Kurs: 2 Qrup: 722a Tələbə



Yüklə 74,47 Kb.
səhifə2/11
tarix28.03.2023
ölçüsü74,47 Kb.
#90647
1   2   3   4   5   6   7   8   9   10   11
1.Səhmdar cəmiyyətləri və istehsal kooperativləri

Məhdud məsuliyyət - Ortaqlıqdan və hüquqi şəxsin yeganə iştirakçısı olmaqdan fərqli olaraq, müasir biznes korporasiyasının səhmdarlarının korporasiyanın borcları və öhdəliklərinə görə məhdud məsuliyyəti var. Odur ki, onların zərərləri korporasiyaya yatırdıqları ödənişlərdən, eləcə də səhmlərə görə ödənişdən artıq ola bilməz. Məsələnin iqtisadi cəhətdən əsaslandırılması belədir ki, bu hal şirkətin kreditorlarının belə əməliyyatda maraqlı tərəf kimi çıxış etməsini aradan qaldırmaqla korporasiyanın səhmləri ilə anonim ticarət edilməsi imkanlarını təmin edir. Məhdud məsuliyyət olmasa idi, ehtimal ki, kreditor ən azı satıcı kimi ödəniş qabiliyyətli olmayan alıcıya səhmin satılmasına icazə verməzdi. Bundan başqa, məhdud məsuliyyət korporasiyalara bir çox səhmdarından vəsait birləşdirərək öz müəssisələri üçün böyük məbləğdə maliyyə vəsaitlərini artırmağa imkan verir. Məhdud məsuliyyət, səhmdarın bir şirkətdə itirə biləcəyi məbləği azaldır. Bu isə potensial səhmdarların cəlb edilməsinə imkan yaradır və beləliklə, istəkli səhmdarların sayını və investisiyaların ehtimal olunan həcmini artırır. Bununla belə, bəzi yurisdiksiyalarda səhmdarların məsuliyyətinin qeyri-məhdud olduğu korporasiya növlərinin də mövcudluğuna icazə verilir, məsələn, Kanadanın iki vilayətində qeyri-məhdud məsuliyyətli korporasiya və Böyük Britaniyada qeyri-məhdud şirkət buna nümunədir.

Müvəqqəti mövcudluq - Bir digər üstünlük ondan ibarətdir ki, korporasiyanın aktivləri və strukturu səhmdarlar və istiqraz sahiblərinin mövcudluğundan asılı olmayaraq davam edə bilər. Bu isə stabilliyə və kapitalın yığılmasına səbəb olur, hansı ki, bu daha böyük və uzunmüddətli layihələrə investisiya qoymağa imkan verir; əksi olsa idi, bu, səhmdarların ayrılması ilə korporativ aktivlərin ləğvinə səbəb olardı. Bu qayda orta əsrlərdə - kilsəyə (korporasiyaya) bağışlanmış torpağın, torpaq sahibinin ölməsi nəticəsində lordun iddia edə biləcəyi feodal ödənişlərinə əsas vermədiyi zamanlarda da əhəmiyyət kəsb edirdi: Bax Mortmeyn Qanunu. (Lakin hüquqi şəxsin mövcudluğu dövlət qurumu tərəfindən də ləğv edilə bilər. Bu, nadir hallarda, məsələn, şirkət qanunvericiliyi pozduqda, illik hesabatları təqdim etmədikdə baş verir.)


Yüklə 74,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin