənin oxucular
arasında böyük uğur qazanması, daim dəbdə olması C.Xəndana
doğru yolda olduğunu göstərdi. Nəticədə, sonraki illərdə də
Cəfər Xəndan tərcüməçilik yoluna qədəm qoyaraq, milli
ədəbiyyatımızı N. Gəncəvi və Heyran xanımın poeziyasından
çoxsaylı tərcümələrlə zənginləşdirdi” (10, s.23). Puşkinin
ölümünün 100 illiyi ərəfəsində poemanın Azərbaycan dilinə
tərcümə edilməsi ilə bağlı hökumətin qərarına əsasən Mikayıl
Müşfiq, Böyükağa Qasımzadə, Məmmədağa Sultanov və Cəfər
Xəndan əsəri tərcümə etdi. Dörd müxtəlif tərcümədə Cəfər
Xəndanın tərcüməsi seçilir. Bu əsəri tərcümə edərkən 27 yaşlı
C. Xəndanın artıq həm ədəbiyyatşünas, həm də şair kimi
tanınmış simalardan olduğu, bu poemanın tərcüməsində onun
həm ədəbiyyatşünas, həm də şair kimi üslubunun da «əsərə
xüsusi effekt» verdiyi tədqiqatçıların diqqətindən yayınmır.
M.F.Axundov bədii yaradıcılığa şeirlə gəlmişdir. «Zəma-
nədən şikayət», Azərbaycan və fars dillərində yazdığı «Zivər,
nə səzadır sənə, ey dilbəri-ziba», «Tərəkəmə qadını ilə Molla
Kərimin söhbəti», «Təcnis», «Təcnisi-digər» və s kimi şeir-
lərində saf məhəbbəti tərənnüm edir. «Bədihəxani-Ərdəbil və
Məşədi Büttan Səlyani», «Hekayəti pota Kərim və Səfər dəl-
lək», «Hekayəti-Seyid Ələm Səlyani» mənzumələrində din
xadimlərini, xalqın qanını soran seyid və mollaları satira atəşinə
tutur.
«Həcvi-Əbdürrəsul xan» şeirində İran irticaçılarını, səriş-
təsiz, kütbeyin hakim məmurları ifşa edir. Qasım bəy Zakirə,
Cəfərqulu xan Nəvaya beş mənzum məktub yazmışdır. Şeirləri
sadə, canlı danışıq dilində yazılmış olsa da, sənətkarlıq, poetik
Gülxani Pənah
55
cəhətdən zəif olduğunu bildirən tədqiqatçı onun nəsr və
dramaturji fəaliyyətini daha yüksək bilir.
M.F.Axundov şeir sahəsində Vaqif, Sabir və digər
sənətkarlar kimi tanınmasa da nəsrimiz onun adıyla bağlıdır, C.
Xəndan Azərbaycan ədəbiyyatında 800 illik Azərbaycan
ədəbiyyatında ancaq şeirin inkişaf etdiyini vurğulayır və bir
məsələyə xüsusilə diqqəti yönəldir ki, «nəsr bizim ədəbiyyatda
ancaq XIX əsrdə özünü göstərmişdir ki, bunun da inkişafında
Mirzə Fətəli Axundov çalışmışdır» (2, s.114).
«Aldanmış kəvakib» kimi nəsrimizin tarixində yüksək
bədii qiymətə malik əsərini «öz mündəricə və məzmununun
dolğunluğu ilə böyük bir pyes və ya kinossenari materialı bilir.
