363
Mədəniyyət.Maarif.Elm
160
illiyi
Murtuza Muxtarov
1855-1920
2015
Murtuza Muxtar oğlu Muxtarov 1855-
ci ildə Bakının Əmircan
kəndində anadan
olmuşdur. 1870-ci ildən Balaxanı, Zabrat
kəndləri ətrafındakı mədənlərdən birində
fəhləlik etmişdir. Burada adi fəhlə kimi
işə başlamış, sonra usta təyin edilmişdir.
İxtiraçılıq qabiliyyəti, qazma dəzgahının
təkmilləşdirilməsi, dözümü və qətiyyəti
sayəsində sahibkara
çevrilmiş, şəxsi qaz-
ma kontoru açmışdır.
M.Muxtarov “diplomsuz neft mühən-
disi” kimi şöhrət tapmış, Azərbaycan neft
sənayesi tarixinə özünün ixtirası ilə daxil
olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə
metal ştanqlarla zərbə qazma dəzgahını
quraşdırmış və bunun üçün dövlət paten-
ti almışdır. O, bu ixtirasına “Bakı qazma
sistemi” adı vermişdir. Həmin dəzgahın
əvvəlkilərdən üstünlüyü çox idi.
Əsasını 1891-ci ildə qoyduğu “Mux-
tarov M” şirkəti
neft sənayesi üçün tex-
niki avadanlıq buraxmış və neft quyuları
qazmaqla məşğul olmuşdu.
Elektrik qatarı ilə Bakıdan Buzovnaya
gedərkən Sabunçudan sonra birinci daya-
nacaq onun adı ilə “Muxtarovka” adlanır.
Bu dayanacağın ətrafındakı bütün neft
quyuları vaxtilə ona məxsus olmuşdur.
XIX əsrin axırlarında M.Muxtarov
tərəfindən işə salının Bibiheybətdəki
qazma avadanlığı zavodunun istehsal et-
diyi dəzgah və avadanlıqlar
Rusiyaya və
xarici ölkələrə də satılırdı.
M.Muxtarov geniş xeyriyyəçilik
fəaliyyəti göstərmiş, ictimai binaların,
məktəblərin inşasına heç zaman vəsaitini
əsirgəməmişdir. O, “Nəşri maarif” və
“Nicat“ cəmiyyətlərinin fəaliyyətlərində
fəal
iştirak etmiş, idarə heyətlərinin üzvü
olmuşdur.
Bakıda və ətraf kəndlərdə, Rusiya və
Avropanın bir sıra şəhərlərindəki çoxlu
binalar onun adı ilə bağlıdır.
Həyat yoldaşı Liza xanımla
Avropa
səyahətində olarkən Venetsiyadakı bina-
ların memarlığı Muxtarovu valeh etmiş,
bir il ərzində Bakıda (1911-1912) onlara
oxşar mülk tikdirmişdi. Hal-hazırda onun
adını daşıyan küçədəki “Səadət sarayı”
kimi fəaliyyət göstərən Avropa memarlıq
üslubundakı bina memar İ.K.Ploşkonun
layihəsi əsasında tikilmişdir.
1910-cu ildə Əmircan kəndində tikdir-
diyi məscid binası indiyədək öz memar-
lıq quruluşu və əzəməti ilə göz oxşayır.
1913-cü
ildə Abşeronun qumsal dəniz
sahilində mayaq qülləsi, Mərdəkanın
Pirhəsən adlanan yerində Axund Mirzə
Abu Turabın qəbri üstündə günbəz,
Vladiqafqaz şəhərində məscid, Kislo-
vodskda, İtaliyanın Florensiya şəhərində
mövcüd
olan gözəl, yaraşıqlı binalar
M.Muxtarovun vəsaiti hesabına tikilmiş-
dir.
1908-ci il iyunun 3-dən fəaliyyətə
başlayan “Tərəqqi” qəzeti Muxtarovun
pulu ilə çap edilmişdir.
Təbiətcə çox məğrur olan bu şəxsin
həyatı faciə ilə bitmişdir. Bakıda
Aprel
inqilabının ilk günləri idi. Bu günlərdən
birində Muxtarov Vrangel (indiki Əhməd
Cavad) və Persidski (indiki Muxtarov)
küçələrinin tinindəki mənzilinə iki silahlı
hərbçi gəlir. Muxtarov qapını açıb, onları
gördükdə atəş açıb, onlardan birisini öl-
dürür, ikinci gülləni də öz alnına çaxır.
Dostları ilə paylaş: