Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər


Kontrollerlər (Controller) və şinlər (Bus)



Yüklə 1,37 Mb.
səhifə14/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Mühazirə 6

Kontrollerlər (Controller) və şinlər (Bus)


İnterfeyslərin uyğunlaşması üçün periferiya qurğuları şinə birbaşa deyil, öz


kontrollerləri (adapterlər) və portlar vasitəsilə təxminən belə sxem üzrə qoşulur:





Qurğu

Kontroller və ya adapter

Port

Şin


Kontrollerlər və adapterlər elektron dövrələrin yığımlarıdır. Kompyuterin qurğuları öz interfeyslərinin uyğunlaşması məqsədilə kontrollerlərlə təchiz olunurlar. Bundan əlavə, kontrollerlər mikroprosessorun sorğularına görə periferiya qurğularının bilavasitə idarə olunmasını həyata keçirirlər.
Kontrollerlərə aşağıdakilar daxildir:



  • USB kontrolleri. USB-2.0 kontrolleri vasitəsi ilə verilənlər 480 Mbit/san, USB-3.0 kontrolleri vasitəsilə 5 Qbit/san sürətlə ötürülür. Bütün müasir ana kartlarında ən azı 10 USB portu var. Onlardan dördü ana kartın üzərində, qalanları isə – xüsusi paneldə yerləşir.

  • IEEE 1394 (FireWire) kontrolleri. Bu kontroller USB kimi xarici qurğuların qoşulması və verilənləri yüksək sərətlə ötürülməsi üçün nəzərdə tutulub. Adətən, onu rəqəmsal videokameraların qoşulması üçün istifadə edirlər. 2003-cü ildən sonra istehsal olunan bütün ana kartlarında bu kontroller mövcuddur.

  • RAID kontrolleri – daxili kontrollerdir. Yalnız sərt disklərin qoşulması üçün istifadə olunur. Bir neçə sərt diski bir vahid «massivə» birləşdirməyə qadirdir. Ana kartları üçün bu kontroller standart deyil. Yalnız server tipli kompyuterlərdə ona rast gəlmək olar.

  • SerialATA kontrolleri – sərt disklərin qoşulması üçün istifadə olunur. Bu interfeysdə «Master/Slave» sxemi işləmir. SerialATA kontrolleri vasitəsi ilə kompyuterə birləşdirilmiş bütün sərt disklər müstəqil işləyə bilirlər. Hər bir yuvaya yalnız bir sərt disk qoşula bilər. SerialATA interfeysi verilənlərin ötürülməsində yüksək sürətə malikdir - 150 Mbayt/san. Lakin, kompyuterlərin əksəriyyətində sərt disklər ana kartına köhnəlmiş İDE interfeysi vasitəsi ilə birləşirlər.












USB kontrolleri

IEEE kontrolleri







RAİD kontrolleri

İDE və SerialATA interfeysləri

Kompyuterin bütün kontrollerləri verilənləri ötürən sistem magistralı vasitəsilə prosessorla və əməli yaddaşla əlaqə yaradırlar. Bu sistem magistral sistem şin adlanır. Sistem şindən əlavə müasir ana kartlarında müxtəlif şinlər və qurğuların qoşulmasını təmin edən yuvalar (socket) mövcuddur:




  1. Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin