Kateqoriyaların ierarxiyası, ali taksonlar


Heyvanların sistemləşdirmə metodları



Yüklə 248,72 Kb.
səhifə19/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   15   16   17   18   19   20   21   22   ...   95
heyvan qisaldmis

Heyvanların sistemləşdirmə metodları.



  1. Molyusklar tipi, təyin olunma metodları


YUMŞAQBƏDƏNLİLƏR və ya MOLYUSKLAR TİPİ – MOLLUSCA

Yumşaqbədənlilər başqa heyvanlardan aydın şəkildə fərq­lə­­nən hey­van­lar ol­maqla, yüz ildən çoxdur ki, sərbəst tip kimi qə­bul edil­mişdir. Onların 130000-ə qədər növü məlumdur, böyük ək­səriyyəti su heyvanlarıdır. Yumşaq­bə­dənlilərin bir qismi dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mü­­hit­də yaşayır.

Yumşaqbədənlilər bilaterial simmetriyaya malik heyvan­lar­dır. On­lardan an­caq qarınayaqlılarda asimmetriyalıq vardır. İbtidai quru­luş­lu az bir qismində buğumluluğun (metamerliyin) əlamət­lə­ri olsa da, həlqəvi qurdlardan fərqli ola­raq yumşaqbədənlilərdə bə­dən bu­ğum­lu deyildir. Bədən üç hissədən ibarətdir - baş, göv­də, ayaq. Ayaq əzə­ləlidir və gövdənin alt hissəsində yerləşə­rək hə­­rə­kətə xidmət edir.

Yumşaqbədənlilərin bədəninin üzəri birqatlı epiteli ilə ör­tü­lü­­dür. Onların əksəriyyətində qövqə vardır. Qövqə bütöv, lövhə­şə­­killi, ikitayqapaqlı formada ola bilir. Fəal həyat tərzindən asılı ola­raq, yumşaqbədənlilərin bir qismində qöv­qə az və ya çox də­rə­­cə­­də ixtisar olunmuşdur. Qövqə, yumşaqbədənlilər üçün səciy­yə­­vi olan mantiya tərəfindən ifraz olunan maddədən əmələ gəlir və üç qatdan ibarətdir. Birinci qat elastiki üzvi maddədən ibarət olan periostrakum adlanan konxial qatdır ki, bu qövqənin xarici his­sə­si­ni əhatə edir. İkinci qat (orta qat) əhəngli maddədən ibarət olub, ostrakum adlanan çini qatdır. Üçüncü hipostrakum adlanan sə­dəf qa­tıdır ki, bu daxili hissəni əhatə edir və əhəngli tər­kibə ma­­­likdir. Qövqə bədənlə əlaqəli olub, yum­şaqbədənli­lə­rin inki­şa­­fı ilə əla­qə­dar olaraq inkişaf edir və böyüyür.

Mantiya gövdə hissəni bel və yanlardan əhatə edən dəri bü­küş­­lü orqan­dır. Mantiya ilə bədən arasında qalan boşluq mantiya boş­luğu adlanır. Burada qəl­səmələr, kimyəvi hiss orqanı olan os­fra­dilər, anal dəliyi, ifrazat dəliyi yer­ləşmişdir. Bu orqan­lar man­ti­ya kom­pleks­li orqanları əmələ gətirir.

Yumşaqbədənlilərin daxili orqanlarının arası çox yaxşı in­ki­­şaf et­miş yum­­şaq birləşdirici toxuma (parenxima) ilə dolmuş­dur. Bu­­nunla belə yumşaq­bədənlilər ikinci bədən boşluğuna (selo­ma) ma­lik olan hey­­­vanlardır. Onlarda perikardium adlanan ürək­ətrafı boş­­luq cinsi vəzlərin boşluğu aydın şəkildə qalmış­dır.

Yumşaqbədənlilərin həzm sistemi üç hissə­dən - ön, orta və dal ba­ğır­saq­dan iba­rətdir. Yumşaqbədənlilərin ək­­­sə­riyyətinin ud­laq nahi­yə­sində radula (sür­t­­­gəc) adlanan orqan var­­dır. Radula an­caq lövhə­qəl­­səməlilərdə olmur. Bu isə löv­hə­qəl­­səməlilərdə baş və udlağın ol­ma­ması ilə əlaqədardır. Radu­la­nın üzə­­ri konxial dişciklərlə təchiz olun­muşdur və qidanın tutul­ma­­sına, qoparılma­sına, xırdalanmasına xid­mət edir. Udlağa həm­çi­nin ağız suyunun vəz­lə­ri də açı­lır.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin