Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər



Yüklə 1,37 Mb.
səhifə18/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   ...   12   13   14   15   16   17   18   19   20
Mühazirə 6

Portlar


Tərkibində bir və ya bir neçə giriş-çıxış registrləri olan və kompyuterin periferiya qurğularını mikroprosessorun xarici şinlərinə qoşmağa imkan yaradan hər hansı elektron sxem port adlanır.


Standart interfeys qurğularını: ardıcıl, paralel və oyun portlarını (və ya interfeysləri) də port adlandırırlar.
Ardıcıl port prosessorla verilənləri bayt-bayt, xarici qurğularla isə bit-bit mübadilə edir.
Paralel port verilənləri bayt-bayt alır və ötürür.
Sistem blokunun arxa və ön panelində müxtəlif sayda portlar yerləşir. Portlar vasitəsi ilə kompyuterə müxtəlif periferiya qurğularını birləşdirmək olar.



  • RJ-45 (LAN, Ethernet) portu. Bu port vasitəsilə kompyuter lokal şəbəkəyə qoşulur (sürət - 1 Qbit/s-ə qədərdir).










RJ-45 portu (solda) və onun kabeli




  • AUDİO giriş-çıxış portları. Кənar audio-sistemlərin qoşulması üçün nəzərdə tutulub. Bu portlar vasitəsi ilə mikrofonu, səs ucaldanları (kolonkaları), qulaqlıqları və başqa audio texnikanı kompyuterə qoşmaq olar.









Audio portlar və kabel




  • COM portları. Bu ardıcıl portlara (COM1, COM2) modem, plotter, maus və coystik (25 və 9 iynəli) qoşulur.










COM portu (solda) və onun kabeli




  • LPT1 paralel portu çap qurğuların və skanerin qoşulması üçün istifadə olunur (25 iynəli).










LPT portu (solda) və onun kabeli




  • PS/2 portları. Maus və klaviaturanı qoşmaq üçün köhnəlmiş portlar. Indiyənə kimi bu portlardan bəzi ana kartlarında istifadə olunur, lakin USB portu meydana gələndən sonra PS/2 portu öz aktuallığını itirdi.












PS/2 portları və kabellər (sağda)




  • USB (Universal Sequence Bus) portları. Bu universal ardıcıl portdur. Yeni standartlara uyğun olan bütün xarici qurğular (maus, klaviatura, printer, skaner, fləş-yaddaş, xarici sərt disk və s.) bu port vasitəsi ilə kompyuterə qoşula bilər. Bir USB portuna xab (paylayıcı) qurğusu vasitəsi ilə bir neçə qurğunu qoşmaq olar. USB portunun üstünlüyü ondan ibarətdir ki, kompyuteri sondürmədən qurğuları həm qoşmaq, həm də kompyuterdən açmaq olar. USB portu digər portlardan qat- qat sürətli işləyir. Hal-hazırda qurğuların əksəriyyəti USB-2.0 modifikasiya ilə işləyir, lakin elə qurğular və adapterlər var ki, onlar USB-3.0 interfeysini dəstəkləyir. USB-

    1. interfeysin ötürmə sürəti USB-2.0-dan 10 dəfə çoxdur və 5 Qbit/s təşkil edir (müqayisə üçün, USB-2.0-ın sürəti 480 Mbit/s-dir).

Standart USB portundan əlavə mobil qurğularda və kompyuterlərdə miniUSB (noutbuklar, netbuklar) və microUSB (smartfonlar, komunikatorlar) portlarına rast gəlmək olar.












USB port (ortada – miniUSB, sağda – mikroUSB kabellər)



1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin