Qəlsəmə dişciklərinin sayı və quruluşu – qəlsəmə qövslərinin daxili tərəfində qəlsəmə dişcikləri yerləşir, birinci qəlsəmə qövsündə yerləşən dişciklər sistematik əhəmiyyət daşıyır.
Ağzın vəziyyəti və quruluu balığın qidalanma xüsusiyyətindən asılıdır. Ağız dəliyinin ön nöqtəsindən quyruq üzgəcinin orta şüalarının əsasına qədər keçirilən xətt gözün diametrini kəsərsə, ağız ucda (bu formada çənələr eyni ölçüdə olur), gözün üstündən keçərsə ağız altda (üst çənə önə çıxır), gözün altından keçərsə ağız üstdə hesab olunur (alt çənə önə çıxır).