Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0,5 Mb.
səhifə20/22
tarix03.12.2016
ölçüsü0,5 Mb.
#698
1   ...   14   15   16   17   18   19   20   21   22

Şəmkir Aqropark”-ın digər üstünlüyü isə burada fəaliyyət göstərən emal müəssisələrinin əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alması hesab edilir. Bu zaman keyfiyyət nəzərə alınmayacaq27. Bundan başqa region əhalisi üçün Aqroparkda yaradılmış digər imkanlardan-müxtəlif məhsul növlərinin becərilməsində tövsiyyələrin verilməsi, daha məhsuldar və keyfiyyətli şitillərin əldə edilməsi və s. sahələrdə bəhrələnmək şəraiti yaradılacaq. Beləliklə Aqroparkın fəaliyyətə başlaması kənd təsərrüfatının inkişafına dəstək olmaqla yanaşı bölgə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq.

Hazırda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətləri arasında gələcək əməkdaşlıq haqqında saziş imzalanıb28.

Şəmkir rayonunun əlverişli zonada yerləşməsi məhsulların xarici bazara çıxarılmasına imkan yaradır. Burada fəaliyyət göstərən Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi isə fermerlərə mütəmadi olaraq dünya bazarında baş verən dəyişikliklər və yeniliklərlə bağlı məlumat verəcək. Həmçinin, fermerlərə İsveçrədə, Almaniyada, İtaliyada, Fransada və İsraildə istehsal olunan yüksək keyfiyyətli gübrə və pestisitlər ilə təmin edilməsi nəzərdə tutulub.


Yalama Aqroparkı

Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb. Aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasirsuvarma sistemləri yaradılıb, 225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı səpini həyata keçirilib.Həmçinin, Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib29 .

Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında xarici ölkələrdən o cümlədən ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. Aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavod tikilir. Həmçinin aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması planlaşdırılır30. Aqroparkların yaradılması üçün ilk növbədə əkin sahələrinin olması vacib amildir, lakin Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsindı məlum olubki torpaqların bir qismi yararsız vəziyyətə düşüb. Belə ki, ekstensiv üsulun geniş yayılması, meliorasiya və irriqasiya sistemlərinin köhnəlməsi və nasaz olması, vegetasiya dövründə su çatışmazlığı, qrunt sularının səviyyəsinin qalxması, torpaqların şorlaşması, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatına yararlı torpaqlarda müxtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi və sair problemlər əkin sahələrinin azalmasına səbəb olub.

Bütün bunları nəzərə alaraq kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadənin qarşısının alınması üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na və “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na dəyişikliklərin edilməsi üzrə maddi, intizam və cinayət məsuliyyətinin artırılmasına dair müvafiq layihələr hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Aqrar sənaye kompleksləri kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçıya çatdırılması ilə məşğul olan təsərrüfat sahələrinin məcmusudur. Aqrar sənaye komplekslərində fəaliyyət göstərən sahələr ərzaq və kənd təsərrüfatı xammalı ilə ölkəni təchiz etmək məqsədilə birləşir. Bir sözlə aqrar sənaye kompleksləri kənd təsərrüfatı ilə sənayenin sintezindən ibarətdir. İnkişaf Etmiş ölkələrdə o cümlədən ABŞ-da istehsal vasitələrinin 75 %-dən çoxu 8 sənaye şirkəti tərəfindən istehsal olunur, 100 firma isə yeyinti sənayesi məhsulunun yarısını istehsal edir, ərzaq məhsulları satışının üçdə birini 20 ticarət şirkəti tərəfindən reallaşır.

Ümumilikdə inşasının 2015-ci ilin sonunadək bitməsi nəzərdə tutulan bu aqroparkın fəaliyyətə başlaması ilə 200-dən artıq yeni iş yeri açılacaq.Lakin müşahidələr onu göstərir ki, Azərbaycanda aqroparkların yaradılmasında kadr problemi mövcuddur. Aqroparklarda daha müasir və inovasiyanın tətbiqi nəzərdə tutulan istehsal mühiti olduğu üçün təbii olaraq peşəkar kadrlara tələbatı artırır. Bu problemin aradan qaldırılması və mütərəqqi nəzəriyyələrin istehsalata tətbiqi məqsədi ilə kadr hazırlığına diqqətin artırılması və aqroparkların elmi-tədqiqat institutları ilə əməkdaşlığının artırılması sonrakı dövrlərdə effektiv fəaliyyət üçün mühüm əhəmiyyətə malikdir.

Kadr olmadığı halda, aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona görə ki, aqroparkların yaradılmasında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə bağlı sahədir31 .

Ümumiləşdirmə aparsaq deyə bilərik ki, aqropark modelinin tətbiqi ixrac potensialının genişləndirilməsinə və müqayisəli üstünlüyə malik istiqamətlərin üzə çıxarılmasına, rəqabətqabilliyyətli brendlərin yaradılmasına, kənd təsərüfatının intensiv inkişafına, istehsalçıdan istehsalçıya marketinq prinsipinin təşəkkülünə, məhsuldarlığın və keyfiyyətin artımına, ölkənin ərzaq təminatının gücləndirilməsi, istehsal münasibətlərinin təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Kənd təsərrüfatında böyümə və ixrac imkanlarının müəyyənləşdirilməsi, icra olunan aqropark layihəsində müsbət və mənfi məqamların təhlili məqsədi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi kənd təsərrüfatı üzrə ixtisaslaşmış mütəxxəssislərin, fermerlərin iştirakı ilə sorğu keçirib. Sorğu nəticəsində müəyyən edilib ki, müxtəlif steykholderlər ölkədə aqrar sektorun inkişafı istiqamətində islahatların vacibliyi, subsidaya proqramlarının genişləndirilməsi, kooperativlər haqqında qanunun ən yaxın zamanda qəbulu, ixracın və məhsuldarlığın stimullaşdırılması məqsədi ilə ünvanlı subsidiya siyasətinin icrası, təsərrüfatçılıq üçün yararlı torpaqların əhatə dairəsinin genişlənməsində dövlətin dəstəyinin artırılması, beynəlxalq bazarlara çıxış imkanlarının təmini məqsədi ilə ixrac prosedurlarının sadələşdirilməsi və o cümlədən, beynəlxalq sertifaktların təmin edilməsi məsələlərində istehsalçılara dəstəyin təmin olunması kimi məsələlərdə həmfikirdirlər. Eyni zamanda ekspertlər kənd təsərrüfatının inkişafını ləngidən təməl problemlərin olduğu fikrindədirlər:


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin