Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər


Multipleks və selektor kanalları



Yüklə 1,37 Mb.
səhifə3/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   2   3   4   5   6   7   8   9   ...   20
Mühazirə 6

Multipleks və selektor kanalları


Multipleks kanalı - eyni zamanda bir neçə nisbətən yavaş işləyən XQ-nin işini idarə edən kanal.
Selektor kanalı – üstünlüyə malik bir XQ-nin (nisbətən böyük sürətli) işini idarə edən kanal. SK monopol rejimdə sinxron işləyən XQ-lər üçün nəzərdə tutulmuşdur.
Müasir dövrdə bəzi hallarda MK-nın müəyyən altkanalları da monopol rejimdə işlədilə bilər. Rabitə seansı keçirilən altkanala aktiv kanal, digər altkanallara isə passiv altkanallar deyilir
İnterfeys – informasiyanın ötürülməsi üçün ayrılmış unifikasiya olunmuş şinlərdən, onlardan siqnalların keçməsini təmin edən unifikasiya olunmuş elektron sxemlərdən və informasiya mübadiləsini idarə edən alqoritmlərdən ibarətdir. Müasir HS-lərdə prosessorlararası (birbaşa idarəetmə), əməli yaddaşa müraciət (prosessorlar və kanallar tərəfindən), daxiledici-xaricedici (kanalla XQ-lərin idarəetmə qurğları arasında) və XQ interfeysləri vardır.

EHM-lərin qurğuları arasında informasiyanın ötürülməsi üsulları


87
Ümumiyyətlə, informasiya mübadiləsi üçün lazım olan unifikasiya edilmiş şinlər, siqnallar, elektron sxemləri və alqoritmləri toplusuna interfeys deyilir. Müasir hesablama maşınları və sistemləri aqreqat (modul) şəklində hazırlandığından və onlar standart interfeyslərlə öz aralarında birləşdirildiyindən, hesablama maşını və ya sistemin tərkibini həll olunacaq tipik məsələlərə maksimum uyğunlaşdırmaq olar. Bu isə sistemin istifadəçinin tələblərinə uyğun təşkil edilməsinə imkan yaradır. Interfeysləri dörd tipə ayırmaq olar. Əməli yaddaş interfeysi (A) vasitəsilə əməli yaddaşla prosessor (prosessorlar) və əməli yaddaşla kanallar arasında informasiya mübadiləsi baş verir. Prosessor-kanal interfeysi (B) prosessorla kanal arasında informasiya mübadiləsi yaradır. A və B interfeysləri böyük cəldişləməyə valikdir və onlarda informasiya sözlər və ikiqat sözlərlə ötürülür. Yalnız çox da böyük olmayan EHM-lərdə bu interfeyslərdə yarımsöz işlənilir. Xarici qurğu interfeysləri (C) kanalla xarici qurğuların idarəedici qurğusu arasında informasiya mübadiləsini yaradır. Burada əksər hallarda informasiya baytlarla ötürülür. XQ-lərin idarəedici qurğusu ilə bilavasitə XQ arasında informasiya mübadiləsini xarici aparat interfeysi (D) yaradır. Bu tip interfeyslərtam standartlaşdırıla bilmir. Çünki XQ-lərin çeşidi çox müxtəlifdir. XQ- lər interfeysi (C) xüsusi əhəmiyyətə malikdir. Çünki hesablama sistemlərində geniş çeşiddə XQ-lərdən istifadə olunur.


EHM-lərin qurğuları arasında diskret informasiya mübadiləsi baş verir. Bu siqnalların ötürülməsinin əsas prinsipi məlumdur: sinxron və asinxron.
Sinxron prinsipə görə ötürücü qurğu öz çıxışlarında siqnalın iki mümkün olan vəziyyətdən birini (0 və ya 1) hasil edir və onu əvvəlcədən müəyyən vaxt ərzində həmin çıxışlarda saxlayır. Bu vaxt bitdikdən sonra ötürücü siqnalın vəziyyəti dəyişdirilə bilər. Siqnalın interfeys şinində ötürülməsi vaxtı həmin siqnalın şin üzrə yayılması vaxtından və qəbuledici trigger sxemlərində tanınması və qeyd edilməsi vaxtından ibarətdir. Deməli, ötürmə vaxtı əlaqə xəttinin parametrlərindən, ötürücü və qəbuledici qurğuların xarakteristikalarından asılıdır. əgər siqnalın
88
maksimal ötürmə vaxtını T ilə işarə etsək, onda informasiyanın sinxron ötürülmə
periodu T-dən az olmalıdır.
τ ≥ T

Ötürücü Ö1qurğusundan Q2 qəbuledici qurğusuna Ş0 interfeys şini ilə siqnalın sinxron ötürülməsi.


Asinxron prinsipinə görə qəbuledici qurğu bir interfeys şini vasitəsilə siqnalı qəbul edərək özündə qeyd edir (Ş0) digər şin ilə (Ş1) ötürücü qurğuya qəbul haqda siqnal (cavab siqnalı) göndərir. Ötürücü qurğu cavab siqnalını alandan sonra öz çıxışlarında ötürülən siqnalın hasilini dayandırır. Beləliklə, burada da τ periodu dəyişəndir və mübadilədə iştirak edən konkret əlaqə xətləri və qurğularının xarakteristikalarından asılıdır. Əgər siqnalın əlaqə xəttinin bir tərəfindən o biri tərəfinə göndərilməsi vaxtını t ilə işarə etsək, onda τ ≥ 2t olmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin