S-Video portu. Kompyuterdən analoq videosiqnalı adi televizora ötürmək məqsədilə istifadə olunur. Bu cürə portlara televizorlarda, videomaqnitofon- larda və DVD-pleyerlərdə rast gəlmək olar.
|
|
S-video portu və konnektorlar
|
HDMI (High-Definition Multimedia Interface) portu. Kompyuterdən rəqəmli videosiqnalı müasir monitorlara və ya televizorlara ötürmək üçün istifadə olunur. Bu porta noutbuklarda rast gəlmək olar.
|
|
HDMI portu və onun konnektoru
|
eSATA portu. Xarici sərt disklərin qoşulması üçün nəzərdə tutulmuş yeni sürətli port. eSATa-nı dəstəkləyən ana kartları 2007-ci ildən istehsal olunur.
|
|
eSATA portu və onun konnektoru
|
Card reader portları. Mobil telefon və rəqəmsal kameranın yaddaş kartlarını oxumaq üçün istifadə olunur.
|
|
Card reader portları və müxtəlif kartlar
|
PCMCIA (PC card) portu. Noutbuklarda istifadə olunan genişlənmə portudur. Bu portdan müxtəlif periferiya qurğularının (şəbəkə kartları, modemlər, sərt disklər) qoşulması üçün istifadə edilir.
Qida portu. Sistem blokuna gərginliyin ötürülməsi üçün nəzərdə tutulmuş port.
|
|
Qida portu və konnektorlar
|
Kabel və konnektorlar
Bir çox daşıyıcılar ən azı 3 konnektor tipinə malikdirlər:
İnterfeys konnektorları;
Enerji konnektoru;
Torpağa birləşdirmə üçün konnektor.
Yuxarıda sadalananlardan, ən əhəmiyyətlisi interfeys konnektorlarıdır, çünki onlar vasitəsilə verilənlər və əmrlər daşıyıcıya və əksinə göndərilir. Bir çox interfeys standartları bir neçə sərt diskin 1 kabelə qoşulmasını dəstəkləyir. Məsələn, ATA standartı 1 şleyfə 2 qurğu qoşulmasına imkan yaradır.
|
|
|
ATA (IDE) konnektoru
|
Serial ATA konnektoru
|
Enerji konnektoru
|
Bir çox sərt disklər 5 və 12 Volt enerji konnektorundan istifadə edirlər, lakin portativ kompyuterlər üçün hazırlanmış kiçik qurğular yalnız 5 Volt enerji konnektorundan istifadə edirlər. Bir qayda olaraq, 12 Volt enerji konnektorundan şpindel mühərriki və başlıqların mövqeyini dəyişən mexanizm, 5 Volt enerji konnektorundan isə digər sxemlər "qida"lanırlar.
Torpağa birləşdirmə üçün konnektor sərt disk ilə sistem korpusu arasında etibarlı əlaqə təmin etmək üçündür. Bir çox kompyuterlərdə sərt disklər korpusa bilavasitə metal vintlər vasitəsi ilə bərkidilirlər, bu halda torpağa birləşdirmə üçün xüsusi məftil lazım deyil.
Daşıyıcını kompyuterə quraşdıran zaman adətən çeviriciləri (ing. jumpers) təyin etmək lazımdır. Bu konfiqurasiya elementləri interfeysdən interfeysə və daşıyıcıdan daşıyıcıya dəyişir.
Dostları ilə paylaş: |