Sümüklü balıqlar sinfi, təyin olunma metodları
ÇƏNƏLİLƏR QRUPU. GNATHOSTOMATA seu ECTOBRANCHIATA
Çənəlilər heç bir taksonomik kateqoriyaya aid olmayan şərti yaradılmış qrupdur. Çənəlilər üçün qəlsəmə qövslərindən əmələ gələn tutucu çənə aparatının, cüt ətrafların, qığırdaq və sümük toxumasından ibarət skeletin, iki burun dəliyinin, daxili qulaqda üç yarımdairəvi kanalın olması və digər proqressiv quruluş xüsusiyyətləri səciyyəvidir. Cüt ətraflar balıqlarda üzgəc, quru onurğalılarında isə beşbarmaqlı ətraf planı üzrə qurulmuşdur.
Çənəlilər bölməsinə suda yaşayan 2 sinif - qığırdaqlı və sümüklü balıqlar və quruda yaşayan 4 sinif – suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər daxildir.
Dostları ilə paylaş: |