7. Sənaye müəssisələrinin idarə etmə mexanizmi İdarəetmə insanların şüurlu şəkildə ətraf mühitə, canlı və cansız təbiətə, texnika və texnologiyaya, istehsal heyətinə təsir etməklə hadisə və prosesləri öz axarına yönəltmək yolu ilə zəruri olan, ehtiyac duyulan nəticələrə nail olmaqdır.
"İdarəetmə" və "menecment" arasında nə kimi uyğunluq və fərqlər vardır? İnqilis sözü olan "menecment" rus dilinə "upravleniye", Azərbaycan dilinə isə "idarəetmə" kimi tərcümə olunur. Lakin "idarəetmə" ilə "menecment" öz məzmunlarına görə fərqli anlayışlardır. "İdarəetmə" daha geniş anlayışdır, obrazlı desək, o, dövlətin də, avtomobilin də idarə olunmasını özündə birləşdirir. O, menecmentə nisbətən daha universaldır, genişdir. Menecment idarəetmənin bir hissəsidir və deməli, ona daxildir. Menecment həm də iqtisadiyyatın idarə edilməsinin bir hissəsi olmaqla, yalnız müəssisə miqyasındakı hadisə və prosesləri əhatə edir. İdarəetmə bütün hallarda menecmenti əvəz edə bilər, əksinə isə mümkün deyil.
Müəssisənin əsas vəzifəsi müəyyən tələbatı ödəyə bilən istehsal-texniki təyinatlı məhsul və istehlak şeyləri istehsal etmək, onları reallaşdırmaq və mənfəət əldə etməkdir. Mahiyyətinə görə çox mürəkkəb olan bu proses müəssisəni əhatə edən, dəyişən və getdikcə daha da mürəkkəbləşən xarici mühitdə kortəbii şəkildə baş verə bilməz, o, mütləq idarə olunmalı və qarşıya qoyulan məqsədlərə nail olunmasına yönəldilməlidir.
İdarəetmə qarşıda qoyulan məqsədlərə lazımi müddətdə -müəyyən vaxt intervalında - minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş idarəetmə subyekti ilə istehsal heyətinin birgə həyata keçirdikləri tədbirlər sistemindən ibarətdir.
İdarəetmə sistemi idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur. İdarəetmə sistemi dinamikdir, onun ünsürlərinin konkret məzmunu sosial və iqtisadi şəraitin dəyişməsi ilə dəyişir.
İdarəetmənin məqsədi idarəetmə obyektinin (məsələn, müəssisənin) gələcəkdə arzu olunan vəziyyətə gətirilməsini nəzərdə tutur, əks etdirir. İdarəetmə prosesində müxtəlif bölmələr qarşısında müxtəlif məqsədlər qoyulsa da, onlar bir-birinə tabe olduğundan məqsədlər iyerarxiyasını əmələ gətirirlər. Məqsədlər iyerarxiyası fərdi məqsədlərin daha yüksək məqsədləri müəyyən etməsi və əksinə, əsas məqsədin daha aşağı səviyyəli məqsədlər üçün özül olmasmı, həlledici əhəmiyyət kəsb etməsini ifadə edir.
İdarəetmədə qaşıya qoyulan məqsədlər bir sıra tələblərə cavab verməlidir ki, bunlara da aşağıdakılar aiddir:
- məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
- real olması (yerinə yetirilməsinin mümkün olması);
- icraçılar üçün aydın olması;
- çevik olması.
Bazar münasibətləri şəraitində idarəetmə mexanizmi xarici mühitin dəyişməsi ilə əlaqədar firmanın (müəssisənin) məqsədlərinin mütəamadi olaraq dəqiqləşdirilməsi və ya dəyişməsi ilə xarakterizə olunur. Müasir dövrdə istehsal və idarəetmə sisteminin dəyişən şəraitə uyğunlaşması üçün xarici mühitin dəyişməsinə dair proqnozlar əldə olunmalı və məqsədlər bu proqnozlara uyğun dəqiqləşdirilməlidir. Bu, strateji idarəetmə prinsiplərinə əsaslanır və onların vasitəsilə həyata keçirilir. Strategiya - kifayət qədər uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydalan və normalarımn məcmusudur.
İdarəetmənin əsas prinsipləri aşağıdakılardır:
1. İdarəetmədə əmək bölgüsü. Əməyin bölgüsü nəjtfcəsində diqqət və səylərin istiqamətləndiyi məqsədlərin sayı azalır ki, bu da səmərəliliyi artırır.
2. Səlahiyyət və məsuliyyət. Rəhbər işçinin səlahiyyəti onun əmr vermək hüququnu göstərirsə, məsuliyyəti isə səlahiyyətinin əksidir, yəni öhdəliklərini ifadə edir. Hər bir vəzifənin məsuliyyəti olur.
3. İntizam. Bu prinsip müəssisə ilə onun işçiləri arasında əldə olunmuş razılaşmaya əməl və hörmət etməyi nəzərdə tutur. Müəssisə və işciləri arasında əlaqələndirilən bu razılaşmaların müəyyən olunması rəhbərliyin əsas vəzifələrindən biridir.
4. Təkbaşınaçıhq. İşçi çox yerdən deyil, özünün tabe olduğıı şəxsdən əmr almalıdır.
5. İstiqamətlərin vəhdəti. Bir məqsəd cərçivəsində fəaliyyət göstərən hər bir qrup vahid plana riayət etməli və bir rəhbərə tabe olmalıdır.
6. Şəxsi mənafelərin ümumi mənafeyə tabe olması. Bir işçinin və ya işçilər qrupunun mənafeləri fırmanın (müəssisənin) mənafeyindən üstün tutulmalıdır.
7. Heyətin mükafatlandırılması. İşçilərin etibarlılığını və verilmiş tapşırığın yerinə yetirilməsində köməklərini təmin etmək üçün onlar öz xidmətlərinə görə əmək haqqı almalıdırlar.
8. Mərkəzləşdirmə. Bu, əmək bölgüsü kimi, idarəetmənin zəruri prinsipidir. Lakin mərkəzləşdirmənin səviyyəsi konkret şəraitdən asılı olur. Buna görə də mərkəzləşdirmə ilə qeyri-mərkəzləşdirmə arasında zəruri nisbətin düzgün müəyyən olunması müəssisənin idarə edilməsi qarşısında duran çox vacib bir məsələdir. Bu problemin həlli mümkün nəticələrdən ən faydalısına nail olmağa köməklik göstərir.
9. Qayda. İşçilər və maddi resurslar lazım olan vaxtda öz yerlərində olmalıdırlar.
10. Ədalət prinsipi. Hər bir işçiyə fərq qoyulmadan və həm də hörmətlə münasibət göstərilməlidir.
11. Heyət üçün iş yerinin stabilliyi. Kadr axıcılığı müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyini azaltdığından bu prinsipin gözlənilməsi çox vacibdir.
12. Təşəbbüskarhq. Bu prinsipin tələblərinə riayət olunması müəssisənin inkişaf planının hazırlanması və onun yerinə yetirilməsinə təminat verir. Nəticədə müəssisə inkişaf edir və onun iqtisadi potensialı artır. Təşəbbüskarlıq müəssisəyə qüvvə və enerji qazandırır.
13. Korporativ (müttəfiqlik) əhval-ruhiyyəsi. Bu prinsip heyət üzvlərinin mənafelərinin vəhdətinin nəticəsidir.
İdarəetmə funksiyası müəssisənin qarşıya qoyulmuş məqsədlərinin reallaşdırılması üçün həyata keçirdiyi fəaliyyətinin özünəməxsus növüdür və funksional əmək bölgüsündən irəli gəlir. Müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyi xeyli dərəcədə idarəetmə funksiyalarının düzgün yerinə yetirilməsi səviyyəsindən asılıdır.
İdarəetmə fəaliyyətinin növləri istehsalın bir obyekti kimi, məzmunundan, tərkib və strukturundan və əlbəttə qarşısmda qoyulan vəzifələrdən irəli gəlir. Bütün bunlara görə də istehsal prosesini və onun ayrı-ayrı tərəflərini idarə etmək vəzifələrini yerinə yetirmək üsulları və vasitələrinin məcmuşu idarəetmə funksiyası adlanır. Həmin funksiyalar. müəyyən təşkilati formada həyata keçirilir və bunun üçün müəssisədə idarəetmə aparatı yaradılır, onların struktur bölmələrindən hər biri müəyyən idarəetmə vəzifələrini icra etmək üzrə ixtisaslaşır, ümumi, iqtisadi, texnoloji və s. istıqamətlərdə idarəetmə işini həyata keçirirlər.
Müəssisənin idarəetmə aparatı onun qarşısmda duran məqsədləri müəyyən etməli, müəssisədə koordinasiya, motivləşdirmə, informasiya təminatım həyata keçirməlidir.
Planlaşdırma idarəetmənin əsas funksiyası kimi, məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələlərini əhatə edir. Planlaşdırmanm vəzifəsi gələcəkdə həyata keciriləcək fəaliyyətin müəyyən parametrlərini müəyyən etməklə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün layihələrin hazııianmasıdır. Bu layihələrin köməyi ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq imkanları və bununla əlaqədar risklər müəyyən olunur.
Planlaşdırma müəssisənin gələcək inkişafım müəyyən edir, onun qarşısmda qoyulmuş sosial-iqtisadi məqsədlərə nail olmanın yolları və metodlarını müəyyənləşdirir, nəzərdə tutulmuş tədbirlərin həyata kecirilməsinin nəticələrini əvvəlcədən qiymətləndirməyə imkan verir.
İdarəetmənin funksiyalarından biri - təşkiletmə funksiyasıdır. Bu funksiya istehsal proseslərinin həyata keçirilməsi istiqamətlərinin təşkilində mühüm rol oynayır.
Təşkiletmənin vəzifəsi müəssisədə ayrı-ayrı fəaliyyət növlərinə, şəxslərə və maddi vasitələrə münasibətlərin elə formalaşdırmaqdan ibarətdir ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq ən az xərclə mümkün olsun. Bunun təmin olunması üçün isə təşkilati forma və modellərdən istifadə edilir və onların seçilməsi zamanı qarşıya qoyulmuş məqsədlər əsas götürülür. Təşkiletmə məsələlərinə idarəedən və idarəolunan sistemlərir, onların daxili struktur əlaqələrinin və konkret təşkilat quruluşunun formalaşması, fəaliyyət normativlərinin işlənib hazırlanması, istehsal prosesinin ünsürləri arasında kooperasiyasının yaradılması, istehsal və əmək prosesinin təşkili məsələləri, idarəetmə sisteminin özünün təşkili, mövcud əmək bölgüsü və əmək kooperasiyası əsasında işçilərin idarəetmə bölmələri, istehsal sahələri üzrə yerləşdirilməsinin təşkili, idarəedən və idarəolunan sistemlər arasındakı informasiya mübadiləsinin əlaqə və əks əlaqələrinin təşkili daxildir.
Uçot - müəssisənin idarə olunması üçün informasiyanı təqdim edən sistemi əks etdirir. Mühasibat uçotu - müəssisənin informasiya sisteminin əsasını təşkil edir. Müəssisənin istehsaldaxili prosesləri və xarici mühitlə iqtisadi əhəmiyyətə malik qarşıhqh münasibətləri qeydə alınmalı, sənədləşdirilməli, emal olunmalı və təhlil edilməlidir. Əldə edilən informasiyanın keyfiyyəti uçotun dəqiq təşkil olunmasından, xüsusilə, təsərrüfat əməliyyatlarının kəmiyyət tərəfinin düzgün və dolğun əks etdirilməsindən asılıdır.
Müəssisədə qarşılıqlı mühitlə qarşılıqlı əlaqələr maliyyə uçotunda (kapital, əmlak, xərclər və mədaxil üzrə məlumatlar) əks olunur, illik balans, mənfəət və zərər hesabatlarında ümumiləşdirilir.
Planlaşdırma və təşkiletmə funksiyaları ilə yanaşı idarəetmənin funksiyası da ən vacib funksiyalardan biridir. Əlaqələndirmə funksiyası idarəetmənin planlaşdırma funksiyası ilə daha çox əlaqəsi olan funksiyadır.
Bundan başqa, əlaqələndirmə funksiyası ayrı-ayrı işlərin, istehsalın müxtəlif mərhələlərinin əlaqələndirilməsi ilə bağlıdır. Əlaqələndirmə funksiyası bütöv bir tamın ayrı-ayrı komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı təsiri və onun bir sistem kimi dinamik, tarazlı inkişafını təmin etməyə xidmət göstərir. Bu funksiya hadisə və proseslərə sistemli təhlil mövqeyindən yanaşmağı zəruri edir.
İdarəetmənin funksiyaları içərisində tənzimləmə mühüm əhəmiyyətə malikdir. Tənzimləmə idarəetmə sisteminin müəyyən qaydalı və ahəngdar inkişafının təmin olunması ilə əlaqədardır. Başlıca məsələ idarəetmə proseslərinin, idarəetmə fəaliyyətinin verilmiş normativlərdən kənarlaşma hallarının aradan qaldırılmasıdır. Burada etalon səciyyəli müəyyən normativ və normalar nəzərə alınmalıdır. Həmin normativlərlə faktiki vəziyyətin müqayisəsi qeyri-bərabər, yaxud bərabər inkişafı müəyyən etməyə əsas verir. Ona görə də istehsal, iqtisadi sistemdə planauyğun fəaliyyətlə yanaşı, bəzi hallarda tənzimləmə tədbirlərindən də istifadə olunmasına ehtiyac yaranır. Məsələn, istehsalın operativ təşkili qaydasında müəyyən olunmuş istehsal tapşırıqlarından, istehsal qrafiklərindən kənarlaşma halları planların özü vasitəsilə deyil, dispetçerləşdirmə tədbirləri ilə tənzimlənir, nizama salınır. Bu qayda ilə istehsal proseslərinin ahəngdarlığı və birqərarlığı, müəyyən olunmuş iş rejiminə əməl olunma tələbləri həyata keçirilir.
İdarəetmənin metodları istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə xidmət edir və idarəetmə funksiyalarının icrası ilə bilavasitə əlaqədar olur. Onlar çoxcəhətli və müxtəlif olmaqla bərabər, həm də öz konkret məzmunlarına, idarəetmə obyektlərinə təsiretmə xarakterlərinə, təşkilati formalarına və sairə görə bir-birlərindən fərqlənirlər. Bütövlükdə, idarəetmə metodlan üç qrupa: iqtisadi, inzibati və sosial-psixoloji metodlara bölünürlər.
İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunların dərindən dərk olunması, onlardan geniş istifadə edilməsi əsasında həyata keçirilir. Bu metodlardan istifadə olunmasında məqsəd kollektivdə iqtisadi maraq yaratmaq, sövqedici tədbirlər işləyib hazırlamaq və tətbiq etməklə, idarə olunan obyektin, məsələn, əmək kollektivinin təşəbbüskarlığına nail olmaqla qarşıya qoyulmuş təsərrüfat məsələlərinin həllinə onları stimullaşdırmaqdır. İqtisadi metodların köməyi ilə planlar, əmək haqqı, qiymət, mənfəət və başqa bu kimi mexanizmlər məqsədyönlü təsir vasitəsinə çevrilir.
Təsərrüfatçılığın iqtisadi vasitələri olan əmək haqqı, qiymət, kredit, gəlir və mənfəət, vergi və s. iqtisadi metodun mexanizminə daxildiıiər. Bu sistemə daxil olan iqtisadi vasitələr qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində əmək kollektivinin və onun ayrı-ayrı üzvlərində maddi həvəs yaratmaqla istehsalın səmərəliliyini artırmaq imkanlarını daha da genişləndirir.
Müəssisənin idarə edilməsinin inzibati metodlarının mahiyyəti idarə olunan obyektə birbaşa təsir göstərmək, onun üçün təsərrüfat tapşırıqları və bunların yerinə yetirilməsi vaxtını müəyyən etmək və resurslar ayırmaq; icraçı üçün yerinə yetirilməsi hökmən məcburi olan birmənalı qərarlar vermək; sərəncam, göstəriş və qərarların inzibati xarakter daşıması və onların yerinə yetirilməməsinin intizamsızlıq kimi qiymətləndirilməsindən ibarətdir.
Bu metod inzibati-amirlik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi müzakirəsiz məcburidir. Burada qərarların - mümkün olduğu halda - yerinə yetirilməməsi inzibati, maddi və başqa formada məsuliyyətə cəlb olunma və ya idarəetmə intizamının pozulması kimi qiymətləndirilir, təqsirkar isə cəzalandırılır.
İnzibati metodlardan dövlətin qanunları, habelə sahibkara verilən səlahiyyətə, hüquqa, əmək qanunvericiliyinə və başqa qaydalara əsasən istifadə edilir. Bu metodun təsir vasitələri qərar, əmr, qayda, təlimat, normativlər, göstərişlər və s.-dən ibarətdir. Bu vasitələr idarəetmənin daha çevik təsir vasitəsi olub, idarəedən və idarəolunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir. İnzibati təsirin başqa formalarmdan biri normalaşdırma, təşkilati, iqtisadi, texnoloji və texniki normativlərdir. Bu qəbildən olan normativlərin vasitəsilə istehsalın gedişi, bütövlükdə idarəetmə işlərinin yerinə yetirilməsi həyata keçirilir.
İdarəetmənin sosial-psixoloji metodları öz məzmununa görə işçilərin əməyə maraqlarının və yaradıcılıq təşəbbüslərinin artırılması, müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi, işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsirindən və başqa bu kimi aspektlərdən ibarətdir; sosial-psixoloji metodlarda habelə əxlaq normaları və tərbiyəvi motivlərin də payı vardır.
İstehsalın texniki səviyyəsi yüksəldikcə, iş şəraiti yaxşılaşdıqca, işçilərin xüsusi peşə təhsili artdıqca, dünyagörüşləri genişləndikcə, onların sosial fəallığı artır, işlədikləri müəssisənin idarə olunmasında daha yaxından iştirak edirlər.
İdarəetmə sisteminin səmərəliliyi xeyli dərəcədə omın özünün düzgün təşkilindən asılıdır ki, bu da idarəetmə orqanlarının quruluşunun, idarə qərarlarının əsaslandırılması, qəbul edilməsi və həyata keçirilməsi prosesinin, rəhbərlərin və mütəxəssislərin əməyinin informasiya və texniki idarəetmə ilə əlaqələndirilməsinin planauyğun şəkildə qaydaya salınmasından ibarətdir. İdarəetmə subyektinin məqsədi idarəetmə aparatının işləməsi üçün daha əlverişli şərait yaratmaqdan və istehsalın səmərəliliyinin yüksəldilməsi və ona müsbət təsir göstərilməsindən ibarətdir.
İdarəetmə prosesi - idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcıllıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşm əməliyyatlarının kompleksi kimi başa düşülür.
İdarəetmənin təşkilinin kompleks təkmilləşdirilməsi və onun qarşısında qoyulan tələblərin yerinə yetirilməsi idarəetmənin təşkilati quruluşunu layihələndirən zaman həyata keçirilir. İdarəetmənin təşkilati quruluşu nomenklaturanı, idarəetmə aparatı bölmələrinin nisbətini (işləyən adamların sayına, işlənən informasiyanın həcminə görə və i.a.), onların bir-biri ilə və idarə edilən obyektlə qarşılıqlı əlaqə formalarını səciyyələndirir. Müxtəlif müəssisələrdə idarəetmənin təşkilati quruluşlarının rəngarəngliyində belə onları məhdud miqdarda tiplərə aid etmək olar. Adətən idarəetmə aparatının təşkilati quruluşunun xətti, funksional, xətti-funksional (qərargah), matrisa, proqram məqsədli və çevik növlərini fərqləndirirlər.
İdarəetmənin xətti quruluşu obyektlər üzrə rəhbərlərin ayrılmasını göstərir ki, bunlardan hər biri bütün növ işləri yerinə yetirir, həmin obyektin idarə edilməsi ilə əlaqədar olan bütün qərarları işləyib hazırlayır və qəbul edir. Belə quruluş xalis şəkildə idarəetmənin yalnız ən aşağı pillələrində (briqada, istehsalat sahəsi) tətbiq edilir. Daha iri bölmələrdə bu quruluş tətbiq edilə bilməz, çünki hətta kiçik sex çərçivəsində həcm və idarəetmənin mürəkkəbliyi elədir ki, onları ancaq müxtəlif mütəxəssislərin kollektiv səyi ilə yerinə yetirmək olar.
İdarəetmənin funksional quruluşunda kollektivin idarə edilməsinə dair bütün iş növləri müxtəlif funksional bölmələr arasında bölüşdürülür və bu bölmələrdən hər biri müəyyən işləri yerinə yetirir. İdarəetmə quruluşunun bu tipində idarəetmənin ixtisaslaşdırılması daha dolğun həyata keçirilir. Əmək kollektivi daha ixtisaslı və əsaslandırılmış qərarlar alır. Lakin bu halda çox vaxt kollektivə müxtəlif funksional bölmələrdən bir-birinə zidd göstərişlər gəlir, vahid rəhbərlik pozulur, əmək kollektivinin fəaliyyətinin ümumi istiqaməti itir. Bu sistem vahid rəhbərlik prinsipinə uyğun olmadığına görə bütün hallarda tətbiq edilmir.
İdarəetmənin xətti-funksional (qərargah) quruluşu daha geniş yayılmışdır. Belə quruluşda idarəetməni bütünlükdə müəyyən kollektivə başçılıq edən xətti rəhbərlər həyata keçirirlər. Ayrı-ayrı qərarları hazırlayarkən xətti rəhbərə ixtisaslaşmış funksional aparat kömək edir. Bu aparat aşağı vəsilələrə aid qərarları bilavasitə özü qəbul etmir. O, xətti rəhbərin tabeliyindəki qərargah hüququnda işləyir və qərarların hazırlanması prosesində ona kömək edir. Bu halda idarəetmənin ixtisaslaşması və vahid rəhbərlik prinsıpinin əlaqələndirilməsi daha dolğun həyata keçirilir; həm hazırlanmaqda olan qərarların, həm də hər bir istehsal vəsiləsinə kompleks rəhbərliyin yüksək səviyyəsi təmin edilir.
İstehsalın müasir inkişaf mərhələsində iri təşkilatlar çərçivəsində idarəetmənin qərargah sistemində qeyri-qənaətbəxşlik meydana çıxır. İşləri əlaqələndirmək və ən məsul qərarların yerinə yetirilməsinə nəzarət etmək zərurəti meydana çıxır. Buna idarəetmənin matris quruluşunu tətbiq etmək yolu ilə nail olurlar.
Matris quruluşda xətti rəhbərlərlə və funksional quruluşlu aparatla yanaşı bir də aparatın predmet üzrə ixtisaslaşmış vəsilələri fəaliyyət göstərirlər. Bu vəsilələrə hər hansı bir obyektin hazırlanma prosesini və ya tədqiqat institutunda mövzunun tədqiq edilməsini idarə etmək təhkim olunur.