L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


İdarəetmə prosesinin informasiya təminatının formalaşmasının



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


1.2. İdarəetmə prosesinin informasiya təminatının formalaşmasının 

metodoloji əsasları 

 

Müasir  təşkilatlarının  effektli  idarə  olunmasına  riskli  şəraitdə  məlumat 



sistemlərinin  göstərdiyi  təsiri  günbəgün  artır.  Ölkəmizin  beynəlxalq  iqtisadi 

məkana inteqrasiyası, əcnəbi neft şirkətləri ilə yaradılmış  müvafiq iş birlikləri və 

digər bu kimi müasir idarəçilik formalarının tətbiq olunmasını qaçılmaz etmişdir. 

Bu  situasiya  respublikamızdakı  sənaye  müəssisələrinin  maliyyə-təsərrüfat 

fəaliyyətinin  müasirləşdirilməsi  üçün  təşkilatların  daha  müasir  avadanlıqlardan 

istifadə etməklə idarə olunması zəruriyyətini daha da artmışdır. 

İnkişaf etmiş ölkələrin sənaye təşkilatlarının uzun illik iş təcrübəsinin analizi 

göstərir ki, sənaye müəssisələrində yaradılan idarəetmə sistemləri də bu baxımdan 

çevik  nəzarət  və  müəssisələrin  idarə  edilməsinin  yeni  və  müasir  tələblər 

səviyyəsində  həll  olunmasına  imkan  yaratmaqla  idarəetmədə  mahiyyətcə  yeni 

səmərəli istiqamətlərin formalaşdırılmasına təkan verəcəkdir. 

Çağdaş  idarəçilik  sistemlərinin  formalaşdırılmasında  yeni  nəsil  innovasiya 

texnologiyalarının  tətbiqi  ilə  bərabər  yeni  texnologiyalar  əsasında  yaradılan 

məlumat  təminatı  sistemlərinin  əhəmiyyəti  xüsusilə  böyük  önəmə  malikdir.  İn-

formasiya  məlumat  sistemlərinin  formalaşdırılması  aşağıdakı  kimi  tədbirlər 

kompleksini  özündə  birləşdirir.  Bu  hər  şeydən  qabaq  informasiyaların  birbaşa 

aidiyyatı  mənbələrdən  toplanması,  ötürülməsi,  emalı  və,  nəhayət,  uzunmüddətli 

saxlanmasının təmin edilməsidir.  

Hər  bir  lokal  şəbəkə  öz  növbəsində şirkət  və  təşkilatlarda  formalaşmış  yerli 

regional  şəbəkələrin  informaşjya  bazalarına  əsaslanmalıdır.  Bu  baxımdan  “Azər-

ineftinformatika”  Hesablama  Mərkəzinin  yerli  idarələri  neft  və  qaz  çıxarılması 

üzrə məlumatlar bazasının istinad obyekti olaraq regionlardakı struktur vahidlərini, 

neftqazçıxarma idarələrinin (NQÇİ), kəşfiyyat idarələrinin və digər müəssisələrdə 

yaradılmış regional lokal idarə bazaları ilə sıx məlumat əlaqəsinə malik olmalıdır. 

Şəbəkə sisteminin məlumat bazası müasirləşdikcə informasiyanın toplanması, 

emalı  və  müvafiq  məlumat  və  zəruri  sənədlərin  hazırlanması  daha  da 



 

 

17 



müasirləşdirilmiş  formada  icra  ediləcəkdir.  Başqa  sözlə  məlumatlar  yerlərdən 

çevik olaraq korporativ şəbəkə strukturlarına ötürüləcək, konkret vaxtda müəyyən 

edilmiş formada müvafiq istifadənin hər birinə çatdırılacaqdır. 

İstehsal  proseslərinin  avtomatlaşdırılması,  həmçinin  eyni  zamanda 

avtomatlaşdırılmış idarəetmə sistemlərinin istifadəsinə edilən maliyyə, kəşfiyyat və 

neft-qaz  hasilatının  miqdarına  və  əmək  məhsuldarlığının  artırılmasına  təminat 

verir.  Başqa  bir  cəhətdən  avtomatika  avadanlıqlarının  və  idarəetmə  kom-

plekslərinin  araşdırılan  sənaye  sahəsində  istifadəsi  əsas  istehsal  avadanlıqlarının 

fəal  hissəsi  kimi  istifadəyə  başlandığı  vaxtdan  maliyyə  axınlarına  daxil  olaraq 

zaman  ötdükcə  öz  dəyərini  çıxarılan  neftin  və  qazın,  həmçinin  də  kəşfiyyat  iş-

lərinin  məbləğinin  üstünə  əlavə  edilir.  AİS-nin  vasitəsi  ilə  nəzarət  avadanlıqların 

aşağı  qaydalarda  uzun  vaxt  ərzində  işlənməsinə  şərait  yaradır,  nasazlıqların  elə 

yaranma  prosesində  aşkar  edilməsinə  imkan  verir,  onlara  çəkilən  xərcləri  ciddi 

şəkildə  aşağı  salır,  ehtiyat  hissə  və  s.  xərclərin  miqdarını  minimuma  endirir, 

məhsulun  yüksək  keyfiyyətini  standart  səviyyədə  saxlayır.  Digər  tərəfdən  isə, 

fəaliyyət  proseslərinin  avtomatlaşdırılması  monitorinq  və  idarəetmə  proseslərinin 

tətbiqi  normal  əmək  fəaliyyətini,  xarici  mühitin  qorunmasına  səmərəli  nəzarəti 

həyata keçirir ki, bu da çağdaş istehsal davranışlarının çox mühüm elementlərindən 

biridir. 

Neft  və  Qazçıxarma  sahəsindəki  rəşkilatlarda  məlumat  idarəetmə  prosesləri 

üzrə  işlərin  yerinə  yetirilməsi  effektli  idarəetməyə  şərait  yaradır  və  əldə  edilən 

iqtisadi faydanın mənbələri aşağıdakılar ola bilər: 

texnoloji  avadanlığın  müəyyən  edilmiş  standart  rejimlərdə  davamlı 



istismarına nail olunması; 

texnoloji  obyektlərin  təhlükəsiz  işlənməsinə  nail  olunması,  qəzalı 



situasiyalara yaxınlaşmaların vaxtında aşkar edilməsi; qarşısının alınması, alov və 

partlayış hadisələrinin zamanında bildirilməsi və onun aradan qaldırılması; 

əmək mühafizəsinin tələb olunan səviyyədə qorunması, xarici mühitin və 



ekoloji təmizliyin normalarına əməl olunması; 

 

 

18 



texnoloji ölçülərin dəqiqliklə izlənməsi, tənzimlənməsi, qaydalara  əməl 

olunması; 

mühəndis-texniki işçilər tərəfindən uzun vaxt ərzində çoxlu sayda  



məlumatın avtomatik rejimdə işlənməsi və istifadəsinin təmin olunması; 

texnoloji sistemlərin köməkçi işçilərisiz istismar olunması; 



əmtəə  istehsalının  çoxaldılması  və  enerji  daşıyıcılarından  istifadədə 

israfçılığa yol verilməməsi ; 

uçot,  monitorinq  və  idarəetmə  səmərəliliyinin  artması,  hasilat 



mədəniyyətinin yaxşılaşdırılması və s. 

Beləliklə, müasir dövrdə sənaye müəssisələrinin effektli fəaliyyətini məlumat 

təminatı olmadan dərk etmək olmaz. Məlumat təminatı dedikdə, hər şeydən öncə 

aşağıdakılar nəzərdə tutulur: 

1. Müvafiq  idarəetmə  və  elmi-texniki  məsələlərin  mərhələlərlə  həlli  üçün 

informasiyaların toplanması və onun tələbatçılara çatdırılması prosesinin təşkili; 

2. Məlumatların  vahid  sistemdə  sıralanması  və  kodlaşdırılması  üçün  uyğun 

texniki  üsul  və  vasitələrin  toplusu.  Bu  tələblərin  yerinə  yetirilməsi  isə  öz 

növbəsində  müəssisədə,  sahədə  üfüqi  və  şaquli  istiqamətdə  hərəkət  edən  uyğun 

informasiya  xidmətinin  yaradılmasını  tələb  edir.  Son  nəticədə,  müvafiq 

təşkilatların informasiya imkanlarının formalaşması vacibliyi yaranır. 

İnformasiya  bazasının  formalaşması  təşkilat  yaradıldıqdan  dərhal  sonra 

başlanır və təşkilatın bütün həyat dövründə istifadə olunaraq aşağıda göstərilən bir 

sıra İstiqamətlərdə həyata keçirilir: 

1) 

Təşkilat  daxilində  müasir  analitik-informasiya  m\rkəzinin  yaradılması  və 



bu  mərkəzdəki  daxili,  eləcə  də  xaricdən  daxil  olan  gələn  informasiyaların 

yığılması, təsnifləşdirilməsi, işlənməsi və məlumat daşıyıcılarında saxlanması; 

2) 

İşlək  analitik-informasiya  bazalarının  (sisteminin)  daşıyıcılarının 



analoqlarının pulla alınması; 

3)  Analitik-informasiya 

bazalarının  struktur  bölmələrində  toplanmış 

məlumatların artırılması. 

Bu istiqamətlərdən bu və ya digəri ayrılıqda icra olunarkən aşağıdakı işlər ye- 


 

 

19 



rinə yetirilməlidir: 

1. Təhlil obyekti üçün məlumat daşıyıcılarının növlərini seçmək; 

2. Yetərincə olmayan informasiya potokunu yaratmaq; 

3. icraçını  (məlumatı  işləyəni,  tədris  təşkilatını  və  s.)  axtarıb  tapmaq  və  bu  işə 

görə sifariş etmək, onun maliyyə bazasını formalaşdırmaq və onun nəticələrini 

dəyərləndirmək; 

4. təşkilatın  mövcud  bölməsində  yeni  informasiya  bazasının  (sisteminin)  uyğun-

laşması baxımından müvafiq tədbirlər hazırlamaq, həmçinin onu həyata keçir-

mək. 

Təşkilatlar  (firmalar)  öz  fəaliyyətlərində  bir  qayda  olaraq    həmin  yollardan, 



eləcə də tədbirlərdən yararlanırlar. Ancaq bəzən maliyyə qıtlığı onların tərkibindən 

ən  əhəmiyyətlisini  seçməyi  vacib  hesab  edir.  Lakin  bizcə  başlıca  variant  və 

kriteriya kimi aşağıda sadalananlardan birini ön mövqeyə çəkmək lazımdır: 

5.  yeni məlumat bazasının sistemə daxil edilmə zamanını; 

6.  bunun icra edilməsi ilə bağlı olan xərcləri; 

7.  yeni bazanın hazırlanma təhlükəsizliyi. 

Sadalanan  bütün  edilən  funksiyaların  yerinə  yetirilməsində  informasiyaya 

cavabdeh olan şəxsin (menecerin) rolu əvəzedilməzdir. Sənaye təşkilatlarında on-

ların məsuliyyəti digər əmkdaşlardan daha artıqdır və önəmlidir. 

Başqa sözlə, əgər informasiya mütəxəssisi öz hərəkətlərində səhvlər buraxarsa 

və  idarə  edən  sistemə  düzgünlüyü  şübhə  yaradan  informasiyanı  təqdim  edərsə, 

onda təşkilatda keyfiyyətli qərarların verilməsindən və icrasından danşmaq olmaz. 

İnformasiya üzrə mütəxəssisin hərəkətlərində aşağıdakılara diqqət yetirilməlidir: 

Birincisi, təşkilat daxilində hər bir  əməkdaşın  fəaliyyətinin son  nəticəsi  yerli 

xarakterlidir. 

İkincisi,  əməkdaş  zəruri  olan  əlavə  informasiyanı  tapmaq  üçün  öz  vaxtını 

qabaqcadan planlaşdırmaq imkanını əldə edə bilir. 

Üçüncüsü,  informasiya  məlumatlarının  emalı,  hazırlanması və  istifadəyə  ve-

rilməsi texnologiyasında əməkdaşın hərəkətlərində müəyyən həd qədər yol verilir. 

Nəhayət, dördüncüsü normativ-texniki tələblər (standartlar, texniki standart- 



 

 

20 



lar,  normativlər,  konseptual  yanaşmalar  və  hesabatlar)  və  qanunvericilik  aktlarını 

özündə  ehtiva  edən  informasiyalar  əməkdaşların  bütün  həyat  tsikli  ərzində 

əhəmiyyətsiz  dərəcədə  dəyişir.  Sənaye  müəssisələrinin  reqlamentləşən 

fəaliyyətində informasiyalar özünün yüksək dəyişkənlik dərəcəsi və böyük həcmi 

ilə xarakterizə olunur.  

İdarəetməyə  həsr  edilmiş  ədəbiyyatlarda  menecerlərə  qarşı  böyük  tələblər 

göstərilir,  lakin  təcrübədə  onları  real  müddət  ərzində  həyata  keçirmək  mümkün 

olmur. Menecerlər özünün gündəlik işində elə funksiyaları seçib icra edir ki, onları 

daha çox qavrayır və yaxud işdə ona daha çox ehtiyac vardır. Ona görə də bəzən 

onların yerinə yetirdiyi işlər hər hansı bir idarəetmə qərarlarının qəbul edilməsində 

ya tam gərəksiz olur, ya da az səmərəli olur. Deməli, təkbaşına fəaliyyəti mürəkkəb 

idarə  edən  və  idarə  olunan  sistemə  malik  müəssisələrdə  əksər  hallarda  rasional 

hesab etmək olmaz. Odur ki, iri müəssisələrdə baş menecer (rəhbər) özünə yüksək 

ixtisasa  malik  mütəxəssislərdən  İbarət  işçi  qrupu  (komanda)  formalaşdırır. 

Sahibkar firmalarda həmin qrupa daxil olan işçi adətən bir neçə funksiyanı (sərbəst 

hesabat  aparmaq,  proqram  tutmaq,  biznes-plan  tərtib  etmək,  iqtisadi  səmərəni 

hesablamaq,  kompüterlə  davranış  və  s.)  icra  etməlidir.  Eyni  zamanda  onlar 

marketinq fəaliyyəti sahəsində də müvafiq bacarığa malik olmalıdırlar.  

İdarəetmə  sistemində  çalışan  hər  bir  mütəxəssis  yaxşı  menecer  olmaq  üçün 

özündə  bir  neçə  ixtisası  qovuşdurmalıdır.  Məsələn,  hüquqşünas-menecer  mü-

əssisədə təkcə hüquqi tənzimləmə məsələləri ilə deyil, həm də normativ aktlar üzrə 

informasiya  məhsullarını  toplamalı,  oradakı  dəyişikliyi  operativ  şəkildə  nəzərə 

almaqla  onun  idarəetmə  qərarlarının  qəbul  edilməsində  istifadə  dərəcəsini 

müəyyən  etməlidir.  O,  eyni  zamanda  qlobal  informasiya  mühitində  baş  verən 

dəyişikliklərin  lokal  sosial-iqtisadi  sistemə  təsir  dərəcəsini  də  vaxtında  müəyyən 

edib, müəssisə rəhbərini həmin dəyişikliklə xəbərdar etməlidir. 

Təşkilatdakı  araşdırıcılar,  konstruktorlar  və  texnoloqlar  icra  etdikləri  işləri 

iqtisadi  nöqteyi  nəzərdən  qiymətləndirməyi  bacarmalıdırlar.  Başqa  formada  ifadə 

etsək  komandaya,  qəbul  edilmiş  mütəxəssis  informasiya  potensialı  hesab 

olunmaqla idarəetmə qərarlarının işlənib hazırlanması və qəbul edilməsi işində fəal 



 

 

21 



iştirak  etməli  və  bununla  da  prosesin  dinamikliyini,  arasıkəsilməzliyini  və 

effektivliyini təmin etməlidirlər. 

 

Yuxarıda qeyd  edilənləri  nəzərə  alaraq,  informasiya  məhsullarının qlobal və 



lokal  sistemdə  qarşılıqlı  hərəkəti  sxemini  aşağıdakı  kimi  əks  etdirmək  olar 

(şək.1.2.1). 

 

Şək.1.2.1. İnformasiya məhsullarının qlobal və lokal sistemdə qarşılıqlı hərəkətinin 



prinsipal sxemi 

Nəzarət edən 

sistem 

İdarə edən 



sistem 

Qeyri-dövlət 

sistemi 

İM idarə 

edən sistem 

İM öyrədən 

sistem 

İM idarə 



edən sistem 

İM öyrədən 

sistem 

Q l o b a l   İ n f o r m a s i y a   M ü h i t i 



Qeyd: 

İM – informasiya 

məhsulu 

İnformasiya təminatı 

(xidməti) sistemləri (İTS) 

Müəssisənin 

informasiya 

resursları 

Arxivdəki İM 

İdarə 


edən 

İM 


 

Öyrədən İM 

Müəssisənin İTS 

 

İnformasiya potensialı menecerlər qrupu 



hüquqşünaslar  tədqiqatçılar  konstruktorlar 

Müəssisə 

(firma) 

Giriş  


(ekspedisiya) 

texnoloqlar 

Baş menecer 

İdarəetmə qərarı 

Etalonla müqayisə 

Şəraitin əks etdirilməsi 

Təsir etmə 


 

 

22 



Sənaye  təşkilatlarında  məlumat  sisteminin  mötəbərliyi  oradakı  mövcud 

məlumat potensialının mühafizə edilib saxlanılması üsul və vasitələrindən asılıdır. 

O,  da  bəllidir  ki,  informasiyalar  bəzi  maddi  daşıyıcıların  tipləri  ilə  xarakterizə 

edilir. Həmin daşıyıcıların ən mühümünü və hərəkətverici amilini insanlar (mene-

cerlər)  ehtiva  edir.  Onların  əməyinin  effektli  təşkili  barədə  bir  qədər  öncə  şərh 

olunan  keyfiyyətlərə  və  şərtlərə  əlavə  olaraq  söyləməliyik  ki,  tipindən  asılı 

olmayaraq cəmi məlumat daşıyıcılarının tərkibində insan amili prioritet plandadır.  

Onlar  ancaq  məlumatları  öz  başlarında  saxlamaqla  bərabər  həm  də  onları 

digər daşıyıcılara və kompüterə keçirirlər. Lakin informasiyalara dəyər vermək və 

onun bazasında qərar vermək məhz canlı məxluqa (mütəxəssisə, menecerə) xasdır. 

Buna  görə  də,  onların  peşəkarlıqlarının  artırılması  və  texnika  ilə  qovuşdurulması 

bütövlükdə  məlumatlardan  istifadənin  çevikliyini  yüksəldir  və  onların  digər 

daşıyıcılara köçürülməsinə kömək edir.  

Bütün  hallarda  həm  insan  və  həm  də  kağız,  kompüter  analitik  obyekt  kimi 

çıxış etdiyindən onların formalaşması xüsusiyyətləri də müxtəlifdir. Bütün hallarda 

hər  bir  informasiya  daşıyıcıları  özlərinin  müvafiq  dəyəri  ilə  yanaşı  saxlanılması 

metodları ilə də fərqlənirlər. Sənaye müəssisələrinin informasiya potensiallarından 

istifadə  məsələlərinə  həsr  edilmiş 

müvafiq  ədəbiyyatların  öyrənilib 

ümumiləşdirilməsi  əsasında  adı  çəkilən  informasiya  daşıyıcılarının  saxlanılması 

metodlarını ümumiləşdirməyi lüzum bildik (cədvəl 1.2.1) 

Daşıyıcıların  növlərini  ayrı-ayrılıqda  qiymətləndirərkən  təcrübədə  ən  çox 

İnsanın daşıyıcı kimi rolunu ön plana çəkmək lazımdır. Bu zaman bir sıra təşkilati-

iqtisadi problemlərin həlli zərurəti meydana çıxır. Belə ki, ilk növbədə informasiya 

daşıyıcılarının  idarə  edilməsi  və  kompüterlərdən  istifadə  üzrə  mütəxəssis 

çatışmazlığı  aşkar  edilir  və  onların  seçilməsində  yüksək  əmək  haqqı  ödəmək 

problemi yaranır. Sonuncu bu vaxtadək NQÇİ və Qİ-də mövcuddur.  

Digər tərəfdən həmin idarələrin müxtəlif ərazilərdə yerləşməsi də adı çəkilən 

mütəxəssislərin seçilib yerləşdirilməsinə öz mənfi təsirini göstərir. Digər tərəfdən 

ali  təhsil  ocaqlarında  həmin  mütəxəssislərin  yeni  proqram  əsasında  hazırlanması 

uzun  dövrü  əhatə  edir  və  bəzən  onların  içərisindən  informasiya  texnologiyasını 


 

 

23 



yaxşı  bilən  mütəxəssis  seçmək  çətin  olur.  Nəticədə,  işə  qəbul  edilən  gənc 

mütəxəssisi təkrar xüsusi kurslarda öyrədilməsi zərurəti meydana çıxır, bu isə öz 

növbəsində müvafiq xərclərin sərfinə səbəb olur.  

Odur  ki,  təcrübədə  adı  çəkilən  mütəxəssislərin  müəssisənin  spesifik 

xüsusiyyətini  bilən  və  müvafiq  iş  stajına  malik  işçilərin  içərisindən  seçilib  qısa 

müddətli  kurslarda  və  yaxud  bilavasitə  iş  yerində  öyrənilməsinə  üstünlük  verilir. 

Bu  üsulla  yeni  ixtisasa  yiyələnən  işçilər  adətən  cari  məsələlərin  həllində  aktiv 

olurlar və yeni informasiya texnologiyalarının mənimsənilməsinə nail ola bilmirlər. 

Odur  ki,  informasiya  texnologiyası  üzrə  kadrların  yenidən  hazırlanması  işi  sahə 

hesablama mərkəzinə və yaxud sahə elmi-tədqiqat institutlarına həvalə edilməlidir. 

İşin bu istiqamətdə təşkili NQÇİ və Qİ-lərdə uzun müddət işləyən işçilər üçün daha 

məqsədyönlü  və  səmərəli  hesab  edilə  bilər,  çünki  sahənin  spesifik  xüsusiyyətini 

bilmə  yen  əmək  qabiliyyətli  işçinin  informasiya  texnologiyaları  üzrə  hazırlanıb 

neft- qazçıxarma idarələrinə göndərilməsi nəticə etibarı ilə az səmərə verəcəkdir. 

 

Sənaye müəssisələrinin informasiya potensialının saxlanılması metodları 



Cədvəl 1.2.1. 



Potensialın 



zəifləmə səbəbləri 

Daşıyıcıların növləri 

insan 

kağız-sənəd 

kompüter 

Tezaurusun 



mənəvi 

köhnəlməsi 

Təlim və özünütəlim 

Daşıyıcının 

dəyişdirilməsi 

Müəllifin bilik 

bazasının 

təkmilləşdirilməsi 

Tezaurusun daşıyıcı-



larıda artıqlığı 

İşçilərin sayının 

artırılması 

İnformasiya axtarış 

sisteminin 

yaradılması 

Bilik bazasının 

reviziyası 

Daşıyıcıda tezaurusun 



tam itirilməsi 

Artıq tezaurusun 

başqa başqa daşıyı-

cıya köçürülməsi 

Dublikasiya 

Dublikasiya 

Tezaurusu təhrif etmək 



İnformasiya mənbə-

yinin etibarlılığının 

yoxlanılması 

İnformasiya mənbə-

yinin etibarlılığının 

yoxlanılması 

İnformasiya mənbə-

yinin etibarlılığının 

yoxlanılması 

İnformasiya daşıyıcı-



sının fiziki aşınması 

Tezaurusun başqa 

başqa daşıyıcıya 

köçürülməsi 

Dublikasiya 

Dublikasiya 

Daşıyıcıların tam və ya 



bir hissəsinin itkisi 

 

Dublikasiya 



Dublikasiya 

Xarici daşıyıcılardan 



kənarlaşma 

 

Yeni mənbələrin 



axtarılması 

Yeni mənbələrin 

axtarılması 

 


 

 

24 



FƏSİL II. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA 

TƏMİNATININ MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ 

2.1. İdarəetmə prosesində informasiya sistemlərinin müasir 

vəziyyətinin təhlili 

 

Çağdaş 



idarəçilik 

sistemlərinin 

formalaşdırılmasında 

yeni 


nəsil 

avtomatlaşdırma  və  nəzarət  aparatlarının  tətbiqi  ilə  bərabər,  yeni  texnologiya 

əsasında  formalaşan  məlumat  təchizatı  sistemlərinin  əhəmiyyəti  xüsusilə  böyük 

önəmə malik olur. 

Məlumat  təminatı  sisteminin  yaradılması  aşağıdakı  tədbirlər  kompleksini 

əhatə  edir.  Bu,  ilk  növbədə  informasiyanın  bilavasitə  informasiya  mənbəyindən 

toplanması,  ötürülməsi,  emalı  və  nəhayət,  uzun  müddətli  saxlanmasının  təmin 

edilməsidir.  Bu  tədbirlərin  yerinə  yetirilməsindən  ötrü  neft  sənayesinin  ayrı-ayrı 

istiqamətlərini  özündə  birləşdirən  sahələrdə,  istehsalat  birliklərində,  lokal 

kompüter  şəbəkəsi  sisteminin  (LKŞS)  və  onların  arasında  informasiya  əlaqələri 

təşkil  edilərək  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ÄRBNŞ)  üzrə 

korporativ  kompüter  şəbəkəsi  sisteminin  yaradılmasını  zəruri  etmişdir.  Bu  işdə 

"Azərineftinformatika"  Hesablama  Mərkəzi  müstəsna  rol  oynayır  və  Mərkəzə 

avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin  işlənilməsi  və  tətbiqi  sahəsində 

aşağıdakı aparıcı istiqamətlər həvalə edilmişdir: 

8.  "Azneft"  İstehsalat  Birliyinin  idarəetmə  sistemləri  üçün  informasiya  baz-

alarının yaradılması; 

9.  Yataqların hasilat texnologiyasının tədqiqi; 

10. "Azneft" İstehsalat Birliyi və onun müəssisələri üçün neft və qaz hasilatında 

operativ idarəetmə və nəzarət məsələlərinin işlənməsi və tətqiqi; 

Belə çoxsahəli, müəkkəb"proqram komplekslərinin səmərəli, keyfiyyətli işini, 

alınan  nəticələrin  dolğunltfğunu  təmin  etmək  üçün  böyük  həcmdə  məlumatların 

toplanması,  analizi,  dəqiqləşdirilməsi  istiqamətində  gərgin,  çox  vaxt  tələb  edən 

əmək  sərf  olunmalıdır.  ARDNŞ-nin  27  fevral  2001-ci  il  tarixli  34  saylı  əmrinə 

əsasən Vahid Məlumatlar Bazasının yaradılması üzrə işlərin aparılması ideyası bu 


 

 

25 



deyilənləri  nəzərə  alan  bir  məqsəd  kimi  qarşıya  qoyulmuşdur.  Formalaşdırılmış 

Vahid  Məlumatlar  Bazasından  sadəcə  olaraq  verilənlər  yığımı  kimi  deyil, 

istismarda  olan  mürəkkəb  proqram  kompleksləri  ilə  sıx  əlaqədə  olan  bir  sistem 

kimi istifadə etmək imkanını yaratmaq nəzərdə tutulmuşdur. 

Qeyd  etmək  lazımdır  ki,  hər  bir  lokal  şəbəkə  öz  növbəsində  firma  və 

müəssisələrdə  yaranmış  yerli  obyektlərin  məlumat  obyektlərinə  istinad  etməlidir. 

Bu nöqteyi-nəzərdən "Azərineftinformatika" Hesablama Mərkəzinin lokal şəbəkəsi 

(şək.  2.1.1.)  neft  və  qaz  çıxarılması  üzrə  informasiyalar  bazasının  əsası  kimi 

regionlarda  (NQÇİ,  Qİ  və  s.)  yaradılmış  regional  şəbəkə  bazaları  ilə  sıx 

İnformasiya əlaqəsinə malikdir. 

Hazırda korporativ şəbəkə sisteminin 1-ci mərhələsi vahid informasiya bazası 

prinsipi  əsasında  yaradılaraq  istismara  verilmişdir.  Bu  idarəetmə  sisteminin 

informasiya  bazasının  yaradalması  konsepsiyasının  həyata  keçirilməsində  ilk 

addımdır.  Sxemdə  göstərilənlərə  uyğun  olaraq,  "Azneft"  İstehsalat  Birliyi  və 

"Azərineftinformatika"  Hesablama  Mərkəzində  lokal  şəbəkələr  yaradılmış,  bu 

lokal  şəbəkələr  birbaşa  xətlə  modem-modem  prinsipi  ilə  əlaqələndirilmişdir. 

Onların  arasında  informasiya  əlaqələri  yaradılmış,  elektron  poçtu  istifadəyə 

verilmiş,  internetə  çıxış  təmin  edilmişdir.  Korporativ  şəbəkə  sisteminin  bu 

mərhələsi  istismarda  mövcud  olan  gündəlik  nəzarət  və  idarəetmə  məsələlərinin 

əsasında qurulmuşdur.  

Şəbəkə  prosesinin  məlumat  bazası  tərəqqi  etdirildikcə  məlumatın  H 

toplanması,  emalı  və  tələb  edilən  məlumat  və  sənədlərin  tərtibi  daha  mükəmməl 

qaydada  yerinə  yetiriləcəkdir.  Yəni  məlumatlar  yerlərdən  dərhal  ləngimədən 

korporativ  şəbəkə  sisteminə  ötürülərək,  real  vaxtda  lazımi  formada  İstənilən 

istifadəçiyə  çatdırılacaqdır.  1-ci  mərhələnin  2-ci  kompleksi  kimi,  "Az-  neft" 

İstehsalat  Birliyi  kompressor  təsərrüfatında  neftin,  qazın  yığılması,  hazırlanması, 

nəqli  və  emalı  prosesində  operativ  idarəetmə  və  nəzarət  məsələləri  nəzərdə 

tutulmuşdur.  

Məlumatlar  Bazasının  mərkəzləşdirilərək,  uzun  müddət  saxlanılmasını, 

onların etibarlılığını, müxtəlif mühəndis tədqiqatlarının daha səmərəli aparılmasını 



 

 

26 



təmin  etmək  üçün  Hesablama  Mərkəzində  müasir  səviyyədə  texniki  və  proqram 

işləri  görülmüşdür.  Müasir  tələblərə  cavab  verən,  aparıcı  neft  kompaniyalarında 

geniş  istifadə  olunan  Məlumatlar  Bazası  araşdırılmış,  gələcəkdə,  lazım  olarsa, 

məlumatların  bu  struktura  uyğunlaşdırılması,  asanlıqla  köçürülməsi  imkanları 

nəzərə alınmışdır. 

Məlumatlar  Bazasının  strukturu  işlənilərkən  Hesablama  Mərkəzində  is-

tismarda olan xarici firmalar tərəfindən işlənmiş və günün tələblərinə cavab verən 

bir sıra tətbiqi proqramlarda istifadə edilən göstəricilər əsas kimi qəbul edilmişdir. 

Bu  proqramlardan  istifadə  etməklə  bir  sıra  geofiziki,  petrofiziki  və  geoloji 

tədqiqatların  aparılması,  yataqların  istismar  prosesinin  nəzarət  və  analizi,  ya-

taqların  üçölçülü  geoloji  modelinin  qurulması,  yataqların  işlənmə  prosesinin 

üçölçülü  dinamik  modelinin  qurulması  kimi  işləri  qısa  müddətdə  və  keyfiyyətlə 

həyata keçirmək imkanı əldə edilmişdir.  

Deyilənləri  nəzərə  alaraq  ARDNŞ-nin  İnformasiya  Kommunikasiya  Tex-

nologiyasının  tətbiqi  sahəsində  potensial  imkanlardan  istifadə  edərək  neft-qaz 

yataqlarının Vahid Məlumatlar Bazasının yaradılması perspektivləri araşdırılmış və 

bu istiqamətdə işlər həyata keçirilmişdir. 

1.  Neft-qaz  yatağı  göstəricilərinin  istifadə  xarakterinə  uyğun  olan  cədvəllər 

şəklində  qruplaşdırılaraq  Vahid  Məlumatlar  Bazasının  strukturunun  və  cədvəllər 

arasında əlaqənin işlənməsi. 

2. 

Yerlərdə  məlumatların  doldurulma  strukturunun  və  serverə  ötürülmə 



üsullarının işlənməsi. 

3. 


Lokal kompüterlərdən qəbul edilmiş məlumatların serverdə Vahid Məlu-

matlar Bazasına yerləşdirilməsi. 

4. 

Vahid  Məlumatlar  Bazasından  istismarda  olan  tədqiqat  proqramlarının 



tələbinə uyğun göstəricilərin alınması və lazımi formaya gətirilməsi. 

5. 


Mövcud lokal şəbəkə istifadəçilərinin Vahid Məlumatlar Bazası ilə əlaqə-

lərinin yaradılması, istifadəçilərin tələbinə uyğun olaraq müxtəlif hesabat və sorğu 

formalarının alınması. 


 

 

27 



Böyük  həcmdə  informasiya  bazasına  malik  olan  neft  sənayesi  üçün  mə-

lumatlar  bazasının  səmərəli  və  optimal  təşkili,  saxlanılması  və  işlədilməsi  Vahid 

Məlumatlar  Bazası  ideyasını  bir  məqsəd  kimi  HM-nin  qarşısına  qoymuş  və 

bununla  əlaqədar  HM-də  Məlumatlar  Bazasının  Formalaşdırılması  və  Müşayiəti 

şöbəsinin yaradılması zərurəti doğulmuşdur.  

Hazırda  yalnız  "Azneft"  İstehsalat  Birliyi  aparatının  fondunda  Azərbaycan 

Respublikasının  quru  və  dəniz  sahələri  üzrə  əvvəli  XIX  əsrin  sonuna  aid  olan 

14500 saxlanma vahidi miqdarında rəsmi qeydiyyata götürülmüş geoloji-geofiziki, 

topoqrafiq,  neft-mədən  və  digər  məzmunda  «Məxfi»,  «XİÜ»  qrifli  materiallar 

toplanmışdır. Bundan əlavə burada quruda və elənizdə qazılmış parametrik, axtarış 

və kəşfiyyat quyularının və çox böyük sayda istismar quyularının struktur-axtarış 

və  digər  təyinatlı  quyuların  materialları  saxlanılır.  Neft  və  qazçıxarma,  qazıma 

idarələrində, institutlarda, Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində 

də  xeyli  sayda  həm  ilkin,  həm  də  emal  olunmuş  materiallar  mövcuddur.  Bu 

fondlara  hər  il  yataqların  işlənməsi  ilə  və  digər  işlərlə  əlaqədar  xeyli  sayda  yeni 

elmi-tədqiqat materialları qəbul edilir. Köhnələri yeniləşdirilir, dəyişdirilir. 

Deyilənlər,  Birliyin  İdarəetmə  aparatının,  idarə  və  müəssisələrin  fond  və 

arxivlərində artıq tarixə çevrilmiş materialların beynəlxalq standartlara, təlimatlara 

uyğun  qaydalarla  mərkəzləşdirilmiş  şəkildə  uçotu,  qorunub  saxlanması,  İstifadə 

olunması,  toplanmış  materialların  xeyli  hissəsinin  kompüterin  rəqəm  «dilinə» 

çevrilməsi  və  müxtəlif  proqramların  köməyi  ilə  yenidən  emalı  zərurətini 

yaratmışdır. 

Yuxarıda  qeyd  olunanları  həyata  keçirmək  məqsədilə  2003-cü  ildə 

"Azərineftinformatika"  HM-də  Mərkəzi  Geoloji  Arxiv  Fondu  yaradılmış  və 

"Azneft"  İstehsalat  Birliyinin  idarə  və  müəssisələrindən  geoloji,  geofiziki,  neft-

mədən materiallarının qəbuluna başlanmışdır. 

Birliyin idarəetmə aparatında və təşkilatlarında saxlanılan, hal-hazırda istifadə 

olunmayan  materialların,  idarələrdə  saxlanılan  açıq  istifadə  üçün  və  həmçinin 

«xidməti  istifadə  üçün»  qrifli,  artıq  tarixə  çevrilmiş  və  yaxud  artıq  nüsxə  kimi 

saxlanılan,  həmçinin  bu  gün  istifadəsi  lazım  bilinməyən  geoloji-geofiziki,  neft-



 

 

28 



mədən  materiallarının  da  Mərkəzi  Geoloji  Arxiv  Fonda  təhvil  verilməsi  məqbul 

hesab edilmişdir. 

Fəaliyyət  göstərdiyi  müddətdə  Arxiv  Fonduna  «Azərineftgeofizika»  Tresti, 

Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu, «Bulla-

dəniz»  DKQİ,  Kompleks  Geoloji  Kəşfiyyat  və  Topoqrafiya  İdarəsi  (KGKTİ), 

«Azərgeofizika» ETİ, Qobustan KQİ, «Qobustan» Operatinq Compa ny,  «Salyan 

Oil» və digər müəssisələrdən artıq 2846 hesabat və 160 xəritə alınmış və bu haqda 

məlumatlar  bankına  informasiya  daxil  edilmişdir.  Yeni  Mərkəzi  Geoloji  Arxiv 

Fondu neft-qaz sənayesinə aid qiymətli tarixi materialların qorunub saxlanmasını, 

onlardan müasir standartlara uyğun operativ istifadə olunmasını təmin etmək üçün 

bütün imkanlarından səmərəli istifadə edəcəkdir. 

HM-də  mühasibat  uçotu  sistemlərinin  avtomatlaşdırılması  sahəsində  bir  sıra 

proqram kompleksləri işlənilərək "Azneft" İstehsalat Birliyi, onun Maddi Texniki 

Təchizat  İdarəsi  və  digər  müəssisələrində  bu  proqramların  fərdi  kompüterlərdə 

effektiv  istismarı  aparılır.  Mühasibat  uçotunun  müxtəlif  sahələrini  əhatə  edən  bu 

komplekslər aşağıdakılardan ibarətdir: 

əmək və əmək haqqının uçotu; 



materialların qiymətlərinin uçotu; 

əsas vəsaitlərin uçotu; 



baş kitabın işlənilməsi və balansın tərtib edilməsi; 

yol  vərəqələri  üzrə  əmək  haqqının  və  texniki  istismar  göstəricilərinin 



hesablanması və s. daxildir. 

Həmin idarəetmə sənədləri üzrə əvvəlcə texniki şərtlər tərtib edilmiş, alqoritm 

qurulmuş və riyazi-statistik modellərin tətbiqi nəticəsində avtomatlaşdırılmış uçot 

və  hesabat  sistemi  yaradılmışdır.  Qeyd  edilən  avtomatlaşdırılmış  sistem  lokal 

şəbəkə  şəklində  "Azneft"  İstehsalat  Birliyinin  İdarə  aparatında  və  ayrı-ayrı 

neftqazçıxarma idarələrində geniş tətbiq edilir. 

Son  illər  neft  və  qazçıxarma  idarələrində  qaz  sərfinin  hesabatının  aparıl-

masının HM-nə tapşırılması ilə əlaqədar qaz sərfinin mərkəzləşdirilmiş distansion 

operativ  nəzarət  ölçü  qeydiyyat  sisteminin  yaradılmasına  başlanmışdır.  Sistemin 


 

 

29 



yaradılmasında  əsas  məqsəd  qaz  hasilatının  gündəlik  məlumatlarının  yığımı, 

işlənməsi,  təhvili,  uzun  müddətli  saxlanılması  və  həmin  informasiyanın  Birliyin 

müvafiq  şöbələrinə  ötürülməsini  və  son  nəticədə  respublikada  qaz  sərfinin  idarə 

edilməsini müasir səviyyədə təşkil etməkdir. 

Hazırda  HM  quruda  və  dənizdə  quraşdırılmış  ROC-407  markalı  elektron 

sayğaclarına  hesabat  və  texniki  xidmət  işləri  göstərilir.  ROC-407  sayğaclarında 

məlumatların  rabitə  kanallarının  vasitəsi  ilə  məsafədən  ötürmək  imkanının 

olmasını  nəzərə  alaraq  2012-ci  ildə  HM-də  «Qaz  sərfinin  məsafədən  çevik  ölçü-

qeydiyyatı»  aparatur  sisteminin  yaradılması  işi  tapşırılmışdır.  Sistemin 

yaradılmasında əsas məqsəd qaz hasilatı haqqında gündəlik məlumatların operativ 

yığımı,  işlənməsi,  təhvili  və  uzunmüddətli  saxlanılması  ilə  yanaşı  həmin 

məlumatların  şəbəkə  sistemi  vasitəsilə  avtomatik  olaraq  Birliyin  müvafiq 

şöbələrinə ötürülməsini təmin etməkdir. 

Verilən  tapşırığın  yerinə  yetirilməsi  üçün  HM-də  ROC-407  sayğacına  daxil 

olan  bütün  parametrlərin  sorğusunu  və  istənilən  parametrin  qiymətinin 

dəyişdirilməsini nəzərə alan və NOKİA-22 radio-moderni bazası əsasında işləyən 

aparatur-proqram  kompleksi  yaradılmış  və  onun  əsasında  əsas  qaz  hasilatı 

obyektləri  sayılan  «Qum  adası»,  «Abşeronneft»,  28  May  adına,  «Bulla-  dəniz», 

N.Nərimanov  adına  NQÇİ-lərin  25  qovşaqlarından  Birliyin  müvafiq  şöbələrinə 

şəbəkə vasitəsilə məlumatların operativ ötürülməsinin istsmarı hazırda aparılır. 

2015-ci  ildə  Dəniz  və  Quru  İstehsalat  Birliklərinin  birləşməsi  və  çıxarılan 

qazın  ümumi  planlaşdırıldığını  nəzərə  alaraq  qaz  təhvilinin  avtomatlaşdırilması 

prosesini  tam  başa  çatdırmaq  üçün  quruda  yerləşən  NQÇİ-lərdə  quraşdırılmış 

ROC-407  tipli  elektron  qaz  sayğaclarına  15  ədəd  «NOKİA-30  03M»  moderni  və 

15  ədəd  «Newstar  NA-800»  gücləndirici  adapter  quraşdırılmışdır.  Qaz 

sayğaclarından  alınan  məlumatı  emal  edən  proqram  kompleksi  tekmilləşdirilmiş, 

genişləndirilmiş  və  «Qaz  sərfinin  mərkəzləşdirilmiş  məsafədən  çevik  nəzarət  və 

ölçü qeydiyyat sistemi» kimi tam istismara verilmişdir. 

ARDNŞ  və  "Azneft"  İstehsalat  Birliyinin  idarə  və  müəssisələrində  neft  və 

neft  məhsullarının  saxlanılması  üçün  istifadə  olunan  üfüqi  və  şaquli  çənlərin 



 

 

30 



dərəcələnməsi vacib əhəmiyyət kəsb edən məsələ kimi HM-də öz həllini tapmışdır. 

Bu  işləri  yerinə  yetirmək  üçün  2015-ci  ildə  "Azərineftinformatika"  Hesablama 

Mərkəzində  fəaliyyət  göstərən  «Metroloji  xidmət  qrupun»  yeni  tələblərə  uyğun 

olaraq  Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə 

Dövlət  Agentliyindən  «Akkreditasiya  attestatı»  alınmış  və  Milli  Standartlaşdırma 

Sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. 

Şaquli  və  üfüqi  polad  çənlərin  dərəcələnmə  cədvəllərini  tərtib  etmək  üçün 

"Azərineftinformatika"  Hesablama  Mərkəzindəki  «Metroloji  xidmət  qrupu»  üçün 

aşağıdakı işlər yerinə yetirilmişdir: 

1. 


«Metroloji xidmət qrupu» (MXQ)-nun əsasnaməsi hazırlanmış. 

2. 


MXQ-yə keyfiyyət üzrə rəhbərlik üçün təlimat işlənmiş. 

3. 


MXQ  laboratoriyasının  pasportu  işlənib  hazırlanmış  və  təsdiq 

olunmuşdur. 

Laboratoriya  avadanlıqları  yoxlamadan keçirilmiş  və istifadəyə  yararlılığının 

təsdiqi üçün damğalanmışdır. 

2015-ci ildə üfüqi və şaquli çənlərin dərəcələnməsini yerinə yetirən proqram 

kompleksi  "Azərineftinformatika"  Hesablama  Mərkəzinin  məhsulu  kimi 

təkmilləşdirilmiş  və  müasir  sistemlərə  uyğun  olaraq  fərdi  kompüterlərdə  istismar 

olunmuşdur. 

Beləliklə,  yuxarıda  adı  çəkilən  sistemlər  çərçivəsində  Vahid  Məlumatlar 

Bazasının  (VMB)  formalaşmasının  1-ci  mərhələsində  VMB-nin  müxtəlif  struk-

turlarının işlənməsi: texniki-iqtisadi, texnoloji, geoloji göstəricilərin siyahısının və 

onların  mənbəyinin  araşdırılması,  məlumatların  ayrı-ayrı  analitik  cədvəllər 

şəklində  qruplaşdırılması,  cədvəllərin  uyğunlaşdırılınası  və  s.  işlər  yerinə  yeti-

rilmişdir.  «Məlumatlar  bankı»  HM-də  cəmləşməsi  -  neft-qaz  yataqlarının  istis-

marının  səmərəlilyinin  yüksəldilməsi,  geoloji  və  geofiziki  modellərin  qurulması, 

yataqlardan  neftin  və  qazın  çıxarılması  üçün  optimal  geoloji  üsulların  seçilməsi, 

ehtiyatların  hesablanması  və  s.  kimi  vacib  elmi-texniki  problemlərin  həllində 

böyük əhəmiyyət kəsb edəcəkdir. 



 

 

31 



İstehsal  proseslərinin  neftqazçıxarma  sənayesində  avtomatlaşdırılması  və 

avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin  tətbiqinə  əlavə  investisiya  qoyuluşu: 

qazın  və  neft-qaz  hasilatı  istehsalının  artırılmasına;  əmək  məhsuldarlığının 

yüksəldilməsinə; avadanlıqların normal rejimlərdə uzun müddət işlənməsinə; təmir 

xərclərinin  kəskin  azalmasına;  ehtiyat  hissələrinin,  material,  enerji  və  əmək 

sərfinin minimuma endirilməsinə; ətraf mühitin mühafizəsinin qorunmasına; qəza, 

yanğın  və  partlayış  təhlükəsizliyinin  vaxtında  xəbərdar  edilməsinə;  texnoloji 

parametrlərin yüksək dəqiqliklə ölçülməsinə, tənzimlənməsi və reqlamentlərə əməl 

olunmasına, eləcə də həmin obyektlərin xidmət heyəti olmadan istismarına; uçot və 

nəzarət  işinin  səmərəli  təşkilinə;  istehsalat  və  xidmət  mədəniyyətinin 

yüksəldilməsinə  və  bütövlükdə  onların  əsasında  idarə  edən  və  idarə  olunan 

sistemlərin  səmərəli  və  optimal  iş  rejiminin  formalaşmasına  tədricən  təminat 

yaradacaqdır.  Eyni  zamanda  müasir  şəraitdə  kompüter  texnikasının,  xüsusilə 

onların  şəbəkədə  istismarı  zamanı  fasiləsiz  və  ahəngdar  iş  rejiminin  təmin 

edilməsi,  texniki  xidmət,  təmir,  riyazi  təminatın  müşayiəti  və  nəhayət  bu  işlərin 

mümkünlüyünü  təmin  edən  sərf  materialları  və  ehtiyat  hissələrinə  olan  tələbatın 

vaxtında  təyini  və  alınması  kimi  sadalanan  işlərin  yüksək  səviyyədə  təşkilindən 

bilavasitə asılıdır. 



 

 

32 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin