3.2. İdarəetmə prosesində yeni informasiya texnologiyalarından
istifadə istiqamətləri
İdarəetmə prosesinin informasiya ilə təchizatının əsası, informasiya
ehtiyatlarının olmasıdır. Ona görə də idarəetmə strukturlarını müvafiq informasiya
ehtiyatları ilə təmin edən məlumat sistemlərinin formalaşdırılması mühüm
əhəmiyyətə malikdir. Məlumat axınlarının indiki durumunda bu məsələnin effektli
həllini məlumat sistemlərindən, kompüter texnikası vasitələri və müasir innovativ
texnologiyaları tətbiq olunmadan təmin edilməsi qeyri-mümkündür.
İdarəçilikdə yeni informasiya-kommunikasiya texnologiyalarından (IKT)
istifadə olunması idarəetmə sistemlərinin xüsusiyyətinə və onun yerinə
yetirilməsinin təşkilati quruluş formalarına əhəmiyyətli təsir göstərir. İdarəçilikdə
İKT-dən istifadə bir çox sahələrdə cəmiyyətin informasiya olan ehtiyacının daha
tam ödəməyə ödəməyə, bütövlükdə idarəetmənin effektivliyini artırmağa və dövlət
bölməsinin xərclərini aşağı salmağa, dövlət idarəetmə strukturlarının vətəndaşlarla
və təşkilatlarla qarşılıqlı münasibətlərini yaxşılaşdırmağa şərait yaradır. Müvafiq
idarəetmə strukturlarının, bələdiyyə qurumlarının insanlarla və müəssisələrlə
informasiya sahəsində qarşılıqlı münasibətinin müasir üsul və vasitələrinin inkişafı
qərarların işlənib hazırlanmasında və qəbulunda aşkarlığın və şəffaflığın təmin
edilməsi üçün yeni şanslar yaradır. Bu baxımdan dövlət idarəetməsinin məlumat
təminatının ən önəmli strateji hədəflərindən biri müxtəlif tipli səmərəli məlumat
sistemlərinin idarəetmə qərarlarının işlənib hazırlanması və qəbuluna kömək
sistemlərinin qurulması və r4eallaşdırılmasından ibarətdir.
İdarəçilik təcrübəsində avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) çox
geniş tətbiq edilir. Belə forma informasiya texnologiyasının - onun əldə
edilməsinin, ötürülməsinin, toplanmasının və işlənməsinin daha səmərəli təşkili və
idarə olunması deməkdir. Avtomatlaşdırılmış idarəetmə sistemi ancaq dövlət
idarəetmə strukturlarında deyil, regionlar və ölkə iqtisadiyyatının müvafiq sahələri
üzrə formalaşdırılmalıdır. Onlar çoxvariantlı plan-iqtisadi hesablamalar aparır,
proqnozlar verir, təsərrüfat fəaliyyəti üçün optimal idarəetmə qərarları
60
hazırlayırlar. Hazırda dövlət hesablama mərkəzləri şəbəkəsi əsasında
avtomatlaşdmlmış plan-iqtisadi hesablamalar sistemi, habelə avtomatlaşdırılmış
sahə sistemləri daxil olmaqla informasiyaların toplanması və işlənməsinin vahid
dövlət sistemi yaradılmışdır. Avtomatlaşdırılmış idarəetmə sistemlərinin
yaradılması bəzilərinin düşündüyü kimi, heç də rəhbər işçiləri bir çox qayğılardan
azad etmir, sadəcə olaraq idarəetmənin səmərəliliyinin, operativliyinin
yüksəlməsinə və məhsuldarlığın artmasına şərait yaradır. Avtomatlaşdırılmış
idarəetmə sistemləri şəraitində idarəçilik fəaliyyətinin funksional məzmunu xeyli
dəyişir, konkretləşir, operativliyə, dəqiqliyə və mütəşəkkil iş fəaliyyətinə tələbat
xeyli dərəcədə artır.
İdarəetmə prosesinin informasiya sistemlərinin yaradılması bürokratik dövlət
maşınına yeni texniki vasitələrin-tətbiqi deyil, mülkiyyət formal arının
müxtəlifliyinə, vətəndaş cəmiyyətinə, özünüidarəetmə mexanizmlərinin geniş
inkişafına, insanların hüquq və azadlıqlarının tamlığına, qanunun aliliyinə və digər
demokratik prinsiplərə və dəyərlərə əsaslanan yeni dövlət idarəetmə sisteminin
yaradılmasını nəzərdə tutur. Eyni zamanda, idarəolunan obyektlərin, onların
qarşılıqlı əlaqələrinin müasir təşkili, yeni rabitə vasitələrinin imkanları,
informasiya işlənmə texnikasının xarakteri və digər amillər idarəetmənin vahid və
tam əhatəli informasiya sisteminin yaradılmasına şərait yaradır. Beləliklə, təşkilat
özünün vahid informasiya sisteminə malik ümumi dövlət idarəetmə sistemi
qurulmalıdır.
Müasir dövrdə informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə
dövlət orqanlarının informasiya təminatı sisteminin təkmilləşdirilməsindən
danışdıqda, adətən müəyyən obyektlərin mövcud durumunu və dinamikasını
özündə birləşdirən informasiyanın əldə edilməsini, qeydiyyata alınması, yığılması,
emalı və qorunması ilə bağlı fəaliyyətdə olan sistem yox, keyfiyyətcə və prinsipcə
daha
müasir informasiya
sistemlərinin
yaradılması
nəzərdə
tutulur.
Mikroelektronikanın, informatikanın, mikroprosessorların, robotların və digər
müasir xidmət vasitələrinin tətbiqi bütövlükdə informasiya ilə işin yeni elmi və
61
texniki səviyyəyə yüksəldilməsinə, rasional və səmərəli informasiya tex-
nologiyalarının yaradılmasına imkan verir.
Artıq qeyd etdiyimiz kimi, idarəetmənin səmərəliliyinə təsir edən amillərdən
biri də yeni informasiya texnologiyalarından istifadə olunmasıdır. Yeni
informasiya texnologiyaları informasiya ilə iş prosesində kompüter texnikasından
və rabitənin telekommunikasiya vasitələrindən istifadə etməyə imkan verir. Bu
texnologiyaların tətbiqi hər şeydən əvvəl idarəetmə fəaliyyətini, onun məzmununu
dəyişir, idarəetmənin səmərəliliyini artırır, dövlət idarəetmə orqanlarında qərar
qəbulu proseslərinin informasiya təminatının daha yüksək səviyyəsini təmin
etməyə imkan verir. Bu baxımdan informasiya sistemləri sahəsindəki yeniliklərin
gələcəkdə məhsuldarlığın artmasına təsiri daha çox olacaqdır. Bu yeniliklərə lokal
və qlobal informasiya şəbəkələri, verilənlər bazasının idarə olunması imkanlarının
genişlənməsi,
müstəqil
proqramlaşdırma,
ofis
əməliyyatlarının
avtomatlaşdırılması, qərar qəbuluna yardım sistemləri, ekspert sistemləri və s.
aiddir.
Müasir təşkilatların keyfiyyətcə yeniləşməsi cəmiyyətin bütün strukturlarını
və ayrıca hər bir vətəndaşın məlumatlandırılmasını təmin edəcək vahid
informasiya;, məkanının formalaşdırılması və inkişaf etmiş informasiya
infrastrukturunun yaradılması kimi sosial idarəetmə məsələsinin həllini ön plana
çıxarır. Bu gün vətəndaşların hökumətin informasiyalarına tətəbatı artır ki, bu da
vətəndaşlarla informasiya qarşılıqlı əlaqələrinin infrastrukturunun inkişaf
etdirilməsini tələb edir. Belə bir informasiya infrastrukturunun olması dövlət
hakimiyyət və idarəetmə orqanlarının bütün səviyyələrini inteqrasiya etməklə iri
həcmli informasiyanın yığılması, sistemləşdirilməsi, təsnifləşdirilməsi, ötürülməsi
və saxlanılmasının səmərəli vasitələrinin tətbiq edilməsim, məlumatların alınması
və işlənilməsi, onların təhlili və modernləşdirilməsi müasir texnologiyaların
istifadə edilməsini nəzərdə tutur ki, bu da idarəetməsinin səmərəliliyinin vacib şərti
və göstəricisidir.
Hər hansı bir təşkilatda və yaxud idarədə əgər iki və ya daha artıq kompüter
varsa, o zaman bu kompüterlərin verilənləri və informasiyanı bir-biri ilə əlaqəli
62
olaraq işləməsi təşkilat üçün daha çox səmərə verər və məhsuldarlığın artmasına
kömək edər. Hazırkı dövrdə kompüterlərin eyni məkanda və yaxud müxtəlif
qitələrdə yerləşməsindən asılı olmayaraq onlardan birləşdirilmiş formada istifadə
etməyə böyük ehtiyac yaranmışdır. Eyni məkanda yerləşən kompüterlərin
birləşmiş formada istifadəsinə lokal şəbəkə, müxtəlif coğrafi məkanlarda yerləşən
kompüterlərin birləşdirilməsinə isə qlobal şəbəkə adı verilmişdir. Kompüter
istifadəçilərinin təşkilat daxilində tez-tez informasiyanın ötürülməsi, saxlanması,
yenidən işlənməsi ilə bağlı problemləri meydana çıxdıqda daxili şəbəkənin
köməyinə ehtiyac hiss olunur.
Əgər bir istifadəçi digərinə sənəd, qrafik və yaxud təhlil xarakterli
informasiya göndərmək istəyirsə bu zaman daxili şəbəkədən istifadə edir. Daxili
şəbəkənin digər faydalarından biri də eyni informasiyadan bir neçə istifadəçinin
eyni anda istifadə etməyə imkan verməsidir ki, bu da idarəetmə fəaliyyətində vaxta
qənaət edilməsinə və səmərəliliyin yüksəldilməsinə səbəb olur. Daxili şəbəkədə
informasiyanın paylanması üsullarından biri də elektron poçt xidmətidir. Elektron
poçt xidməti sənədləri, şəkilləri və digər informasiyaları bir və ya bir neçə şəxsə
göndərməkdən ibarətdir. Beynəlxalq qlobal şəbəkələr hələ bir neçə onilliklər
bundan əvvəl beynəlxalq telefon şəbəkəsi formasında mövcud olmuşdur. Müasir
dövrdə müxtəlif coğrafi məkanlarda yerləşən kompüter istifadəçiləri arasında
informasiya mübadiləsinə olan ehtiyac getdikcə artır və beynəlxalq şəbəkələr
biznes, sənaye və dövlət idarəetmə orqanlarının fəaliyyətində daha böyük
əhəmiyyət kəsb edir.
İnformasiya-kommunikasiya texnologiyalarının idarəetmə strukturlarında
istifadə edilən mürəkkəb prosedura olub bəzi amillərlə əlaqədardır:
-
inzibati idarəetmə aparatın vertikal quruluşların horizontal quruluşla
əlaqələndirilməsinin qaçılmaz olması ilə;
-
dövlət məmurlarının bilik və ixtisası səviyyəsinin qaneedici olması və
dərrakalarındakı ətalətlə;
-
informasiyaya kütləvi çıxış imkanlarım nəzərdə tutan məlumatlar bazasının
çatışmapıası ilə.
63
İdarəçilikdə yeni İKT-nın tətbiqi ilə bağlı vəzifələrə aşağıdakıları aid etmək
olar:
-
qanunvericiliyin təkmilləşdirilməsi;
-
İKT-dən istifadə etməklə dövlət hakimiyyət orqanlarının və yerli
özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
-
İKT-dən istifadə etməklə dövlət hakimiyyət və idarəetmə orqanları ilə
vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılması;
-
İKT üzrə mütəxəssislərin və yüksək ixtisaslı istifadəçilərin hazırlığı
sisteminin inkişaf etdirilməsi.
İKT-nin müvafiq idarəetmə strukturlarında istifadəsi prosesinin başlıca
vəzifəsi hakimiyyət strukturlarının effektivliyinin artırılmasından ibarətdir. Bu
vəzifə həll edilmədən vətəndaşların informasiyaya çıxış hüquqlarının və
hakimiyyət orqanları tərəfindən göstərilən xidmətlərdən istifadənin səmərəli və
rahatlığının təmin olunmasına nail olmaq mümkün deyildir. İdarəetmədə İKT-nin
tətbiqi ıqtisadiyyatın tərəqqisi üçün mühüm əhəmiyyətli məqsədlərə çatmaq,
idarəetmə strukturunun işinin effektivliyini yüksəltmək və idarəçilikdə nəticələrin
yüksəldilməsinə nail olmağa son dərəcədə böyük imkanlar açır. Məlum olduğu
kimi informasiya inhisarçılığı bürokratizmin və korrupsiyanın inkişafı üçün münbit
mühit rolunu oynayır. Buna görə də yeni informasiya-kommunikasiya
texnologiyalarının dövlət idarəçiliyində tətbiqi açıq informasiya resurslarına
idarəetmə strukturunun inhisarını aradan qaldırmağa, açıq vətəndaş cəmiyyəti
formalaşdırmağa kömək edəcəkdir.
İnkişaf etmiş ölkələrin formalarından İKT sahəsindəki strategiya larinin təhlili
göstərir ki:
a) hökumət dövlət təşkilatlan ilə qarşılıqlı münasibətlərdə vətəndaşlar üçün
böyük rahatlığın yaradılmasında maraqlıdır;
b) hökumət iqtisadiyyatın elektronlaşdırılması sahəsində, o cümlədən elektron
ticarətin inkişafının stimullaşdmlmasındä lider rolunu öz üzərinə götürür;
c) hökumət onun fəaliyyətinə vətəndaşlar tərəfindən nəzarətin gücləndirilməsi
barədə milli təşəbbüs çərçivəsində özünün fəaliyyətinə yenidən baxır.
64
Kommunikasiya texnologiyaları içərisində İnternet mühüm əhəmiyyət kəsb
edir və son dövrlərdə dünya birliyinin informasiya strukturu vacib əhəmiyyətə
malikdir və son illərdə beynəlxalq informasiya sisteminin çox əhəmiyyətli
elementlərindən birinə çevrilmişdir. İnternet mərkəzləşdirilmiş idarəetmə orqanına
malik olmayan, uzaq müraciətli telekommunikasiya kanalları ilə birləşdirilmiş
qlobal şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter internetə qoşulur və
onların real sayım müəyyən etmək qeyri-mümkündür.
Qərb ölkələrində idarəetmə orqanlarının İnternetdən istifadə etməsinə dövlət
hakimiyyətinin səmərəliliyinin yüksəldilməsi üçün mümkün imkanlardan biri kimi
baxılır. Tədqiqatçıların fikrincə, yaxın dövrlərdə İnternet hakimiyyətin xalq
kütlələri üçün açıqlığını təmin edə biləcək əsas vasitəyə çevriləcəkdir. Hesab edilir
ki, informasiya texnologiyalarının idarəçiliyə tətbiqi çox şeyi tezliklə
optimallaşdırmağa, idarəetmə xərclərinin azaldılmasına, dövlət hakimiyyət
orqanlarının bir-biri ilə və vətəndaşlarla, cəmiyyətlə qarşılıqlı fəaliyyətinin
sürətlənməsinə imkan verəcəkdir. İdarəetmə fəaliyyətində İnternetdən başqa
ölkələrin idarəetmə təcrübəsinin öyrənilməsində, informasiyaların daha operativ
qəbul edilməsində və ötürülməsində, ictimai xidmətlərin göstərilməsində istifadə
edilir.
Bu gün idarəetmə proseslərində inteqrasiya olunmuş informasiya
sistemlərindən daha çox istifadə olunur ki, bu da idarəetmə qərarlarının qəbulu və
tələb olunan informasiyanın istifadəçilərə çatdırılması sahəsində mövcud olan
müxtəlif informasiya sistemlərinin məcmusundan ibarətdir. Bu sistemlərə
Əməliyyat Emalı Sistemi, İnformasiya İdarəetmə Sistemi, Qərarların Qəbuluna
yardım Sistemi, Tətbiqi İnformasiya Sistemi, Strateji İnformasiya Sistemi, Ekspert
sistemləri və s. aid etmək olar. Bu sistemlər daxili və xarici verilənlər bazası ilə
birlikdə inteqrasiya olunmuş informasiya sistemini təşkil edir. Konseptual
baxımdan inteqrasiya olunmuş informasiya sisteminin fəaliyyəti daxili və xarici
mənbələrdən məlumatların alınması ilə başlayır. Məlumatlar əməliyyat emalı
sistemində işlənildikdən sonra daxili verilənlər bazasına ötürülür və sonrakı
mərhələdə istifadəçilər lazımi informasiyanı tapmaq üçün bu bazadan istifadə
65
edirlər. Bu informasiya sistem Tərəfindən müxtəlif hesabatların hazırlanması və
yaxud idarəetmə qərarlarının müxtəlif variantlarının hazırlanması və
qiymətləndirilməsi üçün qərarların qəbuluna yardım sistemində istifadə olunur.
Sistemin hesabatları istifadəçilərə sənədlərin hazır forması şəklində və yaxud
elektron poçt vasitəsilə ötürülə bilər, daxili verilənlər bazasındakı informasiya ilə
birləşdirilərək tətbiqi informasiya sistemləri vasitəsilə yuxarı səviyyəli məsul
şəxslərə çatdırıla bilər. Daxili verilənlər bazası strateji informasiya sistemləri üçün
informasiya mənbəyi rolunu oynayır. Eyni zamanda bu informasiyadan ekspert
sistemlərində də istifadə olunur. Bütün bu proses zamanı sistem qərar qəbulu
prosesini bütün səviyyələrdə tənzimləyir və mətnlərin hazırlanması,
informasiyanın elektron poçt vasitəsilə göndərilməsi və nəticələrin avtomatik
qeydə alınması kimi əməliyyatları xeyli asanlaşdırır
İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsi, IKT-nin
dövlət idarəçiliyinə tətbiqi və dövlət idarəetməsinin informasiya sistemlərinin
inkişaf etdirilməsi baxımından son dövrlərdə dünyanın müxtəlif ölkələrində
reallaşdırılmağa başlanılmış «elektron hökumət» layihəsini xüsusi qeyd etmək
lazımdır. Elektron hökuməti «informasiyanın elektron vasitələrlə işlənilməsi,
ötürülməsi və yayılması əsasında qurulmuş dövlət idarəetməsi sistemi» kimi
müəyyənləşdirmək olar. Bəzi ölkələrdə e-Government adlandırılan «elektron
hökumət»in əsas vəzifəsi dövlətin, milli iqtisadiyyatın və sosial proseslərin idarə
olunmasını daha da səmərəli və istifadəçilər üçün daha da rahat etməkdən ibarətdir.
«Elektron hökumət» ideyasının tərəfdarlarının onun xeyrinə istifadə etdikləri ən
mühüm arqumetlərdən biri bu sistemin dövlət hakimiyyətinin şəffaflığını artıracağı
və onun həm vətəndaşlarla, həm də biznes strukturları ilə əks-əlaqələrinin yeni
səviyyəyə yüksələcəyinə inamdan ibarətdir.
Elektron hökumət layihələri hal-hazırda ABŞ, İngiltərə, Kanada, Avstraliya,
Yaponiya, Sinqapur və digər ölkələrdə həyata keçirilir. Bu sahədə liderlik elektron
hökumət layihəsinin reallaşdınlmasına 1995-96-cı illərdən başlamış və bu günə
qədər kifayət qədər uğurlar qazanmış ABŞ və İngiltərəyə məxsusdur. Məsələn,
ABŞ-da vergi xidməti portalının yaradılması vergi ödəyicilərindəıı daxil olan
66
informasiyanın işlənilməsinə sərf olunan vaxtın 8 aydan 20-30 dəqiqəyə qədər
azaldılmasına imkan vermişdir.
«Elektron hökumət» layihəsinin məqsədi İKT-nin tətbiqi hesabına
demokratiyanın inkişafına şərait yaratmaqdan, dövlət və bələdiyyə idarəetməsinin,
iqtisadiyyatın fəaliyyətinin səmərəliliyinin artırılmasından, vətəndaşların
informasiyaya sərbəst çıxış hüquqlarının təmin olunması üçün şəraitin
yaradılmasından, ölkənin vahid informasiya məkanının formalaşdınlmasmdan
ibarətdir. Bu layihənin reallaşdırılması aşağıdakılara imkan verəcəkdir:
-
hökumətin (dövlət strukturlarının, dövlət qulluqçularının) intellektual və
kadr potensialından maksimum istifadə etməyə;
-
vətəndaşların dövlət idarəetməsində iştirakına, əhalinin müxtəlif
informasiyalara çıxış imkanlarının təmin olunmasına;
-
cəmiyyət üçün dövlətin informasiya şəffaflığı və açıqlığının təmin
olunmasına.
“Elektron hökumət” layihəsinin tərkib hissəsi aşağıdakılardan ibarət ola bilər:
elektron sənəd dövriyyəsi sistemləri, dövlət xidmətlərinin portalı, dövlət registrləri
və vətəndaşlara avtomatlaşdırılmış xidmət sistemləri, sahəvi, regional və yerli
məlumat bazaları və s.
İdarəetmə prosesində avtomatlaşdırılması nəzərdə tutulan proseslərə görə
«elektron hökumət» layihəsinin yaradılmasına bir sıra tələblər irəli sürülür.
İdarəetmə nəzəriyyəsində üç belə tələblər qrupu müəyyənləşdirilmişdir:
a)
İnstitutsional tələblər. Burada ümumi siyasət və onun həyata
keçirilməsinin başlıca vəzifələri müəyyənləşdirilir.
b)
İnzibati tələblər. Bu tələblər fünksional idarəetmə sferasını əhatə
edir ki, butada institutsional səviyyədə müəyyənləşdirilmiş fəaliyyət
istiqamətləri təşkilati-idarəetmə komponentlərinə ayrılır.
c)
Texnoloji tələblər. Bunlar bütövlükdə cəmiyyət və ayrı-ayrı
vətəndaşların, təşkilatların istifadə etdiyi konkret məhsullara çevrilən
dövlət idarəetmə xidmətlərinə olan tələbatların bilavasitə ödənilməsi ilə
bağla tələblərdir.
67
İnzibati və texnoloji səviyyədə dövlət idarəetməsi funksional baxımda konkret
məsələlərə yönəlir və onları həll edir. İdarəetmə sistemi dövlət aparatının təşkilati
strukturunu (dövlət orqanlarını), onların reallaşdırdığı funksiyaların məcmusunu,
istifadə etdikləri metod, vasitə və resursları, idarəetmə subyektləri və obyektləri
arasındakı birbaşa və qarşılıqlı əks-əlaqələri və bu zaman lazım olan informasiya
axınlarını özündə birləşdirir. Buna görə də elektron hökumət modeli bu sistemin
yalnız əhaliyə və təşkilatlara xidmətlərin göstərilməsi ilə bağlı ən aşağı texnoloji
səviyyəsini deyil, bütün dövlət idarəetmə sistemini əhatə etməlidir.
İdarəetmənin inzibati səviyyəsində əsas vəzifə elektron sənəd dövriyyəsinə
keçiddən ibarətdir. Bu aşağıdakıları nəzərdə tutur:
1. təşkilatdaxili elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı;
2. dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanları arasında
müxtəlif sənədlərin işlənilməsinin müddətlərinin azaldılmasını təmin edən
təşkilatlararası elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı;
3. regional və yerli hakimiyyət orqanlarının qəbul etdiyi qərarların
keyfiyyətinin yüksəldilməsini təmin edəcək üfüqi qarşılıqlı fəaliyyət sistemlərinin
inkişafı.
Burada təşkilatlardakı informasiya və sənəd dövriyyəsinin təşkilati
standartlarının uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulur.
İdarəetməsinin texnoloji səviyyəsində, yəni vətəndaşlara və təşkilatlara
xidmətlərin bilavasitə göstərildiyi səviyyədə aşağıdakı vəzifələrin yerinə
yetirilməsi tələb olunur:
a)
müəssisələrin dövlət orqanları ilə məcburi qarşılıqlı fəaliyyət
növlərinin əksəriyyətinin elektron formaya keçirilməsi və tədricən bütün təsərrüfat
subyektlərinin kağızsız sənəd dövriyyəsinə keçməsi. Bu zaman informasiya
mübadiləsini təmin edən müxtəlif səviyyəli dövlət orqanlarının və yerli
özünüidarəetmə orqanlarının fəaliyyətinin razılaşdırılmasının təmin edilməsi, o
cümlədən, mübadilə standartlarının, imzanın müdafiəsi və təsdiqi prinsiplərinin
uyğunluğu, həmçinin dövlət orqanlanndakı kargüzarlığm və sənəd dövriyyəsinin
açıq beynəlxalq standartlara uyğunluğunun təmin olumnası tələb olunur.
68
b)
İKT vasitəsi ilə dövlətlə vətəndaşlar arasında səmərəli qarşılıqlı
fəaliyyətin təmin olunması. Burada vətəndaşlara əks-əlaqə imkanı da daxil olmaqla
telekommunikasiya kanalları vasitəsi ilə mərkəzi və yerli səviyyəli müxtəlif dövlət
orqanlarının informasiyasından istifadə imkanlarının yaradılması nəzərdə tutulur.
Bu zaman vətəndaşlara yaşadığı yerdən asılı olmayaraq bərabər imkanlar
yaradılmalıdır ki, bu da uzaqdan qoşulmaq və xidmətləri məsafədən əldə etmək
imkanlarının da olmasını nəzərdə tutur.
c)
İdarəetmə oqqanlarının İnternet nümayəndəliklərinin yaradılması və
hökumət portalının qurulması. Burada regional və yerli səviyyədə əlaqələndimsə
məsələləri də həll olunmalıdır.
İdarəetmənin bütün səviyyələrinin və yerli özünüidarəetmə orqanlarının
informasiyalaşdınlmasmın inkişafı tədbirləri bütün ölkə ərazisində vahid
informasiya məkanının yaradılmasını və həm cəmiyyət daxilində, həm də dövlətlə
vətəndaş arasında informasiya mübadiləsi proseslərinin əsaslı dərəcədə
sürətləndirilməsini təmin etməlidir. Qarşıya qoyulmuş bu vəzifələr tipik həll
variantlarının işlənib hazırlanmasını və bütün ölkə miqyasında kütləvi şəkildə
tətbiq olunmasını nəzərdə tutur. Məsələn, müxtəlif ölkələrdə «elektron hökumət»
çərçivəsində aşağıdakı kimi məsələlər tətbiq olunur:
I. Bir təşkilat daxilində sənəd dövriyyəsinin avtomatlaşdırılması İnternet və
intranet vasitəsi ilə istifadəçilərin işini, işgüzar proseslərin idarəolunmasını,
sənədlərin həyat dövrünün və versiyalarının yararlılığını, informasiyaya çıxış
hüquqlarının dinamik idarə olunmasını tamamilə təmin edir.
II. Dövlət təşkilatları arasında sənəd dövriyyəsi milli şifrləmə standartlarından
və məlumatların ötürülməsinin vahid standartlarından istifadə etməklə sənəd
mübadiləsini, qarşılıqlı işgüzar prosesləri təmin edir.
III. Dövlət hakimiyyət orqanlarının kollektiv işinin planlaşdırılması layihənin
vahid işçi məkanını formalaşdırır və işgüzar prosesin şəbəkə planlaşdınlmasını, işçi
qrupların yaradılmasını, icraya nəzarəti, işçi qrupların telekonfranslarının
keçirilməsini təmin edir.
69
IV. Dövlət informasiya portallarının yaradılması ayn-ayrı dövlət idarələrinin,
təşkilatların və hakimiyyət orqanlarının fəaliyyətini işıqlandıran məlumat xarakterli
və normativ informasiyaların, həmçinin müxtəlif təşkilatların sistemlərinin
birləşmiş infonnasiya resurslarının məkəzləşdirilmiş qaydada idarə olunan vahid
sistem çərçivəsində verilməsini nəzərdə tutur ki, bu zaman həmin informasiyaların
hər birində əlavə düzəlişlərin edilməsinə icazə verilmir və bilavasitə məsul şəxslər
tərəfindən standart şablonların doldurulmasından sonra bu informasiyaların qeyri-
mərkəzləşdirilmiş qaydada nəşrinə imkanların verilməsi nəzərdə tutulur.
Vətəndaşların və təşkilatların müraciətlərinin işlənilməsi təşkilati və
təşkilatlararası elektron sənəd dövriyyəsi sistemləri çərçivəsində vətəndaşların və
təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin
avtomatlaşdırılmasını təmin edir və bu zaman ərizənin işlənilməsinin standart
marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq
əlavə olunan sənədlər paketinin yaradılmasını, həmçinin sənədlər paketinin
hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir.
İKT-dən istifadə etməklə dövlət hakimiyyət orqanları ilə vətəndaşlar arasında
səmərəli qarşılıqlı fəaliyyətə şərait yaratmaq üçün aşağıdakı vəzifələrin həll
olunması tələb olunur:
a) dövlət tərəfindən cəmiyyətə təqdim olunan informasiyanın həcminin
maksimi dərəcədə genişləndirilməsi;
b) vətəndaşlara dövlət xidmətlərinin vətəndaşlar üçün ən əlverişli formalarda
göstərilməsinin səmərəli sisteminin yaradılması;
c) dövlət orqanlarının və təşkilatlarının fəaliyyətinə ictimai nəzarət
mexanizmlərinin formalaşdırılması.
Bu vəzifələrin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır:
ç) açıqlıq, informasiyanın tamlığı, dövlət orqanları fəaliyyətinin şəffaflığı;
d) dövlətlə vətəndaşlar arasında əks-əlaqələrin yaranması və qarşılıqlı
fəaliyyəlm inkişafı üçün şəraitin təmin olunması.
İnteqrasiya olunmuş elektron sistemlərin resurslarına gündəlik müraciət
istifadəçilərdən hansısa xüsusi bilik və vərdişlər tələb etməməlidir. Hazırlıq
70
səviyyəmdən asılı olmayaraq hər bir vətəndaş hakimiyyət strukturlarının
nümayəndələrinə müraciət etmək imkanına malik olmalıdır.
Hakimiyyət orqanlarının işinə informasiya texnologiyalarının tətbiqi
orqanların fəaliyyəti haqqında informasiyanın həcminin genişləməsinə, cəmiyyət
üçün dövlətin informasiya şəffaflığının və açıqlığımı təmin olunmasına imkan
verəcəkdir.
İdarəçilikdə İKT-nin tətbiqi ilə əlaqədar informasiya axınlarının artması və
yüksək texnologiyalı istehsal bu proseslərə geniş kommunikativ bacarıqlara və
vərdişlərə malik yüksək ixtisaslı icraçıların cəlb olunmasını tələb edir. Bu məsələni
həll etmək üçün vahid informasiya-təhsil mühiti yaradılmalıdır. Bununla yanaşı
İKT sahəsində peşəkar təhsilin təkmilləşdirilməsi, onun məzmun və struktur
baxımdan yeniləşdirilməsi, təlim prosesinin müasir maddi-texniki bazasının
formalaşdırılması tələb olunur.
Qeyd edək ki, son dövrlərə qədər Azərbaycanda dövlət idarəetmə və
hakimiyyət orqanlarının, təsərrüfat subyektlərinin, vətəndaşların informasiya
təminatı aşağı səviyyədə idi. İnformasiyaya çıxış imkanları onun sahə
mənsubiyyəti ilə məhdudlaşdırılırdı. Əhalinin böyük əksəriyyəti informasiyanı
ənənəvi formada - nəşr materialları, radio və televiziya vasitəsi ilə əldə edirdi.
Mövcud informasiya-kommunikasiya sistemləri əsasən dövlət orqanlarının
maraqlarına xidmət edirdi və bu sistemlər arasında bir qayda olaraq qarşılıqlı
fəaliyyət mövcud deyildi. İnformasiya xidmətləri və resursları respublika
ərazisində qeyri-bərabər paylaş- dirilmişdi. Bütün bunlar isə öz növbəsində işlərin
təkrarlanmasına, sistemlərin işlənib hazırlanması və istismarına çəkilən xərclərin
artmasına səbəb olurdu. Bütün bu problemlərin aradan qaldırılması üçün 17 fevral
2003-cü il tarixdə «Azərbaycanın inkişafı naminə İnformasiya və Kommunikasiya
Texnologiyaları dair Milli Strategiya (2003-2012-ci illər)» qəbul olunmuşdur.
Strategiyada və onun əsasında hazırlanmış proqramlarda «elektron hökumət»
layihəsinin reallaşdırılması nəzərdə tutulmuşdur ki, onun məqsədləri aşağıdakı
kimi müəyyənləşdirilmişdir:
71
a) Dövlət idarəetmə orqanlarında və yerli özünüidarəetmə orqanlarında İKT-
nin geniş tətbiq və inkişaf etdirilməsi;
b) Vətəndaşlann, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyində iştirakı
üçün uyğun şəraitin yaradılması;
c) İKT-dən istifadə etmək vasitəsi ilə siyasi sistemin müxtəlif strukturları
arasında qarşılıqlı təmasların artırılması;
d) Məmurların İKT sahəsində biliklərinin müntəzəm artırılması üçün
mexanizmin işlənib hazırlanması və reallaşdınlması;
e) Müvafiq idarəetmə strukturlarında və müəssisələrində elektron sənəd
dövriyyəsinin geniş tətbiqi;
f) Vətəndaşlara informasiya xidmətlərinin göstərilməsi, icmal, sahə, yerli
məlumat
ehtiyatlarının,
dövlət
avtomatlaşdırılmış
sistemlərinin
yaradılması;
g) İKT-nin seçki proseslərində tətbiqinin inkişaf etdirilməsi.
Azərbaycanda artıq bütün dövlət idarəetmə orqanlarında daxili şəbəkələrin
yaradılmış və dövlət orqanlarının, təşkilatlarının İnternet şəbəkəsinə qoşulması,
dövlət orqanlarında aralıq sənədlərin və əlavə informasiyaların ləğvini həyata
keçirən və əsas informasiyanın kompüterin yaddaşında saxlanılmasını təmin edən
informasiya sisteminin və ümumrespublika verilənlər bazasının yaradılması,
idarəetmə proseslərinin proqnozlaşdırılması zamanı kompüterin imkanlarından
istifadə olunması sahəsində işlər sürətlə həyata keçirilməkdədir.
Dövlət imtahan mərkəzi tərəfindən artıq bir neçə ildir ki, müasir İKT-nin
imkanlarından istifadə etməklə uyğun informasiya resursları yaradılmış və
tələbələrin ali və orta ixtisas müəssisələrinə, vətəndaşların ayn-ayn dövlət
orqanlarında dövlət qulluğuna qəbulu prosesində istifadə olunur, İnternet vasitəsi
ilə əhaliyə geniş informasiya xidmətləri göstərilir. 2000-cilildən başlayaraq
«Sekçilər» Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış və müxtəlif
səviyyəli seçkilərdə (referendum, Prezident seçkiləri, Milli Məclisə və
bələdiyyələrə seçkilərdə) geniş istifadə olunmağa başlamışdır. Respublikada bir
sıra elm və təhsil müəssisələrini birləşdirməyə imkan verən telekommunikasiya
72
şəbəkəsi yaradılmış, müasir İKT-dən istifadə etməklə bank sistemində, Gömrük
Komitəsində, Vergilər Nazirliyində, Azərbaycan Dövlət Neft şirkətində, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Daxili İşlər Nazirliyində, bir sıra digər
nazirlik, idarə və təşkilatlarda informasiya sistemləri yaradılmış və bir çox
layihələr həyata keçirilmişdir. Son illərdə dövlətin qərarları əsasında bir sıra siyahı
və registrlərin hazırlanmasına başlanılmışdır.
Belə strategiyanın reallaşdırılması Azərbaycanda informasiya cəmiyyətinə
keçid üçün əlverişli şərait yaradacaq, səmərəli, şəffaf və nəzarət olunan dövlət
idarəetməsinin həyata keçirilməsinə, əhalinin geniş kütlələrinin idarəetmə
prosesində iştirak etməsinə, vətəndaşların informasiya resurslarından və
xidmətlərindən rahat istifadəsinə şəraiti təmin edəcəkdir.
İdarəetmənin bütün səviyyələrinin informasiyalaşdırılması ilə bağlı tədbirlər
həm cəmiyyətin daxilində, həm də dövlətlə vətəndaşlar arasında informasiya
mübadiləsi prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. Bunun nəticəsində isə dövlət
idarəetməsinin səmərəliliyi yüksələcək, iqtisadiyyatda və cəmiyyətdə baş verən
proseslərin monitorinqi və bu proseslərin vaxtında tənzimlənməsi ilə bağlı
qərarların qəbulu üçün prinsipcə yeni imkanlar yaranacaqdır. Müasir informasiya
texnologiyalarının nazirlik və təşkilatların, yerli hakimiyyət orqanlarının işinin
təşkilinə tətbiqi idarəetməyə çəkilən xərclərin azaldılmasına imkan verəcəkdir. Bu
layihə çərçivəsində dövlətin informasiya resurslarının vahid bir sistemə inteqrasiya
olunması təsərrüfat əyintilərinin, vergidən yayınma hallarının, qanun
pozuntularının sayının kəskin şəkildə azaldılmasına imkan verəcəkdir.
Öz növbəsində bunların hamısı idarəetmənin demokratikləşdirilməsi,
idarəetmə orqanları tərəfindən qəbul olunan qərarların şəffaflığının və açıqlığının
təmin edilməsi, əhalinin məlumatlılığının artırılması və korrupsiyanın səviyyəsinin
azaldılması kimi çox vacib məsələlərin reallaşdırılmasına imkan verəcəkdir.
|