Kurs: 2 Qrup: 722a Tələbə



Yüklə 74,47 Kb.
səhifə5/11
tarix28.03.2023
ölçüsü74,47 Kb.
#90647
1   2   3   4   5   6   7   8   9   10   11
1.Səhmdar cəmiyyətləri və istehsal kooperativləri

Amortizasiya olunmur.
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

  • istismar vaxtı çatmayan çoxillik əkmələr;

  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

  • konservasiya edilmiş əsas vəsaitlər;

  • ümumi istifadədə olan avtomobil yolları;

  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;

  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Müəssisəsinin öz mülkiyyətində olan və uzunmüddəicarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün hesablar planında 02 N -li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabı nəzərdə tutulmuşdur.

4. firma və müəssisə oxşar və fərqli cəhətləri
Hər hansı kursun tədrisi onun tədqiqat obyekti və predmetinin tələbələrə aydınlaşdırılmasından başlayır. Elə ilk dərsdə kursun predmeti, onun öyrəndiyi və öyrətdiyi məsələlər müəllim tərəfindən tələbələrə izah olunmalıdır. Biz, əksəriyyət tərəfindən qəbul olunmuş bu qaydaya bilərəkdən riayət etməyib, bu kursun tədqiqat obyekti və predmetinin şərhindən əvvəl «firma»nın iqtisadi mahiyyətini, «müəssisə» ilə onun oxşar cəhətləri və fərqlərini tələbələr üçün aydınlaşdırmağı lazım bildik. Çünki, belə bir metodiki yanaşmanın kursun məzmunun tələbələr tərəfindən mənimsənilməsində çox önəmli elmi-nəzəri, metodoloji və praktiki əhəmiyyəti vardır. Lakin buna nail olmağa yardımçı bir məqam kimi «müəssisə» və «firma» məhfumlarının vəhdəti, başqa sözlə, bunların analoji (oxşar) tərəfləri və onların biri-birinə bənzəməyən cəhətlərinin izahı da az əhəmiyyət kəsb etmir.
Qədim yunan alimlərinin terminlərin (məhfumların) məzmunlarının aydınlaşdırılması haqqında belə bir kəlamı olmuşdur: «terminlərə görə mübahisə etməzlər, razılığa gələrlər». Bu fikrin deyilişi nə qədər cazibədar olsada onun – bütün hallarda – birmənalı qəbulu mümkün deyildir. Belə ki, hər bir termin əşya, hadisə, proses və s.-nin mahiyyətini, başqa sözlə, onun kəmiyyət və keyfiyyət tərəfini, daxili əlaqələrini, daha dəqiq aça, səciyyələndirə bilməlidir. Başqa sözlə, hadisə və proseslərin idarə olunmasında, kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsində onların mahiyyətini (məzmununu) bu və ya digər dərəcədə özündə əks etdirən məhfumlar (terminlər), kateqoriya və göstəricilərdən istifadə olunur. Belə olmadıqda əşya, hadisə və proses haqqında yanlış mülahizələr söylənər, oxşar olanların fərqini (fərqlərini) müəyyən etməkdə, fərqli olanların isə oxşar cəhətini (cəhətlərini) aşkarlamaqda çətinlik yarana bilər. Lakin indinin özündə də, başqa elmlərdə olduğu kimi, iqtisad elmində də mənası tam və dəqiq açılmamış, mübahisə doğuran terminlər mövcuddur. Belə terminlərdən biri də «firma»dır. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, «firma» italyan sözü olub, azərbaycan dilində «imza», «nişan» sözlərinə uyğun gəlir.
İlk öncə firma haqqında iqtisadi nəzəriyyə elminin nümayəndələrinin işləmiş olduqları müxtəlif konsepsiyaların səciyyəvi cəhətlərini – qısada olsa – şərh etmək lazımdır.
Həmin konsepsiyalar aşağıdakılardır:
a) firma haqqında neoklassik nəzəriyyə;
b) firma haqqında institutsional nəzəriyyə;
c) firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi
Beləliklə, instisional nəzəriyyəyə görə firma sövdələşmə (transaksiya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini ortimallaşdıran təşkilatdır.
Nəzəriyyənin digər ilkin şərti kimi, firma cəlb edilmiş resurs sahibləri arasında münasibətlər məcmusu olan mürəkkəb irearxiyalı təşkilatdır.
Nəhayət, davranma nəzəriyyəsinə görə, firma mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır; bu – firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır. Burada firma habelə müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistem kimi səciyyələndirilir. Belə halda əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki firmanın davranışı müxtəlif səviyyələrə məxsus sahibkarlığın qarşılıqlı fəaliyyəti ilə qiymətləndirilir.
Firmanın iqtisadi, sosial və texniki-təşkilatı təbiəti haqqında nəzəriyyədən gələn yuxardakı müxtəliflikliklər tətbiqi iqtisad elmlərindən yan keçməmişdir. Elə bu səbəbdən də konkret iqtisad elmlərinin nümayəndələri arasında da firma haqqındakı fikir ayrılığı indi də mövcuddur.
İqtisadi ədəbiyyatda, bir çox hallarda, «firma» termini «müəssisə» termini ilə sinonim kimi qəbul edilir – eyniləşdirilir, bəzən qarışdırılır, bəzən də fərqləndirilir. Nəticə etibarilə iqtisadçılar qədim yunanların termin haqqında «mübahisə etməzlər, razılığa gələrlər» tövsiyəsini qəbul etmirlər. Başqa sözlə, «müəssisə» və «firma» terminlərinin oxşar cəhətləri və fərqləri haqqında iqtisadçılar arasında yekdil fikir indi də yoxdur.
«Firma» məhfumunun məzmununu açıqlayan iqtisadçıları 2 qrupa bölmək olar:
a) firma kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır;
b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir
Xronoloji ardıcıllığı gözləməklə «firma»nın iqtisadi məzmununa dair bir neçə mənbələrə, bəzi iqtisadçıların fikir və mülahizələrinə müraciət edək:
Firma – müvafiq formada hüquqi qeydiyatdan keçmiş müasir bazar tipli təsərrüfat vahididir. «Firma» – hər hansı hüquqi şəxsin – müəssisə, şirkət, korporasiya və s.-in kommersiya fəaliyyətini müəyyən etmək üçün istifadə olunan termindir. Firma – ölçüsündən, təşkilati formasından və mülküyətinin xarakterindən asılı olmayaraq, hər hansı istehsal sahibkarlığı özəyinin ümumi adıdır.
Firma – sənaye, ticarət, tikinti, nəqliyyatda hüquqi şəxs kimi kommersiya məqsədi güdən, sahibkarlıq fəaliyyətini həyata keçirən hər hansı təşkilati-təsərrüfat vahididir. Firma – mənfəət əldə etmək məqsədilə kommersiya fəaliyyətini həyata keçirən, hüquqi şəxs olan, şəxsi adı olan və qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət orqanlarında qeydiyatdan keçmiş müəssisədir, təşkilatdır
Firmaya yuxarıda verilən əksər təriflərdə ümumi və səciyəvi cəhət onların (firmaların) hər hansı «kommersiya təşkilatı» olmasıdır. Firmanı ticarət, sənaye müəssisəsinin adı hesab edən, kommersiya təşkilatının sinonimi kimi istifadə edən müəlliflər də vardır. Lakin bu təriflərin heç birində firmanın tərkibinin neçə müəssisədən ibarət olması şərt kimi irəli sürülmür. Əsas şərt – firmanın sahibkarlıq, kommersiya təşkilatı olmasıdır, firmaya daxil olan müəssisənin sayı isə önəmli, müəyyənedici şərt deyil.
Firmanın iqtisadi mahiyyəti haqqındakı fikirlər yuxarıda gətirdiyimiz iqtibaslarla bitmir. Daha bir neçə iqtisadi ədəbiyyata, mənbəyə müraciət edək.
«Bazar iqtisadiyyatına dair lügət-arayış» kitabında «firma» məfhumu aşağıdakı kimi izah edilir: Firma – hüquqi şəxs olan və kommersiya məqsədilə fəaliyyət göstərən istehsal, ticarət, nəqliyyat, bank və digər sahə və sferalara mənsub müəssisə, şirkət və təşkilatlardır.

Yüklə 74,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin