Kateqoriyaların ierarxiyası, ali taksonlar


Dəyirmi qurdlar tipi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə23/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   19   20   21   22   23   24   25   26   ...   95
heyvan qisaldmis

Dəyirmi qurdlar tipi, təyin olunma metodları


NEMATODLAR VƏ YA XÜSUSİ DƏYİRMİ QURDLAR SİNFİ –NEMATODES

Nematodlar sinfi dəyirmi qurdların əsas sinfi olub, növ tərkibi­nə görə zən­­gin­dir. Onların 20000 növü təsvir edilmişdir. Bəzi hesab­la­ma­la­ra görə növ­ləri­nin sayı 500000-ə, hətta 1 milyona qədərdir. Ne­ma­todların 80 %-i demək olar ki, el­mə məlum deyildir.

Nematodların bədəni uzunsov formada olub, sapşəkilli, iyşəki­l­li­dir və adə­­tən, hər iki tərəfdən sivriləşmişdir. Bədən ölçüləri bir mm-dən kiçik olmaqla yanaşı bir neçə metrə qədər olur. Sərbəst ya­şa­yan formalar adətən kiçik olub, 1 mm-ə qədər, bəziləri isə 5 sm ölçü­də olur. Parazit növlərin də kiçik formaları var­­dır. Bununla belə on­la­rın ölçüləri əksər halda 20-40 sm, bəzi hallarda da 2-8 m uzunluqda olur. Bədənin üzəri möhkəm və elastiki kutikula ilə örtülmüşdür.

Ağız bədənin ön hissəsinin mərkəzində yerləşmişdir və növlə­rin­dən asılı olaraq altıya qədər dodaq adlanan fırla əhatə olunmuşdur. Bə­dənin qarın nahi­yə­­si­nin dal qurtaracaq tərəfinə yaxın yerdə anus dəliyi yerləşmişdir. Anus dəli­yindən dalda qalan hissə quyruq adlanır.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin