Sonrakı ik fəsil KİS-in işlənilməsinin və akkreditasiyanın həyata keçirilməsi
mərhələsində və, konkret olaraq, keyfiyyət üzrə dərslik və standart əməliyyat
prosedurları kimi baza sənədlərinin işlənilməsinə fokuslaşdırılmalıdır. Bu isə
laboratoriya tərəfindən KİS-in yaradılması və sonra akkreditasiya prosesinin
başlanması haqqında qərar qəbul edildiyi zaman ən çətini və icbarisidir.
3.
Laboratoriyanın keyfiyyəti üzrə dərsliyi hazırlamaq üçün rəhbər
tutulan göstərişlər
Keyfiyyət dərsliyi əsas sənədlərdən biridir, hansı ki, keyfiyyətin idarəetmə sistemini tətbiq
etmək üçün laboratoriya tərəfindən hazırlanmalıdır. Bu fəsil laboratoriyanın keyfiyyət
dərsliyinin (KD) hazırlanması zamanı laboratoriya personalına rəhbərlik etməkdə sizə
kömək edəcəkdir. KD elə bir KİS-in işlənilməsi və tətbiq edilməsi – istifadə etməsi
imkanını verməlidir, hansı ki, ISO/IEC 17025-ə uyğundur - “testləşmə və kalibrləmə
laboratoriyalarının kompetensiyasına qarşı ümumi tələbləri”. Elə başdan onu vurğulamaq
lazımdır ki, bu sənəd yalnız yol göstərəndir və onun məzmununun dəyişdirilməsi lazım
gələ bilər ki, o, konkret laboratoriyanın fərdi hallarına uyğunlaşdırılmalıdır.
Faktiki olaraq, laboratoriyadan yalnız bir KD-nin təqdim edilməsi tələb edilir. Əgər
müxtəlif orqanlar tərəfindən qoyulan tələblərini təmin etmək üçün KD çərçivəsində
elementlərin dəyişdirilməsi lazımdırsa, dəyişikliklər ayrılıqda sənədləşdirilə bilər. Bu
dəyişikliklərə KD-in müvafiq elementlərinə çarpaz göstəriş edilməlidir. Effektli iş sənədi
olması üçün laboratoriyanın KD-də baza laboratoriyanın işlətdiyi siyasət və təcrübə
verilməlidir. Onda həmçinin standart əməliyyat prosedurları (SƏP) haqqında məlumat
mənbəyinə və laboratoriyada istifadə edilən qeydlərə çarpaz göstəriş verilməlidir.
KD-in əsas məqsədləri aşağıdakı kimi müəyyən edilə bilər:
•
Laboratoriyanın həyata keçirilən faktiki təcrübəsi təsvie dilməlidir;
14
•
Müdiriyyətə və laboratoriya personalına laboratoriyanın siyasətini, prosedurlarını,
yaxşı laboratoriya təcrübəsinə sədaqətliliyi və testləşmə xidmətinin keyfiyyətini
bildirməlidir;
•
Laboratoriya personalına onun öhdəliklərinin və məsuliyyətlərinin miqyaslarını izah
etməlidir;
•
Laboratoriya müdiriyyəti tərəfindən laboratoriyanın müvafiq fəaliyyət göstərməsi üçün
lazım hesab edilənləri nəzərə alaraq faktiki iş təcrübəsinin auditini həyata keçirməlidir.
•
Laboratoriya tərəfindən KD elementlərindən istifadə etməklə effektli KİS-in gündəlik
həyata keçirilməsi imkanını verməlidir;
•
Laboratoriyanın effektli idarəetmə imkanını verməlidir.
KD-in uğ urla yaradılması üçün on ə sas qayda
Unutmayın ki,
1. Adə tə n KD böyük kadr tə rə fində n hazırlanmalıdır, baş qaları isə ona kömə k etmə lidir
(mə suliyyə tli şə xsin də rin texniki biliyi və laboratoriyada, hə mçinin menecmentə
münasibə tdə bir neçə illik texniki tə crübə si olmalıdır);
2. Mə suliyyə tli şə xs kompyuterdə iş lə yə bilmə lidir;
3. Mə suliyyə tli müxtə lif sə viyyə də danış ıqları apara bilmə li və elə bir və ziyyə ti anlaya
bilmə lidir ki, laboratoriya iş çilə ri də yiş ikliklə rə qarş ı çıxa bilə rlə r, çünki onlar hesab edə
bilə rlə r ki, yeni sistemin tə tbiq edilmə si onları iş inin yoxlanılması demə kdir;
4. Mə suliyyə tli şə xsə onun yeni funksiyasını xarakterizə edə cə k adın verilmə si
mə qsdə uyğ un ola bilə r (mə s. keyfiyyə t meneceri);
5. KD-in ölçüsünü, formatını və ona daxil edilmiş sə nə dləş dirilmiş prosedurların
miqdarını laboratoriya müə yyə n edir (mə s. laboratoriya nə qə də r komplekslidirsə , onun
KD də o qə də r böyükdür);
6. KD-in yaradılması və Kİ S-in iş lə nilmə si və zifə sinin baş lanmasınadə k unutmamalısınız
ki, bu tə dbirlə r personaldan zaman (yə ni Kİ S-in yüklə nilmə si onların adi iş yüklə nilmə sinə
əlavə edilir) və bacarıqları tələb edir;
7. Kİ S-in iş lə nilmə si və zifə sinin yerinə yetirilmə si yalnız bütün personal, xüsusilə də böyük
müdiriyyə t kadrları tə rə fində n uğ ura nail olmaq üçün möhkə m iradə və bir neçə il ə rzində
davamlı cə hd olduğ u zaman mümkündür.
8. KD ə sas nə zarə t sə nə didir. Bu sə nə ddə laboratoriyanın rə hbə r tutduğ u ə sas siyasə t və
prinsiplə r ifadə edilmiş dir. Sə nə d laboratoriyanın keyfiyyə t sisteminin asılı olduğ u
əməliyyat prosedurları məcmuələrini (yəni testləşmə metodları, daxili audit, xarici
keyfiyyə tə nə zarə t, avadanlığ ın kalibrlə mə si), mə lumat mə nbə sini və qeydlə rin
koordinasya linklə rini (və ya çarpaz göstə riş lə ri) verir.
9. KD mütlə q sadə və laboratoriyanın və ziyyə tinə müvafiq olmalıdır. KD və keyfiyyə t
sistemi çə rçivə sində istifadə edilmiş bütün sə nə dlə r daxili və xarici auditə tabe olmalı və
buna görə də onlara nə zarə t edilmə lidir;
10.
KD-in necə elektron, elə cə də sə nə d formasında hazırlana bilə r. Ə gə r elektron versiya
hazırlanmış dırsa, onun ehtiyat surə tinin yaradılması və tə hlükə siz saxlanılması imkanı
olmalıdır.
Sonrakı yarımfəsillərdə KD-in məzmunu verilmişdir.
3.1 Giriş və konsepsiya
Bu fəsildə aşağıdakı məsələlər təsvir edilməlidir:
15
•
KD-də nə vardır: dərslikdə keyfiyyət siyasəti və/və ya sənədlər və prosedurlar
təsvir edilməlidir. Laboratoriya elə onlara əsasən işləyəcəkdir ki, ISO/IEC 17025
standartına uyğun olsun. Dərslikdə yazılmalıdır ki, KD laboratoriyanın
mülkiyyətidir və kim tərəfindən yaradılmışdır (komitənin adı və ya məsuliyyətli
şəxsin soyadı). KD-yə düzəlişlərin təsdiq edilməsi və daxil edilməsini yalnız kim
edə bilər (komitənin adı və ya məsuliyyətli şəxsin soyadı). Qeyd də olmalıdır ki, bu
sənəd harada və kimlər üçün əlçatandır (məs. KD daxili sənəddir, hansı ki,
laboratoriya personalı üçün əlçatandır; o, konfidensial və ya qeyri-konfidensial ola
bilər);
•
KD-in sahəsi: o, hansı sahələri əhatə edir (yəni laboratoriyanı və onun şöbələrini /
departamentlərini, laboratoriya təşkilata aiddir yoxsa aid deyildir);
•
KD-in strukturu, məqsədi və onun yayılması və nəzarəti üçün tədbirlər;
•
Düzəlişlər necə yazılmalı və razılaşdırılmalıdır.
3.2 Keyfiyyət dərsliyinin elementləri – menecment hissəsi
3.2.1
Təş kil və menecment
Bu hissədə KD ümumi şəkildə aşağıdakıları əhatə etməlidir:
Təş kil
•
Ümumi təşkil strukturu, müdiriyyət və personalın struktur sxemi;
•
Keyfiyyətin təmin edilməsi sisteminin fəaliyyəti ilə əlaqədar olan laboratoriyanın
məsuliyyətli təşkilatının təsviri;
•
Akkreditasiyanın müəyyən edilmiş sahəsinin insan resursları. Burada hər bir
şöbənin / departamentin, o cümlədən laboratoriya tərəfindən aparılmış işin
keyfiyyətinə təsir göstərəbilən və ya təsir göstərə biləcək bütün şöbələrin /
departamentlərin personalın strukturu təsvir edilməlidir (məs. maliyyə şöbəsi,
nəqliyyat şöbəsi, anbarlar, nəzarət şöbəsi, peşəkar səhiyyə və təhlükəsizlik,
mühəndis-texniki tərəf və s.);
•
Onu təmin etmək ki, bütün işçilər hər hansı kommersiya və ya maliyyə təzyiqdən
azad olsun, bu isə analitik testləşmə nəticələrinin keyfiyyətinə mənfi təsir göstərə
bilər;
•
Dəyişikliklərin edilməsindən əvvəl KD-in istənilən dəyişikliyi onun təsir altına
düşəcək personal ilə yoxlanılmalıdır;
•
Həmçinin laboratoriya mərtəbələrinin planı. Planda otaqların nömrələri və
şöbələrin / departamentlərin və ya otağın adı verilməlidir. Bu riskin təhlil edilməsi
prosesində yarana biləcək və ya qiymətləndirilməsi lazım ola biləcək peşəkar
səhiyyə və təhlükəsizlik məsələlərinin həll edilməsinə kömək edəcəkdir. Plan onu
dərk etməyə kömək edəcəkdir ki, müxtəlif şöbələrin / departamentlərin və ya
laboratoriyanın konkret otaqların hansı qarşılıqlı əlaqələri vardır və potensial
problemlər harada yarana bilər və ya audit prosesində potensial problemlər harada
yarana bilər.
Menecment
16
KD-in bu fəsli menecment sisteminin istifadə edilməsini, saxlanılmasını və fasiləsiz olaraq
yaxşılaşdırılmasını təmin etməlidir. O, aşağıdakı əsas hissələrdən ibarətdir:
•
Laboratoriyanın keyfiyyət siyasəti üzrə imzalanmış sənəd;
•
Analitik testləşmə nəticələrinin keyfiyyətini təmin etmək üçün standart prosedurlar
v iş təlimatları;
•
Menecment sisteminin effektliliyinin fasiləsiz olaraq artırılmasını təmin etmək.
3.2.2
Sə nə dlə rə nə zarə t
Bu fəsil təmin etməlidir ki, menecment sistemi ilə əlaqədar olan bütün sənədlərinin fərdi
olaraq eyniləşdirilməsi və yaradılması, təsdiqlənməsi, dərc edilməsi və dəyişdirilməsi
sənədləşdirilmiş prosedurlara uyğun olaraq həyata keçirilsin.
Siyasə t
Laboratoriya ISO/IEC 17025 standartının tələblərinə uyğun olan, sənədlərə nəzarət
prosedurlarından istifadə etməlidir. Laboratoriya müvafiq əməkdaşı təyin etməlidir, hansı
ki, keyfiyyətin idarəetmə sistemi üçün sənədlərin nəzarətçisi vəzifələrini yerinə
yetirəcəkdir.
Sənədlərin nəzarətçisi keyfiyyət sisteminə daxil olan bütün sənədlərin yxlanılmasına,
qorunmasına və düzgünlüyünə görə məsuliyyət daşımalıdır.
Prosedurlar / detallar
Sənədlərin nəzarətçisini müəyyən edin və baza qaydası olaraq, bu keyfiyyət meneceri
olmamalıdır. Sənədlərin nəzarətçisinin vəzifələrini təsvir edin. Onlar bu cür ola bilər:
•
Sənədlərin təhlükəsiz saxlanılması;
•
Hər bir sənədin fərdi olaraq eyniləşdirilməsini təmin etmək;
•
Sənədin yaradılmasına və/və ya dəyişdirilməsinə görə kimin məsuliyyət
daşıdığını və səlahiyyətli olduğunu müəyyən edin;
•
KD-in, testləşmə metodlarının və standart əməliyyat prosedurlarının
əlçatanlığını, yenilənməsini təmin edin. KD-dən çıxarışlar lazım olduqda isə
onlar sanksiyalaşdırılmalıdır;
•
Laboratoriya personalının treyninq sənədlərinin aparılmasını, treyninqlərin
keçirilməsini təmin edin. Həmçinin təmin edin ki, treyninq işçilərin əmək
kitabçalarında qeyd edilsin.
3.2.3
Xahişlərin müzakirəsi, tenderlər və kontraktlar
Bu fəsil onu təmin etməlidir ki, xahişlərə, tenderlərə və kontraktlara qarşı tələblər yaxşı
tərtib edilsin, reviziya edilsin, yenilənsin və sənədləşdirilsin.
Siyasət
ISO/IEC 17025 standartın tələb etdiyi kimi, analitik testləşmənin, kontraktların və
xahişlərin reviziyası həyata keçirilməlidir; reviziyanın sənədləşdirilməsi lazımdır.
17
Prosedurlar / detallar
Bu fəsildə aşağıdakı olduqca əhəmiyyətli anlar təsvir edilməlidir:
•
Reviziya əsasında laboratoriyanın müdiriyyəti təmin etməlidir ki, tələbləri
təmin etmək üçün laboratoriyanın texniki imkanları və resursları olsun;
•
Onu təmin etmək ki, kontrakta dəyişikliklərin daxil edilməsi proseduru ilkin
kontraktın həyata keçirildiyi eyni proseslə həyata keçirilsin;
•
Reviziya və istənilən dəyişikliklərin prosedurları sənədləşdirilməlidir.
Labotaroriyamızın binasında əsas prinsiplərdən biri budur: ”Bacarmadığın işi qəbul etmə”.
3.2.4
Testləş mə nin və kalibrlə mə nin sub-kontraktla hə yata keçirilmə si
Bu fəsil təmin etməlidir ki, üçüncü şəxslərə sub-kontraktla verilmiş testləşmə və
kalibrləmə keyfiyyətin eyni standartlarına uyğun olaraq həyata keçirilir, hansına uyğun
olaraq sub-kontraktı verən laboratoriyada həyata keçirilməli idi. Lakin müştəri bunu
bilməlidir və subkontraktorun istifadəsi ilə razı olmalıdır.
Siyasət
Testləşmə nəticələrinə təsir göstərə bilən bütün subkontraktorların reviziyası konkret
olaraq göstərilməli və monitorinqi keçirilməlidir. Bu reviziya sənədləşdirilməlidir.
Prosedurlar / detallar
Bu fəsil aşağıdakı məsələlərə fokuslaşdırılmalıdır:
•
Laboratoriya müdiriyyəti təmin etməlidir ki, subkontraktor tərəfin səlahiyyəti
tələbləri təmin etsin. Məs. sənədləşdirilmiş keyfiyyət sistemi vasitəsi ilə, məs.
ISO/IEC 17025 standartı.
•
Subkontraktorun işi üçün subkontraktor laboratoriyasının (3-cü tərəf)
məsuliyyətinin təsvir edilməsi proseduru.
Qeyd: bu avadanlığ ın kalibrlə mə sini / texniki xidmə ti laboratoriyadan çıxarmaqla və
nümunə lə rin digə r laboratoriyalara göndə rilmə sini ə hatə edə bilə r.
3.2.5
Xidmə tin və ehtiyatların alınması
Bu fəsil təmin etməlidir ki, 3-cü tərəflər tərəfindən çatdırılmış xidmət və ya ehtiyatlar
laboratoriya əməliyyatlarının keyfiyyətinə və effektliliyinə mənfi təsir göstərməsin.
Siyasə t
Testləşmə nəticəsinə təsir göstərən istənilən materiallar göstərilməlidir. Çatdırılmış
materiallar göstərilməlidir (məs. şüşə qablar, reaktivlər, etalonlar).
18
Prosedurlar / detallar
Bu fəsildə aşağıdakılar olmalıdır:
•
Təchizatçılar hansı prosedurla seçilir, xidmətin və ehtiyatların müvafiq
keyfiyyətini təmin etmək üçün onların rəsmi qiymətləndirilməsi necə aparılır.
•
Seçim və qiymətləndirmə prosesinin qeydləri necə aparılır;
•
Daxil olan materialların keyfiyyəti laboratoriyada əvvəlcədən müəyyən edilmiş
xüsusiyyətlərlə münasibətdə necə yoxlanılır.
3.2.6 Müş tə rilə rə xidmə t göstə rilmə si
Siyasə t
Onu təmin etmək ki, laboratoriya müştərilərin tələblərini daim təmin etsin.
Prosedur / detallar
Bu fəsildə aşağıdakı məsələlər təsvir edilməlidir:
•
Laboratoriyanın müştərilərlə əməkdaşlığı, onların tələblərini aydın şəkildə necə
anlayaq və onlar tərəfindən təqdim edilmiş məlumatı dinləyək;
•
Laboratoriyanın rəsmi proqramı müştərilərdən fasiləsiz əks-əlaqənin qəbul
edilməsi ilə münasibətdə;
•
Laboratoriya müştərilərə laboratoriyanın auditini həyata keçirmək imkanını necə
verməlidir.
3.2.7
Şikayətlər
Siyasə t
Müştərilərdən qəbul edilmiş istənilən şikayətin sənədləşdirilməsi, qiymətləndirilməsi və
müvafiq olaraq reaksiya verilməsi necə həyata keçirilməlidir.
Prosedur / detallar
Şikayətlərə reaksiyanın verilməsi və onların həll edilməsi metodunu təsvir edin. Şikayətlər
üzrə zabitin təyin edilməsi lazım ola bilər (məsuliyyətli şəxsin soyadını yazın).
Şikayətlərin yazılması-qeydiyyatı üçün formanı çap edin.
3.2.8
Qeyri-uyğun analitik testləşməyə nəzarət
Siyasət
İstənilən analitik testləşmə və digər laboratoriya əməliyyatı laboratoriya xüsusiyyətləri və
ya müştərilər tərəfindən müəyyən edilmiş xüsusiyyətlər kimi əvvəlcədən müəyyən edilmiş
xüsusiyyətlərə uyğun olmalıdır.
19
Qeyd: bilin ki, qeyri-uyğ unluq sə nə dləş dirilmiş keyfiyyə tin idarə etmə sisteminin
prosedurunun və ya tə lə binin yerinə yetirilmə sində olan istə nilə n uğ ursuzluq demə kdir.
3.2.9
Yaxş ılaş dırma
Siyasə t
Laboratoriya müdiriyyəti istənilən şikayətin və qeyri-uyğunluğun həll edilməsini və
menecment sisteminin effektliliyinin fasiləsiz yaxşılaşdırılmasını təmin etməlidir.
Prosedur / detallar
Aşağıdakı əsas məsələlər təsvir edilməlidir:
•
Yaxşılaşdırma ilə əlaqədar olan təkliflər auditin nəticələrindən, məlumatların
təhlilindən, müştərilərin şikayətlərindən və təkliflərindən, korrektə və profilaktik
tədbirlərdən və menecmentin reviziyasından necə çıxarılmalıdır;
•
Təkliflərin toplanılması və müzakirəsi proseduru və qrafiki, müdiriyyət tərəfindən
həyata keçiriləcək növbəti tədbirlər.
3.2.10
Korrektə tədbiri
Bu fəsildə uyğunsuz işin səbəbinin, analitik testləşmə və menecment prosedurlarından
sapmanın aşkar edilməsi yolları və adekvat korrektə tədbirlərin seçilməsinin, həyata
keçirilməsinin, sənədləşdirilməsi və monitorinqin təmin edilməsi ətraflı olaraq müzakirə
edilməlidir. Bilin ki, korrektə tədbirləri daxili/xarici keyfiyyətə nəzarət (KN)/keyfiyyətin
təmin edilməsi (KTE) uyğunsuzluğuna, daxili/xarici auditə, menecmentin illik
reviziyasına, müştərilərin şikayətlərinə, avadanlığın nasazlığına və s. cavab olaraq,
həmçinin testləşmə metodlarının, əməkdaşların məlumatlarının və ya standart əməliyyat
prosedurların və iş təlimatlarının yenilənməsi sənədləşdirildiyi zaman təşəbbüs edilə bilər.
Siyasət
Korrektə tədbiri laboratoriyanın menecmenti tərəfindən istənilən keyfiyyətin idarəetmə
sistemi ilə istənilən uyğunsuzluğa və ya nasazlığa cavab olaraq təşəbbüs edilə bilər.
Korrektə tədbiri yaxşılaşdırma imkanının meydana çıxması zamanı da təşəbbüs edilir.
(Qeyd: sizə xatırladırıq ki, uyğunsuzluq sənədləşdirilmiş keyfiyyətin idarəetmə sisteminin
prosedurunun və ya tələbin yerinə yetirilməsində istənilən uğursuzluq deməkdir).
Prosedur / detallar
Aşağıdakı vacib məsələləri daxil etməlisiniz:
•
Laboratoriya personalının həvəsləndirilməsi lazımdır ki, onlar korrektə tədbirlərini
həyata keçirsin. Bu cür hərəkətdən irəli gələrək, fayda işçilərin işinin
qiymətləndirilməsində əks etdirilməlidir;
•
Korrektə tədbirləri konkret problemi aradan qaldırmaq və eyni problemin təkrar
edilməsinə yol verməmək üçün seçilməli və həyata keçirilməlidir;
20
•
Korrektə tədbirinin təşəbbüs edilməsinin, tədbirlərin sənədləşdirilməsinin necə
keçiriləcəyini təsvir edin (məs. korrektə tədbirinin tələb etmə forması faydalıdır).
Onu təsvir edin ki, sənəd harada və necə qeydiyyata alınır və saxlanılır, korrektə
tədbirlərə nəzarətə görə məsuliyyəti daşıyan kimdir.
•
Korrektə tədbirlərinin monitorinqi və qiymətləndirilməsi necə həyata keçirilir.
Dostları ilə paylaş: |