L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


İdarəetmə prosesinin informasiya köməkçi sistemlərin



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


2.3. İdarəetmə prosesinin informasiya köməkçi sistemlərin 

yaradılması və istifadəsinin müasir vəziyyətinin qiymətləndirilməsi 

 

Azərbaycanın  neft-qazçıxarma 



müəssisələrində 

müasir 


informasiya 

sistemlərinin tətbiqi çətin və mürəkkəb olsa da, hazırda məhz orada idarəetmənin 

köməkçi sistemlərinin avtomatlaşdırılması daha uğurla həyata keçirilir. Adı çəkilən 

sənaye müəssisələrində istehsal prosesinin gedişinə avtomatik idarəetmə sisteminin 

köməyi ilə nəzarət uzun illərdir ki, həyata keçirilir. Bu istiqamətdə istifadə edilən 

avtomatlaşdırılmış ölçü cihazları elmi-texniki tərəqqinin sürətli inkişafı şəraitində 

daha yeni, məhsuldar cihazlarla əvəz edilir. Artıq neft-qaz quyularının iş rejiminə 

nəzarət, hasil  edilmiş  neftin və qazın  boru  kəmərləri ilə daşınmasının  gedişatının 

nəticələri,  neft-qaz  emalı  qurğularının  iş  rejimi  məhz  yeni  ölçü  və  tənzimləyici 

cihazların  köməyi  ilə  yerinə  yetirilir.  Hələ  keçən  əsrin  60-70-ci  illərindən 

başlayaraq  neftqazçıxarma  müəssisələrinin  idarəetmə  aparatında  bir  sıra 

funksiyalar  da  «insan-maşın»  sistemi  çərçivəsində  elektron-hesablama 

maşınlarının  köməyi  ilə  icra  edilir.  Bu  iş  ən  çox  maddi-texniki  təchizat,  əmək 

haqqının  hesablanması,  sənəd  dövriyyəsinin  avtomatlaşdırılması  istiqamətində 

tətbiq edilir. 

Neft-qazçıxarma sənayesinin vertikal inteqrasiya olunan strukturunda isə AİS 

bu  vaxtadək  dövrün  tələbinə  uyğun  təşkil  edilməmişdir.  Enerji  daşıyıcılarının 

qiymətlərinin tez-tez dəyişdiyi bir şəraitdə informasiyaların operativ əldə edilməsi 

zərurəti  də  gündən-günə  artır.  Bazar  iqtisadi  münasibətləri  neftqazçıxarma 

sənayesində  istehsal  sahibkarlığının  genişləndirilməsi  mütərəqqi  informasiya 

texnologiyalarının  tətbiqi  nəticəsində  yeni  informasiya  sistemlərinin  məhz 

aşağıdakı üç istiqamətdə formalaşmasını zəruri etmişdir: 

1. 

İdarə edən və idarə olunan sistemlərdə AİS-nin tətbiqi; 



2. 

Tətbiqi sistemlərindən istifadə və onların inkişaf etdirilməsi

3. 

İnformasiya texnologiyası infrastrukturlarının istismarı və inkişafı. 



Həmin  istiqamətlərdən  sonuncuların  həlli  birincidən  daha  asandır.  Belə  ki, 

vertikal  inteqrasiya  olunan  neft  kompaniyaları  (ARDNŞ  ilə  neft  konsorsiumu 



 

 

44 



arasındakı əlaqə, konsorsiumun xarici-informasiya mühitinə daha tez nüfuz etməsi, 

ARDNŞ-nin  neft  kontraktları  ilə  əlaqədar  olan  imkanları  və  s.)  lokal  və  qlobal 

informasiya  sistemlərinin  yaradılması,  istismarı  və  inkişafı  sahəsində  daha  geniş 

imkanlara  malikdirlər  və  onlar  adətən  AİS  çərçivəsində  müasir  informasiya 

texnologiyalarının  (texniki  vəsaitlərin,  proqramların)  alınması  və  tətbiqində 

xəsislik  etmirlər.  Xarici  neft  kompaniyaları  müxtəlif  məzmunlu  informasiyaların 

operativ  qaydada  alınması  işini  yüksək  qiymətləndirir  və  həmin  İnformasiya 

toplusu içərisindən daha dəqiqini seçərək operativ və perspektiv xarakterli qərarlar 

qəbul  etməyə  vərdiş  etmişlər.  Bu  isə  öz  növbəsində  həmin  kompaniyaların  fond 

bazarına  daha  geniş  müdaxilə  edilməsinə  şərait  yaradır,  bazarın  tədqiq  olunması 

imkanlarını genişləndirir. Dünyanın inkişaf etmiş ölkələrinin neft sənayesində artıq 

lokal  informasiya  sistemlərinin  tətbiqi  məsələsi  tam  həll  edilmiş  və  indi  onların 

başlıca məqsədi korporativ və qlobal informasiya texnologiyalarının mənimsəmək 

və geniş tətbiq etməkdir.  

Təəsssüflə  qeyd  etməliyik  ki,  ölkəmizin  neftqazçıxarma  sənayesinin  idarə 

edən sistemində, eləcə də ayrı-ayrı neftqazçıxarma və qazıma idarələrində, geoloji-

axtarış  işlərində  yalnız  lokal  informasiya  şəbəkələrinin  yaradılması  işlərinə 

başlanılmışdır.  Qeyd  edildiyi  kimi,  həmin  məsələnin  həlli  Sahə  Hesablama 

Mərkəzinə həvalə edilmiş və həmin Mərkəz, xeyli işlər yerinə  yetirmişdir. Lokal 

xarakterli  həmin  məsələlər  içərisində  diqqəti  cəlb  edən  «Tədbirlərin  icrasına 

nəzarətin  avtomatlaşdırılmış  sistemi»dir  (TİNAS).  Sonuncunun  işlənilməsi  və 

tətbiqində  məqsəd  nəzarət  funksiyasının  yerinə  yetirilməsi  işində  müəssisə 

rəhbərinə  operativ  kömək  göstərməkdir.  Keçən  əsrin  70-ci  illərində  bu  xarakterli 

işlər «AİS-aparat» sisteminin tərkibində yerinə yetirilir.  

TİNAS aşağıdakı prinsiplərə əsaslanır: 

idarətemədə nəzarət funksiyasını həyata keçirmək üçün istifadə edilən 



informasiyaların operativliyi və düzgünlüyü; 

nəzarətin mərkəzləşdirilməsi; 



idarəetmənin  səviyyələri  üzrə  yerinə  yetirilməsi  nəzərdə  tutulan  işlər 

haqqında differensial informasiyanın formalaşması; 


 

 

45 



icranın səviyyəsinə operativ qiymət verilməsi; 

nəzarətin eyni forma metodlarla həyata keçirilməsi. 



Bazar  iqtisadi  münasibətləri  istehsalın  inkişafının  təmin  edilməsində  -  əmək 

ehtiyatlarının  bərabər  bölüşdürülməsi  və  onlardan  səmərəli  istifadə  edilməsi 

problemi  aktual  olaraq  qalır.  Strateji  planlaşdırma,  kadrların  düzgün  seçilməsi, 

yerləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi problemlərinin uğurlu həlli, 

müəssisədə  əmək  məhsuldarlığının  yüksəldilməsinə,  idarəetmənin  səmərəli 

təşkilinə təminat yaradır. Əmək resurslarından səmərəli istifadənin təhlili, müasir 

tədbirlər kompleksinin işlənib hazırlanması, həmin tədbirlərin qiymətləndirilməsi, 

müəssisənin  kadrlara  olan  tələbatını  proqnozlaşdırmaq  və  s.  böyük  həcmdə  və 

müxtəlif təyinatlı informasiyaların toplanması və işlənilməsini tələb edir ki, həmin 

işləri  də  müasir  texnologiyanın  köməyi  olmadan  yerinə  yetirmək  mümkün  deyil. 

Bütün  bunlar  əmək  ehtiyatlarının  idarə  edilməsinin  avtomatlaşıdılrmış  sisteminin 

(ƏEAİS)  yaradılmasını  zəruri  etmişdir  ki,  onun  da  şərti  differensial  sxemi  2.3.1. 

saylı şəkildə əks etdirilmişdir. 

Hazırda  Sahə  Hesablama  Mərkəzi  tərəfindən  «Kadrlar  uçotunun 

avtomatlaşdırılması»  və  «Əmək  haqqının  avtomatlaşdırılmış  hesablanması»  üzrə 

müvafiq texniki tapşırıqlar işlənib hazırlanmış və tətbiq edilmişdir. 

Məlumdur  ki,  neftqazçıxarma  idarələrində  maddi-texniki  təchizat  və  satış 

əməliyyatları yerinə yetirilərkən böyük miqdarda və  müxtəlif məzmunda sənədlər 

(hesab-faktura,  qaimə,  vəkalətnamə,  qəbz,  order  və  s.)  tərtib  edilir  və  Onlar 

müvafiq  yekun  kitablarında  qeydiyyata  alınırlar.  Hər  ayın  (rübün,  ilin)  yekununa 

görə əməliyyatların nəticələri yekunlaşdırılır. Bu iş çox böyük zəhmət və vaxt tələb 

edir.  İnformasiyaların  emalı  vaxtı  baş  verə  bilən  cüzi  xəta  nəticəsində  həmin 

informasiyaları  təkrar  yoxlanılmaq  zərurəti  meydana  çıxır.  Adətin  müəssisələrdə 

həmin  xarakterli  işləri  yerinə  yetirmək  üçün  çoxlu  mühasib  tələb  olunur  və  çox 

vaxt bu işdə qeyri-operativliyə yol verilir. 

 


 

 

46 



 

Şək.2.3.1. Əmək resurslarının idarə edilməsinin avtomatlaşdırılmış sisteminin 

prisnsipial sxemi 

 

Həmin  sənədlərin  əsasında  da  müəssisə  və  təşkilatlar  üzrə  debitor-kreditor 



borcları hesablanır. Bu borcların mərhələlərlə ödənişi zamanı tərtib olunmuş siyahı 

təzələnir, ümumi məbləğ dəqiqləşir və hər dəyişiklik üzrə rəhbərliyə operativ yazılı 

məlumat göndərilir. Qeyd edilən mürəkkəb sənəd dövranı prosesinin dinamikliyini 

artırmaq  üçün  və  eləcə  də  yuxarıda  göstərilən  nöqsanları  aradaq  qaldırmaq 

məqsədilə "Azərineftinformatika"  Hesablama Mərkəzi (HM) tərəfindən «Alıcı və 

sifarişçilərlə  debitor  və  kreditor  hesablaşmaları»  və  «Malsatan  və  podratçılarla 

debitor və kreditor hesablaşmaları» məsələləri haqqında müvafiq texniki tapşırıqlar 

tərtib edilmiş və onlar yuxarıda adı çəkilən NQÇİ-də aprobasiyadan keçirilmişdir. 

Müəssisənin rəhbəri 

Funksional 

şöbələr 

 

Kadrların 



seçilməsi, 

hazırlanması 

və 

ixtisasların 



artırılması 

şöbəsi 


Əmək və 

əmək haqqı 

şöbəsi 

İnformasiya – Hesablama 



Mərkəzi 

ƏEAİS-in informasiya 

mərkəzi 

İşçi axıcılığı (səbəblər üzrə) 

haqqında sorğu məlumatları 

İş vaxtından istifadə 

(işlənilən və itirilən iş vaxtını 

səbəblər üzrə göstərməklə) 

haqqında məlumat 

Sosial tələbatların ödənilməsi 

haqqında məlumat 

Növbədaxili itkilər haqqında 

məlumat 

Norma və öhdəliklərin yerinə 

yetirilməsi haqqında məlumat 

Əmək ehtiyatlarının vəziyyəti 

haqqında məlumat 

G

önd



ər

il

ən s



ən

ədl


ər

 

F



ər

di

 q



əbu

l ed


il

m

iş öh



li

k





əs

si



ni

n i


d

ar

ə 



or

qanl


ar

ı 


 

 

47 



Həmin  texniki  tapşırıqlar  (TT)  NQÇİ-də  06  və  16  saylı  jurnal-orderlərin  ilkin 

verilənlərinə:  qaimə,  hesab-faktura,  kassa-mədaxil  orderinə  əsasən  cari  ayın 

debitor-kreditor,  eləcə  də  keçmiş  ayın  debitor-kreditor  borcları  haqqında 

məlumatların  ümumiləşdirilməsinə  şamil  ediləcək,  alınmış  nəticələrə  görə  qalıq-

saldo hesablamağa imkan  yaranmışdır. Kompüterdən istifadə etməklə adı çəkilən 

jurnal-orderlərin  məlumatlarının  işlənilməsi  prosesinin  avtomatlaşdırılması 

aşağıdakı nəticələr vermişdir: 

məlumatın emalı vaxtı nəzərə çarpacaq dərəcədə azalmış; 



məlumat  üzərində  dəqiq  nəzarət  praktiki  olaraq  mümkün  qədər  az  səhv 

buraxılmasına imkan vermiş; 

məlumatın operativ daxil edilməsinə və lazımi nəticələrin alınmasına imkan 



yaranmış; 

- nəticələr təkcə monitorun ekranında deyil, həmçinin kağız üzərində də alınır. 

Monitordan  istifadə  kağıza  qənaət  etməyə  imkan  vermiş  və  işçilərin  əməyi 

cəlb  ediləcək  dərəcədə  yüngülləşmiş,  idarəetmə  mədəniyyətinin  yüksədilməsinə 

şərait yaranmışdır (bax əlavəyə). 

HM-də  NQÇİ-lərin  istehsal-təsərrüfat  fəaliyyətini  əks  etdirən  digər  çoxsaylı 

uçot,  hesabat,  statistik  sənədlərin  işlənməsinin  avtomatlaşdırılmış  sisdə 

yaradılmışdır. 

 İnformasiya tsrində NQÇİ, Qİ-nin idarə aparatında kompüterlərin köməyi ilə 

AİS-nin  tətbiq  olunmaması  ilk  növbədə  qəbul  edilən  idarəetmə  qərarlarının 

operativliyinə  və  keyfiyyətinə  öz  təsirini  göstərir.  Odur  ki,  «İqtisadi 

informasiyaların toplanması, emalı, ümumiləşdirilməsi, paylanması, müvafiq uçot 

və hesabat sənədlərinin tərtib edilməsi prosesini avtomatlaşdıraraq müasir dövrün 

tələblərinə  uyğunlaşdırmaq  məqsədi  ilə  hər  bir  NQÇİ,  Qİ  və  digər  əlaqədar 

təşkilatlarda Analitik İnformasiya Mərkəzinin (bölməsinin, xidmətinin) yaranması 

vaxtı çoxdan çatmışdır. Yuxarıda sadalanan bir sıra təşkilati çatışmamazlığı aradan 

qaldırmaq  üçün  neftqazçıxarma,  qazıma  və  s.  idarələrin  Analitik  İnformasiya 

Xidmətlərindən  "Azərineftinformatika"  Hesablama  Mərkəzinə  və  geriyə  birbaşa 

əlaqənin  yaradılması  məqsədə  müvafiqdir.  Həmin  məqsədə  nail  olmaq  çün  ilk 


 

 

48 



növbədə  AİS  çərçivəsində  müəssisə  səviyyəsində  informasiyaların  analitik 

işlənməsinin köməkçi sistemləri müəyyən edilməlidir.  

Təcrübə göstərir ki, real istehsal-təsərrüfat fəaliyyəti şəraitində alt-sistemlərin 

funksional  quruluşu  iki  hissədən  ibarət  olub  bütünlükdə  müəssisəni  və 

müəssisədaxili  səviyyəni  (sahəni,  sexi  və  s.)  əhatə  edir.  Lakin  təsərrüfat 

fəaliyyətinin  xüsusiyyətindən  asılı  olaraq  təhlil  aparılacaq  obyektlərin  özünə-

məxsus  siyahısı  tərtib  edilir  və  seçilir.  Sənaye  müəssisələri  (o  cümlədən, 

neftqazçıxarma, qazıma, geoloji-kəşfiyyat, yeraltı təmir sexi, qazıma briqadaları və 

s.) üzrə aşağıdakı fəaliyyətlər ön plana çəkilir: 

- elmi-texniki tərəqqi və istehsalın təşkil olunma səviyyəsi; 

ətraf mühitin qorunması üzrə fəaliyyət; 



- kollektivin sosial-iqtisadi inkişaf səviyyəsi; 

NQÇİ, Qİ və s. tətbiq edilən müxtəlif təyinatlı norma və normativlər



əsas istehsal fondları və dövriyyə vəsaitləri; 

- neftin-qazın hasilatı və təhvili; 

əməyin təşkili və ödənişi; 



1 ton neftin və 1000 m3 qazın hasilatına çəkilən xərc (maya dəyəri); 

- NQÇİ, Qİ və s. maliyyə fəaliyyəti; 

-  NQÇİ,  Qİ  və  s.  istehsal  potensiallarından  istifadə  üzrə  ehtiyatların  aşkar 

edilməsi. 

Qeyd  edilən  istiqamətlər  üzrə  informasiyaların  analitik  işlənməsi  və  təhlili 

zamanı  mütərəqqi  təhlil  metodlarından  ayrılıqda,  lazım  gəldikdə  isə,  kompleks 

şəkildə,  istifadə  etmək  məqsədə  müvafiqdir.  Təsərrüfat  fəaliyyətinin  təhlil 

obyektilə metodları arasındakı qarşılıqlı əlaqənin xarakteristikasını cədvəl şəklində 

belə şərh etmək olar (cədvəl 2.3.1). 

Cədvəldən  göründüyü  kimi,  istər  müəssisənin,  istərsə  də  müəssisədaxili 

fəaliy- 


yətin  qiymətləndirilməsində  operativ  təhlil  metodu  kəmiyyətcə  az  tətbiq  edilir, 

lakin  onun  əsas  fəaliyyət  növləri  ilə  əlaqəsi  bütünlükdə  istehsalın  səmərəliliyinin 

nəticələrini  özündə  əks  etdirir.  Belə  ki,  həmin  təhlil  metodundan  istifadə  edəcək 


 

 

49 



əsas  istehsal  fondları  və  dövriyyə  vəsaitlərindən  səmərəli  istifadə,  hasilatın 

səviyyəsi, ona çəkilən xərc və əmək məsrəflərindən cari istifadəyə qiymət verərkən 

bütün  ehtiyatları  aşkar  edib,  onlardın  səmərəli  istifadə  olunması  üzrə 

təxirəsalınmaz  tədbirlər  həyata  keçirmək  mümkündür.  Fikrimizcə,  müvafiq  alt-

sistem  çərçivəsində  müəssisənin  fəaliyyətinin  operativ  təhlili  blokunda 

aşağıdakılara xüsusi diqqət yetirilməlidir: 

Cədvəl 3.1. 

Neftqazçıxarma idarələrinin təsərrüfat fəaliyyətinin təhlil obyektində tətbiq 

ediləcək metodların qarşılıqlı əlaqəsi 

 

Təsərrüfat fəaliyyətinin 



təhlili obyektləri 

(kompleks məsələlər) 

Müəssisə üzrə tətbiq ediləcək 

təhlil metodları 

Müəssisədaxili səviyyədə 

tətbiq ediləcək təhlil 

metodları 

P

erspe



kti

v, 


kompl

eks si


stemli

 

R



etrospe

kti


v

 

Ope



ra

ti

v



 

Müqa


yisəli

 

P



roble

m yönüm


 

F



unksi

ona


l dəyə

P



erspe

kti


v

 

R



etrospe

kti


v

 

Ope



ra

ti

v



 

Müqa


yis

əli


 

P

roble



m yönüm

 



F

unksi


ona

l dəyə


Elmi-texniki  tərəqqi  və 



istehsalın  təşkil  olunma 

səviyyəsi 



 





 





Ətraf 


mühitin 

qorunması 

üzrə 

fəaliyyət 



 



 



 

 

 



 

 

 



Kollektiv  sosial-iqtisadi 

inkişaf səviyyəsi 



 



 



 



 

NQÇİ,  Qİ  və  s.  tətbiq 



edilən  müxtəlif  təyinatlı 

norma və normativlər 



 





 





Əsas istehsal fondları və 

dövriyyə vəsaitləri 









Əməyin 



təşkili 

və 


ödənişi 











 

 

50 



Neftin-qazın  hasilatı  və 

təhvili 









1 ton neftin və 1000 m



3

 

qazın  hasilatına  çəkilən 



xərc (maya dəyəri) 









NQÇİ, Qİ və s. maliyyə 



fəaliyyəti 

 



 



 

 

 



 

 

 



 

10 


NQÇİ,  Qİ  və  s.  istehsal 

potensiallarından 

istifadə üzrə ehtiyatların 

aşkar edilməsi 



 



 

 



 



 

 



 

1.  Müəssənin  işçi  qüvvəsi  ilə  təmin  edilməsi  səviyyəsi  və  onların  səbəblər 

üzrə hərəkəti (axıcılılığı); 

2.  İş vaxtından istifadənin təhlili; 

3.  Əmək məsrəflərinə çəkilən xərcin təhlili; 

4.  Maddi-texniki təchizat planının yerinə yetirilməsinin təhlili

5.  Avadanlıqlardan intensiv və ekstensiv istifadənin təhlili; 

6.  Quyu fondundan istifadənin qiymətləndirilməsi; 

7.  Neftin-qazın hasilatı və nəqli zamanı baş verən itkilərin uçotu; 

8.  İdarəetmə 

işçilərinin 

əməyinin 

keyfiyyətinin 

operativliliyinin 

qiymətləndirilməsi; 

9.  Qeyri-istehsal xərclərindən istifadənin təhlili; 

10. Əmək  məhsuladrlığı  ilə  əmək  haqqı  arasında  asılılığın  (artım  tempinin 

təhlili); 

11. AİS-in  alt-sistemləri  üzrə  müvafiq  təsərrüfat  məsələlərinin  həlli  zamanı 

fərdi  yanaşmaya  üstünlük  verilməlidir  ki,  tələb  olunan  idarəetmə  qərarlarının 

düzgünlüyünə və operativliyinə şərait yaranmış olsun. 

Bundan  başqa  analitik  informasiyaların  işlənilməsi  üzrə  alt-sistemə  daxil 

edilən  məsələlərin  tərkibi  formalaşarkən  aşağıdakı  bir  sıra  tələblərə  riayət 

olunmalıdır: 



 

 

51 



AİS-nin  köməyi  ilə  həll  edilən  və  təhlil  olunan  məsələ  ilk  növbədə  müəs-

sisədə istehsalın və idarəetmənin səmərəliliyinin yüksəldilməsinə yönəldilməlidir; 

Analitik  məsələlərin  həlli  modeli  ilk  növbədə  normalaşdırma,  strateji 



planlaşdırma və uçot kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan məsələlərin əsasında 

durmalıdır; 

Analitik  məsələlərin  həlli  üçün  tətbiq  edilən  riyazi  aparat  və  hesablama 



texnikası məsələnin təşkilati-iqtisadi mahiyyətinə uyğun seçilməlidir; 

Fasiləsiz  aparılacaq  təhlil  müxtəlif  məsələlər  blokunun  qarşılıqlı  əlaqəsinin 



nəzərə almalıdır.  

Həmin tələblər əsasında yuxarıda qeyd edilən məsələlərin AlS-nin tətbiqi ilə 

təhlili müəssisənin bütün idarəolunma səviyyəsində fəaliyyətinin hərtərəfli tədqiqi 

yüksək  mənfəət  əldə  etmək  üçün  önəmli  tədbirlər  kompleksinin  İşlənib 

hazırlamasına  imkan  yaradır.  Odur  ki,  tədqiq  edilən  sənaye  müəssisələrində 

avtomatlaşdırılmış  idarəetmə  sisteminin  tətbiqinə  yönəldiləcək  vəsaitə  qənaət 

etmək,  istehsalın  iqtisadi  səmərəliliyinin  təmin  edilməsi  baxımından  məqsədə 

müvafiq deyildir. 



 

 

52 



III FƏSİL. İdarəetmə prosesinin informasiya təminatının 

təkmilləşdirilməsinin başlıca istiqamətləri 

3.1. İdarəetmə prosesinin informasiya təminatı planın və 

texnologiyasının işlənməsi 

 

Müasir şəraitdə sənaye müəssisələrinin işinin səmərəli təşkilinin ilk növbədə 



istehsalın  idarə  edilməsinin  təşkilati  strukturunun  və  idarəetmə  sistemlərinin 

yenidən  qurulmasını  tələb  edir.  Lakin  ona  nail  olmaq  üçün  çoxsaylı  təşkilati-

texniki  və  sosial-iqtisadi  xarakterli  tədbirlər  işlənib  hazırlanmalı  və  həyata 

keçirilməlidir. 

İnkişaf  etmiş  ölkələrin  qabaqcıl  sənaye  müəssisələrinin  iş  təcrübəsinin 

öynrənilib  ümumiləşdirilməsi  göstərir  ki,  onların  işinin  səmərəliliyinə  müxtəlif 

amillər  təsir  edir.  Onları  adətən  iki  qrupa  bölürlər:  pozitiv  və  neqativ.  Yaranma 

mənbələrindən asılı olaraq amillər daxili və xarici amillərə bölünür. Daxili amillər 

müsəssisənin öz fəaliyyətindən asılı olub özlərinin müxtəlifliyi və çoxşaxəliliyi ilə 

fərqləndiyindən  onları  uçota  almaq  və  qiymətləndirmək  üçün  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

- istehsalın, əməyin və müəssisənin idarə edilməsinin təşkilinin təkmilləşdiril- 

məsinə dair amillər; 

təsərrüfatçılığın təşkilati-hüquqi formalarını əks etdirən amillər; 



- neft-qazçıxarma,  qazıma  və  s.  müəssisələrin  idarə  edilməsinin  təşkilinin 

təkmilləşdirilməsi və səmərəliliyinin müəyyən edilməsi ilə əlaqədar amillər

neftin  və  qazın  hasilatına,  nəqlinə  və  emalına  çəkilən  xərclərin  idarə  edil-



məsi və qiymət siyasəti ilə əlaqədar olan amillər; 

amortizasiya və investisiya siyasəti ilə əlaqədar amillər; 



- neft-qazçıxarma yataqlarının xüsusiyyətləri ilə əlaqədar olan amillər; 

- neft-qazçıxarma, qazıma, geoloji axtarış və s. sahədə innovasiya siyasəti ilə 

əlaqədar olan amillər; 


 

 

53 



-  rəhbər  işçilərin  bazar  münasibətləri  şəraitində  neft-qazçıxarma  idarələrində 

formalaşan iş üslubu və metodu ilə əlaqədar amillər

-  neft-qazçıxarma,  qazıma  və  s.  idarələrin  kollektivlərində  sosial-psixoloji 

mühitin yaradılması ilə əlaqədar olan amillər. 

Qeyd  edilən  amillərin  təsnifatını  nəzərə  alaraq,  sənaye  müəssisələrində 

informasiya  texnologiyalarının  yaradılması  və  istifadəsinin  təşkilati-iqtisadi 

mexanizminin  funksional  sxemini  aşağıdakı  kimi  formalaşdırmaq  məqsədə 

müvaflq olardı (şək. 3.1). 

Sxemdən  göründüyü  kimi,  müəssisələrdə  informasiya  texnologiyalarının 

Uçotu,  istifadəsi  və  saxlanılması  sistemi  içərisində  informasiya  axınının 

optimallaşdırılması,  idarəetmə  mühitində  elmi-texniki  nailiyyətlərin  mənimsənil-

məsində  vacib  problem  kimi  çıxış  edir.  Hazırda  informasiya  axını  innovasiya 

prosesinin  idarə  edilməsi  istiqamətində  daha  az  tədqiq  edilən  problemdir.  İn-

formasiya  axının  tədqiqi  isə  öz  növbəsində  idarəetmə  təşkilinin  optimallaşması 

üzrə  yerinə  yetirilən  işin  vacib  tərkib  hissəsi  olmaqla  bütövlükdə  idarə  edən 

sistemin  gələcəkdə  düzgün  formalaşması  üzrə  müvafiq  tədbirlərin  işlənib  ha-

zırlanması  və  həyata  keçirilməsinə  təminat  yaradır.  Mütəxəssislər  haqlı  olaraq 

düzgün  hesab  edirlər  ki,  informasiya  axınını  tədqiq  etməklə  müəssisənin  optimal 

idarə  edilməsinin  metod  və  vasitələrinin,  eləcə  də  axınının  strukturunu  müəyyən 

etmək mümkündür və onun köməyi ilə idarəetmənin keyfiyyət meyarını müəyyən 

etmək olar. 


 

 

54 



 

İnformasiya  axınını  tədqiq  edərkən,  idarəetmənin  iki  əsas  mərhələsini  ayrı-

ayrılıqda qiymətləndirmək lazımdır: 

a) 


strateji planlaşdırma və proqnozlaşdırma; 

b) 


operativ rəhbərlik və nəzarət. 

Strateji planlaşdırma və proqnozlaşdırma mərhələsində aşağıdakı bir- biri ilə 

sıx əlaqədə olan üç tədbirin həyata keçirilməsi vacibdir: 

texniki inkişafın başlıca istiqamətlərini müəyyən etmək; 



uzunmüddətli kompleks elmi-texniki proqramın işlənib hazırlanması; 

elmi-texniki nailiyyətlərin mənimsənilməsi planının tərtib edilməsi. 



İnformasiya texnologiyalarının (İT) iqtisadi 

səmərəliliyi üzrə faktiki məlumatların 

toplanması, işlənilməsi və təhlili 

İT üzrə faktiki iqtisadi 

səmərənin hesablanması 

İT üzrə faktiki iqtisadi 

səmərənin hesablanması 

İT-nın faktiki iqtisadi 

səmərəliliyinin hesablanması 

İT inkişafının 

proqnozlaşdırılması 

hesablanması 

Planlaşdırılan tədbirlər üzrə ilkin 

xərcin, səmərənin və 

səmərəliliyinin müəyyən edilməsi 

Proqnoz nəzərə alınmaqla İT-nin 

inkişafının texniki-iqtisadi təhlili 

İT-nin yaradılması və istifadəsi 

planının iqtisadi cəhətdən 

əsaslandırılması 

İT üzrə işlərin optimal 

planlaşdırılması 

Planın icrası 

İT-nın yaradılması və istifadəsi tədbirlərinin 

iqtisadi stimullaşdırılması 

İT-nın yaradılması 

və istifadəsi 

planının korrektə 

edilməsi 

İT üzrə planın 

yerinə yetirilməsinə 

nəzarət 


 

 

55 



İnformasiya  sistemlərinin  ideal  şəkildə  planlaşdırılması  menecmentin 

səmərəli  təşkili  şəraitində  mümkündür.  Bu  zaman  planlaşdırma  menecmentin 

qarşıya qoyduğu məqsədə uyğun formalaşır və informasiya üzrə planın işlənməsi 

zamanı  aşağıdakı  ardıcıllığa  riayət  olunması  təklif  edilir  (şək.3.2).  Lakin, 

fikrimizcə, məsələyə bu cür yanaşma özündə bir sıra çatışmamazlığı əks etdirir. İlk 

növbədə,  informasiya  sistemlərinin  təşkili  heç  də  həmişə  yüksək  nəticə  vermir. 

Digər  tərəfdən,  həmin  sistemin  tətbiqi  zamanı  müxtəlif  təşkilati-texniki  maneələr 

üzə çıxır. Ona görə də bir çox hallarda informasiya sistemlərinin tətbiqi üzrə təklif 

edilən layihələr təcrübədə həyata keçirilmir.  

 

Şək.3.2. İnformasiya planının işlənilməsi mərhələləri (ardıcıllığı) 



 

İnformasiya  sistemlərinin  inkişafı  üzrə  plana  aşağıdakı  məsələlərin  daxil 

edilməsi məqsədə müvafiq olardı: 

müəssisənin  perspektiv  strateji  planı  ilə  informasiya  siyasətinin  qarşılıqlı 



əlaqəsi; 

informasiya  sistemlərinin  (İS)  öncül  istiqamətinin  müəyyən  edilməsi  və 



proqram təminatının təşkili; 

Xarici mühit 

Tapşırıq (verilmiş səlahiyyət) 

Strategiya 

Məhsul (iş, xidmət) 

Biznes prosesinin təşkili 

Ehtiyat mənbələri 

İnkişaf planının tərtib edilməsi 

İnformasiyaya 

olan  


tələbat 

İnformasiyaya 

olan  

tələbat 


 

 

56 



İS-in tətbiqi tempinin (sürətinin) artırılması; 

İS-nin texniki-təminatının artırılması və onun səmərəli təşkili; 



İS-in tətbiqinə çəkilən xərclərin müqayisə edilməsi və onun üstünlüklərinin 

əsaslandırılması; 

İS-in kadr təminatı və təşkilatı aspektlərinin müəyyən edilməsi; 



İS-in işlənilməsi üzrə metodların və yanaşmaların açıqlanması; 

İS-in təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin işlənib hazırlanması; 



İS üzrə rəqabətçilərin texniki imkanlarının qiymətləndirilməsi. 

Yuxarıda qeyd edilən təşkilati-iqtisadi istiqamətlərin planlaşdırılması nə qədər 

asan  olsa  da,  onların  tətbiqi  bir  o  qədər  çətindir,  çünki  yeni  yaranmış  İS-lərin 

kütləvi  şəkildə  mənisənilməsi  həmişə  insan  amili  ilə  üzləşir.  Ona  görə  də  hələ 

1983-cü  ildə  E.Mamford  yazırdı  ki,  qeyd  edilən  çətinliyi  aradan  qaldırmaq  üçün 

texniki  və  insan  amillərini  nəzərə  alan  səmərəli  infomasiya-kompyuter  sistemi 

yaradılmalıdır.  Həmin  müəllifin  qeyd  edilən  fikri  bu  gün  də  öz  aktuallığını 

saxlayır.  

İnformasiya 

problemlərinə 

həsr 


edilmiş 

ədəbiyyatların 

öyrənilib 

ümumiləşdirilməsi  göstərir  ki,  informasiya  sistemlərinin işlənilməsi  strategiyasını 

formalaşdırarkən sosial-texniki yanaşmaya üstünlük verilir. 

Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, sistemin tətbiqi zamanı işçilərin 

əmək şəraitinin və müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üzrə təxirəsalınmaz 

tədbirlər  həyata  keçirlilsin.  Lakin  buna  nail  olmaq  üçün  İS  üzrə  ali  menecerlərin 

müvafiq dəstəyinə ehtiyac duyulur. 

Operativ  rəhbərlik  və  nəzarət  mərhələsi  yeni  texnikanın  yaradılması  və 

mənimsənilməsi  üzrə  idarəetmə  prosesinin  dinamikliyini  özündə  əks  etdirir.  Bu 

zaman  əsas  diqqət  yeni  texnikanın  tətbiq  edilən  obyektlərində  elmi-texniki 

nailiyyətlərin həyata keçirilməsini təmin edərək, onun sənaye miqyasında tətbiqinə 

yönəldilir. Sonuncunun təminatı və formalaşan nəzarət sisteminə əsaslanır. 

İnformasiya texnologiyalarının işlənilməsi zamanı aşağıdakılara xüsusi diqqət 

yetirilməlidir: 



 

 

57 



1. 

Texnoloji prosesin əsas mərhələlərinin xarakterik xüsusiyyətlərini aşkar 

etmək; 

2. 


Məlumatların  toplanması,  ötürülməsi,  işlənilməsi  və  nəzarət  əməliyyat-

larının təşkili; 

3. 

İnformasiya texnologiyalarının işlənilməsi prosesinin mərhələrinin, para-



metrlərinin,  keyfiyyət  və  optimallaşma  kriteriyalarının  və  layihə  vasitələrinin 

müəyyən edilməsi. 

Qeyd edilən mərhələlərin hər biri özü özlüyündə xüsusi informasiya təminatı 

vasitəsinə  möhtac  olduğundan  avtomatlaşdırılmış  informasiya  sistemlərinin 

yaradılması  və  təşkilini,  eləcə  də  informasiyaların  axtarılması  və  təhlilini  tələb 

edir.  Bu  zaman  ilk  növbədə  aparılacaq  tədqiqatın  və  işlənmənin  tətbiqinin 

nəticələrini  qiymətləndirmək  zərurəti  yaranır.  Təcrübədə  bu  ilk  növ  iş  ilkin 

qiymətləndirmə adlandırırlar. 

İnformasiya  təminatına  proqnozlaşdırma  zamanı  texniki-iqtisadi  və 

kommersiya xarakterli informasiyalardan istifadə olunması nəinki yeni texnika və 

texnologiyanın  tətbiqi  üzrə  əsaslandırılmış  proqnozların  tərtibatına,  hətta 

perspektiv inkişafın müəyyən edilməsinə təminat yaradır. Elmi-texniki işləmələrin 

başa  çatdırılmasından  sonra  onun  texniki  səviyyəsinə  qiymət  verilməlidir. 

İşləmələr sənaye müəssisələrində tətbiq edildikdən sonra bütün mərhələlərə yekun 

qiymət  verilir  ki,  bu  da  texniki-iqtisadi  ədəbiyyatlardan,  patent  fondundan, 

standartlardan,  «Now-How»,  reklam  materiallarından  və  i.a.  informasiyalara 

əsaslanır. 

Bazar  münasibətlərinin  inkişafı  səviyyəsindən  asılı  olmayaraq  dövlət 

idarəetmə  orqanları  elmi-texniki  nəticələrin həyata keçirilməsi üzrə  cari planların 

və perspektiv proqramların yerinə yetirilməsinin gedişatına, ölkədə patent-hüquqi 

aktivliyinin genişlənməsinə, patent-lisenziya əməliyyatlarının həyata keçirilməsinə, 

elmi-texniki  nailiyyətlərin  iqtisadi  cəhətdən  stimullaşdırılması  mexanizminin 

formalaşması  və  həyata  keçirilməsi  işləri  üzərində  sistematik  nəzarət  işi 

aparılmalıdır. Həmin nəzarət funksiyasını həyata keçirmək üçün dövlət idarəetmə 

orqanlarında  yeni  informasiya  texnologiyaları  haqqında  məlumatlar  toplanmalı, 


 

 

58 



onların  sənaye  miqyasında  tətbiqinin  gedişatı  üzrə  aparıcı  təşkilat  müəyyən 

edilməlidir.  Bu  baxımdan  ARDNŞ-nin  iş  təcrübəsi  diqqətə  layiqdir.  Lakin  bu 

sahədə aparılan işlər özünün ilkin mərhələsindədir. Belə ki, informasiya sistemləri 

və 


texnologiyalarının 

tətbiqi 


üzrə 

aparıcı 


təşkilat 

hesab 


edilən 

"Azərineftinformatika"  Hesablama  Mərkəzində  dünyanın  neft-qazçıxarma  və 

geologiya işlərində tətbiq edilən bir çox yeni informasiya texnologiyaları lazımınca 

öyrənilmədiyindən  tədqiq  edilən  sahədə  öz  yerini  tapmamışdır.  Digər  tərəfdən, 

təcrübədə  mövcud  olan  bütün  yeni  informasiya  texnologiyalarını  qısa  müddətdə 

öyrənib  mənimsəmək,  onu  sahənin  spesifik  xüsusiyyətinə  uyğunlaşdırmaq 

mürəkkəb  proses  olub,  özlüyündə  vaxt  amilindən  başqa  böyük  məbləğdə  vəsait 

tələb  edir.  Bununla  yanaşı  hər  bir  yeni  texnologiyanı  mənimsəmək  -  yeni 

təfəkkürlü kadr hazırlığını tələb edir ki, bu da uzun illərin və peşəkarlığın nəticəsi 

kimi qiymətləndirilməlidir. 



 

 

59 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin