Kurs: 2 Qrup: 722a Tələbə


müəssisə planlarının təsnifləşdirilməsi



Yüklə 74,47 Kb.
səhifə9/11
tarix28.03.2023
ölçüsü74,47 Kb.
#90647
1   2   3   4   5   6   7   8   9   10   11
1.Səhmdar cəmiyyətləri və istehsal kooperativləri

8. müəssisə planlarının təsnifləşdirilməsi
Müəssisənin elmi əsaslarla idarə olunmasının ən mühüm cəhətlərindən biri də onun istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasıdır. Planlaşdırma idarəetmənin əsas funksiyasıdır.
Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tətbiq olunan metod və istifadə olunan göstəricilər sistemi iqtisadi proseslərin mahiyyət və daxili əlaqələrini düzgün nəzərə ala bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olunur.
Qoyulmuş sualın şərhinə keçməzdən əvvəl, onun izahını asanlaşdıran bəzi anlayışların - "plan", "planlaşdırma", "proqram", "proqnoz" - mahiyyətini açmaq zərurəti vardır.
"Plan" yunan sözü olub məzmununa görə "rəvan", "bərabər" sözlərinə uyğun gəlir. Plan - məqsədi, məzmunu, həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir.
"Planlaşdırma" anlayışına, elmi cəhətdən formalaşdırılan biliklər sistemi kimi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növü, praktiki proses kimi də baxmaq olar. O, iqtisadi qanunlar və mövcud təcrübədən istifadə əsasında plan, proqram və layihələrin hazırlanması prosesidir.
"Proqram" - dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur. Plan - proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir. Göründüyü kimi, planla proqramın vəhdəti çox, fərqi isə azdır; proqram. Məqsəd və vəzifələrdirsə, plan onların yerinə yetirilməsi mexanizmidir, daha doğrusu, proqramın həyata keçirilməsi üçün məqsədyönlü konkret tədbirlərin məcmusudur.
"Proqnoz" - perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur. Proqnozlar vasitəsilə bütövlükdə iqtisadiyyatın, onun sahələrinin və təsərrüfat subyektlərinin yaxın və uzaq perspektiv üçün inkişaf istiqamətlərini müəyyən etmək imkaı əldə edilir.
Uzunmüddətli perspektiv inkişaf proqramları proqnozlar əsasında tərtib olunur.
Proqnozlaşdırma əsasında gəlinən nəticənin dəqiqlik dərəcəsi yüksək olmasa da, onun üstünlüyü və vacibliyi, proqnozlara istinad edərək onların əsasında hər hansı ictimai-iqtisadi prosesin gələcək inkişafı üçün alternativ proqram variantlarını müəyyən etmək imkanının yaranması ilə izah edilir.
Proqnozlar əsasında orta bir müddəti əhatə edən - bir qayda olaraq beş illik proqramlar tərtib olunur. Belə proqramlar proqnozlara nisbətən daha dəqiq və konkret olur, çoxsaylı iqtisadi, sosial, elmi-texniki və təşkilati problemlərin həllini nəzərdə tutur. Proqramların əhatə etdiyi dövr üçün onun yerinə yetirilməsi planı işlənib hazırlanır.
Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə müəssisələr üçün ən önəmli məsələ öz fəaliyyətlərinin planlı qaydada aparılmasına nail olmaqdır. Müəssisə istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərilən xidmətlərə tələbatı, habelə iqtisadi və sosial inkişafını təmin etmək, ozünün işçilərinin şəxsi gəlirlərinin yüksəldilməsi zəruriliyini nəzərə alaraq öz fəaliyyətini müstəqil planlaşdırır və inkışaf perspektivlərini müəyyən edir.
Müəssisənin fəaliyyətinin planlaşdırılması aşağıdakı prinsiplərə əsaslanır: fasiləsizlik, optimallıq, qənaətlilik, stabillik, müəssisənin və onun bölmələrinin planlarının vəhdəti, prioritetlərin müəyyən olunması, komplekslik, planın yerinə yetirilməsinə nəzarət.
Planlaşdırmamn fasiləsizliyi uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir.
Planların optimallığı istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir. Xərc və nəticənin ən yaxşı əlaqəsini təmin edən ideyaların reallaşdırılması yolları ən optimal hesab edilir.
Qənaətlilik anlayışı da eyni mahiyyət daşıyır. Ayrı-ayrı layihələr, istehsal bölmələri və bütövlükdə müəssisə konkret mikro və makroşərait üçün optimal olan maliyyə nəticələri əldə etməlidir. Hər bir fırmada işgüzar fəallığın artması və azalması baş verir. Buna görə də hər il kapitalın rentabelliyinin artımına nail olmaq olmaz.
Planın stabilliyi müəssisənin rentabelliyinin zəruri atributudur. Müəssisə hadisələri qabaqcadan proqnozlaşdıra bilmirsə, bu onun maliyyə sabitliyinin pozulması və iflası ilə nəticələnə bilər.
Müəssisənin və onun bölmələrinin planlarının vəhdəti iki yolla: birincisi, yuxarıdan - baş direktordan aşağıya - sex və şöbələrə tapşırıqların direktiv planlaşdırılması yolu ilə, ikincisi isə, firmadaxili strukturların işinin əsas göstəriciləri üzrə fırma rəhbərliyinin məsləhətləri ilə - indikativ planlaşdırma yolu ilə əldə edilir. Bu zaman planlaşdırma aşağıdan yuxarı həyata keçirilir. Hər iki halda müəssisədə planların vəhdətliyi təmin edilir.
Hər bir müəssisədə prioritetlərin müəyyən olunması zəruridir və bu, əsasən perspektiv üçün yeni məhsul növlərinin yaradılması ilə bağlıdır. Prioritet kimi enerjiyə qənaəti təmin edən texnologiyalara keçid, ətraf mühitin qorunması və s. təşkil edə bilər.
Planın kompleksliliyi hər bir bölmənin qarşısında duran bütün məsələləri onun tam əhatə etməsi, hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir.
Beləliklə, müssisənin fəaliyyətinin planlaşdırma sistemi onun əsas vəzifələrinin və planlaşdırma prinsiplərinin reallaşdırıldığı planların məcmusudur.
Planların növlərini aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:
- əhatə etdiyi dövrə görə;
- funksional baxımdan;
- idarəetmə iyerarxiyasına görə;
- planlaşdırma iyerarxiyasına görə.
Əhatə etdiyi dövrə görə planlar aşağıdakı növlərə bölünür:
- qısamüddətli planlar (əhatə etdiyi dövr 1 ildən az olan);
- ortamüddətli planlar (1 ildən 5 ilə qədər dövrü əhatə edənlər);
- uzunmüddətli planlar (əhatə etdiyi dövr 5 ildən çox olanlar). Planların əhatə etdiyi dövr müddəti proqnozlarm keyfiyyətindən, planlaşdırma obyektindən, planlaşdırılan müəssisə və sahədən, məhsulun həyat tsiklindən, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin vəziyyətindən və s. asılıdır.
Fmıksional əlamətə görə planlar satış planına, istehsal planına, maddi-texniki təminat planına, maliyyə planına, investisiya planına və s. bölünür.
İdarəetmə iyerarxiyası əlaməti üzrə planların təsnifləşdirilməsi ümumi planlaşdırma, şöbələr və bölmələr üzrə planlaşdırmanın və iş yerlərinin planlaşdırılmasının fərqləndirilməsini, həmçinin təşkilati-struktur baxımdan planlaşdırmanın növlərə ayrılmasını nəzərdə tutur.
Planlaşdırmanın iyerarxiyası əlaməti üzrə növlərə ayrılması planların bir-birinə tabeliyi baxımından bölünməsinə əsaslanır. Yəni yuxarı səviyyədə dayanan plan özündən sonrakı səviyyədə tərtib olunan planda öz əksini tapan tapşırıqların çərçivəsini müəyyən edir. Bu əlamət üzrə planlar üç növə bölünür:
- strateji;
- taktiki;
- operativ.
Qeyd etmək lazımdır ki, bəzən strateji, taktiki və operativ planları uyğun olaraq uzunmüddətli, orta müddətli və qısamüddətli planlarla eyniləşdirirlər. Bu planlar bir-birlərinə yaxın olsalar da, strateji, taktiki və operativ planlar bir-birlərindən dövr müddəti ilə yanaşı dəqiqliyə, differensiallığa və s. əlamətlərə görə fərqlənirlər.
Planların əsaslılığı, reallığı və gərginliyi onların hazırlanması metodlarından, planların hesabat bazasının vəziyyətindən, planların ilkin bazasının nə qədər dərindən öyrənilməsi səviyyəsindən asılıdır. Müəssisədə planların tərtibi və əsaslandırılmasında tətbiq edilən metodları bir neçə qrupda birləşdirmək olar.
"Nail olunmuş səviyyədən" planlaşdırma istehsal-təsərrüfat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstəricilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır. Belə planlaşdırma çox vaxt səhv nəticələrə gətirib çıxarır, müəssisənin fəaliyyətinin yeni istiqamətlərinin, şərtlərinin, istehsalın təkmilləşdirilməsi amillərinin aşkar olunması ilə müşayiət olunmur.
Bununla yanaşı, planların tərtibində onların ilkin bazasının dərindən öyrənilməsi zəruridir. Bu məlumatlar baza dövründə mövcud olmuş çatışmazlıqları aradan qaldırmağa, plan ilində qabaqcıl təcrübəni yaymağa kömək edə bilir.
Planlaşdırmanın iqtisadi-statistik metodları plan göstəricilərinin kəmiyyətinin müəyyən olunmasında bir sıra statistik üsullardan - qruplaşdırma metodlarından, dinamik sıra metodundan və s. istifadəni, təshihedici əmsalların tətbiqini nəzərdə tutur. Bu metodlar yuxarıda qeyd olunan metoddan prinsipcə yaxşı olsa da, heç də həmişə plan hesablamalarına mütərəqqi xarakter vermir, çünki adətən hesabat məlumatlarına əsaslanır.
Proqnozlaşdırma, proqramın və habelə planların tərtibi planlaşdırma metodologiyasının normativ bazası - normalar, normativlər və göstəricilər olmadan qeyri-mümkündür.
Planlaşdırmanın normativ metodu planların texniki-iqtisadi cəhətdən əsaslandırılmasına imkan verir. Müasir dövrdə proqnozların, proqramların və planların tərtib olunmasının elmi bazası olan norma və normativlər sisteminin və ümumiyyətlə, normalaşdırma işinin rolu daha da artmışdır. Çünki, əvvəla, resursların məhdudluğu ilə mülkiyyət sahiblərinin daha çox gəlir əldə etmək məqsədləri arasındakı ənənəvi ziddiyyətin ciddi şəkildə güclənməsi, ikincisi, resurslardan maksimum qənaətlə istifadəyə cəhdin artması, üçüncüsü, istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi problemlərinin həlli mütərəqqi normativ bazanın mövcudluğundan bilavasitə asılıdır.
Material resursları sərfinin düzgün normalaşdırılması istehsalın texniki səviyyəsinin yüksəldilməsi, istehsaldaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi, materiallardan istifadədə qənaət rejiminin gözlənilməsi kimi işlərin lazımi keyfiyyətdə icra olunmasına bilavasitə köməklik göstərir. Normalaşdırmanın bir mühüm əhəmiyyəti də müəssisələrin konkret materiala tələbatının müəyyənləşdirilməsində həlledici rol oynamasıdır.
Ümumiyyətlə, normalaşdırma - əmək və maddi resursların zəruri məsrəflərinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.
Canlı əməyin normalaşdırılmasında məqsəd, hər şeydən əvvəl, verilən həcmdə işin icrası üçün zəruri vaxtın, yəni vaxt normasının müəyyən olunmasıdır.
Əməyin normalaşdırılması dövrün texnoloji istehsal üsulunun texniki səviyyəsinə, istehsalın və əməyin təşkili vəziyyətinə, qabaqcıl iş metodlarına əsaslanmalıdır. Yalnız bunların nəzərə alınması ilə mütərəqqi, səfərbəredici vaxt normalarını işləyib hazırlamaq mümkün olar.
Vaxt norması (buna istehsal norması da deyilir) məhsul istehsalı zamanı kəmiyyətcə ölçülməsi, uçotu mümkün olan əməliyyatlar üçün işlənib hazırlanır və istifadə edilir.
Canlı əməkdən məsrəf normaları vasitəsilə, nəticə etibarilə, həm də iş qüvvəsinə tələbat, əmək məhsuldarlığı və iş vaxtından istifadə səviyyələri, əmək haqqı fondunun həcmini müəyyən etmək və öyrənmək mümkün olur.
Material məsrəfi norması - plan dövrünün xüsusiyyətləri nəzərə ahnmaqla tələb olunan keyfiyyətdə məhsul vahidi istehsalına (vahid həcmdə xidmət göstərilməsinə) xammal və ya materialdan sərfiyyatın elmi cəhətdən əsaslandırılmış minimum həddi və yaxud maksimum yol verilə bilən ölçüsüdür.
Material məsrəfi norması iqtisadi kateqoriya kimi ictimai əmək bölgüsünün səviyyəsini, xammal və ya materialdan sərfiyyatın ölçüsünü və, nəticə etibarı ilə, istehsalın proqnozlaşdırılan səviyyəsini özündə əks etdirir. Bununla yanaşı mütərəqqi və texniki-iqtisadi cəhətdən əsaslandırılmış məsrəf norması istehsalın texniki səviyyəsinin təkmilləşdirilməsinə fəal surətdə təsir göstərir. Beləliklə, məsrəf norması plan ilində material resursu sərfinin kəmiyyətini müəyyən etməklə ictimai istehsalın inkişafındakı mütərəqqi meylləri özündə əks etdirir və bütün bunlara görə də müəssisənin inkişaf planında özünü elmi-texniki tərəqqinin əsas istiqamətlərinin daşıyıcısı kimi göstərir.
Norma ilə müqayisədə normativ - nisbi kəmiyyət olmaqla -xammal, material, avadanlıq və s.-dən istifadə səviyyəsini xarakterizə edir (məsələn: fondverimi - 1 manatlıq əsas fonda düşən məhsulun miqdarı, I manatlıq əmtəəlik məhsulun maya dəyəri və s.).
Elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan istifadə olunur.
Analitik-hesablama metodu, nisbətən əməktutumlu olmasına baxmayaraq, ən mütərəqqi metod hesab edilir. Normanın bu metodla müəyyən olunması qabaqcıl texniki, təşkilati və iqtisadi amillərin nəzərə alınmasına əsaslanır. Bu zaman texnoloji xəritə, resept, təşkilati-texniki tədbirlər haqqındakı mötəbər məlumatlar, normanın tərkibini müəyyən edən hər bir ünsür üzrə aparılan hesablama işlərində əsas kimi götürülür.
Analitik-hesablama metodu vasitəsilə norma müəyyən edilməzdən qabaq istehsal şəraiti, texnika və texnologiyanın mütərəqqilik səviyyəsi, əmək prosesinin mütəşəkkillik dərəcəsi, ölkənin qabaqcıl müəssisələrinin və habelə xarici ölkə müəssisələrinin iş təcrübələri hərtərəfli öyrənilir və təhlil olunur.
Normanın müəyyən olunmasının başqa bir metodu təcrübi-eksperimental metoddur. Laboratoriya və ya istehsalatda təcrübələr aparmaqla məhsul vahidinin istehsalı ilə əlaqədar olacaq məsrəfin faydalı həcmi (hissə və məmulatın təmiz çəkisi), texnoloji və habelə təşkilati səbəblər nəticəsində itki və tullantıların miqdarı müəyyən edilir və bunlara əsasən, məsrəf norması hesablanır. Haqqında bəhs edilən təcrübələr ideal təşkilati-texniki şəraitdə deyil, bir növ bütün analoji müəssisələri təmsil edə biləcək bir şəraitdə, həm də plan dövründə istehsal prosesində baş verə biləcək bütün keyfıyyət dəyişiklikləri (yeni texnikanın tətbiqi, fəhlənin ixtisas səviyyəsinin yüksəldilməsi və s.) nəzərə alınmaqla aparılır.
Köməkçi materialların məsrəf norması müəyyən ediləndə, habelə yeni mənimsənilən, daha doğrusu, ilk dəfə istehsal olunan məhsul üçün material məsrəfi norması hesablananda, əsasən, təcrübi-eksperimental metoddan istifadəyə üstünlük verilir.
Material məsrəfınin normalaşdırılmasında istifadə olunan metodlardan biri də statistik hesablama metodudur. Bu metoddan analitik hesablama və təcrübi metodların tətbiqi qeyri-mümkün olan şəraitdə istifadə edilir. Metodun səciyyəvi cəhəti ötən dövrdə faktik material sərfi haqqındakı məlumatlar əsasında məsrəf normasının orta statistik ölçüsünün statistik təhlil və hesablama yolu ilə müəyyənləşdirilməsindədir. Bu metod nöqsanlıdır. Statistik metodla hesablanılan norma materialdan keçmiş illərdə istifadə zamanı yol verilmiş nöqsanları (israfçıhq, normadan artıq tullantı və itkilərə yol verilməsi) bir növ özündə saxlayır və həmin nöqsanların plan ilində təkrar baş verməsinə imkan yaradır. Bundan əlavə, statistik metod əsasında hesablanmış məsrəf norması plan ilinin təşkilati-texniki şəraitini özündə əks etdirə bilmir (keçən ilin məlumatlarına görə hesablandığından) və elə buna görə də o, yeni texnikanın və mükəmməl texnologiyanın tətbiqini ləngidir, istehsalın təşkilinin qabaqcıl formalarına keçilməsinə maneçilik törədir və xüsusilə, materiala tələbatın həcmini süni surətdə şişirdir.
Məsrəf norması statistik metodla hesablanarkən daha uzun dövrün faktik materiallarından istifadə edilməsi, müəyyən olunmuş məsrəf normasının ölçüsündə mütərəqqiliyə doğru təshihlər aparılması həmin normaların mötəbərliyini bir qədər artıra bilər.
Planların tərtibində hesablamanın əsasında duran norma və normativlər mütərəqqi olarsa, müəssisə, resurslarm məhdudluğu şəraitində daha yüksək təsərrüfat nəticələrinə nail ola bilər.
Müəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən etmək üçün balans metodunun müstəsna əhəmiyyəti var. Balans metodunun mahiyyəti planın elementləri (bölmələri) arasında əlaqə yaratmaqdan, plan tapşırıqlarınm uzlaşdırılması və planın texniki-iqtisadi cəhətdən əsaslandırılmasından ibarətdir.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasında istifadə olunan bu metod planın bütün bölmə və göstəriciləri arasında əlaqə yaradılmasına, onların kəmiyyət asıhlığının müəyyən edilməsinə imkan verir. Onun köməyi ilə iqtisadi cəhətdən əsaslandırılmış vahid, real planın işlənib hazırlanmasına, planda yarana biləcək müəyyən uyğunsuzluqların və nəhayət, istehsaldaxili ehtiyatların müəyyən olunaraq səfərbərliyə alınmasına nail olmaq mümkün olur. Balans metodunun köməyi ilə optimal planların tərtib edilməsi işi xeyli asanlaşır.
Bazar iqtisadiyyatı sisteminə daxil olmuş ölkələrin proqnozlaşdırma, proqramların tərtibi və planlaşdırma praktikasında geniş istifadə edilən metodlardan biri də qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqidir. Bu metodun mahiyyəti inkişaf etmiş hər hansı bir xarici ölkənin bu və ya digər sahədə qabaqcıl iş təcrübəsinin geniş təhlili əsasında mütərəqqi istehsal göstəricilərinə nail olmağa kömək göstərən amillərin müəyyən edilməsidir; plan ilində istehsalın təşkilini və habelə texnika və texnologiyanı təkmilləşdirən metodların yayılmasından və həyata keçirilən təsərrüfat tədbirindən əldə ediləcək səmərənin aşkar olunmasıdır. Hətta, müəssisənin inkişaf planının tərtibində həmin metoddan istifadə müəssisənin texniki-iqtisadi göstəricilərinə müsbət planda təsir etməyə bilməz.
Müəssisənin strateji məqsədlərinin reallaşdırılması planlar sistemi ilə nəzərdə tutulur. Müəyyən olunmuş strategiya planların bütün növlərini əlaqələndirir və onlar qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq istiqamətində tərtib edilir.
Müəssisənin inkişaf planının bölmələri arasında məhsulun istehsalı və realizasiyası (istehsal proqramı) bölməsinin özünəməxsus yeri və əhəmiyyəti vardır. Bu onunla izah edilir ki, yalnız bu bölmə müəssisənin plan dövründəki fəaliyyətinin məqsədini özündə təsbit edir. Planın qalan bölmələrinə gəlincə, əslində onlar məqsədə çatma vasitələridir, onlar istehsal proqramına istinad edilərək, uzlaşdırılaraq tərtib olunurlar.
Müəssisənin ölçüsündən asılı olaraq inkişaf planının bölmələri fərqlənir, lakin əsasən aşağıdakı bölmələrdən ibarət olurlar.

Məhsulun istehsalı və reallaşdırılması planı (istehsal proqramı);


2. Maddi-texniki təminat planı;
3. Əmək haqqı və kadrlar planı;
4. İnvestisiya və yeni texnikanın tətbiqi planı;
5. Məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
6. İstehsahn iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
7. Maliyyə planı;
8. Əmək kollektivinin sosial inkişaf planı.

Müəssisənin inkişaf planının əsas bölməsi istehsal proqramıdır. İstehsal proqramında ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur.


Maddi-texniki təminat planmda müəssisənin tələbatlarını ödəmək üçün lazım olan maddi resursların həcmi müəyyən olunur.
Əmək və kadrlar planında işçilərin zəruri sayı, əmək haqqı fondunun həcmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır.
İnvestisiya və yeni texnikanm tətbiqi planında müəssisədə yer bölmələrin tikintisi, mövcud olanların yenidən qurulması və genişləndirilməsi, mövcud istehsalların texniki cəhətdən yenidən qurulması, elmi-tədqiqat işlərinin aparılması, innovasiya işləmələr yeni məhsulların mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s. üzrə tapşırıqlar nəzərdə tutulur.
Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır, mənfəət və rentabelik planlaşdırılır.
İstehsalın iqtisadi səmərəliliyinin artırılması planında hər ümumi göstəricilər üzrə, həm də ayrı-ayrı iqtisadi resurslardan kadrlardan, əsas fondlardan, dövriyyə vəsaitlərindən, investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar nəzərdə tutulur.
Maliyyə planı müəssisənin pul mədaxili və məxaricini, büdcə bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
Müəssisənin inkişaf planının mühüm bölmələrindən olan kollektivin sosial inkişaf planında istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirlər öz əksini tapır.
Müəssisənin inkişaf planının bütün bölmələri biri-birilə qarşılıqlı əlaqədə və asılılıqda olur. Məsələn, istehsal proqramı (sifarişlər portfeli) müəyyən edildikdən sonra onun yerinə yetirilməsinin material təminatı aydınlaşdırılmalıdır. Lakin istehsal proqramını yerinə yetirmək üçün material resurslarına tələbatı müəyyən etməklə iş bitmir. Bunun üçün müəssisənin maliyyə imkanları ilə resurslara tələbatın dəyər həcmi uzlaşdırılmalıdır və s. Bir sözlə, bölmələr arasındakı bütün asılılıq, səbəb-nəticə əlaqələri tam aşkar edildikdən və bölmələrin arasındakı kəmiyyət nisbətləri müəyyən edildikdən sonra həmin planın reallığına, əsaslandırılma səviyyəsinin düzgünlüyünə zəmanət vermək olar.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasından bəhs olunarkən, sahibkarlıq fəaliyyətinin planlaşdırılması, başqa sözlə, biznes-planların tərtibi, məqsədi, məzmunu, quruluşu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir.
Biznes (sahibkarlıq) - məqsədi mənfəət əldə etmək olan iqtisadi (burada söhbət istehsal sahibkarlığından gedir) fəaliyyət növüdürsə, deməli, biznes-plan həmin məqsədə çatmaq üçün həyata kecirilməsi nəzərdə tutulan tədbirlər sistemidir.
Biznes-planın tərtibində ümumi məqsəd istehsal sahibkarlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biznes fəaliyyətinə şirnikləndirməkdir.
Biznes-planın məzmununa gəlincə ilk əvvəl, mənfəət əldə etməklə yanaşı digər məqsədləri (sosial məqsədlər, sahibkarın statusunun yüksəldilməsi və s.) tam təfsilatı ilə birinci bölmədə verilir. Sonrakı bölmələrdə biznes-planın əsas parametrləri və göstəriciləri, istehsal olunacaq məhsul və icra ediləcək xidmətlərin xarakteristikası, bazann tədqiqi və satışın həcmi, biznes-planın realizə edilməsi üçün tədbirlər, sövdələşmənin resurs təminatı və nəhayət, sahibkarlıq layihəsinin iqtisadi səmərəlilik məsələlərı öz əksini tapır.
Biznes-planın reallığı gələcək sahibkarlıq fəaliyyətinin təminatçısıdır. Biznes-planın elmi cəhətdən əsaslandırılaraq tərtibi, sövdələşmə baş tutduqdan sonra, inşa olunmuş müəssisədə planlaşdırma üçün istiqamətləndirici amil rolunu oynaya bilər; sahibkarlıq layihəsindən (biznes-plandan) real sahibkarlıq fəaliyyətinə keçid üçün həmin məsələ mühüm şərtdir.


Yüklə 74,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin