Kateqoriyaların ierarxiyası, ali taksonlar


ALLOPATRİK VƏ SİMPATRİK SEÇMƏLƏRİN MÜQAYİSƏLİ TƏFTİŞİ



Yüklə 248,72 Kb.
səhifə17/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   13   14   15   16   17   18   19   20   ...   95
heyvan qisaldmis

ALLOPATRİK VƏ SİMPATRİK SEÇMƏLƏRİN MÜQAYİSƏLİ TƏFTİŞİ
Sistematik faunistik tədqiqat apararkən allopatrik və simpatrik seçmələrin müqayisəli təftişini aparmağı bacarmalıdır. Allopatrik növlər coğrafi təcrid,simpatrik növlər isə müxtəlif - bioloji, ekoloji və sitoloji səbəblərdən əmələ gəlir. Toplanmış fenonların tədqiqi zamanı korrelyasiya prinsipi nəzərə alınmalıdır. Əgər iki populyasiya coğrafi təcridə məruz qalmışdırsa, onlarda genetik divergensiya nəticəsində morfoloji fərqlər əmələ gəlir. Bu fərqlər növün diaqnostikası zamanı xüsusi əhəmiyyət kəsb edir. Bir çox növlər növəmələgəlmə prosesində ciddi diaqnostik əhəmiyyətli morfoloji əlamətlərə malik olmur. Bu cür oxşar morfoloji əlamətlərə malik növlər əkiz növlər kimi təsvir olunur, təkamül prosesində bu fərqlər getdikcə kəskinləşir və sistematikaya yeni növlər kimi daxil olur. E.Mayr (1963) əkiz növlərin sistematikasını öyrənərkən bu növlərin
heyvanlar aləmində nə qədər geniş yayıldığını göstərmişdir.
Tədqiqatçı faunistik tədqiqata başlayarkən bu məlumatlara malik olmalıdır. Malyariya xəstəliyinin epizootologiyasını öyrənərkən xəstəliyin törədicisinin Anopheles cinsinə mənsub bir neçə növ olduğu müəyyən olunmuşdur. Anopheles maculipennis ağcaqanadının, Drosophila cinsindən olan milçəklərdə və Paramecium cinsindən olan infuzorlarda əkiz növlərin olduğu məlum olmuşdur. Anopheles cinsinə aid olan əkiz növlər patogenlik dərəcəsinə və digər parazitlərlə qarşılıqlı münasibətlərinə əsasən təyin olunur. Şimali Amerikada sisəklərin səs siqnallarına qarşı reaksiyasını tədqiq etməklə növ tərkibinin 50%-i təsvir olunub sistematikaya daxil edilmişdir. Quşların əkiz növləri təyin olunarkən davranış xüsusiyyətləri, yuvalama və qidalanma tərzi, çoxalma və
miqrasiya dövrü, çıxardığı səslər nəzərə alınır. Paramecium cinsində əkiz növlərin miqdarının digər heyvan qruplarına nisbətən daha çox olduğu güman olunur. Bu cinsdə 16 əkiz növ kompleksi var (Paramecium aurelia). lakin sistematikada ibtidailərin əkiz növlərinin növ kimi qəbul olunub binominal adlandırılması qəbul edilmədiyindən növmüxtəlifliyi kimi sistemləşdirilir. E.Mayr və digər sistematiklər eyni heyvan qruplarında əkiz növlərin əmələ gəlməsinin ekoloji amillərdən asılı olduğunu göstərirlər.
Yaxın qohum növlərin taksonomik əlamətləri bəzən o qədər dəyişkən olur ki, heç bir əlamət takson üçün kəskin diaqnostik xarakter daşımır. Bu zaman bir dəqiq əlamətə əsaslanıb populyasiyanın bir neçə eyni növünü təyin etmək mümkün olmur. Çox vaxt diaqnoz üçün iki əlamətin uzlaşması kifayət edir, lakin populyasiyada dəyişkənlik bir neçə əlamatlə büruzə verilərsə çox ölçülü üsullardan istifadə olunur. ən çox istifadə olunan üsul diskriminant funksiyalar (latinea discriminans – fərləndirən, ayıran) üsuludur. Bu üsula
görə iki taksonun ayrılması əlamətlərin funksiyasının sayılmasına əsaslanır,
Müasir informasiya texnologiyalarında əlamətlar xüsusi proqramla ayrılır, fərqli əlamətlərin çoxluğuna və ya azlığına əsasən takson təyin olunur.
Müxtəlif təbii populyasiyalardan götürülmüş seçmələrin müqayisəsini apararkən taksonomistin məqsədi bu populyasiyaları eyni taksonda və ya fərqli taksonlarda yerləşdirməkdir. Populyasiya genetikası hətta eyni növlərin belə müəyyən əlamətlərlə fərqləndiyini öyrondikdən sonra növ haqqında təlim daha da zənginləşməyə başladı. Növəmələgəlmə prosesinin tamamlanmaması sistematikanın daim yeniləşməsinə səbəb olur, hər bir növün özünəməxsus yolla əmələ gəldiyi məlum olduğundan növlərin mikrotəkamül yolları öyrənilir. Allopatrik növəmələgəlmə daha geniş yayılmışdır və müxtəlif yollarla əmələ gəlir. Bu növəmələgəlmənin əsas səbəblərindən biri coğrafi təcrid olduğu üçün yeni növəmələgəlməsi yüz min nəsil dəyişməsi nəticəsində başa gəlir. Reproduktiv təcrid olunmuş, morfoloji quruluşunda ekvivalent fərqlər olmayan və ya
az fərqlənən əkiz növlər allopatrik növəmələgəlmə prosesində yaranır. Populyasiyalar arasında reproduktiv təcrid olmasa da kəskin morfoloji fərqlərin əmələ gəlməsi müşahidə olunur. Bitkilər və heyvanlar arasında bir çox cinslər morfoloji cəhətdən fərqli olsalar da eyni ərazidə qarşılaşdıqları zaman öz aralarında sərbəst cütləşirlər. Bu növlərdə morfoloji divergensiya tez baş verir. Reproduktiv təcrid olmadan əlamətlərdə kəskin fərqlərin üzə çıxması molyuskların Vesthind populyasiyasının Cerion cinsinin növlərində özünü büruzə verir. Təcrid mexanizmlərinin qeyri-müntəzəm surətdə pozulması - hibridləşmə növəmələgəlmə prosesində əsas amillərdən biridir. Bəzən mükəmməl növlər arasında da reproduktiv təcrid pozulur və hibridləşmə baş verir. Çox vaxt bu təsadüfi hibridləşmə olduğundan, bu hibridlər ya steril, ya da həyat qabiliyyəti az olan növlər əmələ gətirir.
Allopatrik növlərin müqayisəsini apararkən taksonomist tədqiq etdiyi populyasiyaları eyni taksona və ya müxtəlif taksonlara daxil etmək məqsədi daşıyır. Bu populyasiyaları müqayisə etməklə onların elə ümumi əlamətləri tapılmalıdır ki, ya hər iki populyasiya eyni taksona daxil edilsin, ya da müxtəlif növlərə və yarımnövlərə aid edilsin. Ən aşağı takson olan yarımnöv də bir neçə lokal populyasiyadan ibarətdir, hətta bu yarımnövlərin bəziləri genlərin tezliyinə və orta əhəmiyyətli əlamətlərə görə bir-birindən fərqlənir. Yarimnövlərin sərhədləri və fərqlənmə əmsal taksonomiyada xüsusi yer tutur. Allopatrik posulyasiyalar tədricən interqradasiya edərək eyni növə məxsus olur. Bu populyasiyaları yarımnöv və ya allopatrik populyasiya kimi qəbul edilməsi isə onların fərqlənmə dərəcələrindən asılıdır.

Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin