Çiçəkli printerlər(daisywheel printer) – Bu növ printerlər iş prinsipinə görə barabanlı printerlərə oxşayır. Burada simvollar kiçik ləçəklər üzərində yerləşdirilib. Çap edərkən ləçək fırlanıb lazımlı simvol seçilir və kağız üzərinə vurulur. Lakin bu tip printerlər barabanlı printerlərlə müqayisədə daha gec işləyirdi.
İynəli printerlər (dot-matrix printers)– Bu printerin iş mexanizmi 1964-cü ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarət matrikslər vasitəsi ilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent (ribbon katric) üzərinə zərbə ilə vurularaq simvollar kağızın üzərinə köçürülür. Çap olunan məlumatın keyfiyyəti matriksdə olan iynələrin sayından və diametrindən asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrikslər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir.
99
Şırnaqlı (mürəkkəbli) printerlər (İnkJet və ya DeskJet printers)– bu növ printerlərin iş prinsipi bizim adi mürəkkəbli qələmlə yazmağımıza bənəzəyir. İş prinsipi azacıq iynəli printerə oxşayır. Lakin burada iynəli matriks əvəzinə katriclər var. Katriclərin içərisində mürəkkəb olur və katricin
aşağı hissəsində matriksə bənzər deşiklər olur. Mürəkkəb bu deşik vasitəsi ilə tökülür. Mürəkkəbin kağız üzərinə vurulması üçün bir neçə üsul vardır:
Pyezoelektrik– Mürəkkəbli printerlərdə mürəkkəbi katricdən çıxarmaq üçün tətbiq olunan ilk texnologiyadır. Deşiklərin üzərində diafraqmalı pyezokristall yerləşir. Pyezoelementə cərəyan verildikdə o sıxılır və diafraqmanı özünə çəkir nəticədə damcı əmələ gəlir. Sonra həmin damcı kağızın üzərində əks olunur. Bu texnologiya Epsonşirkətinin printerlərində tətbiq olunmaqdadır.
Köpük (bubble jet) – Bu texnologiya 1970-ci illərin sonlarında Canon şirkəti tərəfindən ixtira edilib. Lakin bu texnologiyanı tətbiq etmək 1981-ci ildə mümkün olmuşdur. 1981-ci ildə Canon şirkətinin təşkil etdiyi Canon Grand Fair sərgisində bu texnologiya təqdim edildi və bir çox mütəxəssislərin diqqətini cəlb etmişdir. Burada katrincin deşiklər olan hissəsinə kiçik kanal gedir. Kanalın içərisində mikroskopik qızdırıcı element vardır. Elektrik cərəyanı gələn zaman həmin element 500° C temperatura qədər qızır. Qızma zamanı orada qaz köpükcüyü əmələ gəlir və həmin köpük mürrəkkəb damcısını itələyib çıxarır.