LCD (Liquid Crystal Display – Maye Kristallı Displey) – bu tipli monitorların ekranları adi elektron saatlar, mobil telefonlar və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Elektrik cərəyanı
mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları arasında ora göndərilən təsvirə uyğun döndərir. İşıq keçə bilməyəndə həmin hissə tünd rəngdə olur.
LCD ekran da piksellrə bölünür və hər piksel 3 hissədən -
Qırmızı, Yaşıl, Mavi (RGB) elementlərdən ibarətdir. LCD
ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight) və sağlamlıq üçün daha təhlükəsizdir.
LDD (Liqht Diod Display – İşıq Diodlu Displey) – bu tipli monitorların ekranları kiçik ölçülü RGB işıq diodlarından qurulur.
Monitorlar bir-birindən müəyyən parametrləri ilə fərqlənirlər. Parametrlərə aiddir:
1. Monitorun ayırdetmə qabiliyyəti;
2. Monitorun parlaqlığı;
3. Monitorun kontrastlığı;
4. Baxış bucağı;
5. Piksellərin reaksiya vaxtı;
6. Monitorun interfeysi;
7. Döyülmüş piksellər.
97
LCD monitorları ayıdetmə qabiliyyətlərinə görə təsnif edirlər. CRT monitorlardan fərqli olaraq (onların ayırdetmə qabiliyyətini çox geniş diapazonda dəyişmək olur), LCD monitorların fiziki piksellərin sayı məhduddur. Buna görə də onlar müəyyən işçi adlanan ayırdetmə qabiliyyəti ilə işləyə bilirlər. Adətən, 17 və 19 düyümlü (17” və 19”) monitorların işçi ayırdetmə qabiliyyəti 1280x1024- dir. Bu o deməkdir ki, həmin monitorların ekranlarında üfüqi 1280 piksel və şaquli 1024 piksel var. Ayırdetmə qabiliyyəti nə qədər çox olsa, təsvirlərin keyfiyyəti o qədər yaxşı olacaqdır.
Monitorun parlaqlığı. CRT monitorlarla müqayisədə LCD monitorlarda parlaqlıq 2 dəfə artıqdır. Ekranın parlaqlığı foroşəkilləri, kinofilmləri, oyunları daha baxımlı edir, lakin artıq dərəcədə ekranın parlaqlığı insan gözlərinə təsir göstərir. Ona görə də parlaqlığın balansına riayət etmək lazımdır.
Monitorun kontrastlığı. Son zamanlar monitorların kontrastlığı xeyli artmış və 1000:1- ə çatmışdır. Bu parametr, uyğun olaraq, ağ və qara fonda maksimal və minimal parlaqlığın nisbəti kimi təyin edilir. Əgər monitorun kontrastlığı 500:1-dirsə. onda bu kompüterdə komfortla işləmək olar.
Baxış bucağı. Zəif və köhnəlmiş LCD monitorların ekranına soldan və ya sağdan baxanda, ekrandakı təsvir korlanır (zəifləyir, kontrastlığı itir). Baxış bucağı nə qədər çox olsa, o qədər yaxşıdır. Müasir LCD monitorlarda baxış bucağı 90°-dan 160°-a artırılıb.
Dostları ilə paylaş: |