Entodermal orta bağırsaq genişlənmiş mədədən və nazik bağırsaqdan ibarətdir. Qurdlardan fərqli olaraq, yumşaqbədənlilərdə xüsusi həzm vəzi - qaraciyər vardır. Qaraciyərin axarları mədəyə açılır.
Molyuskların əksəriyyətində tənəffüs sistemi ktenidi adlanan qəlsəmələr vasitəsilədir. Qəlsəmələr mantiya boşluğunda simmetrik yerləşmişdir. Əksəriyyətində bir cüt, bir qismində iki cüt, bəzilərində daha artıq qəlsəmələr olur.
Ktenidilər yastı qəlsəmə oxundan, onun yan tərəflərində bir-birinin üzərində yerləşən qəlsəmə vərəqlərindən ibarətdir.
Dostları ilə paylaş: |