Unutmayın ki: korrektə tədbiri neqativ deyil. pozitiv prosesdir. Digər təşkilatlara oxşar
olaraq, bu fəsil korrektə tədbirləri deyil, “yaxşılaşdırma imkanları” adlandırıla bilər.
3.2.11
Profilaktik tədbir
İstənilən laboratoriyada uyğunsuzluq mənbələri vardır. Buna görə də uyğunsuzluğun
potensial mənbələrinin aşkar edilməsi zamanı profilaktik tədbirlər təşəbbüs edilməlidir.
Uyğunsuzluq necə texniki, eləcə də menecment sistemi ilə əlaqədar ola bilər.
Siyasət
Laboratoriyada eyni və ya oxşar uyğunsuzluğun təkrar edilməsinin profilaktikası üçün
tədbirlərin görülməsi lazımdır.
Prosedur / detallar
Bu fəsil ilə əlaqədar olan əsas məsələlərdir:
•
Uyğunsuzluqların potensial mənbəsinin aşkar edilmə prosedurunun təsviri və bu
uyğunsuzluqların təkrar edilməsinin profilaktikası üçün prevensiya tədbirlərinin
müəyyən edilməsi;
•
Uyğunsuzluqların minimuma endirilməsini təmin etmək üçün müvafiq instrument
“profilaktik tədbirlər planı” olmalıdır;
•
Bu profilaktik rədbirlərin effektliliyinin monitorinqi və qiymətləndirilməsi necə
həyata keçirilməlidir.
3.2.12
Qeydlərə nəzarət
Siyasət
Laboratoriyada istənilən qeyd fərdi olaraq eyniləşdirilmişdir ki, o, lazım olduqda asan
əlçatan olsun və avtorizə edilməmiş girişlə izlənilməsi və dəyişdirilməsindən qorunmuş
olsun.
Prosedur / detallar
Bu fəsildə aşağıdakılar təsvir edilməlidir:
•
Qeydlərin eyniləşdirilməsi, toplanılması, indeksasiya, saxlanılması, arxivdən
çıxarılması və məhv edilməsi;
21
•
Qeydlər necə saxlanılmalıdır ki, müəyyən edilmiş bütün saxlanılma müddəti
ərzində onların təhlükəsizliyi, konfidensiallığı, keyfiyyəti və bütövlüyü təmin
edilməlidir;
•
Texniki qeydlər necə saxlanılır (məs. lazımdır ki. ilkin müşahidələr işləmə
parametrləri ilə birlikdə saxlanılsın, bu isə yekun nəticələrin başlanğıc məlumatlara
doğru əks-hərəkətə gətirər);
•
Qeydlərin formatı necədir (məs. çap edilmiş və ya elektron versiyası) və elektron
qeydlərin ehtiyat fayllarının qorunması və qeydlərə avtorizə edilməmiş girişin
profilaktika proseduru təsvir edilməlidir;
•
O fakta görə ki, səhvlər olduqda qeydlərin düzəlişi mümkündür, prosedurun və
sistemin təsvir əhəmiyyətlidir ki, ilkin qeydlər silinmədən və üstündən
köçürülmədən necə qorunmalı və onlar müvafiq şəkildə necə saxlanılmalıdır. Bu
halda ilkin qeydlər düzəlişlərlə birlikdə saxlanılmalıdır.
3.2.13
Daxili auditlər
Daxili audit keyfiyyətin menecment sistemində nəzarət instrumentlərindən biridir. Daxili
auditin istifadəsi onu yoxlamağa imkan verir ki, laboratoriya ISO/IEC 17025 standartına
və daxili texniki və keyfiyyət prosedurlarına uyğundur yoxsa deyil. Daha artıq, daxili
auditlər həmçinin laboratoriyanın xarici qiymətləndirmələr üçün çox yaxşı hazırlıqdır və
keyfiyyət sisteminin daimi yaxşılaşdırılmasında sizə kömək edə bilər.
Siyasə t
Laboratoriya ISO/IEC 17025 standartının tələblərini təmin edən daxili audit prosesini
təyin etməlidir. Daxili auditin qrafiki yaradılmalıdır. Daxili auditin qrafikində nəzərdə
tutulduğu kimi, keyfiyyət sisteminin bütün elementlərinin auditi aparılmalıdır. Bütün
daxili auditlər zamanı hesabatlar hazırlanmalıdır. Daxili auditlərin hesabatlarında nəzarətə
götürülmüş sənədlər olmalıdır (bax. əlavə 2).
Prosedur / detallar
Daxili auditlərlə əlaqədar aşağıdakılar edilməlidir:
Keyfiyyət sisteminin bütün elementləri üçün daxili auditin aparılması proseduru təsvir
edilməli və o, ən azı ildə bir dəfə həyata keçirilməlidir; bu prosedur aşağıdakılar
haqqında məlumatlardan ibarət olmalıdır:
•
Hansı növ auditin və nə zaman həyata keçiriləcəyi necə müəyyən edilməlidir
(adətən, iki növ mövcuddur – horizontal və vertikal daxili audit. Horizontal daxili
audit təsadüfən seçilmə əsasında seçilmiş hissələrdə aparılır, vertikal audit isə
başdan başlayır və son hissəyədək davam edir. Aydındır ki, vertikal audit üçün
daha çox vaxt lazımdır);
•
Daxili audit prosedurunu kim həyata keçirəcək, ona rəhbərlik edəcək və
akkreditasiya agentliyində onların treyninqini təşkil edəcəkdir (daxili audit
qrupunun yaradılması məqsədəuyğun ola bilər, daxili auditorlar kimi seçilmiş
şəxslər elə həmin qrupun hissəsini təşkil edirlər);
•
Analitik testləşmə prosedurunun vasitəsilə laboratoriya şöbələrinin auditi necə
həyata keçirilməlidir (məs. laboratoriyanın hər şöbəsindən 2 nümunə);
•
Auditin nəzarət siyahısı necə aparılmalıdır;
22
•
Hesabatı yazmaq üçün hazır formadan istifadə edin, audit hesabatı nümunəsinin
olması faydalıdır (bax. əlavə 2);ı
•
Daxili audit hesabatını hazırlayın və müzakirə edilməsi üçün daxili audit qrupuna
təqdim edin;
•
Müzakirədən sonra həyata keçirilmiş korrektə tədbirlərin siyahısını (siyahılarını)
yazın və korrektə tədbirlərinin həyata keçirilməsi prosesini təsvir edin;
3.2.14
Menecmentin reviziyası
Siyasət
Menecment hər il ISO/IEC 17025 standartının tələblərinə uyğun olaraq, keyfiyyət
sisteminin testləşməsi ilə əlaqədar olan fəaliyyətin reviziyasını həyata keçirməlidir.
Menecmentin illik reviziyası keyfiyyət sisteminin bütün elementlərini yoxlamalı və
sənədli şəkildə rəsmiləşdirilməlidir. Menecmentin illik reviziyasından irəli gələn tədbirlər
həyata keçirilməlidir.
Prosedur / detallar
Menecmentin reviziyasının necə həyata keçiriləcəyini təsvir edin (Məs. addımların
ardıcıllığı təsvir edilməlidir. Həmin addımlara əsasən keyfiyyət meneceri hər il keyfiyyət
sisteminin işləməsi haqqında hesabatı hazırlamalıdır. O, bu cür hesabatı dekabrda
hazırlamalı, sonrakı ilin yanvar ayının sonunda isə bu hesabat menecmentin reviziyası
üzrə xüsusi komitəyə təqdim edilməlidir). Bu cür hesabat aşağıdakı hissələrdən ibarət
olmalıdır:
•
Keyfiyyət sisteminin bütün aspektləri ilə əlaqədar olan, sistemin istənilən
uğursuzluqları və sənədə daxil edilmiş dəyişikliklər haqqında, daxili və xarici
auditin nəticələri haqqında hesabat. Bu hesabat keyfiyyət sistemi ilə əlaqədar
olan istənilən problemləri müəyyən etməlidir (məs. prosedurlar işçilərin
çatışmamazlığına görə həyata keçirilmir, keyfiyyət sisteminin uyğunluğu,
keyfiyyətin yaxşılaşdırılması nümayiş etdirilir, çünki korrektə tədbirləri
sənədləşdirilmişdir);
Əhəmiyyətli qeyd: əgər KD-in hazırlanması zamanı və ya ondan sonra aşkar
edildisə ki, faktiki iş tə crübə si düzgün deyildir, mütlə q onu tə min etmə k lazımdır ki,
KD-in də yiş dirilmə sində n öncə tə crübə də yiş dirilsin.
•
Sahənin laboratoriyaya uyğun olmasını təmin etmək üçün siyasət sənədini
nəzərdən keçirin;
•
ISO/IEC 17025 standartının bütün elementləri illik reviziyaya tabedir, hansı ki
elan edilməlidir;
•
Laboratoriya müdirinə göndərilməsindən əvvəl, reviziya sənədinin məsuliyyətli
komitəyə (və ya məsuliyyətli şəxsə) göndərilməsi lazım ola bilər;
•
Təsvir edin, laboratoriya menecmenti tərəfindən nəzarət tədbirlərinin
effektliliyinin monitorinqini necə həyata keçirəcəksiniz.
23
3.3
Keyfiyyə t də rsliyinin elementlə ri – texniki tə lə blə r
Texniki tələblər personalın səlahiyyətinə, nümunələrin seçilməsi və testləşməsi
metodologiyasına, avadanlığa, testləşmə nəticələrinin keyfiyyətinə və hesabatlara
uyğunlaşdırılır.
Testləşmə nəticələrinin düzgünlüyü və etibarlılğı bir çox faktorla müəyyən edildiyindən
söhbət açan ümumi fəsldən sonra texniki tələblərlə əlaqədar olan doqquz fəsil gəlir.
3.3.1
Personal
Tədqiqat təcrübəsi onu aydınlaşdırır ki, personal analitik testləşmə nəticələrinin
keyfiyyətinə ən böyük təsir göstərə bilər. Bu fəsil onu təmin etməlidir ki, testləşmə
nəticələrinə təsir göstərə bilən laboratoriya işçiləri öz vəzifələrinə uyğun olan
kvalifikasiyaya malik olsunlar.
Siyasət
Laboratoriya təmin etməlidir ki, bütün işçilər öhdəsinə qoyulmuş işi yerinə yetirmək üçün
lazımi təhsilə və təcrübəyə malik olsun. Laboratoriya müdiriyyəti analitik işin yalnız
müvafiq treyninqdən keçmiş və təsdiq edilmiş personal tərəfindən yerinə yetirilməsinin
təmin edilməsinə görə məsuliyyət daşıyır. Personalın treyninqi və təcrübəsi üzrə qeydiyyat
yazıları aparılmalıdır (onlar laboratoriyada karyeranın başlanğıcından bütün dövrü, sonrakı
treyninqi və ya sistematik peşə treyninqi və yeni metodikada treyninqi əhatə etməlidir).
Prosedur / detallar
Treyninqin prosedurunu təsvir edin və onun ISO/IEC 17025 standartına nə qədər uyğun
olduğunu göstərin.
Laboratoriyanın istifadə etdiyi personalın işə götürülməsi prosedurlarını və laboratoriyanın
konkret vəzifələri ilə əlaqədar olan təhsil üzrə tələbləri göstərin (Bu kadrlar şöbəsi və s.
tərəfindən istifadə edilən prosedurlar ola bilər. Başdan yazmayın, sadəcə onları göstərin).
Personal haqqında məlumatlar
Bu vəfizə üzrə təlimatları (bax. əlavə 3), subordinasiyanı və treyninq haqqında qeydləri
əhatə edir (bax. əlavə 3). Məsuliyyətlərin və səlahiyyətlərin müəyyən edilməsi
əhəmiyyətlidir.
3.3.2
Bina və mühit şəraitləri
Siyasət
Qeyd edin ki, laboratoriya və onun mühiti nəticələrə mənfi təsir göstərməməli, milli
standartlara (onların mövcud olması təqdirində) və ISO/IEC 17025 standartına uyğun
olmalıdır.
Prosedur / detallar
24
KD-in bu hissəsində sənədləşdirilməlidir ki, siyasətin aparılması və saxlanılmasının təmin
edilməsinə görə məsuliyyəti kim daşıyır, və bu necə qiymətləndirilməlidir.
Xüsusilə aşağıdakı məsələlər nəzərə alınmalıdır:
•
Mühit şəraitləri testləşmə nəticələrinə mənfi təsir göstərməməlidir. Faktiki olaraq
bu o deməkdir ki, avadanlıq istehsalçının sertifikasiyası çərçivəsində işləməlidir;
•
Laboratoriya mühit şəraitlərinin (məs. sterilliyin, tozun, radiasiyanın, rütubətin,
elektrotəchizatın, temperaturun, səs-küyün və vibrasiyanın) monitorinqini,
nəzarətini və uçotunu həyata keçirməlidir. Laboratoriya mühit şəraitlərinin
göstərilən həddləri aşdığı zaman testlərin dayandırılması prosedurunu təsvir
etməlidir;
•
Laboratoriya təmin etməlidir ki, testləşmə ərazisinə giriş məhdudlaşdırılsın və
yalnız avtorizə edilmiş şəxslər üçün mümkün olsun, və bu tədbiri təsvir etməlidir
(məs. buraxılış vərəqəsi vasitəsilə).
3.3.3
Testləşmə metodları və metodun validasiyası
Məlumdur ki, testləşmənin dəqiq nəticələrini yalnız validasiya edilmiş müvafiq metodlarla
almaq mümkündür. Bu fəsildə laboratoriya onun tərəfindən işlənilmiş metodların
seçilməsini və validasiyasını, standart metodları, həmçinin ölçmənin qeyri-məhdudluğunu
və məlumatlara nəzarəti təsvir etməlidir.
Siyasət
Laboratoriyada istifadə edilmiş metodlar istifadəsi üçün səlahiyyətli işçilər tərəfindən
təsdiq edilməlidir. İmkan daxilində laboratoriya beynəlxalq səviyyədə təsdiq edilmiş
testləşmə metodlarından və/və ya etalon laboratoriya tərəfindən tanınmış metodlardan
istifadə etməlidir.
Laboratoriya tərəfindən işlənilmiş metodlar, ISO/IEC 17025 standartında nəzərdə
tutulduğu kimi, tam şəkildə validasiya edilməlidir. Testləşmə metodları təsdiq edilmiş
formata əsasən yazılmalıdır. Təsdiq edilmiş testləşmə metodlarının protokolları nəzarətə
alınmış sənədlər olmalıdır. Laboratoriya müdiriyyəti ona görə məsuliyyət daşıyır ki, lazım
olduqda testləşmə metodlarının son versiyasının personal üçün əlçatanlığı təmin edilsin.
Prosedur / detallar
Bu fəsildə aşağıdakılar təsvir edilməlidir:
•
Testlərin sahəsi aydın şəkildə müəyyən edilməli və laboratoriya bu metodların və
avadanlıqların istifadəsi üzrə yenilənmiş təlimatları hazırlamalıdır.
•
Metodların təsdiq edilməsi və validasiya metodunu təsvir edin (məs. laboratoriya
tərəfindən işlənilmiş metodların validasiyası üçün aşağıdakı parametrlərin nəzərə
alınması lazımdır: tədqiqatın hüdudları, miqdara əsasən təsvirin həddi, dəqiqlik,
seçimlilik, düzxəttlilik, təkrarlılıq və/və ya istehsallıq, etibarlılıq və düzxəttlilik).
•
Laboratoriya ilə sıx əlaqədə olan əməkdaşı müəyyən edin (məs. böyük
mütəxəssis), hansı ki, qeydlərin aparılmasına görə məsuliyyət daşıyacaqdır.
•
Həmçinin metodların yenilənməsi prosedurunu (əgər fasiləsiz işləmək üçün
uyğunluğa gətirmək və ya dəyişdirmək lazım olursa), qeydlərin necə
25
nömrələndiyini və onların məhv edilməsinə görə kimin məsuliyyət daşıdığını təsvir
edin.
•
Prosedurlarla nəzərdə tutulan metodlar və qeydlər üçün standart formatdan istifadə
edin.
•
Tövsiyə edilir ki, bütün sənədlərdə və laboratoriyada istifadə ediləcək testləşmə
abbreviaturları haqqında razılaşma olsun və onlar yazılsın (məs. HPLC, GCMS,
ICP və s.).
Əməkdaşların siyahısı
Təsdiq edilmiş əməkdaşları, testləşmə operatorlarını, testləşməni həyata keçirmiş və
qısamüddətli bildirişlə tapşırıla biləcək əməkdaşları, testləşməni həyata keçirmək
qabiliyyətinə malik olan əməkdaşları sadalayın. (Qeyd: bu məlumat həmçinin müvafiq
şöbədə personal haqqında məlumatlarda yazılmalıdır).
İstifadə edilmiş testləşmə metodları
Laboratoriyada istifadə edilən metodları sadalayın.
Bilmə lisiniz
ki,
validasiya
tə lə blə rin
və
sahə nin
göstə rilmə sini,
metodların
xarakterizə edicilə rinin müə yyə n edilmə sini, tə lə blə rin metoddan istifadə edə rə k yerinə
yetirilə bilə cə yini sübut etmə k üçün müvafiq testlə ri və validlik haqqında ə rizə ni ə hatə
edir.
Ölçmənin qeyri-məhdudluğu
Laboratoriya testləşmə üçün ölçmənin qeyri-məhdudluğunun qiymətləndirmə prosedurunu
təsvir etməli və qeyri-məhdudluğun bütün komponentlərini müəyyən etməlidir. Qeyri-
məhdudluğu bir neçə mənbə şərtləndirir, məsələn, istifadə edilmiş soraq materialları,
nümunələrin seçilməsi və testləşmə üçün istifadə edilmiş metodlar və avadanlıqlar, mühit
şəraitləri və personal.
Məlumatlara nəzarət
Laboratoriya məlumatların qiymətləndirilməsi üçün istifadə edilmiş hesablamaların
yoxlanılması və kompyuterlər və elektron vasitələr arasında məlumatların mübadilə
prosedurunu təsvir etməlidir. İnstrumentlərə nəzarət, məlumatların qəbul edilməsi,
işlənilmısi, hesablaşma, məlumatların verilməsi, arxivlənməsi və arxivdən çıxarılması
üçün istifadə edilmiş proqram təminatı, hansı ki, konkret istifadəçilər üçün işlənilmiş və ya
onun tərəfindən validasiya edilməlidir. Həmçinin müəyyən məqsədlə istifadəsi üçün bütün
kompyuter sisteminin uyğunluğu validasiya edilməlidir.
3.3.4
Avanadlıq
Testləşmənin dəqiq nəticələrinin əldə edilməsini təmin etmək üçün əsas şərt yaxşı işləyən,
saz vəziyyətdə olan və texniki qulluğu aparılan avadanlıqdır. Bu fəsildə avadanlığın
imkanları və keyfiyyəti təsvir edilməlidir. Bu onu təmin edilməsi deməkdir ki, instrument
seçilmiş testləri keçirmək üçün uyğundur və yaxşı xarakterizəediciləri, kalibrləməsi və
texniki qulluğu vardır.
Siyasət
26
Siz bildirəcəksiniz ki, avadanlıq uyğundur və personal onu istifadə etmək və texniki qulluq
göstərmək üçün və lazım olduqda texniki qulluq və kalibrləmədə standarta uyğun olaraq
təlimatlandırılmışdır. Dərsliklər nəzarətə alınmış sənədlər və lazım olduqda, personal üçün
əlçatan olmalıdır. Müvafiq qeydlər aparılmalıdır.
Prosedurlar / detallar
İstənilən avadanlığa (proqram təminat daxil olamaqla) unikal inventarizasiya nömrəsi
verilməli, apparaturanın və onun proqramlarının tam siyahısının yaradılması və
yenilənməsi faydalıdır (lazım olduqda). Siyahı avadanlığın hər vahidinin texniki qulluğu
və/və ya kalibrləməsi üzrə tələblər haqqında və hər əşyanın yerləşməsi məlumatı əhatə
etməlidir (məs. soyuducu üçün temperatur diapazonu, pipetkalar üçün +/- hüdudları).
Müəyyən edin ki, bu siyahının yaradılması, aparılması və düzəldilməsinə görə məsuliyyəti
kim daşıyır.
Texniki qulluq / kalibrləmə qrafikini və avadanlığın hər vahidi üçün məlumatı tərtib edin.
Təmin edin ki, avadanlığın hər vahidinin texniki qulluq və kalibrləmə tarixi olsun və bu
tarix avadanlığa bərkidilmiş etiketdə müvafiq şəkildə qeyd edilsin. Avadanlıq sıradan
çıxdığı zaman həyata keçiriləsi proseduru təsvir edin.
İki növ prosedur mövcuddur:
•
Xarici – kallibləmə laboratoriyası (məs. metrologiya institutları) tərəfindən;
•
Daxili – laboratoriya tərəfindən.
Sənədləşdirmə prosedurlarını təsvir edin.
Təsvir edin ki, avadanlığın texniki qulluğunu və kalibrləməsini (məs. laboratoriya,
kontraktorlar) kim və hansı proses əsasında həyata keçirəcəkdir.
Qeyd: bu məlumat ayrıca əməliyyat prosedurunun bir hissəsi ola bilər, bu zaman onun bu
hissə də göstə rilmə si lazımdır.
3.3.5
Ölçmə lə rin müş ahidə edilmə si imkanı
Müşahidə imkanı keyfiyyətin idarəetmə sisteminin əsas kriterilərdən biridir, avadanlığın
müşahidə edilməsi imkanı isə eyni standarta əsasən testləşmə nəticələrinin müqayisəliliyin
ilk şərtini təşkil edir.
Siyasət
Bildirməlisiniz ki, avadanlığın kalibrləməsinin müşahidəsi vahidlərin beynəlxalq sistemi
ilə (Sl) mümkündür.
Prosedur / detallar
Təsvir edin ki, Sl vasitəsilə müşahidə imkanına necə nail olmalı, əgər yoxsa, müşahidənin
hansı uyğun standartları istifadə edilir (sertifikatlaşdırılmış etalonlar, iş standartları və
standartların və ya metodlar birliyinin istifadə edilməsi).
27
3.3.6
Seçim (akkreditasiya tə qdirində )
Bu fəsil onu təmin etməlidir ki, statistik olaraq uyğun nümayəndəlik nümunələri götürülür
və nümunələr haqqında bütün məlumatın, həmçinin seçim prosedurunun yazılması və
sənədləşdirilməsi həyata keçirilir.
Siyasət
Seçim seçimin sənədləşrilimiş planı və seçim proseduruna əsasən keçirilməlidir.
Prosedurlar / detallar
Seçim planının hazırlanmasını və məzmununu təsvir edin. Nümunələrin seçim yerləri və
nümayəndəlik nümunələrinin götürülməsi prosedurları da təsvir edilməlidir. Daha sonra
nümunələrin seçim yerləri və proseduru, nümunələri götürən şəxs və nümunələrin seçim
yeri haqqında digər müvafiq məlumat yazılmalıdır.
Dostları ilə paylaş: |