Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə15/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   11   12   13   14   15   16   17   18   ...   95
heyvan qisaldmis

Yenotlar fəsiləsinə (Procyonidae) orta ölçülü heyvanlar daxildir. Onlar pəncə üzərində gəzən qısa ətraflara, uzun və bəzən isə ilişən quyruğa ma­lik­dirlər. Yırtıcı dişlər zəif inkişaf etmişdir. Şimali və Cənubi Amerika yenotların təbii arealı hesab olunur. Bir növü Himalay dağlarında yayılmışdır. Azər­bay­canda Amerika yenotu (Procyon lotor) növü iqlimə uyğunlaşdırılmışdır.

Bu me­şə heyvanı olub, ağaclara asanlıqla dırmana bilir. Yuvalarını çox vaxt ağac koğuşlarında qururlar. Qidası olduqca müxtəlifdir. Xarakterik xüsu­siy­yəti qida qəbul etməzdən əvvəl qidanı suya salmaqdır. Qiymətli xəz dərili heyvandır.



Ayılar fəsiləsinin (Ursidae) nümayəndələri pəncə üzərində hərəkət edən, ağır gövdəli, qısa quyruqlu heyvanlardır. Şimal yarımkürələrində yayılmışlar. Kəllənin alın və peysər hissələri çox enlidir, azı diş­ləri böyükdür. Başı enli, boynu qısa və yoğundur (şəkil 244). Tipik nümayəndələri qonur ayı (Ursus ar­c­tos), qara və ya Himalay ayısı (Sele­narctos tibetanus), ağ ayıdır (Thalas­sar­ctos ma­ritimus). Ağ ayı Şimal Buzlu okeanın sahillərində və adalarında ya­şa­yaraq, suitilərlə qidalanır. Qış yuxusuna getmirlər.

  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin