17. Üçlər İttifaqının yaranması və əsas mahiyyəti
1881-ci ildə İtaliya, Almaniya və Avstriya-Macarıstann arasında danışıqlar başlandı. 20 may 1882-ci ildə Almaniya, İtaliya və Avstriya-Macarıstan arasında ittifaq müqaviləsi imzalandı və Üçlər ittifaqı yarandı. Müqavilə ilk əvvəllər beş il müddətində imzalanmış və sonradan vaxtı uzadılaraq 1915-ci ilə qədər mövcud olmuşdur. Müqaviləyə əsasən tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə aparardısa digər tərəflər ona hərbi yardım göstərməli idi. Eyni zamanda tərəflərdən birinin İngiltərə və ya Rusiyaya qarşı müharibəsi zamanı digərləri bitərəf qalmalı idi.
Bundan əlavə İtaliya bəyan etmişdi ki , onun bu təşəbbüsləri birbaşa olaraq Böyük Britaniyaya yönəldilməmişdir. İtaliya 1902-ci il noyabrın 1-də Fransa ilə bağladığı sazişə əsasən eyni zəmanəti Fransaya da vermişdi.Üçlər ittifaqı Rusiya və Fransaya qarşı yaradılmış olsa da bu müqavilənin imzalanması ittifaqı zəiflədən səbəblərdən oldu. Yenə xüsusi bir razılaşmada göstərilirdi ki, nə Avstriya-Macarıstan, nə də ki İtaliya Balkanlardakı statuskovu bir birindən xəbərsiz dəyişə bilməzdilər.
Bu ittifaq 1879-cu ilin oktyabr ayının 7-də Alman imperiyası ilə Avstriya-Macarıstan arasında yaradılan ikili ittifaqın davamı hesab edilir. 1914-cü ildə Avstriya-Macarıstan artıq Britaniya, Rusiya, Fransa ittifaqına qarşı müharibə aparırdı. İtaliya da eyni zamanda bu müharibədə ittifaq dövlətlərini dəstəkləyəcəyini bildirdi. Lakin Üçlü ittifaq ilk əvvəllər müdafiə məqsədli yaradılan ittifaq olsa da Almaniya və Avstriya-Macarıstan hücuma keçdikdə İtaliya müharibəyə qoşulmaqdan imtina etdi. İtaliya daha sonra müharibəyə Antanta tərəfindən qoşuldu. 1915-ci ilin mayın 3-də İtaliya Üçlər ittifaqından çıxdı, mayın 23-də isə Avstriya-Macarıstana müharibə elan etdi.
Dostları ilə paylaş: |