Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə469/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   465   466   467   468   469   470   471   472   ...   484
Ə d ə b i y y a t
Kitabi-Dədə Qorqud: 
əsl və sadələşdirilmiş 
mətnlər.-Bakı:Öndər 
nəşriyyatı.- 2004.-376 s. 
Kitabi Dədəm Qorqud: əla 
lisani-taifeyi-oğuzan /tərt. 
ed., çapa hazırl., ön söz. 
və lüğətin müəl. S.Əlizadə; 
“Kitabi-Dədə Qorqud” 
Dastanının 1300 illiyi 
Üzrə Dövlət Komissiyası.- 
Bakı: Yeni Nəşrlər Evi, 
1999.-704 s. 
Kitabi-Dədə Qorqud 
ensiklopediyası: 2 cilddə 
Drezden və Vatikan 
əlyazma nüsxələri və 
M.Erginin nəşri əsasında 
/tərt. ed., çapa haz. 
S.Əlizadə; red.şurası: 
Anar (sədr), A.Axundov, 
B.Vahabzadə, B.Nəbiyev 
[və b.]; AMEA; Azərb. Ya-
zıçılar Birliyi; TÜRKSOY; 
Azərb. Resp. “Kitabi-
Dədə Qorqud” dastanının 
1300 illiyi üzrə Dövlət 
Komissiyası; layih. rəhb.: 
O.Ələkbərli, T.Həsənov.- 
Bakı: Yeni Nəşrlər Evi, 
2000.- C.I.-623 s.; C.II.- 
567 s.
Nəbiyeva, A. “Kitabi-Dədə 
Qorqud”un nəşr və tədqiqi 
tarixindən /A.Nəbiyeva      
//Kredo.- 2014.- 23 av-
qust.- S.10-12.


ifadələrdən məharətlə istifadə olunmuşdur. “Kitabi-
Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini 
öyrənmək baxımından zəngin mənbədir.
Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının 
öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümum-
milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli 
lider Heydər  Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi 
ilə  əlaqədar Fərman imzalamışdır. Bu fərmandan 
sonra görülən bir sıra dövlət tədbirləri, yubiley ha-
zırlıqları sistemə salındı  və “Dədə Qorqud kitabı”nın 
öyrənilməsində bir canlanma yaratdı. Ulu öndər rəsmi 
sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi 
müsahibələrində dönə-dönə Dədə Qorqud mövzularına 
qayıdaraq, dastanın tarixi, mədəni dəyərindən danış-
mış, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri 
kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət 
Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı 
ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər 
qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradıl-
masını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat 
işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qor-
qud dastanı ilə bağlı park kompleksinin hazırlanması-
nı gündəliyə gətirmişdi. Ulu öndər bu məsələni xüsusi 
vurğulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayan-
mayıb, fasiləsiz davam etsin. 
“Dədə Qorqud” dastanının 1300 illik tarixi-
nin o dastanın öz mətnindən çıxan məntiqi vardır. 
1300 il “Peyğəmbərimizin zamanına yaxın - “Rəsul-
əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud 
Ata deyilən bir ər qopdu” cümləsindən çıxmışdı. Ulu 
öndər bu cümlənin məntiqindən çıxış edərək bu yaşı 
müəyyən etmişdi. Onun ən böyük arzusu həm də o idi 
ki, biz bu dastanın əlyazmasının dünyaya təqdimedilmə 
tarixini unutmamalıyıq və o tarixi gözləməliyik. Bu, 
1815-ci ildir. Böyük alman filoloqu Fridrix fon Dits 
ilk dəfə olaraq dünyaya “Dədə Qorqud” dastanının 
əlyazmasının bir hekayətini tərcümə edərək təqdim 
etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir “Ön söz”lə 
təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan 
yunan mifləri ilə müqayisə etdi. 1815-ci il və 2015-ci 
il. 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm 
aləminə tanıdılmasının 200 illiyi tamam olur. 200 il 
kifayət qədər yuvarlaq rəqəmdir ki, bu yenə  də dün-
yanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın 
filoloji, mədəni bir bayramına çeviriləcək.  İndi bü-
tün qorqudşünaslar,  filoloqlar xarici ölkələrdən də bu 
rəqəmin  ətrafına yığışıb “Dədə Qorqud”u və dünya 
mədəniyyətinin bir çox nümunələrini tədqiq etməyə, 
qeyd etməyə hazırlaşırlar. 
2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi 
təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin 
dövlət başçılarının, UNESCO-nun baş direktorunun iş-
tirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə 
Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ümummilli 
lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana 
əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və 
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması  qərara alınmışdır. Bu tarixi abidənin 
qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin 
nəticəsidir ki, Prezident İlham  Əliyev 2004-cü ildə 
Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında 
iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə im-
zaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq 
abidələri, xatirə-memorial və memarlıq kompleksləri 
haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və 
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi 
haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abad-
lıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 
hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın 
mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmış-
dır.
Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində 
çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən 
boyların süjet və motivləri  əsasında  ədəbi  əsərlər ya-
zılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 
Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, 
Azərbaycanda tanınmış  sənət xadimlərinin iştirakı 
ilə “Dədə Qorqud” boylarına həsr olunan ikiseriya-
lı  bədii  film çəkilmişdir. Ondan sonra, müstəqillik 
dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya 
ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görül-
müşdür. “Dədə Qorqud” dastanlarının azərbaycançılıq 
məfkurəsi baxımından müstəsna  əhəmiyyətini, gənc 
nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında 
əvəzsiz rolunu nəzərə alaraq Azərbaycan Respublika-
sı Prezidenti 28 dekabr 2013-cü ildə “Dədə Qorqud” 
dastanları əsasında çoxseriyalı bədii televiziya filminin 
çəkilməsi haqqında Sərəncamı vermişdir. 
Bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud 
Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır 
və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni 
zamanda, bütün Türk dünyasını daha da sıx birləşdirir. 



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin