1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ
Əlyazması hüququnda
Abdullayev Pünhan Rafik oğlu
(MAGİSTRANTIN A.S.A)
“İdarəetmə prosesinin informasiya təminatı” mövzusunda
MAGİSTR Dİ SSERTASİYASI
İxtisasın şifri və adı - 060407 Menecment
İxtisaslaşma - Menecment
Elmi rəhbər:
Magistr proqramının rəhbə ri:
_i.e.n., dos. M.H. Məmmədov
i.e.d., prof. Həsənov H.S
Kafedra müdiri
prof. K. A. Şahbazov
BAKI - 2018
2
MÜNDƏRİCAT
GİRİŞ………………………………………………………………………………3
FƏSİL I. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA TƏMİNATININ
NƏZƏRİ-METODOLOJİ ƏSASLARI
1.1. İdarəetmənin informasiya təminatının mahiyyəti və
məzmunu………………………………………………………………6
1.2. İdarəetmə prosesinin informasiya təminatının formalaşmasının
metodoloji əsasları…………………………………………..………..16
FƏSİL II. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA TƏMİNATININ
MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ
2.1. İdarəetmə prosesində informasiya sistemlərinin müasir vəziyyətinin
təhlili…………………………………………………………….….….24
2.2. İdarəetmə prosesində informasiyanın təşkili və istifadəsi
xüsusiyyətləri……………………………………………………….….32
2.3. İdarəetmə prosesinin informasiya köməkçi sistemlərin yaradılması və
istifadəsinin müasir vəziyyətinin qiymətləndirilməsi………………….43
III FƏSİL. İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsinin
başlıca istiqamətləri
3.1. İdarəetmə prosesinin informasiya təminatı planın və texnologiyasının
işlənməsi……………………………………………………………….52
3.2. İdarəetmə prosesində yeni informasiya texnologiyalarından istifadə
istiqamətləri……………………………………………………………59
3
GİRİŞ
Mövzunun aktuallığı. Sivil ölkələrin inkişaf tarixi göstərir ki, iqtisadiyyatın
sürətli vüsət alması ilə istehsalın keyfiyyətcə dəyişməsi bir sıra yeni elmi və
praktiki vəzifələr formalaşdırır. Bu proseslərin həyata keçirilməsi üçün texniki və
texnoloji sistemlərin yaradılması, kompüter texnikalarının, kibernetik və riyazi
modelləşdirmə metodlarının tətbiqi ön plana çəkilir. Ölkəmizin müasir inkişaf
mərhələsi idarəetmənin bütün sahələrində nəticəsi səmərəli olan qərarların qəbul
edilməsi üçün informasiyaların operativliyi, tamlığı və düzgünlüyü tələblərinin
kəskin qoyuluşu ilə səciyyələnir.
Azərbaycan beynəlxalq informasiya sisteminə qovuşduqca bir çox vahid
şəkilə salınma məsələləri bir qədər də aktual olur. Onun informasiya bazarına
nüfuz etməsi intellektual mülkiyyət olunmaqla onun icra effektivliyini çoxaltmaq
bəşəriyyətin qabaqcıl təşkilatlarının ölkəmizdə işləmələri və digər innovativ
texnologiyalarının üstünlüklərindən istifadə cəhətindən hədəf mərkəzində
durmalıdır.
Lakin hazırda informasiya texnologiyalarının inkişaf səviyyəsi özünün bir sıra
çatışmazlıqları ilə xarakterizə olunur.
Dünyanın inkişaf etmiş ölkələrinin iş təcrübəsi sübut etmişdir ki, yaradılan
səmərəli informasiya texnologiyaları və onların tətbiqi mürəkkəb sosial-iqtisadi
proseslərin idarə edilməsinin açarıdır və daha önəmli, məzmunlu idarəetmə
qərarlarının qəbul edilməsi və həyata keçirilməsinə təminat yaradır.
Bütün bunlar tədqiqat mövzusunun seçilməsini şərtləndirmiş və aktuallığını
ön plana çəkmişdir.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanın sənaye
müəssisələrinin
idarə
edilməsi
sistemində
informasiya-kommunikasiya
texnologiyalarının və sistemlərinin tətbiqinin mövcud vəziyyətini tədqiq edib orada
4
informasiya təminatının səmərəli təşkili üzrə tövsiyələrin işlənib hazırlanmasını
nəzərdə tutulmalıdır.
Qarşıya qoyulan məqsədə çatmaq üçün bir sıra kompleks məsələlərin həlli
məqsədəuyğun sayılmışdır:
- ölkəmizin və məşhur dünya alimlərinin bu problemə aid tədqiqatlarının
mənimsənilib ümumiləşdirilməsi yolu ilə sənaye müəssisələrinin idarə edilməsi
sistemində informasiya təminatının təşkilinin nəzəri-metodoloji məsələlərini tədqiq
etmək;
- informasiya texnologiyası bazasının formalaşması xüsusiyyətlərini açıq-
lamaq;
- Azərbaycanın neft-qazçıxarma sənaye müəssisələrinin informasiya tə-
minatının yaranmış situasiyanın təhlil olunub qiymətləndirilməsi;
- tədqiq edilən sənayedə mütərəqqi informasiya sistemlərinin yaradılması və
texnologiyalarının tətbiqinin başlıca istiqamətlərini müəyyən edərək kompleks
tədbirlər hazırlamaq.
Tədqiqat obyektini ölkəmizdə fəaliyyət göstərən idarə və təşkilatları təşkil
edir.
Tədqiqatın nəzəri və metodoloji əsaslarını Azərbaycan Respublikasının
Qanunları, Mərkəzi İcra Hakimiyyətinin müvafiq sənədləri, Dövlət Neft Şirkətinin
və İqtisadiyyat, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirlikliklərinin Əmr
və Sərəncamları, mövzu ilə əlaqədar olan müxtəlif xarakterli çoxlu elmi əsərləri
təşkil edir.
Tədqiqat işində təhlil, riyazi-iqtisadi modelləşdirmə, məntiqi ümumiləşdirmə,
qrafik və analitik metodlardan istifadə edilmişdir.
Tədqiqatın informasiya bazası. Dissertasiya işi yerinə yetirilərkən Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin, neftqazçıxarma, qazıma və geoloji-kəşfiyyat idarələrinin dövri və
vaxtaşırı hesabat məlumatlarından, "Azərineftinformatika" Hesablama Mərkəzinin
işləmələrindən, məlumat bazasından istifadə edilmişdir.
5
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-
respublika sənayesinin idarə edilməsi sistemində informasiya
təminatının təşkilinin idarə edilməsinin texniki, təşkilati-iqtisadi aspektləri
kompleks şəkildə ilk dəfədir ki tədqiq edilir;
-
sənayedə lokal və korporativ şəkildə avtomatlaşdırılmış informasiya
təminatı sistemləri işlənib hazırlanmış və təcrübədə geniş tətbiq edilmişdir;
-
informasiya böhranının formalaşması mexanizminin sxemi, sosial-
iqtisadi köməkçi sistemlərdə təhlükəsizliyin strukturu, yeni iqtisadi şəraitdə dövlət
informasiya sisteminin idarə edilməsinin informasiya məhsullarının qlobal və lokal
sistemində qarşılıqlı hərəkətin prinsipial sxemləri, sənaye müəssisələrinin
informasiya sistemlərinin mərhələlər üzrə inkişafının yolları təklif edilmişdir;
-
informasiya texnologiyası bazasının formalaşması xüsusiyyətləri
açıqlanmışdır.
-
Sənaye müəssisələrində informasiya texnologiyalarının yaradılması və
istifadəsinin təşkilati-iqtisadi mexanizmi və informasiya təminatı üzrə plan-
proqramın işlənib hazırlanmasının metodiki əsasları təklif edilmişdir.
İsin həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarətdir.
6
FƏSİL I. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA
TƏMİNATININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI
1.1. İdarəetməniıı informasiya təminatının mahiyyəti və
məzmunu
Müasir təşkilatlarda menecer təşkilatın idarə edilməsinin dayağı, rəhbərliyin
simasında, innovasiya, yenilik, onun canıdır. Müasir təşkilatlarda ilkin məlumatlar
və innovasiyalar hakimiyyətin vacib mənbələrindən ən mühümüdür.
İnformasiyalarla təşkilatın təchizatı çağdaş innovativ texniki sistemləri ilə təmin
edilmə səviyyəsi təşkilatlarda idarəetmənin səmərəliliyinə əsaslı təsir göstərir.
İnformasiya uyğun predmet, hadisə, proses, münasibətlər və s. haqqında
toplanmış və istifadə olunmaq üçün yararlı formada sistemləşdirilmiş müəyyən
məlumatların, verilənlərin, faktların, xüsusiyyətlərin toplusundan ibarət olub,
idarəetmənin əsasını təşkil edir. Elmi kateqoriya kimi idarəetmə proseslərində
informasiyanı bir sıra əlamətlərlə (xüsusiyyətlərlə) xarakterizə etmək olar: nisbi
sərbəstlik (müstəqillik); təkrar istifadə imkanının olması; informasiyanı ötürən və
ya qəbul edən subyektdə qorunub saxlanılması; işlənilməyə, inteqrasiya olunmağa,
təkrarlanan, paralel informasiyaların çıxarılması hesabına həcminin sıxılmasına
yararlılığı; kompüterdə işlənilə bilməsi; sistemliliyi və s.
İdarəetmə sisteminin informasiya ilə təchizinin məqsədi əldə edilmiş son
rəqəm məlumatları əsasında istifadə edilmiş elə informasiyaya malik olmalıdır ki,
onlar idarəçilik qərarlarının hazırlanması üçün baza ola bilsin. Belə məqsədlərə
çatmaq üçün aşağıdakı bəzi problemlərin aradan qaldırılmasını tələb edir: ilkin
məlumatın yığılması, qorunması, müvafiq hakimiyyət orqanlarının bölmələri və
orada çalışan əməkdaşlar arasında paylanması, istifadə etmək məqsədi ilə
hazırlanması, onun işlənilməsi, müvafiq idarəetmə strukturuna ötürülməsi, təhlili,
informasiyanın dövretmə vaxtı bilavasitə və əks təsirlərinin təmin edilməsi və
digər məlumat potokunun hazırkı situasiyasında bu məsələlərin səmərəli həlli çox
7
çətin bir iş olub vaxt, güc, vəsait və xüsusi strukturların (sistemlərin)
yaradılmasını, ən yeni texnika və texnologiyaların tətbiq olunmasını tələb edir.
Bu gün hamılıqla etiraf olunur ki, informasiya ictimai və şəxsi həyat
fəaliyyətinin təşkili və tənzimlənməsinin ən mühüm vasitələrindən biri, əldə
olunmuş biliklərin möhkəmləndirilməsi və yayılması formalarından biri,
idarəetmənin təsirli aləti və onun əsasıdır. «İnformasiya cəmiyyətinə» doğru
hərəkət istənilən problemlərin həllində informasiyanın rolunu daha da gücləndirir.
Lakin «informasiya cəmiyyəti» həm də tamamilə yeni idarəetmə metodları və
modellərinin tətbiq olunmasını tələb edir ki, bu ,da idarəetmə fəaliyyətinin yalnız
məzmununda və xarakterində deyil, həm də strukturunda ciddi dəyişikliklərə
gətirib çıxarır. İnformasiya cəmiyyətin əsas resursuna, uyğun olaraq, informasiya
təminatı təşkilatın və cəmiyyətini fəaliyyətinin səmərəliliyinin zəruri şərti kimi
idarəetmə fəaliyyətinin tərkib hissəsinə çevrilir. İnformasiya resursları (sənədlər,
kitabxanalar, arxivlər, fondlar, verilənlər bankı və digər informasiya sistemlərində
saxlanılan sənədlər) informasiya sistemlərinin əsasını təşkil edir. İnformasiya
resurslarının hakimiyyət orqanlarının tələbatlarına uyğunluğu müasir informasiya
sistemlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Əgər informasiya sistemlərinin təyinatı hakimiyyət orqanlarına və vəzifəli
şəxslərə əsaslandırılmış səmərəli qərarlar qəbul etmək üçün informasiya
verməkdən ibarətdirsə, onda informasiya resursları idarəetmə qərarlarının
hazırlanması və qəbulu üçün lazım olan verilənləri təqdim edir ki, bunlarıda
texnoloji proseslərin köməyi ilə lazımi informasiyaya çevrilir. İnformasiya
resursları hər bir təşkilatın qiymətli sərvətidir və onların miqdarı, keyfiyyəti
istifadə səviyuyəsi müasir dövrdə təşkilatın inkişaf səviyyəsini və onun rəqabət
mübarizəsindəki statusunu müəyyənləşdirən əsas amilə çevrilir, təşkilatın
siyasətinə və mövqeyinə təsir göstərir.
Hal-hazırda informasiya bu və ya digər təşkilatın, həmçinin yuxarı idarəetmə
strukturlarının sosial, iqtisadi, təşkilati və texnoloji tərəqqisinin ən vacib mənbəyi
kimi özünü göstərir. İnformasiya təchizatı bu və ya digər təşkilat, həmçinin
idarəetmə pillələrinin fəaliyyəti üçün o dərəcədə mühüm amilə çevrilir ki, indi
8
onların məlumat mənbəyi olması haqqında mülahizə yürütmək lazım gəlir.
Mötəbər informasiya təchizatı sisteminə malik olmamaq təşkilatın məqsədləri və
müəyyən etdiyi vəzifələri ilə uyğun gəlməyən təsadüfi, əsası olmayan yanlış
qərarların qəbuluna rəvac verir. Burada heç də hər şey informasiyanın natamam,
etibarsız və ya operativ olmaması ilə bağlı deyildir. İnformasiyanın pis istifadə
olunmasının əsas səbəblərindən biri ümumdövlət səviyyəsində real informasiya
təminatı sisteminin yaxşı təşkil olunmaması ilə bağlıdır. Tədqiqatçıların qeyd
etdiyi kimi, informasiya ilə iş müasir rəhbərlərin vaxtının 50-90 faizini tutur. Lakin
bu iş müasir təşkilatlarda bəzən sistemsiz və hətta idarəolunmaz xarakter daşıyır.
Belə ki, dövlət idarəetmə orqanları gün ərzində çox böyük həcmdə müxtəlif
informasiyaları alır, işləyir və göndərirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərir
ki, infomlasiya ilə dəqiq iş sisteminin olmaması, təşkilatın fəaliyyətinin
informasiya təminatı mexanizminin olmaması səbəbindən təşkilata daxil olan
informasiyanın 60%-ə qədəri istifadəsiz qalır.
Beləliklə informasiyanın kəmiyyəti ilə keyfiyyəti arasında ziddiyyətlərin
mövcudluğu problemi meydana çıxır. Bir tərəfdən daim informasiya bolluğu
mövcud olur ki, bu informasiyaya nə baxmaq, nə mənimsəmək, nə də təhlil etmək
mümkün deyildir. Digər tərəfdən isə yaxşı proqnozlar və ya idarəetmə qərarlarının
variantlarını hazırlamaq üçün zəruri və kifayət edəcək qədər informasiya həmişə
çatışmır. Bu ziddiyyətin aradan qaldırılması təşkilatın fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsi ilə bağlıdır. Təşkilatın bir sistem kimi səmərəli fəaliyyət göstərməsi
üçün informasiya təminatı idarəetmə fəaliyyətinin bütün növlərinin tərkib hissəsi
olmalı, idarəetmə qərarlarının qəbulunun əsasına çevrilməlidir.
Bu gün informasiya təminatının idarəetmə fəaliyyətinin tərkibinə daxil
edilməsi məsələsi həmişəkindən daha çox aktualdır. İnformasiyalaşdırma
şəraitində idarəetmə strukturlarının hərəkətlərinin effektivliyi strateji cəhətdən
tədricən daha əhəmiyyətli idarəetmə sisteminin informasiya təchizatı ilə, həmçinin
onun idarəçilik işlərinə nə dərəcədə uyuşması ilə formalaşdırılır. Təşkilatın
məlumat təchizatının məqsədi ancaq informasiyanın yığılması, qorunması,
işlənilməsi və müasirləşdirilməsindən deyil, həmçinin informasiya məkanlarının
9
yaradılmasından, vacib və qaneedici informasiyanın götürülməsindən, onların axın
xəttlərinin formalaşdırılmasından, qərarlar qəbulu üçün informasiyanın zamanında
çatdırılmasından, informasiyanın qorunmasından ötrü əlverişli mühitin
formalaşdırılması olmalıdır ki, belə olduqda idarəetmənin effektivliyinin
artırılmasına yardımçı ola bilər.
Mahiyyətinə görə əksər idarəetmə sistemləri işçilərinin həyat dövranının
müxtəlif cəhətlərinin başa düşülməsi və dəyişdirilməsilə əlaqədar olan sosial
məlumatların tapılması, qeydiyyatı, araşdırtılması, dəyərləndirilməsi və müxtəlif
ünvanlara çatdırılmasıdır. Ancaq ən mühümü budur ki, idarəçilikdə bütün
informasiyadan deyil, yalnız rəhbəredici təsirlərin göstərilməsi, və həyata
keçirilməsi üçün lazımi məlumatlardan yararlanırlar. İdarəetmə sistemində
hərəkətdə olan informasiya son dərəcədə fərqli olaraq özünəməxsus xarakterə və
fərqli xüsusiyyətlərə malik olur.
Hətta ali idarəetmə səviyyəsi üçün nəzərdə tutulan yeni termin də
firmalaşfdırılmışdı. Bu beynəlxalq iqtisadi, ictimai-siyasi, ətraf mühiti, ölkədə və
cəmiyyətdə həyata keçirilən müxtəlif situasiyaların izahını göstərir. İnformasiya
müstəqil dəyərə malik olub normativ sənədlərin, idarəetmə qərarları və
hərəkətlərinin əsası kimi çıxış edir. Bu informasiya özünəməxsus fəaliyyət və
inkişaf qanunauyğunluqlarına, təşkilatın siyasətinə qabaqlayıcı təsir imkanlarına
malik olub inzibati-siyasi qərarların, müxtəlif sosial qrupların və ayrı-ayrı
vətəndaşların davranışının bu və ya digər variantının seçilməsinin səbəbləri kimi
çıxış edir. Bu informasiyaya idarəetmə informasiyası da deyilir.
İdarəçilikdə istifadə olunan məlumatlar sosial informasiyanın müəyyən tərkib
elementi olub idarəetmə sistemlərində qarşılıqlı əks-əlaqənin yaradılması və
reallaşdırılmasmda icra edilmək üçün faydalılığı nöqteyi-nəzərdən bütün
informasiya məkanından əldə edilmiş informasiyadır. Belə faktlar idarəetmə
strukturlarının informasiyaya olan ehtiyaclarını, işçilərin məqsəd və arzularını,
davranış və hərəkətlərinin təşkili və idarə edilməsinin konkret qaydalarını və
vasitələrinin məcmusunu özündə ehtiva edir. İdarəetmənin rasionallığı və
effektivliyi birbaşa idarəetmə prosesində istifadə edilən informasiyasının nə
10
dərəcədə dəqiq və obyektiv olmasından asılı olur. Bu baxımdan idarəçilik
informasiyası minimum aşağıdakıları özündə birləşdirməlidir:
1. İşçilərin sosial və şəxsi firavanlığında təşkilatın oynadığı rol və mövqeyə
müvafiq olaraq hər bir idarəetmə orqanının funksiya və səlahiyyətlərinə görə təşkil
olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, idarəetmə orqanları sistemində baş
verən funksional və struktur dəyişiklikləri onları informasiya təminatındakı
dəyişikliklərin meylini müəyyənləşdirir, belə ki, struktur dəyişiklikləri informasiya
axınlarının istiqamətinin dəyişməsinə, funksional dəyişikliklər isə daxil olan
informasiyada keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur;
2.
İdarəetmə sistemlərində icbari qaydada yerinə yetirilməli olan
qanunların, digər sənədlərin xüsusiyyətlərinə və ierarxiyasına görə (İdarəçilik
başlıca olaraq qanunların yerinə yetirilməsini hədəfdə saxladığına görə, burada
hüquqi prosedurların vəziyyəti barədə məlumat tələb olunur) yaradılmalıdır;
3.
Müxtəlif
idarəetmə
strukturlarının
idarəçilik
hərəkətlərini
konkretləşdirən, spesifik hüquq davranışların tiplərini formalaşdıran idarəçilik
subbyektlərinin xarakterlərini, formalarını, məntiqi olmasını əhatə etməlidir.
İdarəçilikdə istifadə olunan idarəetmə informasiyasının aşağıdakı mənbələrini
göstərmək olar:
a) Dövlət strukturlarına və rəhbər işçilərə müvafiq idarəçilik qərarlarını
vermək, yaxud da müəyyən vaxtda və sahədə idarəçilik təsirlərini icra etmək
(qanunların və başqa sənədlərin icrası üçün göstəriş və sərəncamlar) hüquqüları
verən tənzimləyici və başqa sənədlər;
b) İnsanların öz hüquqlarını və şəxsi maraqlarını təmin etmək və həyata
keçirmək (insanların hüquq və sərbəstliklərinin müdafiəsi) üçün müvafiq dövlət
strukturlarına xahişləri;
c) İdarəetmənin obyektivliyinə təminat verən və aşağı idarəetmə səviyyələri
tərəfindən yerinə yetirilməsi gözlənilən yuxarı idarəetmə səviyyəsi rəhbərlərinin
direktivləri, yəni direktiv məlumatlar;
11
d) Nəzarəti həyata keçirərkən məlum olan və idarəetmə obyektlərinin
durumunu, idarəçilik elementlərinin təsir səviyyəsini xarakterizə edən dəlillər,
davranışlar;
e) İdarəçilik strukturlarının və səlahiyyətli şəxslərin fəal və çevik işə
qarışmasını tələb edən mürəkkəb, ziddiyətli, ekstremal və başqa anlaşılmaz
situasiyalar (sosial situasiyaların kritik vəziyyətləri barədə operativ məlumatlar).
Sonuncu mənbələr uyğun idarəetmə təsirlərinin alqoritminin qabaqcadan
müəyyənləşdirilməsini nəzərdə tutduğu üçün onlar haqqında bir qədər ətraflı
məlumat vermək lazımdır. Belə vəziyyətlərin təkrarlanmayan olmasına
baxmayaraq onların hər biri üçün konkret dövlət orqanları və vəzifəli şəxslər
tərəfindən sürətli və təsirli davranış modelləri düşünülməli və hazırlıqlar
görülməlidir.
Problemli vəziyyət o zaman yaranır ki, idarəolunan obyektlərin və tabeçilikdə
olan idarəedici komponentlərin fəaliyyətində verilmiş parametlərdən ciddi
kənarlaşmalar aşkar olunur, qarşıya qoyulmuş məqsədlərə nail oluna biləcəyinə
şübhələr yaranır, fəaliyyətin məqsədlərində və parametrlərində dəyişikliklərin
aparılmasına zərurət meydana çıxır. İnformasiya baxımından problemli vəziyyət
ilkin, faktiki materiallara əsaslanmalıdır, çünki informasiyanın işlənməsinin hər bir
səviyyəsində bu informasiya dəyişdirilmiş, şərh edilmiş olur ki, nəticədə qərar
qəbulu anında həmin informasiya həqiqətdə olduğundan fərqli kimi başa düşülə
bilər. Bu isə öz növbəsində problemin həllinin gecikdirilməsinə səbəb ola bilər.
Münaqişəli vəziyyətlərdə idarəetmə və digər münasibətlərin iştirakçıları
arasında onların özləri tərəfindən həll oluna bilməyən ziddiyyətlər yaranmış olur
ki, bu da xüsusi məlumatlann əldə olunmasını və bu məqsədlə xüsusi forma və
metodlardan istifadə olunmasını nəzərdə tutur. Belə informasiya münaqişənin
səbəblərinin aşkar edilməsi, təhlili və qiymətləndirilməsi üçün obyektiv
yanaşmanı, müstəqil ekspert rəylərini, münaqişə tərəflərinin mövqelərinin və
fikirlərinin dəqiq bilinməsini, qüvvədə olan hüquqi normaların tətbiq olunmasının
əsaslandırılmış olmasını təmin etməlidir. Münaqişəli vəziyyətlərin həlli zamanı ən
vacib məsələ münaqişənin səbəblərinin aradan qaldırılması, onun pozitiv məcraya
12
yönəldilməsi, kompromislərin əldə olunması, münaqişənin aradan qaldırıldığına və
gələcəkdə təkrarlanmayacağına zəmanətlərin yaradılmasından ibarətdir.
Ekstremal (fövqəladə) vəziyyətlər bir qayda olaraq təbii fəlakətlər, qəzalar,
kütləvi ixtişaşlar, mütəşəkkil cinəyatkarlıq hadisələri nəticəsində yaranır və bu
zaman dövlət orqanları, vəzifəli şəxslər baş verən proseslərin yüksək dinamikliyi
və informasiyanın məhdudluğu şəraitində fəaliyyət göstərməli olurlar. Bu halda da
mümkün olduqca daha çox etibarlı informasiya əldə etməyə çalışmaq lazımdır,
çünki yalnız beləliklə daha dəqiq və vəziyyətə uyğun qərarlar qəbul etmək olar.
İdarəetmə informasiyasının bütün mənbələri idarəetmə üçün mühüm
əhəmiyyətə malikdir. Buna görə də uyğun səlahiyyətlərin reallaşdırılmasını təmin
etmək üçün hər bir idarəetmə orqanında və hər bir vəzifə üzrə yuxarıdan aşağı,
aşağıdan yuxan və üfüqi (koordinasiya) istiqamətdə hərəkət edən informasiyaların
lazımi qaydada cəmləşdirilməsi məqsədəuyğundur.
Bununla bərabər idarəçilik informasiyalarının hamısının hansı strukturlardan
toplanmasından və daşıyıcısının şəxsiyyətindən asılı olmayaraq, onlar aşağıdakı
göstəriləcək müəyyən standartlara uyğun olmalıdır:
a) idarəçilikdə istifadə olunan informasiya müasir olmalıdır. Bu o deməkdir
ki, toplanmış informasiya təzə olmalı, toplanması və ötürülməsinin operativliyi,
yeniliyi ilə fərqlənməli, günün vəzifələrinə uyğun olmalı və onların həllinə kömək
etməlidir. Çox vaxt məhz aktuallıq informasiyanın imkanlarını müəyyənləşdirir;
b) İnformasiya etibarlı olmalıdır. İnformasiyanın etibarlılığı onun faktları,
hadisələri və xüsusilə də onların səbəbləri və qarşılıqlı əlaqələrini əhatə və əks
etdirmək bacarığı ilə müəyyənləşdirilir. Belə informasiyanın əldə olunması çox
mürəkkəb zehni və analitik proses olub mütəxəssislərin cəlb olunmasını və müasir
elmi prosedurlardan və texnologiyalardan istifadə olunmasını tələb edir;
c) İnformasiya kifayətedici olmalıdır. Bu o deməkdir ki, informasiya sistemli
şəkildə əlaqəli olan bir sıra məsələlər üzrə əldə edilməli, araşdırılan prosesi,
xüsusilə onun daxili mənbələrini, hərəkətverici qüvvələrini və xarici
determinantlarını dərindən və hərtərəfli açıqlamalı, bütövlükdə prosesi xarakterizə
13
etməli və bu prosesin mümkün ola biləcək yeni vəziyyətlərini proqnozlaşdırmağa
və modelləşdirməyə imkan verməlidir.
d) İnformasiya əlçatan olmalıdır. İnformasiyanın əlçatanlığı onun açıqlığı,
aşkarlığı və zəruri həcmdə operativ qaydada əldə olunmaq imkanının olması ilə
bağlıdır. Çox vaxt informasiya mövcud olur, lakin qapalı olur və vəzifəli şəxslərin
dar bir dairəsi tərəfindən istifadə olunur. Bu halda həmin informasiyanın faydalı iş
əmsalı (faydalılığı) çox aşağı olur;
e) İnformasiya oxunaqlı (auteııtik) olmalıdır. Bu, informasiyanın mətn və
sözlə ifadəsinin insanlar üçün anlaşıqlı formada verilməsini, onların dil sahəsindəki
təfəkkürünə uyğunluğunu nəzərdə tutur. İnformasiyanın müxtəlif xarici sözlərlə və
dar ixtisaslaşdırılmış, az istifadə olunan terminlərlə doldurulması onun başa
düşülməsini və praktiki istifadəsini çətinləşdirir.
İdarəçilik orqanlarında istifadə olunan informasiyanı fərqli səbəblərə və
xüsusiyyətlər üzrə təsnifləşdirilə bilər. Misal üçün, informasiyanın qanuni və qeyri-
müəyyən, dövlət və yerli xarakterli əhəmiyyəti vertikal və horizontal, mahiyyətinə
və konkret təyinatı üzrə, yarana biləcək ictimai nəticələri üzrə, əldə edilmə dərəcəsi
üzrə, vaxt üzrə (keçmiş hadisələr, faktiki dövr və perspektiv barədə proqnozlar)
formasında təsnifləşdirilə bilər. İdarəetməsində məlumatlara onun müasirliyi,
etibarlılığı, çevikliyi, yetərliyi və müvafiq qərarların verilməsində münasibliyi
baxımından da fərqləndirilə bilər.
İdarəetmə prosesində idarəetmə subyekt və idarəetmə obyekti köməkçi
sistemləri arasında, bunların daxili elementləri arasında müntəzəm informasiya
axınları baş verir. Məhz buna görə də bu məlumatlar idarəetmə obyekti barədə
məlumatlara və idarəçilik subyektinin idarəetmə obyektinə adekvat təsiri ilə bağlı
olan məlumatlara, başqa cür ifadə etsək, administrativ komandalarından təşkil
olunan məlumatlara bölünür.
Təşkilatda idarəetmə sisteminə daxilolma xüsusiyyətinə və mənbələrinə görə
də məlumatlar təsnifləşdirilir. Daxilolma xüsusiyyətinə görə məlumatlar sistemləş-
dirilmiş (yuxarə orqanlar tərəfindən rəsmiləşdirilmiş, statistik hesabat, mahiyyət
qabaqcadan bəlli olan məlumatlar) və sistemləşdirilməmiş (qəfil dəyişikliklər və
14
hadisələrlə bağlı yaranan təsadüfi və epizodik) məlumatlardan ibarət ola bilər.
İnformasiyalar giriş mənbələri üzrə məlumat (idarələrə, təşkilatlar üçün nəzərdə
tutulan direktiv, rəsmiləşdirilmiş və digər hüquqi məlumatlar), innovativ və
iqtisadi məlumatlar (texniki-iqtisadi analiz və planlaşdırma vasitələri və
informasiyaları, maliyyə, məvacib, statistik və hesabat məlumat tipləri və s.),
habelə xəbər (idarəetmə prosesi ərzində yaranan cari və ilkin) məlumatlardır.
Məlumat informasiyası müvəqqəti-stabil, xəbər və yeniləşən xarakterli olur.
İnformasiyalar öyrənilərkən, təhlil edilərkən, habelə onlardan idarəçilik
qərarları üçün istifadə olunarkən bütün informasiya əlaqələri və axınları nəzərdən
keçirilir. Burada həmçinin şifahi, yazılı, qrafik və s. informasiya qeydiyyat
formaları da nəzərə almır.
İnformasiyanın tərkibinə informasiya mənbələri, idarəetmə vəzifələri,
metodları, funksiyaları, mərhələləri, səviyyəsi və iş üslubu təsir göstərir. İdarəçilik
informasiyalarını məhz bu baxımdan da müəyyən təsnifata ayırmaq olar. Məsələn,
yaranma mənbəyi üzrə məlumatlar direktiv (yuxarı idarəetmə səviyyələrinin
əmrləri, sərəncamları), plan (idarəetmə-təsərrüfat fəaliyyətini səciyyələndirən cari,
operativ və perspektiv planlar), hesabat (idarələrin, müəssisələrin fəaliyyətini
xarakterizə edən hesabat sənədləri), normativ (material, əmək, maliyyə ehtiyatları
və s. üzrə müvafiq sənədlər); sorğu (tarif şəbəkələri, maaşları, nəqliyyat tarifləri,
məhsulların topdansatış tarifləri və s.), innovativ (yeni idarəetmə metodları,
mütərəqqi texnologiya və s. barəsində), hesabat (istehsal fəaliyyəti barədə uçot,
statistik, həmçinin cari məlumatlar), nəzarət formalarında olur. İnformasiyanı
operativ, cari və perspektiv informasiyalar kimi də fərqləndirmək olar.
İnformasiyaların təsnifatı yalnız bunlarla məhdudlaşmır. Belə ki, informa-
siyalar icra olunan funksiyalar üzrə innovativ, istehsal, texniki, iqtisadi, sosial,
təşkilati informasiyalara ayrılır. İnformasiyalar resursların növlərinə görə kadr
(işçilərin sayı, tərkibi), material, texniki (əsas fondların durumu barədə) və maddi
vəsaitlər haqqındakı informasiyalarından təşkil olunur. İnformasiyalar idarəetmə;
səviyyə sinə görə (aşağı və yuxan səviyyələrdəki rəhbər orqanlar) istifadə olunan
məlumatlara ayrılır. Həmçinin fəaliyyət göstərmə müddətinə (daimi, şərti,
15
dəyişən), meydana gəlmə yerinə (xarici, daxili, ilkin, törəmə), informasiyaların
verilməsi vasitələrinə (teleqram, telefonoqram, teletayp, diktofon, elektron poçt,
şəxsi söhbət, telefon), informasiya daşıyıcılarına (sənədlər; bloklar, maqnit lenti,
maqnit diski), informasiyaların dövri olaraq (saatlıq, növbəlik, gündəlik, ongünlük,
aylıq, rüblük, illik) daxil olmasına görə də informasiyalar bir-birindən fərqlənir.
İnformasiyaların belə təsnifatı müəyyən dərəcədə şərti xarakter daşısa da, onların
obyektiv əsaslan vardır və bu da informasiya sistemlərinin təşkili ilə bilavasitə
əlaqədardır.
Dostları ilə paylaş: |