Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər



Yüklə 1,37 Mb.
səhifə17/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   ...   12   13   14   15   16   17   18   19   20
Mühazirə 6

AGP şini


1980-ci illərin kompyuterlərində videokart (videoadapter) ISA şininə, 1990-cı illərdə isə daha sürətli PCI şininə qoşulurdu. Lakin üçölçülü qrafikləri emal edən videoadapterlərin sürətli inkişafı ona gətirib çıxardı ki, PCI şininin sürət resursları tez tükəndi. Bununla əlaqədar olaraq 1996-cı ildə Intel şirkəti videoadapterin qoşulması üçün xüsusi olaraq nəzərdə tutulmuş AGP şinini təqdim etdi.
AGP şini PCI şininin sürətli variantıdır. Bu şin üçölçülü qrafiki sürətləndiricilər üçün xüsusi olaraq yaradılmışdır. Şinin birinci versiyası 66 MHs tezliyi və 266 Mbayt/s (AGP 1x rejimi) və ya 533 Mbayt/s (AGP 2x rejimi) buraxma qabiliyyəti ilə işləyirdi. Daha sonra AGP 4x rejimi, onun ardınca isə AGP 8x çıxdı, hansında ki, verilənlər mübadiləsinin sürəti artıq 2 Qbayt/s təşkil edirdi.
Müasir kompyuterlərdə AGP şini yoxdur, və videoadapter PCI Express slotuna quraşdırılır.



PCI Express şinləri


Intel və onun partnyorları tərəfindən hazırlanmış PCI Express ardıcıl şini PCI və AGP şinləri əvəz etdi.
Oxşar adlara baxmayaraq, PCI və PCI Express şinləri bir birindən fərqlidir. PCI şində istifadə edilən verilənlərin paralel ötürülməsi protokolu buraxma zolağının eninə və şinin iş tezliyinə məhdudiyyətlər qoyur; PCI Express-də tətbiq edilmiş verilənlərin ardıcıl ötürülməsi iş tezliyinin artırılmasına imkan yaradır. PCI Express şini müxtəlif spesifikasiyalarda reallaşdırılır: 1x, 2x, 4x, 8x, 16x və 32x.
PCI Express şini 2.5 QHs tezliyində işləyir. Onun bir istiqamət üçün ötürmə sürəti 250 Mb/s-dır. Bir neçə xətt olduğu halda ötürmə sürətinin hesablanması üçün 250Mb/s vurulmalıdır xətlərin sayına və 2-yə, çünki PCI Express şini iki istiqamətli şindir.
Adətən, stolüstü kompyuterlərdə AGP slotu əvəz edən və videokartın quraşdırılması üçün nəzərdə tutulmuş 1 ədəd PCI Express 16x və 4 ədəd PCI Express 1x olur. İşçi stansiyaların və serverlərin ana kartlarında PCI Express 4x və 8x slotlarına rast gəlmək olar.
2007-ci ildə PCI Express şininin yeni spesifikasiyası PCI Express-2.0 qəbul edilmişdi. Bu spesifikasiyanın əsas fərqi ondan ibarətdir ki, hər istiqamətdə ötürmə sürəti 2 dəfə daha çoxdur.
2010-cu ildə daha sürətlə işləyən yeni spesifikasiya, yəni PCI Express-3.0 qəbul edilmişdir. Bu şinin buraxma qabiliyyəti 32 Qb/s-dir.









PCI Express şinləri


    1. Yüklə 1,37 Mb.

      Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin