Kateqoriyaların ierarxiyası, ali taksonlar


Növəmələgəlmə prosesi, allopatrik və simpatrik növlər



Yüklə 248,72 Kb.
səhifə16/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   12   13   14   15   16   17   18   19   ...   95
heyvan qisaldmis

Növəmələgəlmə prosesi, allopatrik və simpatrik növlər.


Heyvanların mühitə uyğunlaşması onların ətraf mühitdə yaşayıb digər areallara keçməsini təmin etməklə bərabər orqanizmin yüksək plastik quruluş xüsusiyyəti qazanmasına səbəb olur. Mühitə uyğunlaşma yeni növlərin əmələ gəlməsinin növmüxtəlifliyinin əsas səbəbidir. Növəmələgəlmə mikrotəkamül nəticəsində baş verir, mikrotəkamül növ kateqoriyası üçün xarakterik olub, növdaxili dəyişkənlikləri əhatə edir.

Makrotokamül əslində mikrotokamüldə olduğu kimi irsiyyət, dəyişkənlərı əhatə edərək uzun zaman ərzində baş verir. Makrotokamül mikrotəkamüldən ciddi fərqlərlə ayrılmır, çox vaxt makrotəkamül mikrotəkamülün əmələ gəlməsinə başlanğıc verir.

Növəmələgəlmə hadisəsində konvergensiya, divergensiya, aromorfoz, idioadaptasiya, degenerasiya proseslərinin əhəmiyyəti böyükdür.

Canlılar aləminin əsas elementi olaraq hər bir növ uzun müddətli təkamül nəticəsində əmələ gəlir və əlverişli şərait olduqda digər coğrafi ərazilərə yayılir. Filogenetik inkişaf qanunlarına əsasən növdaxili dəyişkənlik inkişafın ilk mərhələlərində növün daxilində başlanır, sonra isə növmüxtəlifliyinə ayrılması baş verir. Zaman keçdikcə növlər daha çox divergensiyaya uğrayır və yeni növlərə çevrilir. Divergensiya təbiətdə növəmələgəlmə prosesində əsas amildir. Sonrakı inkişaf nəticəsində növlər cinslərdə, cinslər isə fəsilələrdə birləşdirilir. Divergensiyanın əksi olan inkişaf prosesində uzun zaman ayrılmış, artıq qohum olmayan növlərin quruluşunda yenidən oxşar əlamətlər müşahidə olunur. Bu oxşarlıq prosesi əlamətlərin yaxınlaşması - konvergensiya adlanır və eyni mühit şəraitinə uyğunlaşma əlamətləri kimi təzahür edərək inkişaf etməyə başlayır. Konvergensiya prosesi oturaq həyat tərzi keçirən su heyvanlarında qohumluq və təsnifat mövqeyindən asılı olmayaraq oxşar quruluş əlamətlərinə, bədənin şüalı simmetriya forması almasına, ağız ətrafında çıxıntıların inkişaf etməsinə, passiv qidalanmaya gətirib çıxarır. Substrata yapışma ilə əlaqədar anal dəliyi bədənin üst tərəfinə doğru yerini dəyişir, bağırsaq ilgək forması alır, qeyri-cinsi çoxalma xüsusiyyəti inkişaf edir. Bu heyvanlar müxtəlif sistematik qruplara aid olmasına baxmayaraq oxşar əlamətlər qazanır. Bağırsaqboşluqlular, çoxqıllı qurdlar, briozoylar, poqonoforlar və assidilər bu cür quruluş xüsusiyyəti qazanmış heyvanlara aid edilir. Konvergensiya hadisəsi endoparazit həyat tərzi keçirən heyvanlar arasında da müşahidə olunur. Qreqarinlərdə bədənin ön hissəsində sahibin bağırsaq divarına yapışmaq üçün qarmaqlarla təchiz olunmuş epimerit inkişaf edir. Lentşəkilli qurdlarda qarmaqlarla təchiz olunmuş başcıq hissə də eyni vəzifəni yerinə yetirir. Aromorfoz -orqanizmdə mühitə uyğunlaşma nəticəsində baş verən morfofizioloji tərəqqi olub, orqanizmin həyat fəaliyyətini, mühit dəyişmələri zamanı davamiyyət intensivliyini artırır. Aromorfoz növün quruluş səviyyəsinin, mühit dəyişmələrinə davamlılığının artması nəticəsində digər areallara yayılmasına səbəb olan keyfiyyət dəyişkənliyidir. Növün klinial dəyişkənliyi aromorfozun təzahürüdür, klinial dəyişkənlik (klin-əyilmə) mühit amillərinin tasirilə fasiləsiz, tədricən baş verən dəyişkənlikdir. Klinial dəyişkənlik növdaxili dəyişkənlikdir, klinial dəyişkənlik populyasiya sistematikasında əlamətin ya böyüməsi, ya da kiçilməsi ilə müşahidə olunur. Məsələn, cənubdan şimala tərəf getdikcə bal arılarında xortumun kiçilməsi klinial dəyişkənlikdir.

Aromorfoz bir sistematik kateqoriyadan digərinə keçid üçün yol açılır. Dəyişkənliyi əmələ götürən amillər mikrotokamül prosesinə baglanğıc verir. Növün divergensiyası dəyişkənliyə, növün yeni coğrafi və ekoloji ərazilərə yayılmasına, eyni zamanda növmüxtəlifliyinə gətirib çıxarır. Növlər arasında divergensiya təbii seçmə noticosində cinslərə, cinsləri isə öz növbəsində daha ali taksonlara başlangıc verir.

A.N.Severtsov onurğalarda qan-damar sisteminin mürəkkəbləşməsi dörd kameralı ürəyin əmələ gəlməsini aromorfoz prosesi ilə izah edir, böyük və kiçik qan dövranım idioadaptasiya uygunlaşması oldugunu qeyd edir.

İdioadaptasiya- proqressiv təkamül dəyişkənliyidir, xüsusi uygunlaşmalarla müşahidə olunur. Orqanizmlərdə mühit şəraitina uyğunlaşmaqla əmələ gələn qoruyucu rənglər, dibdə yaşayan heyvanların qrunt rəngi alması, uçmağa uyğunlaşmış məməlilərdə (yarasalar, uçan sincablar va s.) əmələ gələn morfoloji dəyişkənliklor idioadaptasiyanın nəticəsidir. Məhz idioadaptasiya nəticəsində heyvanlar Arktikadan Afrikaya qədər yayıla bilirlər, növlərin arealı genişlənir, sayı artır, bioloji proqres baş verir . Quşların dimdiyinin forması, səhrada yaşayan kərtənkələlərdə qoruyucu rəngin əmələ gəlməsi, burun dəliklərinin başın üst tərəfində yerləşməsi, barmaqlarda daraqşəkilli pulcuqların əmələ gəlməsi idioadaptasiya nəticəsində əmələ gələn morfoloji uyğunlaşmadır.

Təkamül prosesində divergensiya nəticəsində filogenetik ağacdan ayrılmış və qohum olmayan qruplarda eyni mühit şəraitinə uyğunlaşma əlaməti konvergensiya müşahidə olunur.

Növdaxili divergensiya dəyişkənliyə səbəb olur və yeni növə başlanğıc verir. Diferensasiya divergensiya ilə nəticələnir, ən əhəmiyyətli diferensiasiya ekoloji diferensasiyadır. Ekoloji diferensasiya ətraf mühitə ilkin uyğunlaşma nəticəsində növün coğrafi və ekoloji yayılmasını təmin edir. Konvergent oxşarliq orqanizmin tam dəyişkənliyi olmayıb, bir və ya bir neçə orqanın dəyişkənliyi ilə məhdudlaşır. Konvergent inkişaf bədən formasının oxşarlığı ilə də müşahidə olunur, onurğalı heyvanlarda bu cür oxşarlıqlar daha çox rast gəlinir.

Ağac həyat tərzi buqələmun və dirmaşan seylon agac aqamasının bədən formasinin oxşarlığı ilə nəticələnmişdir . Təkamül sistematikası bu oxşarlıq xüsusiyyətlərinin bütün taksonlarda müşahidə olunduğunu göstərir. Növlərin konvergensiyası müxtəlif cinslər, fəsilələr, dəstə və siniflər səviyyəsində rast gəlinir. Akula, ixtiozavr və delfinlərin bədən quruluşunun konvergent oxşarlığı buna misaldır.



Konvergent inkişaf heyvanın xarici görünüşündə ciddi oxşarlıq əlamətləri ilə özünü büruzə versə də, akula tipik balıq, ixtiozavr tipik reptili, delfin isə tipik məməlidir. Kəlləsizlərin və həlqəvi qurdların ifrazat sisteminin quruluşu konvergent inkişaf nəticəsində əmələ gəlmişdir. Hər bir heyvan növünün potensial təkamül xüsusiyyəti iki və ya daha çox qohum növün bir-birindən asılı olmadan oxşar istiqamətdə inkişaf etməsinə səbəb olur. Bu hadisə paralel təkamül adlanır. Paralel təkamül filogenetik ağacda ümumi əcdadlardan başlanğıc götürmüş heyvanlarda sonrakı inkişaf zamanı həmin əcdadların xarakterik xüsusiyyətlərinin meydana çıxması ilə xarakterizə olunur. Konvergensiya və paralelizm arasındakı sərhədi müəyyən etmək çətindir. Dəniz tısbağası karetta(chelone) və yumşaqdərili tisbağa (sphargis) yaxın qohum növlərdir və hər ikisinin quruluş xüsusiyyətləri oxşardır. Ümumi dəniz həyat tərzi onlar arasında konvergent oxşarlığın yaranmasına səbəb olsa da, hər iki tisbağa növü bir-birindən asılı olmadan su həyat tərzinə keçmişlər, bu isə paralelizmə misaldır. Buqələmun və seylon ağac aqamasının konvergent oxşarlığı da paralelizmə gətirib çıxarır. Paralel təkamül növəmələgəlmə prosesində geniş yayılmışdır. Oranqutan (pongo) və hibbonlar (hylobates) ümumi quruluş xüsusiyyətinə və oxşarlığa malikdirlər və bir-birindən asılı olmadan ağac həyat tərzinə keçmişlər. Orqanizmlər arasındakı qohumluq əlaqələri homoloji orqanların və paralelizmin əmələ gəlməsinə səbəb olur. Analoji orqanların əmələ gəlməsi isə konvergensiya prosesinə uyğundur. Paralel inkişaf edən orqanların histoloji strukturunda paralel inkişaf olduğu güman edilir.
Növəmələgəlmə prosesində aromorfoz, idioadaptasiya mühüm əhəmiyyətə malikdir, idioadaptasiya morfologiyanın diferensasiyası, degenerasiya isə onun sadələşməsidir. Orqanizmin sadələşməsi orqan və sistemlərin itirilməsi ilə nəticələnir. Degenerasiya reqressiv təkamül hesab olunur, oturaq həyat tərzi keçirən heyvanlarda və parazitlərdə degenerasiya gedir. Yastı qurdlar tipində degenerasiya - reqressiv təkamül daha aydın görünür. Trematodlarda həzm sistemi mövcuddur, lentşəkilli qurdlarda həzm sistemi reduksiya edir. Daxili parazitizmə uyğunlaşma nəticəsində bir çox orqanlar reqressiv təkamül edir, digər orqanlar isə proqressiv təkamül yolu keçir. Məsələn, yapışma orqanları, sormac və qarmaqlar proqressiv təkamül etmiş orqanlardır.
Populyasiya sistematikasi parazitlərin, xüsusilə daxili parazitizmə uyğunlaşmış növlərin morfoloji fərqlərinin sistemləşdirmə zamanı nəzərə alınmasını vacib hesab edir. Müxtəlif sahiblərin fərqli fizioloji şəraitdə yaşaması sayəsində əmələ gələn qeyri-irsi modifikasiya dəyişkənliyi nəticəsində ciddi fərqlər əmələ gəlir. Bir çox trematodlar müxtəlif sahiblərdə cinsi yetişkənliyə çatsalar da bir-birindən fərqlənirlər. Lansetşəkilli sorucunun inəkdən, adadovşanından və keçidən götürülmüş fərdləri bir-birindən tamamilə fərqlənir. Eyni sahibin müxtəlif orqanlarında lokalizasiya etmiş fərdlər də bir-birindən kəskin fərqlənə bilər. Lansetşəkilli sorucunun qaraciyərdə lokalizasiya etmiş fərdi öd kisəsində
və mədəaltı vəzidə lokalizasiya etmiş fərdindən fərqlənir, öd kisəsində yaşayan
fərd heç bir müqavimətə rast gəlmədiyindən dəyirmi forma alır, mədəaltı vəzidə yaşayan fərd isə uzunsov formalı olur, bu həmin fərdlərin lokalizasiya yerinə uyğunlaşması nəticəsində əmələ gələn dəyişkənlikdir.

Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin