Daxiletmə-xaricetmə sistemlərinin strukturu və qurulma prinsipləri.
Daxiletmə-xaricetmə sistemləri strukturunun seçilməsində və onların qurulmasında EHM-dəki xarici qurğuların müxtəlifliyi, miqdarı, daxiletmə- xaricetmə əməllərinin intensivliyi həlledici rol oynayır. EHM-də daxiletmə- xaricetmə sistemlərinin əsasən iki xarakterik qurulma prinsipi və onlara uyğun
85
strukturlar mövcuddur: bir ümumi interfiysli struktur; daxiletmə-xaricetmə prosessorlu(kanallı) çox interfeysli struktur.
Bir ümumi interfeysli strukturda ümumi şinə(magistrala) sistemi (EHM-i) təşkil edən bütün modullar: prosessor, əməli yaddaş və sabit yaddaşlar, xarici qurğular qoşulur (şək.1). Hər bir anda ümumi şinlə iki modul qarşılıqlı əlaqəyə girərək informasiya mübadiləsində olur. Bu strukturda prosessor da sistemin bir modulu kimi olur. Hər bir xarici qurğu ümumi şinə xarici qurğunun idarəetmə bloku – XQİB (kontrolleri) vasitəsilə birləşir. Bu isə öz növbəsində XQ-lərdə informasiyanın təsviri formatları ilə ümumi şin üçün qəbul edilmiş format arasında uyğunluq yaradır. Ümumi şində informasiyanın təsviri formatı isə, adətən, prosessorun və əməli yaddaşın sözləri formatına uyğun olur. Əgər XQ-lərdə daxiletmə-xaricetmə əməlləri baytlarla yerinə yetirilirsə, onda verilənlərin ötürülməsi prosesi proqrama əsasən prosessor tərəfindən idarə olunur: bu da idarəetmə qurğularının çox sadə olmasına və ötürmə əməliyyatlarının sürətinin azalmasına səbəb olur. Lakin bu üsul verilənlərin bloklarla (qruplarla) ötürülməsi zamanı (maqnit disk və s yaddaş qurğularında) yaramır. Belə olduqda yaddaşa birbaşa daxilolma üsulundan və uyğun kontrollerdən istifadə edilir. Bu halda XQ-lərin informasiya formatları ilə (adətən, bir bayt) verilənlərin əməli yaddaşa ötürülməsi şinlərinin sayı arasında uyğunluq varsa və ya fərq azdırsa, onda buferləşdirmə və verilənlərin formatlaşdırılması məsələləri nisbətən asan həll edilir.
Bu, sözün uzunluğu 1÷2 bayt olan mini və mikro-EHM-də özünü doğruldur. Əksinə, ümumi təyinatlı EHM-lərdə prosessor və əməli yaddaşda 4÷8 bayt formatlı verilənlərdən istifadə edildiyindən ümumi interfeysli strukturdan istifadə nəticəsində buferləşdirmə və formatların uyğunlaşdırılması sxemləri çox mürəkkəbləşir, EHM-in məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Ümumi interfeysli strukturda daxiletmə-xaricetmə əməlinin idarəedici qurğuları XQ-lərin sayından asılı olur. Qeyd etmək lazımdır ki, şək.1 göstərilən strukturda daxiletmə- xaricetmə əməlləri yerinə yetirilən zaman interfeys işdə olunduğundan,
86
prosessorun əməli yaddaşla informasiya əlaqəsi kəsilir. Nəticədə EHM-in məhsuldarlığı aşağıdüşür. Buna baxmayaraq bu struktur sadədir və müxtəlif konfiqurasiyalı hesablama komplekslərinin yaradılmasını asanlaşdırır.
Şək.1. Ümumi interfeysli struktura malik daxiletmə-xaricetmə sisteminin blok sxemi