Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər


-klaviaturanın giriş-çıxış portu vasitəsilə mərkəzi prosessorla qarşılıqlı əlaqəni həyata keçirir. Klaviatura daxili buferə -



Yüklə 1,37 Mb.
səhifə6/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   2   3   4   5   6   7   8   9   ...   20
Mühazirə 6

-klaviaturanın giriş-çıxış portu vasitəsilə mərkəzi prosessorla qarşılıqlı əlaqəni həyata keçirir.

Klaviatura daxili buferə - daxil edilən simvolların yerləşdiyi kiçik ölçülü aralıq yaddaşa malikdir. Buferin həddən artıq dolması halında düymənin basılması səs siqnalı ilə müşayiət olunacaq - bu o deməkdir ki, simvol qəbul edilməyib. Klaviaturanın işinə BlOS-a «tıkılmiş» xüsusi proqramlar, həmçinin azərbaycan və rus hərflərinin daxil edilməsinin mümkünlüyünü, klaviaturanın iş sürətinin idarə edilməsini və s. təmin edən klaviatura drayveri yardım edir.


Siçan (mouse)


Siçan vasitəsi ilə ekranın işçi nöqtəsini göstərən marker – kursor hərəkətə gətirilir.
Siçanın içərisində olan olan təkərciklər fırlanır və fırlanma nəticəsində kontaktlar vasitəsi ilə yaranan siqnallar kompüterə ötürülür. İlk siçan bu üsulla işləyirdi. Xatırladaq ki, ilk siçanı Douglas Engelbart ixtira etmişdir. Sonralar siçanlarda kürəciklər yerləşdirdilər. Siçanı sağa-sola və yuxarı-aşağı hərəkət etdirmək üçün iki ədəd təkərcik evəzinə bir ədəd kürəcik yerləşdirmək işi daha da asanlaşdırdı. Beləliklə siçanların ölçülərini kiçiltmək daha asan oldu. Bu siçanlarda da hərəkət kontaktlar vasitəsi ilə olunurdu. Daha sonra kontakt əvəzinə optik hissedicilər yerləşdirdilər. Kürəciklə olan siçanları tez-tez təmizləmək lazım gəlir. Çünki tozdan fırlanan çubuqcuqlarda toz qatı

92
əmələ gəlir və kürənin həmin çubuqcuqları fırlatmasına mane olur. Bu problemi isə yeni siçanların yaradılması ilə həll etdilər. Optik siçanlar yaradıldı. Kürənin və diyircəyin işini işıqlar gördü. İşığın ötürülüb qayıtmasına əsaslanan bu siçanlar 1-ci nəsil optik siçanlar oldu. Bu siçanlar üçün xüsusi altlıq tələb olunur. Yalnız onun vasitəsi ilə işıq qayıda bilir. 2-ci nəsil optik siçanlarda kiçik təsviri emal etmək üçün mikroprosessor və kiçik miniatür videokamera yerləşdirdilər. Bu cür siçanlar üçün xüsusi altlıq tələb olmur. İstənilən yerdə işləyir. Lakin güzgü, şüşə və digər əks etdirici müstəvilərin üzərində siçan yaxşı işləməyəcək. Təbii ki, işıq daha uzağa gedir və geri qayıtması siçanın optik qurğusuna yox uzağa gedir (optik hadisələrə əsaslanır). Müasir siçanlarda adətən, iki düymə və track ball olur. Düymələr 3 rejimdə işləyir: 1) klik – ani zərbə; 2) dubble klik – ikiqat ani zərbə; 3) mouse down – düymənin sıxılıb saxlanması. Track ball vasitəsi ilə səhifələmək mümkündür. Siçanın üzərindəki əlavə düymələrin işi drayverlərdən asılıdır.





  • Microsoft firmasının mausu ( Microsoft Mouse) - 2 idarə düyməsinə malikdir.

  • "Maus” sistemli ( Mouse System Mouse) - 3 idarə düyməsinə malikdir ( 3-cü düymə adətən 1-ci düymənin funksiyalarını təkrar edir).

Mausun ayrıdetmə qabiliyyəti 200, 400, 600, 900 dpi olur.

Mausu kompyuterə qoşmaq üçün 3 üsul mövcuddur: Stolüstü İBM -lə uyğunlaşan bütün kompyuterlər üçün ən geniş yayılmış üsul kompyuterin ardıcıl portu vasitəsi ilə mausun kompyuterə qoşulmasıdır. II üsul şin interfeysli mausların (bus-mouse) qoşulması üçün xüsusi lövhə tələb edir. III üsul isə PS/2 üslubunda olan mauslardır.


Mausun quyruğunda DB-9 tipli kontaktlar sistemi olur. Hər bir maus üçün quraşdırma və test aparmaq üçün proqram təminatını təşkil edən xüsusi "drayverlər” olur. Bəzi "ağıllı” mauslar "Paint Brust” tipli sadə şəkil çəkmək üçün proqramlara malik olurlar.


Ardıcıl interfeysə malik olan "Microsoft” firmasının istehsal etdiyi mausların prosessora öz hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə


93
edirlər. "Mouse System” tipli mauslar isə bu məqsəd üçün 5 baytlıq formatdan istifadə edirlər. Ona görə də belə mauslar bir-birini əvəz edə bilmirlər.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin