184
Söz mətbəxi
xalam Firuzə çox savadlıydı, mən də onun sevimlisi. İnstitutda aldığı təqaüddən
mənə kitab, qələm, dəbli qovluq alıb məni əzizlərdi. İnstitutda ədəbiyyatdan
yazdığı işləri mənlə müzakirə edər, bəzi təhlilləri mənim öhdəmə buraxardı.
Sonra qiymət alanda tələbə qızlara, ya müəlliminə öyünərdi ki, “bunu mən
yazmamışam ey, orta məktəbdə oxuyan bacı oğlum yazıb”, hər qiymətdən
sonra da mənə nəvaziş və hədiyyələr düşərdi xalamdan.
Belə xalalar da yoxdur dünyada. Azərbaycanda var!
Bacı obrazı. Allah mənə iki bacı bəxş edib. Onlara himayəçilik etməklə,
onları müdafiə etməklə kişiləşmişəm, kişiliyin nə olduğunu anlamışam. İlk
maaşımı gətirib bütöv bacım Cəvahirə verib kişilənmişəm ki, “Get ürəyin
nə istəyir özünə al”. İki bacıma lazım olmağım məni tərbiyə edib, “Kiməsə
mən lazım deyiləmsə, özümə də lazım deyiləm” təfəkkürümü formalaşdırıb.
Əsgərliyə gedəndə, Leninqrada oxumağa gedəndə Sevda bacım birinci qucaq-
layıb ağlayıb, hər tətilə gələndə sevindiklərindən, hər gedəndə kədərlərindən
bacılarım ağlayıb. “Qardaşıma qurban olum” deyən bacılar da görmədim baş-
qa ölkələrdə. Azərbaycanda var!
Sevgili kimi. Əhdinə, ilqarına sədaqətlidir, gözəldir, təravətlidir, ağıllı-
dır, haya çatandır, tərbiyəlidir, ismətlidir, qeyrətlidir, təəssübkeşdir, iş və li-
dir, nazlıdır, qəmzəlidir, hər şeyin yerini biləndir, dərdini gizlədib sevincini
böləndir, həm də çox kövrəkdir, bir az küsəyəndir, amma barışmağı ilə əvə-
zini çıxır.
Hansısa bəxtəvərin isə sabahkı xanımı, uşağının anasıdır, ölər amma əh-
dinə dönük çıxmaz.
Dünyada belə gözəli yoxdur – nə Avropada, nə Asiyada. Bir tək
Azərbaycanda var!
Xanım obrazı. Xanım kimi. Deyərlər: “Ağıllı ata-anasını, dəli arvadını
təriflər”. Oğul-qızımızın anasıdır.
Biri də Şəhidlər xiyabanındadır. Kitabi Dədə Qorquddakı Dəli Domrul
arvadının yolunu tutdu: “Sən yoxsansa mən də yoxam. Yarımsız – yarımçıq
yaşamaram” – deyib ədədi yaşamağa getdi.
Hər kişi kimi mənim də əziyyətimi iki ana çəkir – öz anam və oğlumun
anası.
Dünyada belələri yoxdur, Azərbaycanda var!
Qız kimi. Gözümün ağı-qarası, oğlumun bacısı, evimin gülü-çiçəyi, həm
qızım, həm anam, həm bacım, ağıllı qızım var.
Azəri xanımlar haqqında traktat
185
Başım ağrıyanda həkimim, kədərlənəndə məni ovunduran, hər dərdimə,
sərimə, işimə dayaq, təhsilli, savadlı, sadə, incə, gözəl bir işıq verib Allah
mənə. Mən xəstə olanda bir il hər gecə 8-10 dəfə yuxudan durub mənə qay-
ğı göstərən, ağrılarımı sakitləşdirən, ay işığı tək qaranlıqda nur olub mənə
Aynurəm, həyatımın ən böyük xoşbəxtliyi, mənim şah əsərimdi qızım.
Belə ata-ana qədri bilən qızlar yoxdur dünyada. Azərbaycanda var!
Bu yüksək xüsusiyyətlərə ayrı-ayrılıqda malik olan qadınlar dünyada azdır.
Amma Allah bizi o qədər xoşbəxt edib ki, Azərbaycan xanımında bütün bu gözəl
xüsusiyyətlər bir yerə toplaşıb. Eyni zamanda möcüzəli ilahi qızdır, bacıdır, anadır,
nənədir, xaladır, xanımdır, sevgilidir. O özü inanılmaz İlahi bir möcüzədir.
Tale mənə böyük bir xoşbəxtlik verib. Elə adam var, ya hər iki nənəsini
görməyib, eləsi var xalası yoxdur, eləsi var bacısı, eləsi var qızı, eləsi var
sevgilisi yoxdur, eləsi var iraq olsun anasını görə bilməyib. Allah bunların
hamısını mənə bəxş edib. Həyatımda yaxşı nə varsa onlara borcluyam. Bütün
yaxşı xüsusiyyətlərim onlara xoş gəlmək, gözlərindən düşməmək, özümü on-
lara layiqli etmək, onlara sevdirmək hissimdən irəli gəlib.
Mən həyat təcrübəmdən, görüb-götürdüyümdən irəli gələn fikirləri bölüş-
düm, Azəri xanımları, Azəri qızları.
Siz varsınız deyə özümü çox güclü hiss edirəm. Yalnız güclü kişilər qadının
qarşısında diz çökə, əyilə bilirlər ki, yüksəlsinlər. Yalnız cəngavərlərə məxsus
bir adətdir bu. Yalnız ağılsız, zəif, öz sözünü, fikrini çatdırmağa qadir olmayan
rəzil kişi qadına əl qaldıra bilər. Burada da dava siyasətin zorla davamıdır.
Tarixdən məlumdur ki, Likurqun qoyduğu qayda-qanuna riayət edən
Spartalılara 500 il heç kəs qalib gələ bilmədi. Spartalılar əsl cəngavər idilər.
Qadının statusu Spartada o qədər yüksək idi ki, qonşu ölkə qadınları Spartalı
qadınlara tənə edirdilər ki, “Spartalı kişilər Sizin çəkmələrinizin dabanı altın-
dadırlar”. Əvəzində qürurlu bir cavab alırdılar ki, “Ona görə də biz əsl kişi
doğuruq”.
Yalnız qadını yüksək olan cəmiyyət qalib gələ bilər. Bərabərlik deyə
bağıran, qender problemi kimi özünə süni problem yaradıb qadını alçaldan
cəmiyyət yox.
Gəlin ağıllı, güclü, gözəl xanımlarımıza layiq olaq. Mən şəxsən əziz xa-
nımlarımıza bərabərlik istəmirəm. Qarşınızda diz çöküb, əyilirəm ki, Sizi
yüksəklikdə görüm.
186
Söz mətbəxi
KƏMƏR MƏSƏLƏSİ
Bülbülün, sonralar isə Brilliant xanımın ifasında eşitdiyim mahnının sözləri
məni uşaqlıqdan təəcübləndirirdi. Amma nə müəllimlərimdən, nə böyüklərdən
bir cavab ala bilmirdim ki, “Gümüş kəmər incə belə dar gəlir” – ifadəsinin
mənası nədir?! Əgər bel incədirsə, kəmər boş qalmalıdır. Kəmərin boş qalma-
sı belin incəliyini daha çox qabardardı. Kəmər dar gəlirsə, onda bel yoğundur
(kəmərə nisbətən). Ola bilsin ki, mahnının əsl sözləri “Gümüş kəmər incə beldə
yar gəlir” formasındadır, sadəcə biz düz oxumuruq. Mahnılar sözlə musiqi
vəhdətində beynimizdə sterotiplər yaradır, düşüncəmizi kodlaşdırırlar. Əgər şe-
ur-axar söz düşüncələrimizin, hisslərimizin sözlə hormonik ifadəsidirsə, musiqi
sözlə ifadə edə bilmədiyimiz, sözə sığmayan düşüncə və hisslərimizin ifadəsidir.
Şeir və musiqidən ibarət mahnı isə bizim özümüzü tam ifadə tərzimizdir. Ona
görə də mahnının sözündə ya musiqisində təhrifə yol vermək ən azından günah-
dır. Bu yönümdən kəmərlə bağlı belə oxuma yalnız mənfi təsir göstərir, kəmərin
nə olduğunu anlamağa mane olur. Mahnıdakı kimi kəmər belə dar gəlirsə, onda
kəmər beli manşırlamaq üçün alət və ya geyimi beldə saxlamaq üçün geyim
hissəsi olur. Belə vəziyyətdə o kəmər deyil, belbağı, şalvar bağı, tuman bağı, toq-
qa, qurşaq və s. adlanır. Əslində, kəmər qadının belində boş qalmalıdır. Kəmərin
qıraqları beldə bərkidilir, başı isə analıq həyat yolunun üzərinə yönəlir. Milli
geyimlərimizdə də bunu görürük. Kəmərin başı əjdaha, ilan başına bənzəyir. Bu
əjdaha sanki həyat mağarasının girişini qoruyur. İgid gərəkdir ki, bu əjdahanı
“öldürüb” həyat mağarasına girsin.
Bu, nağıllarımızda da öz əksini tapıb. Su, həyat gələn mağaranın qarşısı-
nı kəsən əjdahanı öldürmək üçün igid hazırlaşır, silahlanır, əjdaha ilə döyüşə
gedir. Çox igidlər əjdahanı öldürüb mağaraya girə bilmir. Sonra biri ortaya
çıxır, əjdahanı döyüşdə, mübarizədə öldürür, həyat mağarasına girir, oradakı
var-dövlətə sahib olur, həyatını yeni mərhələdə davam etdirir, millətinə yeni
həyat verir.
Kəmər məsələsi
187
Əjdahanın qarşısını kəsdiyi su gələn mağara fikrimizcə, qadın başlanğı-
cını, həyatın yaranacağı, davam edəcəyi məkanı təsvir edir. Əjdaha özü isə
kəmərdir, dolaşıb mağaranın ətrafına, başı isə mağaranın girəcəyini qoruyur.
Mağaranın mifologiyada qadın başlanğıcına bənzədilməsi başqa xalqlarda
da mövcuddur. Gene D. Matlockun yazdığına görə Mayalılar yer altına gedən
öz mağaralarına Xilalba (“Shivalva” kimi tələffüz edilir) adını vermişlərdi. Bu
kəlmə “Tanrı Şivanın vulvası və ya rəhmi” anlamına gələn sanskritce “Shivul-
vadan törəmişdir.” (Gene D. Matlock “Ey Dünya İnsanlari hepiniz Türksü-
nüz” İstanbul, Hermes 2009*, 327 səh.)
Bu yerdə uşaqlıqda ilan dərisini kəmərə geyindirdiyimiz yadıma düşür.
Ola bilsin ki, min illər boyu uşaqlar ilan dərilərini kəmərə geyindiriblər, bu da
kəmərin ilana, əjdahaya bənzədilməyini assosiativ olaraq gücləndirib. Digər
tərəfdən də ilan mifologiyada həkimliyin, ölümdən qurtuluşun yolunu göstərən
simvoldur. Yer səthindəki deşiklərə girib çıxan, dərisini dəyişməklə yenidən
gəncləşən, “doğulan” ilan həyat, nicat yolunun simvoludur. Bu simvol da öz
həllini kəmərdə tapıb. Milli toylarda gəlinin belinin lentlə bağlanması da ola
bilsin eyni mənadan qaynaqlanır. İgid lazımdır ki, əjdahanı öldürsün (kəməri
açsın), mağaraya (qadınlığa, analığa) daxil olub həyatı davam etdirsin. Kəmərin
belə gəzdirilməsi analığın, qadınlığın qorunduğuna işarədir! Yalnız igid əjdahaya
qalib gəldikdən, yəni özünü sevdirdikdən sonra kəmər açıla bilər.
Bu Əsli və Kərəm dastanında da özünü göstərir. Kərəm Ərzurum dağında-
kı üç yoldan birini seçəndən sonra bir yerdə Əsli qızlarla onu görür, uzaqdan
tanıyır, “Qızlar bu Kərəmdir” deyir, qızlar isə “Yox sən elə hamını Kərəmə
oxşadırsan” deyə cavab verirlər. Lakin, zənnində yanılmadığını bilən Əsli
həyəcanlanır, vüsal anını hiss edir. Kərəmə tərəf gedəndə həyəcandan, eşqdən
gümüş kəmər öz-özünə açılıb, saçına dolaşıb gedir.
Bu əlamət özü-özlüyündə Kərəmin özünü artıq sevdirdiyinə, əjdahaya qa-
lib gəldiyinə, el dili ilə desək artıq Əsli ilə alışıb-verişdiyinə işarədir. Başqa bir
mahnımızda qıza xitabən “Asta yeri kəmər düşər belindən” deyilməsi eyhamla
qıza sataşmaq, kəmərini açaram, ya mənə elə vurularsan ki, kəmərin öz-özünə
açılıb düşər mənasındadır. Bu folklorun milli dəyərləri məcazi mənalarda əks
etdirdiyinə, özündə qoruyub saxladığına daha bir sübutdur.
Yunan əsatirlərində də kəmərin cinsəlliklə bağlılığına aid məqamlarla
rastlaşırıq. Məsələn, Yunan tanrılar panteonunun başında duran Zevsin arvadı
ilahə Hera öz ərini özünə bağlamaq, özünün cinsəl çəkiciliyini artırmaq üçün
188
Söz mətbəxi
məhəbbət ilahəsi Afroditanın kəmərini taxır. Kəmərin təsiri o qədər güclü olur
ki, Zevs müharibədə himayə etdiyi Troyalıları belə unudur.
Bu əsatirdən də kəmərin məhz analıqla, cinsəlliklə bağlılığını görürük.
İntuitiv olaraq Kəmərin bakirəlik simvolu kimi ədəbiyyatımızda da möv-
cuddur. Məsələn XIV əsrdə yaşayıb yaratmış Arif Ərdəbilli “Fərhadnamə” po-
emasında qızın bakirə olduğunu göstərmək üçün rəssam qızı kəmərdə çəkib.
“Kəmərin ürəyi belinə heyran”
Gülüstanın saçlarına belə əl dəyilmədiyini, saçların bakirəliyini ifadə
etmək üçünsə Arif Ərdəbilli “Ay üzlü bağlamış bir kəmər telə” yazır.
Zifaf gecəsi gəlin gərdəyinə getməzdən əvvəl bəzənən Gülüstanın bakirə
olmasını şair belə vəzf edir.
Sarı rəng əynində bəkarət demək
Onda bəkarətə nə şübhə, nə şəkk
O, beli kəmərlə dövrəyə aldı
Bədəni gövhərin içinə saldı
Fərhad həlqəydimi haman kəmərə
O beldən ötəri düşdü çöllərə
Burada şair sarı rənglə və kəmərlə qızın bakirə olduğunu deyir, Fərhadın
bu kəməri almaq üçün gəldiyini deyir. Digər tərəfdən bu sətirlər “Sarı gəlin”
mahnısına da, Baba Ələsgərin “Sarı köynək” mahnısına da işıq salır. Əvvəllər
toy günü, zifaf gecəsi bakirəlik rəmzi kimi gəlinlərin sarı rəngli paltar
geyinməsi adətini göstərir.
Kəmərin açılma səbəbini də Arif Ərdəbilli “Kəmər yox, sıxmışdır beli yar
əli” deyə açıqlayır.
Molla Pənah Vaqif də qıza müraciət edərkən
“Alaydım yaşmağın, acıb kəmərin”, gəlinə müraciətində isə “Başına dön-
düyüm telli, toqqalı” deyə yazır. Toqqa qarnın üzərindən bağlandıği üçün
qarını sıxıb, onu az yeməklə tez doydurur. Buradan da dilimizdə “toqqasını
bərkitdi” yəni doyunca yedi, “toqqasını boşaltdı” yəni çox yeməyə hazırlaşdı
və s. kimi ifadələr formalaşıb. Toqqa sözü beləliklə tox qarın mənasındandır.
01-05.07.2013 tarixdə Krımda keçirilən 13-cü Avropa elmi xalq yaradıcılı-
ğı konfransında Krım tatarlarının ənənəvi milli geyimləri mövzusunda çıxış
Kəmər məsələsi
189
edən xanım Ulviye Ablayeva Krım tatar xanım paltarlarının mütləq, damı
hissəsi olan qurşaqlardan bəhs edərkən bu qurşağın 10 yaşından ömrünün so-
nuna qədər qadını müşayiət etdiyini, qurşağın ismət, namus elementi, qadın-
lığın, analığın qoruyucusu olduğunu söylədi. Bu fakt türk xalqlarlnın kəmərə
oxşar duşüncəylə yanaşdıqlarını göstərir. “Qurşaq” sözü “qursaq” sözundən
əmələ gəlib və kəmərdən fərqli olaraq beldə, mədənin yəni qursağın üstündə
gəzdirilir. Buna görə də güləşdə qurşaq tutmaq deyilir, kəmər tutmaq deyilmir.
Beləliklə bu qənaətə gəlirik ki, qurşaq yuxarıda döş qəfəsinin altında,
mədənin üzərində, toqqa qurşaqdan aşağıda qarnın üzərində, kəmər isə qur-
şaqdan aşağıda analığın uzərində gəzdirilir.
Bu gün də şamanlığın yaşadığı Sibirin azsaylı xalqlarının inanclarına görə
yer yumşaq olduğu üçun yer ilahəsi Kami-eva öz əri və qardaşı baş ilah olan
günəş ilahı Sol-tura onu bərkitmək üçün məsləhət verir ki, öz qurşağını yerə
atsın. Sol-tur məsləhətə qulaq asır. Onun qurşağından Ural dağları əmələ gəlir,
yer bərkiyir, özünu təsdiqləyir. Bu əfsanədə yerin qadın, günəşinsə kişi obra-
zında verildiyini, qurşağınsa mühafizəçi, qoruyucu qurşaq – dağ silsiləsi ol-
duğunu görürük. (Boris Erenburq “Sivilizasiya Xraniteley. Yazık zverinnoqo
stilya i znaçeniya fiqur”. Senator. Perm, 2011-80 st.)
Kəmər sözünün məna çalarlarına diqqət yetirsək sözün “kəm” və “ər” söz -
lərdən ibarət olduğunu görərik. “Ər” sözü türk dillərində, xüsusilə də, Azər bay-
can dilində “kişi”, “igid” və “həyat yoldaşı” mənasında işlədilir. “Ər oğlu ərdi”,
“Arvadı əri saxlar, pendiri dəri” və s. deyimlərimizdə olduğu kimi.
Kəm sözü dilimizdə kəsiri olan, çatışmayan, azlıq mənalarında işlədilir.
Məsələn, “ağıldan kəm”, “bəxti kəm” ifadələrində olduğu kimi.
Beləliklə, kəmər “ərdən kəm”, yəni igidsiz, kişisiz, ərsiz, subay mənasını
verir. Ehtimal ki, kəməri əvvəllər məhz subay, gənc qızlar, ya dul gəlinlər
taxırlarmış. Bu da ətrafdakılarda bir məlumat imiş. Ər kimi igid gərəkmiş ki,
kəməri açsın.
Digər tərəfdən dilimizdəki “a” – “ə” həriflərinin biri-birinə keçməsini
nəzə rə alsaq, onda kəm sözü – kam kimi də səslənə bilərdi. “Kam” sözü
dilimizdə “məqsəd”, “vüsal”, “arzu” mənalarını daşıyır. “Kamına çatmaq”
ifadəsindəki kimi və yaxud şair demişkən, “Ağlı olan nakam getməz dünya-
dan”. Sevgililərin münasibətlərində bu “vüsala” çatmaq mənasında işlədilir,
“kam ər”, yəni ərin, igidin arzusu, kamı. Bu məna da “kəmərin – kamərin”
məhz analıq, qadınlığa gedən yolun işarəsi, gözətçisi olduğunu göstərir.
190
Söz mətbəxi
Digər tərəfdən “a” və “ə” hərflərinin keçid qaydasına görə sözün ikin-
ci hissəsi “ər” sözü, həm də “ar” formasında ola bilərdi. Bu zaman kəmər
sözü nün “kəm yar”, “kam yar” sözlərindən əmələ gəldiyini də ehtimal etmək
olar. Söz işləndikcə bir və ya bir neçə hərfin düşməsi, eşidilməməsi halları
dilimizdə mövcuddur. “Kəm yar” sözündə “y” hərfi düşməklə sözün “kəmar”,
“kamar”, “kəmər” formasına düşmə ehtimalından çıxış etsək, kəmər sözünün
“yarsız” yarı, əri olmayan mənasında işləndiyini görə bilərik.
Bu halda da kəmərin subay qızlar, gəlinlər tərəfindən işlədilən libas
əlavəsi olduğunu görürük.
Kəmərin libasın geyinilməsində, onun əndamda saxlanılmasında heç bir
rolu yoxdur. O, libasın üzərindən geyinilən, subaylığı əks etdirən bir nişanə,
xəbərdarlıq funksiyasını daşıyır.
Bundan başqa “ar” sözünün dilimizdə “təmiz”,“pak” mənasında işlə dil di-
yi nin də şahidiyik, “aydan arı sudan duru”, “yarmanı arıtlamaq” ifadələrində
“arvad”, “ar-namus” sözündə olduğu kimi.
Onda “kəmar”, “kamar” sözü kəmərin həm subay qızlara, həm dul qadın-
la ra deyil, yalnız bakirə qızlara aid, məhz sakral bir alət kimi, bakirəliyin
nişanəsi, rəmzi və qoruyucusu olduğunu göstərir.
Kəmərin əjdaha, ilanla rəmzi bağlılığı “su kəməri” sözündə də özünü bi-
ru zə verir. Su kəməri ilan kimi qıvrılaraq uzaqdan su, həyat gətirən, insan əli
ilə yaradılmış süni qurğuya deyilir. Sonralar bu sözlər qaz kəməri, neft kəməri
kimi işlədilsə də ilk olaraq kəmər sözü suya aid edilib. Həyat verən, torpağı
kəmlikdən qurtaran, kamına çatdıran mənasında işlədilib. Daha kiçik su daşı-
yıcı qurğular “arx”, “qaj” adlanırdı. Su kəmərləri yuxarıdan baxıldıqda parıl-
dayan ilana oxşayırdı. Bu mənada da kəmərin həyat yolu olduğunu, yaranışla
və əjdaha nağılı ilə bağlılığını görürük.
Əgər qədim yazılarda saitlərın yazılmadığını nəzərə alsaq kəmər sözü-
nün KMR kimi yazıldığını görərik. KMR ak mar (ağ ilan) və ya ka mar (Ka
ilan) kimi də oxuna bilir. Ka yaxud Kaa müdrik ana ilan, qıpçaq türk lə rinin
həmzatı, totemidir. Kiplinq Mauqli ilə bağlı yazdığı əfsanədə bu totemin,
həmzatın adını olduğu kimi saxlamışdır. İlanın həm də gizli xəzinələri qoru-
duğunu da nağıllarımızdan bilirik. Qadınlığı da gizli, sirrli, ən dəyərli həyat
mənbəyi xəzinəsi hesab ediriksə, Ak ya Kaa Marın – kəmərin bu xəzinəyə
qoruqçu qoyulması təbiidir. Əgər yadımıza salsaq görərik ki, igid əjdahanı
öldürüb mağaraya girəndə orada böyük bir xəzinə görür.
Kəmər məsələsi
191
Qadınlardan fərqli olaraq, kişilər kəmər deyil, “toqqa”, “qurşaq” ya “qa-
yış” gəzdirirdilər. Toqqanın, qurşağın, qayışın müəyyən geyim funksiyaları
var idi. Paltar, belbağı, qıfıl (“Altdan geyinib üstən qıfıllandılar, üstən geyi-
nib altdan qıfıllandılar” dastan, nağıl ifadəsində olduğu kimi) funksiyasından
başqa “toqqa”, “qurşaq”, “qayış” həm də qılınc gəzdirmək üçün, milli güləş
fəndlərində (qurşaq tutmaq) üçün istifadə edilirdi.
Başqa bir tərəfdən yanaşsaq, ilanın, əjdahanın bir çox xalqlarda, xüsusilə də,
türk xalqlarında müdriklik simvolu olduğunu görürük. İlan, xüsusilə də, səhra
türklərinin, qıpçaqların həmzatlarından (totemlərindən) idi. Moskva Rusiyasının
səhra türklərinə qalib gəlməsi simvolik olaraq Moskvanın gerbində Müqəddəs
Qriqorisin ilana qalib gəlməsində göstərilir. Ermənilərin dini olan qriqorianlı-
ğın banisi Qriqoris də bu dini həmzatları ilan olan türklərdən öyrənmişdi. Buna
görə də xristian xaçlarından fərqli olaraq, erməni xaçlarında iki ilan təsviri var.
Erməni katolikosunun hakimiyyət simvolu olan əsasında da iki ilan təsvir edilib.
Daima türklərin hücumları altında olan avropalı xristianlar ilanı şeytanın rəmzi
kimi təsvir etmişlər, qaranlıq, dəhşətli dünyaya “tartar” (tatar, türk dünyası),
tünd rəngli, çox acı, yandırıci rübə (sousa) da yenə “tartar” demişlər.
Hazırda Şamaxıda fəaliyyətdə olan İlan piri də bu inancın davamıdır.
Ola bilsin ki, müqəddəs Qriqoris peyğəmbərliyini elə bu və ya buna ox-
şar ilan pirində alıb. Nağıllarımızda ağ, qara ilanlarla bağlı fikirlər, ilan
tüpürcəyinin böyük bilgilər verməsi, yeddi qardaş ilanlar haqqında xalq ara-
sında söyləmələr, türklərin həmzadlarından olan ilanı tədbirli, ağıllı, müdrik
bir obrazda verməkdədir.
Əgər nağıllarımıza, əfsanələrimizə diqqət yetirsək görərik ki, igidlər
əsasən icraçıdırlar. Bütün tilsimləri açmağı, yolu, izi onlara sevdikləri qızlar
göstərir.
Bu bədii ədəbiyatımızda da özünü göstərir. Nizami Gəncəvinin “Yed-
di Gözəl”i, Fitnə, Nüşabə və s. qadın, qız obrazları çox tədbirli, ağıllıdırlar.
Əlbəttə ki, xalq təfəkkürümüzdə yalnız ağıllı, müdrik, tədbirli igid qız gözəl
ana olub, gələcək nəsilə təlim tərbiyə verə bilər.
“Bir qalanın sirri” filmində də biliyin kəmərdə olduğu göstərilir. Gö-
rüntülərdən bu kəmərin kəmər deyil, daha çox pəhlivan qurşağı formasında
olduğunu görürük. Amma onun biliklə, elmlə bağlılığı ssenari müəllifinin
assosiativ təfəkküründə (düşünmədən, bilmədən, ya bilərəkdən) məhz ilanla
bağlı olduğundan ağıl, bilik simvolu kimi “qurşaq” sözü deyil, məhz “kəmər”
192
Söz mətbəxi
ifadəsi işlədilib. Bütün bunları da nəzərə alsaq, kəmərin təkcə bakirəlik,
təmizlik, sağlamlıq, qadınlıq deyil, həm də müdriklik simvolu olduğunu gö-
rürük.
Beləliklə, ehtimal ki, kəmər yüksək ağıla, müdrikliyə malik, bakirə qızın,
gələcək sağlam ananın, xanımın simvoludur. Belə xanım isə hər bir ailə üçün
sonsuz xəzinədir.
Görürük ki, “kəmər” sakral, dərin mənalara malikdir. Onun mədəni irsi-
miz də öz yeri, milli psixologiyamızın, adətlərimizin, əxlaqımızın formalaş-
masında öz məqamı var. İndi qadın, qızlarımızın “təğyiri libas” olduqları,
yəni aldadıcı libas, kişisayağı geyindikləri, kəmər yox, kişilər kimi toqqa
geyindikləri dövrdə folklor nümunələrinə, mahnılara diqqət yetirmək lazımdır
ki, “kəmərin” mənası itməsin. “Toqqa”, “toxqa”, yəni tox qarın mənasından
qarnı sıxmalıdır, bu üzdən o yedikcə, qarın şişdikcə açılır, genişlənir, kəmər
isə bakirəlik rəmzidir, yalnız bir dəfə açılır, o da sevgiylə, mərdliklə...
“Sev ki, sevən mərd olar”
(Hərdən bu mahnını da səhvən, mənasız “sevgi sevən mərd olar” kimi
oxuyurlar).
Folklor düşüncəsi, “qızım sənə deyirəm, gəlinim sən eşit” deyə “sarı simə
vurması” qarşısındakını “balabanda qandırmasıdır”. Bu gözəl eyhamların
itməməsi, məişətimizdən tədricən çıxan şeylərin folklorda qorunub saxlan-
ması üçün dastanlarda, nağıllarda, əfsanələrdə, atalar sözlərində, mahnılarda
kodlaşan bilgilərə ehtiyatla yanaşmaq lazımdır.
Daş haqqında dastan
193
DAŞ HAQQINDA DASTAN
Daşın Azərbaycan mətbəxi ilə əsrlər boyu o qədər güclü əlaqəsi olub ki,
bu gün də mətbəximizdə daş öz yerini qoruyub saxlaya bilib.
Qədim bir rəvayətimiz var. Bir dəfə bir ananın üç balasının üçü də acmış,
ata da çörək dalınca uzaq səfərdəymiş. Evdə yeməyə hec nə qalmayıbmış. Ana
uşaqlarını axşam buxarının ətrafında toplayıb ovundurmağa çalışır. Ocağa qa-
zan asıb su doldurur, balaca çınqıl daşları atıb çömçəylə qarışdırmağa başla-
yır. Çömçəylə qarışdırdıqca daşların səsi gəlir və uşaqlar elə bilirlər ki, anaları
yemək bişirir. Ana isə gözləyir ki, uşaqlar gözləyə-gözləyə yuxuya gedəcəklər.
İki-üç saat keçir, amma ac uşaqlar yuxuya getmirlər. Ana Allaha yalvarır ki,
uşaqlarıma kömək ol! Ananın duası Allahın dərgahına yetişir. Allah qazandakı
kiçik çay daşlarını taxıl dənələrinə – arpa, buğda, darı, qarğıdalıya çevirir. Ana
qazandan gələn rahiyəyə dönəndə görür ki, qazanda “hədik” bişir. Və o Allaha
şükr edərək uşaqlarına yemək verib onları yatızdırır. Bu rəvayətə görə hədik
xörəyimiz belə yaranıb.
Rəvayətlə bağlı yeməyimizə aid bir atalar sözümüz də var. “Bizim
çörəyimiz daşdan çıxır”. Rəvayət özündə bir həqiqəti də əks etdirir. Taxıl
zəmidə və evdə nə qədər xəlbirdən keçib ələnsə də hərdən içərisində xır-
da qum dənəcikləri qalırdı. Taxılı diqqətlə arıtlayıb təmizləməyəndə bəzən
hədiyin içində qum dənəciyi qalırdı. Bu da belə bir rəvayətin əmələ gəlməsinə
səbəb ola bilərdi.
Yeməyi bişirmək və qızınmaq üçün ocağı əvvəllər çaxmaq daşı ilə yandı-
rırdılar. İndinin özündə də bəzi yaşlı adamlar tənbəkini yandırmaq üçün çax-
maq daşından istifadə edirlər.
Digər tərəfdən ilk insanlar daş qayalarda əmələ gələn çuxurlardan qab
kimi istifadə edirdilər. Bunu Qobustan daş qayalarındakı çuxurlar da isbatla-
yır. İçmək üçün, yuyunmaq üçün çuxurlara yığılan sudan istifadə edilirdi. Daş
çuxurlara su, ərzaq parçaları qoyulduqdan sonra xırda yumru daşlar ocaqda
qızdırılıb bu çuxura atılırdı və bu təbii “daş qazanda” beləliklə xörək bişirilirdi.
|