CCD – matris (ingiliscə “Charge-Coupled Device”, ruscaPЗS-mа́triца -
«pribоr заrədоvоy svəзью») üzərində çoxlu işığahəssas elemetlərdən ibarət müstəvidir. Skanerlərdə xətkeş tipli CCD-lərdən istifadə olunur, yəni təsvir ardıcıl xətlər kimi ötürülür. Daha sonra təsvir kompüterdə zolaqlar şəklində birləşdirilir. Bununla da skanerin işi bitir. Zolaqları birləşdirib bütöv şəkil formasına salmaq isə proqram təminatının ixtiyarına verilir.
Skanerlərin skan etmə üsuluna görə bir neçə növləri vardır:
Planşet şəkilli – istifadəçi üçün çox rahatdır. Şəffaf şüşənin üzərinə lazım olan obyekt qoyulur və skaner öz işini görür.
Əl skaneri – Bu növ skanerlərdə lampa hərəkət etmir. Skanerin özünü obyektin üzərində biz özümüz hərəkət etdirməliyik. Bu skanerin müsbət cəhəti ondan ibarətdir ki, ölçüsü kiçik olur və daha ucuz olur. Lakin mənfi cəhətləri də vardır. Təsvir dəqiq alınmır. Çünku əllə bərabərsürətli hərəkət etdirmək mümkün deyil. Bəzən əyri hərəkət etdirə bilərik. Bu amillərinə görə bu tip skanerlər səliqəli təsvir vermir.
95
Səhifələyən skanerlərə kağızı çoxlu miqdarda qoymaq olar. O özü səhifələyib hər səhifəni skanerlə skan edəcək. Kitabları bu cür skanerlərlə rəqəmli formaya salırlar.
TV Tuner –adından göründüyü kimi televiziya kanallarına computer vasitəsilə baxmaq üçündür. Yəni bu qurğu vasitəsi ilə antenadan gələn PAL , SECAM və ya NTSC formatlı siqnallar monitora verilir. Bu üsulla kompüterdə televizora baxa bilərik, istənilən videotəsvirləri rəqəmli formata sala bilərik.
Mühazirə 14
Kompüterin xaricetmə qurğuları
Xaricetmə qurğuları kompüterdə işlənmiş informasiyanı istifadəçiyə ötürmək üçündür: videomonitor, printer, səs kolonkaları və s.
Videomonitor
Monitor –kompüterin xaricetmə qurğusudur. Monitor verilənləri vizual şəkildə göstərmək üçündür. Monitordakı təsvirin ən kiçik elementi piksel (pixel)adlanır. Monitorlarda rəng çalarlarının sayı videokontrollerin ona göndərdiyi veriləndəki ikilik kodun mərtəbələrinin sayindan asııdır (məs. 8, 16, 24, 32 mərtəbəli kodlar müvafiq olaraq – 28, 216, 224, 232 sayda rəng çaları yarada bilər). Monitorları iş prinsipinə görə bir neçə növə bölmək olar:
Elektron şüa borulu (CRT – Cathode Ray Tube ) monitorlar – CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu
elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun ön səthi (ekran) içəridən lyuminofor adlanan materialla örtülüb və içəridən bu səthə düşən elektronlar onu işıqlandirir. Lyuminofor qatının hər pikseli triadalardan təşkili olunub. Triadalar - 3 nöqtədən ibarət
elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bu “top”dan çıxan elektron şüaları onun kənarında yerləşən elektromaqnit sarğılardakı sahənin köməyilə ekranın yuxarı sol küncündən aşağı sağ küncünə qədər sətirlərlə
96
hərəkət etdirilir (bir saniyədə 50-100 dəfə). Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımı rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB (max, max, max) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maximum intensivliyə malik olur. Qara rəng üçün isə RGB (0,0,0)-minimum olmalıdır. Beləliklə hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən elektron süalarının intensivliklərindən asılıdır.