Bununla belə, bu sahədə yüksək talantı olmasına baxmayaraq
«ədəbi yaradıcılığında dramaturqluq yolunu» seçməsi,
dramaturqun özünün dediyi kimi insanlara təsir etməyin iki
yolundan (gülmək-komediya, ağlamaq-tragediya) birincisini
seçdiyi, komediya ilə savadsız insanlara gülməklə onları islah,
bəzilərini ifşa etmək üsuluna əl atdığı, altı komediyasını-dini
xurafatın, cəhalətin ifşası əsas ideyasını təşkil edən «Hekayəti
Molla İbrahimxəlil kimyagər» (1850), köhnəliyi, ətaləti tənqid,
elmi, maarif və mədəniyyəti təbliğ edən «Hekayəti-Müsyo
Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur»
(1850), dövrün ictimai yaramaz-lıqlarını, feodal üsul-idarəsini,
səriştəsiz, ləyaqətsiz dövlət başçılarını, istibdadı ifşa edən
«Sərgüzəşti-vəziri-xani-Lənkə-ran» (1850), ictimai bərabər-
sizliyin hökm sürdüyü şəraitdə boğulan insan haqları, mühitin
iki gəncin azad sevgisinə qarşı maneələrinin ifşasını göstərən
«Hekayəti-xırs quldurbasan» (1851), XIX əsr Azərbaycan
həyatını realistcəsinə əks etdirən, dünya dramaturgiyasında ən
dolğun «xəsis» obrazı yaradılan «Sərgüzəşti-mərdi-xəsis»
(«Hacı Qara») (1852), fırıldaqçı vəkilləri, hiyləgər tacirləri ifşa
edən, istibdad və fanatizmin hökm sürdüyü bir dövrdə
insanların hüquqlarının tapdalanmasının tənqidi əsas olan
«Mürafiə vəkillərinin hekayəti» (1855) əsərlərini yazdığını,
Gülxani Pənah
56
böyük bir ədəbi məktəbin əsasını qoyduğunu deyir, onun
yolunu davam etdirən N.B. Vəzirov, Ə. Haqverdiyev,
C.Məmmədquluzadə, C. Cabbarlı xatırladılır.
Məmməd Arif «M. F. Axundov və sovet komediyası»
əsərində yazır: «Axundov Azərbaycan ədəbiyyatında realist
dramaturgiyanı ən sağlam və nəcib bir bünövrə üzərində yarat-
mış və inkişaf etdirmişdir. O, dünya ədəbiyyatının və xüsusən
də rus realist ədəbiyyatının qabaqcıl nailiyyətlərinə əsaslanaraq,
gələcək nəsil üçün aydın, düzgün və zəngin ənənələr qoyub
getmişdir» (22, s.288).
M.F.Axundov öz realist dramlarında «patriarxal-feodal
Azərbaycanda xalqın canına daraşaraq, onu soyan ruhaniləri,
falçıları, dərvişləri, cadugərləri, çar çinovniklərini, tacirləri və
sairəni» ifşa edir, bu əsərlərində Şərq fanatizmi, dini təhsil
əvəzinə «mədəniyyəti, qərbçiliyi» təbliğ edir, rus dilinin yaxşı
bildiyindən bu dilin vasitəsilə Avropa, Rusiya realist sənətkar-
larının-Molyer, Didro, Volter, Lomonosov, Derjavin, Karam-
zin, Puşkin, Qoqol, Lermontov, Ostrovskinin yaradıcılığına
«dərindən bələd olur». Axundovun Azərbaycan şeirinin Şərqin
«epiqonçuluq cığırından» çıxmasına, şeirdə «realizmi»n tət-
biqinə çalışdığını da unutmur: «Ona görədir ki, Azərbaycan
şeiri inkişafında ilk dəfə realizmi tətbiq edən Vaqifi və onun
yolunu davam etdirən Zakiri bir realist sənətkar kimi qiymət-
ləndirib, şeirlərinin Adolf Berje tərəfindən Almaniyanın
Leypsiq şəhərində 1867-ci ildə çap olunmasına çalışmışdır.
Axundov realist Vaqif və Zakirə qiymət verərək yazırdı ki,
bunları oxuyandan sonra, bir para özlərindən müştəbeh olan
nəzm sənətkarları şair olmadıqlarını anlayıb, bihudə özlərini
zəhmətə salmaqdan və yavan nəzmlərin inşasına vaxt sərf
etməkdən əl çəksinlər» (2, s.117).
M.F.Axundovun antik dövrün, Qərbin tanınmış filo-
soflarının, XVIII əsr Fransız materialistlərinin dünyagö-
rüşlərinə bələd olduğundan təkcə böyük dramaturq deyil, həm
də ateist-materialist kimi tanındığını diqqətə çatdıran C. Xən-
Gülxani Pənah
57
dan onun filosofluq fəaliyyəti üzərində xüsusi olaraq dayanır.
Fəlsəfi mövzuda olan «Kəmalüddövlə məktubları» ilə yanaşı
1868-ci ildə «İngiltərə filosofu Yuma cavab» adlı farsca da
yazdığı fəlsəfi əsəri, 1876-cı ildə Cəlaləddin Rumi haqqında
tənti risaləsi əsərində də ateist-materialist fikirlərini təhlil edir.
İdealistlərin dünyanın yaranması haqqında nəzəriyyələrinin
əksinə olaraq, onun «dünya bir vəhdətdir, əzəli və əbədidir. O
bizim iradəmizdən və ümumiyyətlə, heç bir iradədən asılı
olmayaraq vardır və olacaqdır» nəzəriyyəsini irəli sürdüyünü
deyir.
Təkcə kişilərin deyil, qadınların da savadlanmasının
vacibliyini irəli sürən M. F. Axundovun əsərlərindəki «qadın
azadlığı tematikası»na diqqəti yönəldən C.Xəndan onun
əsərlərində qadınların «bacarıqlı, ağıllı, düşüncəli» göstərmə-
sinin onun «arzusu və idealı» olduğunu, ona görə də «qadın-
ların üzərindən feodal dünyasının zülmətlərini, hüquqsuzluğu,
cəhaləti, mövhumatı və savadsızlığı» götürməyə çalışdığını bir
tədqiqatçı kimi gözəl görür: «O bilirdi ki, ərəb əlifbası kimi
yazılıb-oxunması çətin olan bir əlifba xalqın savadlanmasını
təmin edə bilməyəcəkdir. Odur ki, hamının tez bir zamanda
öyrənib yaza bilməsi üçün yeni bir əlifba tərtib etmək lazım
idi» (2, s.119)
M.F.Axundovun yeni əlifba tərtibinə də bunun üçün
başlaması, ərəb əlifbası üzərində apardığı işləri araşdırır. «Əv-
vəlcə ərəb əlifbasının nöqtəsiz hərflərlə yeni şəklini tərtib edir.
Sonra bunun da yaramadığını hiss edərək tamamilə latın hərf-
lərindən düzəlmiş soldan-sağa yazılan yeni bir əlifba düzəldir.
Bu əlifbanın həyata keçirilməsi üçün M. F Axundov Türkiyə və
İrana gedir. Şərq aləmində onun əlifbası feodal və ruhanilər
tərəfindən rədd edilir. Axundovu islam dini, quran əlifbası
düşməni adlandırıb mətbuatda ona hücumlar edirlər. Böyük
mütəfəkkir isə məqsədindən çəkinmir. Əlifba haqqında farsca
şeir yazır, şahlara, sultanlara dəfələrlə ərizələr verir. Heç bir
Gülxani Pənah
58
nəticə əldə etmədiyindən, yazır ki, «xülasə, məqsədimə çat-
madım» (2, s.119).
Böyük sənətkarın bu fikirlərini (M.F.Axundov son ərizə-
lərinin birində yazırdı: «Ey ucu-bucağı olmayan ölkələri,
saysız-hesabsız insanları idarə edən şahlar! Siz yeni əlifbanı
qəbul etmədiniz. Ancaq unutmayın ki, yüz illər də keçmiş olsa,
gələcək nəsil bunu qəbul edib sizə lənətlər oxuyacaqdır») yada
salan tədqiqatçı Azərbaycan xalqının böyük mütəfəkkirin «ar-
zularını yüz illərə qoymadığını», sovet dövründə bu arzuların
reallaşdığını, bir mütəfəkkir kimi ancaq sovet dövründə «öz
həqiqi qiymətini» aldığını qeyd edir, arzuladığı kimi onun bü-
tün əsərlərinin Azərbaycan, rus dillərində yenidən nəşrini,
yaradıcılığının hərtərəfli dərindən öyrənilməsinin zəruriliyini
vurğulayır.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsin-
dən sonra Cənubi Azərbaycanda baş verən hadisələr
M.F.Axundovu bir ziyalı kimi ağrıdırdı. C.Xəndan bu dövrdə
Rusiyaya birləşdirilən Şimali Azərbaycana nisbətən İran
şahlarının zülmü altına düşən Cənubi Azərbaycanın ağrı-
acılarını hiss edən M.F.Axundovun komediyalarından birinin
mövzusunun («Mürafiə vəkillərinin hekayəti») Təbriz həya-
tından alınmasını bu siyasi məqamlarla bağlayır. Burada
yaratdığı fəal və müsbət qadın surətlərini təhlil edir. Axundo-
vun Təbriz həyatına «xarici» bir sənətkar kimi yanaşmadığını,
yaşadığı Şimali Azərbaycan həyatından aldığı mövzulara,
yaratdığı tiplərə necə yanaşmışsa, Təbrizi də o biri əsərlərindəki
Nuxadan, Ağcabədidən, Lənkərandan ayırmadığını, «Arazın bu
tayı üçün təbliğ etdiyi idealları» böyük ədibimizin «Cənubi
Azərbaycanda da təbliğ etmiş» olduğunu söyləyir.
Onun «Mürafiə vəkilləri» komediyasında yaratdığı Səki-
nə xanım surətini təhlil edir, azad sevgini hər şeydən üstün
tutan bu qızın cəsarətini, yüksək düşüncə və bacarığını digər
komediyalarındakı qadın surətləri ilə müqayisəli şəkildə təhlil
edir. Əsərdə Təbriz mühitində də dövlət adamlarının qanunsuz
Gülxani Pənah
59
hərəkətlərini ifşa edən, onların «qolu zorluluğuna qarşı müba-
rizədə ardıcıl və iradəli olmağı irəli sürən dramaturqun irəli
sürdüyü ideyaları araşdırır (23, s.178).
M.F.Axundovun materialist fəlsəfi görüşlərini əks et-
dirən «Fehristi-kitab» (1859), «Nəsr və nəzm haqqında», «Tən-
qid risaləsi» (1862), «Kritika. Yüksək İranın «Millət» qəzetinin
münşisinə», «Mirzə Ağanın pyesləri haqqında kritika» (1871)
məqalələri və «Kəmalüddövlə məktubları» (1865) kimi fəlsəfi
əsərləri, bir sıra məktubları yaradıcılığında mühüm yer tutur.
Bunlarda «realizm, xəlqilik, müasirlik, ideyalılıq, sənətkarlıq və
bədii yaradıcılığın başqa mühüm məsələlərinə dair qiymətli
fikirlər söyləmişdir. Fəlsəfi görüşlərində olduğu kimi, ədəbi-
estetik baxışlarında da materialist dünyagörüşünə əsaslanan
Axundov ədəbiyyat və incəsənəti varlığın bədii inikası hesab
etmiş, onun ictimai tərbiyəvi əhəmiyyətini, cəmiyyətin inkişa-
fındakı rolunu yüksək qiymətləndirmişdir» (24, s.498).
C.Xəndan burada Şərq xalqlarının feodal-patrarxal ge-
rilikdən qurtulması üçün Axundovun yaydığı maarifçilik ide-
yalarına diqqət yetirir. Onun «Kəmalüddövlə məktubları»ndan
gətirdiyi bir parça statda («Ey əhli-İran, əyər sən nəşeyi-aza-
diyyətdən və hüquqi-insaniyyətdən xəbərdar olmasaydın, belə
übudiyyətə, belə rəzalətə mütəhəmmil olmazdın, kəsbi-elmə
qalib olub fəramüşxanalar açardın, məcmələr yapardın, vəsaili-
ittifaqi dəryaft edərdin. Sən ədəddə və istitaətdən despotdan bə-
məratib artıqsan. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır.
(Əvvəlcə ki, revolyusiya edib übudiyyətdən nəcat tapasan).
Əgər bu halət, yəni ittifaq sənə müyəssər olsaydı, özünə bir
fikir çəkərdin və özünü puç aqaidin qeydindən və despotun zül-
mündən nəcat verərdin.
Çifayda, bu halət sənə müyəssər olmaz, məyər elmilə və
elm hasil olmaz, məyər proqres ilə proqres surət tapmaz, məyər
liberal ilə proqres olmaz məyər əqaid qeydindən qurtarmaq
ilə») vəziyyətdən qurtuluş yolunu göstərdiyini belə izah edir:
«Doğrudur, böyük filosof bu sözləri «əhli-İran»a xitabən deyir.
Gülxani Pənah
60
Lakin onun birinci növbədə Cənubi Azərbaycanı nəzərə aldığı
aydındır». Məktubun epiqrafındakı «Rəməzan ayında, sənə
1280-də, Təbrizdən» yazılmasını «təsadüf» saymır:
«M.F.Axundov öz oxucularının nəzərini Rusiyaya cəlb edir və
ağıllı hökmdar öz vətənini böyük Pyotr kimi tərəqqiyə
çatdırır»- deyir» (23, s.272).
Xalqının qəlbində «vətənpərvərlik hissi oyatmaq və milli
şüur yaratmaq məqsədilə» İran və Cənubi Azərbaycan üçün
yeni fikirləri diqqətə çatdırır. Bir azərbaycanlı kimi xalqının
ağır sosial şəraiti, geriliyi, savadsızlığı, düşdüyü ağır vəziyyəti
görüb onun üçün narahat olan, qəlbi göynəyən, onun düşdüyü
vəziyyətdən çıxarmaq üçün yollar axtardığını əsərlərindən
görən tədqiqatçı bir faktı da diqqətə çatdırır ki, «M.F.
Axundovun bu məktublarını təhlil edən alimlərimiz indiyədək
onun Cənubi Azərbaycanın xilasına xüsusi əhəmiyyət verdiyini
nəzərə çarpdırmamışlar. Aydın məsələdir ki, M.F. Axundov və
onun müasirləri, bir çox şagirdlərinin işlətdikləri «İran əhli»
kimi ifadə və cənubi azərbaycanlılar, «milləti-islam» sözlərində
ümumən azərbaycanlılar nəzərdə tutulurdu. Bu da təsadüfi
deyil ki, M.F.Axundovla yazışan Cənub yazıçı və alimləri
içərisində və yaxud onun yolunu davam etdirənlər sırasında
cənubi azərbaycanlılar xüsusi yer tutur» (23, s.180).
Bu nöqteyi-nəzərdən dramaturqun Təbriz naibülvüzərası
sərtib Mirzə Yusif xana, «Yek kəlmə» haqqında 1875-ci ildə
yazdığı tənqiddəki fikirləri-»Ədaləti yerinə yetirmək və zülmü
qaldırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür, yəni
millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və birfikirlilik
əsaslarını əldə etməli, ondan sonra zalıma müraciət edərək
deməlidir: səltənət və hökumət büsatından çəkil!
Ondan sonra zamanın vəziyyətinə uyğun olaraq qanun
qoyub, konstitusion yazmalı və ona əməl etməlidir. O zaman
millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi
olacaqdır»-xatırladır (25, s.218).
Gülxani Pənah
61
Axundovun «Aldanmış kəvakib» povestində qoyduğu
məsələlər ədəbiyyatşünasların təhlilində geniş yer almışdır.
Povesti «satirik əsər» adlandıran Mir Cəlal Axundov satirasının
«teoretik-fəlsəfi» köklərinin çox «dərin» olduğu fikrindədir.
Onun fikrincə, «bu satira müəllifin zalımlara, şahlara və feo-
dalizm münasibətlərinə nifrətinin ifadəsidir. Bu nifrət Axun-
dovda xalqa və zəhmətkeşlərə, elmə və mədəniyyətə olan səmi-
mi məhəbbət qədər böyük və ölməzdir» (2, s.120).
C.Xəndan Axundovun İran irticası və mütləqiyyətinin
ifşasında mühüm rol oynayan «Aldanmış kəvakib» povestini
açır, şah Abbasın və onun adamlarının simasında xalqa edilən
zülm və işgəncələr, öz xeyirləri üçün çalışan qəddar, yaramaz,
cahil vəzir, vəkil, saray əyanlarının çirkin simasını, xalqa qarşı
laqeydliyini, Yusif Sərracın simasında yaratdığı «ölkə və
xalqının dərdinə qalan ağıllı hökmdar» surətini, dramaturqun
dövlət quruluşunda ciddi dəyişiklər istəyini tədqiq edir.
M. F. Axundovun yeni ədəbiyyatın yaranması ilə bağlı
fikirlərini tədqiqata cəlb edən C.Xəndan Yaxın Şərq
ədəbiyyatına dram janrı gətirən mütəfəkkirin həm yeni janrlar
yaratmaq, həm də mövcud janrda da bir qədər dəyişiklik
yaratmaq istəyini, əsrlər boyu tənqidsiz qalan Şərq
ədəbiyyatında ədəbi tənqidin inkişaf etdirilməsi vacibliyini
yada salır. Axundov yazır: «Əyər Tehran qəzeti vasitəsilə bu
qayda İranda tətbiq olunursa, hal-hazırda məzmunsuz və
duzsuz deyilən və heç bir faydası olmayan qəzəl və qəsidələr
düzəltməkdən əl çəkərək məsnəvi şəklində müxtəlif xalqların
əhval və adətini bildirən hekayəli şeir deməyə başlayacaqlar və
nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən, əbləhcəsinə
bütünlüklə çəkinəcək-lər, ancaq rəğbətli məzmun arxasınca
gedəcəklər» (23, s.181).
Bu fikirlərin həm bu tayda, həm də İranda yeni ədəbiy-
yatın yaranmasında çox böyük rol oynadığını vurğulayan təd-
qiqatçının cənub məsələləri ilə bu qədər geniş məşğul olmasını
«təsadüf» saymır: «O inanırdı ki, öz dövründə olmasa da,
Gülxani Pənah
62
gələcək nəsillər onu başa düşəcək və böyük məqsədlərini hə-
yata keçirəcəklər» (23, s.182).
C.Xəndan M.F.Axundovun ədəbiyyatda realizmi əsas
götürdüyünü, əsərlərin mövzusunu real həyatdan, xalq həyatın-
dan götürülməsi istəyini, bu cəhətdən Vaqif, Zakir kimi sənət-
karlara yüksək qiymət verdiyini açır. Bir sənətkar, ədəbiyyat
alimi kimi M.F. Axundov ədəbiyyatın vəzifəsini xalqa xidmət-
də görür. Ədəbiyyatda insan arzu və istəklərinin reallıqlarla
tərənnüm və təsvirini, məzmun və forma vəhdətini istəyir, on-
ların vəhdətini bədiiliyin meyarı kimi götürür. Dəyərsiz, zəif,
bədii cəhətdən qiyməti olmayan əsərləri saymır, sevmir, onların
varlığına lüzum görmür. Cəfər Xəndan Axundovun bu fikirlə-
rini faktlarla üzə çıxarır. Geniş, uzun uzadı izahlarla deyil,
əsərlərindən gətirdiyi tutarlı faktlarla M.F. Axundovun həm bir
sənətkar, ədəbiyyat nəzəriyyəçisi, şair, həm nasir, həm də
qüdrətli bir dramaturq, filosof kimi bədii əsərlərin prob-
lemlərinə dair dəyərli fikirlərini araşdırır.
M.F.Axundovun xalqının dilinə münasbəti məsələsinə
tədqiqatçı alimlər həmişə öz tədqiqlərində xüsusilə toxunurlar.
Məsələn, Mir Cəlal M.F.Axundovun özünün canlı danışıq
dilindən ədəbi dilə gətirdiyi «qayımsəs, dilmanc, külçə, cəqit»
kimi sözləri, «bir könüldən min könülə aşiq olmaq», «quşdan
qorxan darı əkməz», «papağını çevirərsən, il gələr keçər»,
«göydə uçan quşu əyləmək olmaz» kimi xalq ifadələrini,
«aydın, saf, fikir kəsəri və məntiq»li güclü dialoqlarını, onun
başladığı ədəbi məktəbin «Azərbaycan ədəbiyyatının inkişafına
yeni ümidlər açan, bu ədəbiyyatı muasir ictimai mübarizənin
kəsərli silahı səviyyəsinə qaldıran mühüm bir qüvvə» olmasını,
ondan sonra gələn Ə.B. Haqverdiyevin, C. Məmmədqulu-
zadənin, M.Ə. Sabirin və başqalarının onun yolu ilə getdiyini,
Azərbaycan ədəbiyyatını kamilləşdirdiyini alqışlayır.
C.Xəndan xalqının savadlanması üçün, ərəb əlifbasından
qurtulması üçun M.F. Axundovun hazırladığı əlifba layihələ-
rini, onların millət üçün dəyərini, bu yolda mütəfəkkirin apar-
Gülxani Pənah
63
dığı gərgin işləri araşdırır, ictimai xadim kimi rolunu yüksək
qiymətləndirir.
C.Xəndan M.F.Axundovun mənəvi əsarətə qarşı, cismani,
mənəvi zülmə qarşı mübarizə aparmaq, xalqın özünü qaranlıq-
dan çıxarmaq üçün yolunun mübarizə olduğunu göstərdiyini
bildirir. «Aldanmış kəvakib» povestinin təhlilini aparan C.
Xəndan Axundovun İran şahlarının mənfi surətini Şah Abbasın
simasında ümumiləşdirdiyini, əsərin şahlıq üsul-idarəsi,
istibdad əleyhinə yazıldığını, Yusif Sərrac kimi xalqın içərisin-
dən çıxan ağıllı, sadə, yoxsul xalqın qayğısına qala biləcək in-
sanların varlığını göstərməklə yanaşı, burada yazıçının əsas
qayəsini (qəddar, müstəbid hökmdarı xalq içindən çıxan, xalqı
yaxşı başa düşən, onlar üçün çalışıb-vuruşan seçilmiş insanlar
əvəz etsə, hakimiyyətə belələri gəlsə ölkənin gələcək rifahı,
tərəqqisi mümkündür) üzə çıxarır.
Cəfər Xəndan Axundovun təkcə Azərbaycanın deyil,
ümümən Yaxın Şərqdə, xüsusilə irticaçı İran əsarəti altında
qalan Cənubi Azərbaycanın ağrıların çəkən əsl vətəndaş, milli
təəssübkeş kimi xalqının savadlanması, azadlığı, inkişafı üçün
məqsədyönlü fəaliyyətini üzə çıxarır. Cəfər Xəndan böyük
mütəfəkkirin Cənubi Azərbaycanın taleyini, oradakı ictimai-
siyasi gərginlikləri əks etdirmək baxımından dəyərli olan fəlsəfi
əsərinin təhlilini verir, ilk dəfə burada Cənubi Azərbaycanın
taleyini daha geniş planda götürdüyünü faktlarla verir. Ümumi-
likdə yaxın Şərq haqqında danışan Axundovun əslində Cənubi
Azərbaycan xalqı üçün narahatlıqlarını, bir ziyalı kimi ikiyə
bölünmüş xalqının faciəsini, savadsızlığın, geriliyin, mövhu-
matın xalqının faciələrini daha da dərinləşdirdiyini əks etdirən
əsərlərini əhatəli şəkildə araşdırır, üzə çıxarır. Hər bir məqalə-
sində, hər bir komediyasında, povestində, fəlsəfi-materialist
yazılarında realist faktlara əsaslanaraq dəyərli fikirlər söyləyən
M.F. Axundovun həm yazıçı, dramaturq, həm də filosof kimi
böyük üstünlüklərini, xalqına, millətinə xidmətini əsərlərinə
müraciət etməklə, oradakı faktları əsas götürməklə C. Xəndan
Gülxani Pənah
64
M.F.Axundov haqqında Azərbaycan oxucusuna hələ XX əsrin
əvvəllərindən qiymətli məlumatlar verir. Bu böyük sənətkarın
yaradıcılığının tədqiq edilməsi sahəsində ilk ədəbiyyatşünas
kimi öz üzərinə götürdyü vəzifənin öhdəsindən layiqincə gələn
C.Xəndan M.F.Axundov irsi haqqında özünə qədər deyilməmiş
fikirləri söyləyir, xalqının savadlanması uğrunda daima müba-
rizə aparan Axundovun bütövlükdə Şərq dünyasının geriliyinə
qarşı mübarizəsini, burada maarifçiliyin inkişafı üçün əlindən
gələni etdiyini üzə çıxarır. Ədəbiyyata poeziya ilə gələn M.F.
Axundovun bir filosof kimi yetişməsində Qərbin, Rusiyanın
inqilabçı-demokratik hadisələrinin rolunu diqqətə çatdırır.
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını
dərindən öyrənmiş M.F.Axundovun insan azadlığını, savadı,
biliyi, elmi yüksək qiymətləndirməsindən, bir sıra Şərq xalq-
larının tarixinin bəzi məsələlərinə münasibətindən bəhs edən
Cəfər Xəndan Axundovun tarixin mühüm hadisələrinə münasi-
bətini izləyir, onun xalqın gücünə inanmasını, istibdad zül-
mündən qurtarması üçün onu birliyə çağırmasını, mövcud quru-
luşa qarşı mübarizəsini araşdırır, fikirlərindəki azadlıq, huma-
nizm, vətənpərvərlik, qadın azadlığı, millilik ideyalarını açır,
Azərbaycan ictimai fikrində materialist fəlsəfəni, ateizmi ilk
dəfə açıq şəkildə müdafiə edib əsaslandırmağa çalışmasını,
marksaqədərki filosoflar içərisində ilk dəfə dini kəskin tənqid
etdiyini, Şərq müstəbidliyinə qarşı çıxaraq Azərbaycanda
demokratik maarifçiliyin ideya rəhbəri olduğunu bildirir.
Dostları ilə paylaş: |