Kurs: 2 Qrup: 722a Tələbə


Əsas fondların amortizasiyası



Yüklə 74,47 Kb.
səhifə4/11
tarix28.03.2023
ölçüsü74,47 Kb.
#90647
1   2   3   4   5   6   7   8   9   10   11
1.Səhmdar cəmiyyətləri və istehsal kooperativləri

Əsas fondların amortizasiyası
Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir.
Amortizasiya - əsas vəsaitlərin dəyərinin istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir.
Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;

  • qalıq dəyəri metodu;

  • istehsal metodu;

  • istifadə müddətinin illərinin cəmi metodu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • binalar, tikililər və qurğular - 7%-dək;

  • maşınlar və avadanlıq - 20%-dək;

  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası - 25%-dək;

  • nəqliyyat vasitələri - 25%-dək;

  • iş heyvanları - 20%-dək;

  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25%-dək;

  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

  • digər əsas vəsaitlər - 20%-dək;

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:
İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Yüklə 74,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin