NƏTİCƏ
1. Çağdaş dövrümüzdə müvafiq təşkilatların effektli hərəkətlərini onu zəruri
məlumatlarla təchiz etmədən təsəvvür edilə bilməz. Məlumatla təchiz etmək
dedikdə, birinci olaraq önə çəkilənlər aşağıdakılardır:
- Uyğun idarəçilik və innovasiya fəaliyyətinin mərhələlərlə icra edilməsi
üçün məlumatların toplanması, işlənməsi və onun ehtiyacı olanlara
çatdırılması işinin idarə edilməsi;
- Məluçatların vahid şəkildə siyahıya alınması və kodlaşdırılması üçün
uyğun texniki vasitə və vasitələrin toplusu. Həmin şərtlərə əməl olunması
isə öz növbəsində təşkilatda, sahədə horizontal və vertikal istiqamətdə
hərəkət edən uyğun məlumatlandırma xidmətinin təşkil edilməsini
nəzərdə tutur. Sonda müvafiq təşkilatların informasiya potensialının
formalaşması zərurəti yaranır.
2. İdarəetmə prosesinin informasiya təminatında işində informasiyaya
nəzarət, yəni idarəetmə qərarlarında əksini tapmış maraqların, sorğuların,
tələblərin, vəzifələrin həyata keçirilməsinə nəzarət xüsusi yer tutur. Bura
informasiyanın mənsubiyyətinə və təyinatına görə hərəkətinə nəzarət,
informasiyanın sosial təcrübəyə (konkret hərəkətlərə, fəaliyyətə, dəyişikliklərə)
çevrilməsinə nəzarət, hesabat informasiyasının direktiv informasiyaya
uyğunluğuna nəzarət kimi müxtəlif istiqamətləri aid etmək olar. Təşkilat rəhbərləri,
onların xüsusi nəzarət şöbələri informasiyaya daim nəzarət etməli, ötürücünün,
qəbuledicinin, informasiya kanallarının sazlığına diqqət yetirməlidir. Bu zaman
informasiya axınlarında əks-əlaqəyə xüsusi diqqət yetirilməlidir.
3. İdarəçilikdə informasiyanın təşkili prosesinə texniki-texnoloji yeniliklərin
tətbiqi kompleks xarakterli olub informasiya, təşkilati, hüquqi, sosial-psixoloji,
kadr, texniki, məntiqi-semantik və bir çox digər amillərin eyni vaxtda və
razılaşdırılmış şəkildə istifadə olunması ilə bağlıdır. Bütün bunlar kompleks
yanaşmanın tətbiq olunması ilə, həm informasiya ilə iş sisteminin, həm də
idarəetmənin funksional və təşkilati strukturunun, idarəetmə münasibətlərinin
74
xarakteri və quruluşunun, bir sıra digər idarəetmə hadisələrinin keyfiyyətcə
dəyişdirilməsini tələb edir.
4. İnformasiya təminatına proqnozlaşdırma zamanı texniki-iqtisadi və
kommersiya xarakterli informasiyalardan istifadə olunması nəinki yeni texnika və
texnologiyanın tətbiqi üzrə əsaslandırılmış proqnozların tərtibatına, hətta
perspektiv inkişafın müəyyən edilməsinə təminat yaradır. Elmi-texniki işləmələrin
başa çatdırılmasından sonra onun texniki səviyyəsinə qiymət verilməlidir.
İşləmələr sənaye müəssisələrində tətbiq edildikdən sonra bütün mərhələlərə yekun
qiymət verilir ki, bu da texniki-iqtisadi ədəbiyyatlardan, patent fondundan,
standartlardan, «Now-How», reklam materiallarından və i.a. informasiyalara
əsaslanır.
5. İqtisadi inkişafı səviyyəsindən asılı olmayaraq dövlət idarəetmə orqanları
elmi-texniki nəticələrin həyata keçirilməsi üzrə cari planların və perspektiv
proqramların yerinə yetirilməsinin gedişatına, ölkədə patent-hüquqi aktivliyinin
genişlənməsinə, patent-lisenziya əməliyyatlarının həyata keçirilməsinə, elmi-
texniki nailiyyətlərin iqtisadi cəhətdən stimullaşdırılması mexanizminin
formalaşması və həyata keçirilməsi işləri üzərində sistematik nəzarət işi
aparılmalıdır. Həmin nəzarət funksiyasını həyata keçirmək üçün dövlət idarəetmə
orqanlarında yeni informasiya texnologiyaları haqqında məlumatlar toplanmalı,
onların sənaye miqyasında tətbiqinin gedişatı üzrə aparıcı təşkilat müəyyən
edilməlidir.
6. Kommunikasiya texnologiyaları içərisində İnternet özünəməxsus önəmli
yer tutur və son illərdə beynəlxalq aləmin məlumat strukturunun vacib əhəmiyyətə
malik olan vacib şərtinə çevrilmişdir. İnternet mərkəzləşdirilmiş idarəetmə
orqanına malik olmayan, uzaq müraciətli telekommunikasiya kanalları ilə
birləşdirilmiş qlobal şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter
internetə qoşulur və onların real sayım müəyyən etmək qeyri-mümkündür.
7. İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsi, IKT-nin
dövlət idarəçiliyinə tətbiqi və dövlət idarəetməsinin informasiya sistemlərinin
inkişaf etdirilməsi baxımından son dövrlərdə dünyanın müxtəlif ölkələrində
75
reallaşdırılmağa başlanılmış «elektron hökumət» layihəsini xüsusi qeyd etmək
lazımdır. Elektron hökuməti «informasiyanın elektron vasitələrlə işlənilməsi,
ötürülməsi və yayılması əsasında qurulmuş dövlət idarəetməsi sistemi» kimi
müəyyənləşdirmək olar.
8. Vətəndaşların və təşkilatların müraciətlərinin işlənilməsi təşkilati və
təşkilatlararası elektron sənəd dövriyyəsi sistemləri çərçivəsində vətəndaşların və
təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin
avtomatlaşdırılmasını təmin edir və bu zaman ərizənin işlənilməsinin standart
marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq
əlavə olunan sənədlər paketinin yaradılmasını, həmçinin sənədlər paketinin
hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir.
9. İdarəetmənin bütün səviyyələrinin informasiyalaşdırılması ilə bağlı
tədbirlər həm cəmiyyətin daxilində, həm də dövlətlə vətəndaşlar arasında
informasiya mübadiləsi prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. Bunun
nəticəsində isə dövlət idarəetməsinin səmərəliliyi yüksələcək, iqtisadiyyatda və
cəmiyyətdə baş verən proseslərin monitorinqi və bu proseslərin vaxtında
tənzimlənməsi ilə bağlı qərarların qəbulu üçün prinsipcə yeni imkanlar
yaranacaqdır. Müasir informasiya texnologiyalarının nazirlik və təşkilatların, yerli
hakimiyyət orqanlarının işinin təşkilinə tətbiqi idarəetməyə çəkilən xərclərin
azaldılmasına imkan verəcəkdir. Bu layihə çərçivəsində dövlətin informasiya
resurslarının vahid bir sistemə inteqrasiya olunması təsərrüfat əyintilərinin,
vergidən yayınma hallarının, qanun pozuntularının sayının kəskin şəkildə
azaldılmasına imkan verəcəkdir.
76
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı 2012
2. Azərbaycan
Respublikasının
Prezidentinin
rəsmi
saytı.
www.president.az/future.az.pdf
3. Azərbaycan Respublikasının «Elektron Hökumət» portalı.
www.e-gov.az/
4. AR Prezidenti yanında “ASAN” xidmətin yaradılması və dövlət orqanları
tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında AR Prezidentinin Fərmanı. 3 iyul 2012-ci il
5. «AR telekommunikasiya və informasmiya texnologiyalarınıvn inkimşafına
dair Strateji Yol Xəritəsi».
6. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepmsiyası. AR
Prezidentinin
Fərmanı
329
dekabr
2012-ci
il.
https://azertag.az/store/files/StratejiYolXeritesi/
7. Azərbaycan Respublikasının dövlət Statistika Komitəsinin rəsmi saytı.
www.stat.gov.az/
8. Azərbaycan Respublikasında nanotexnologiyaların inkişafı proqramı (I
mərhələ – 2010-cu iilə qədərki dövr, mərhələ – 2010-2012-ci illər, CCC
mərhələ – 2012-2015-ci illər) Bakı 2007
9. «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya» Bakı 2009
10. Abbasova S. – Texnologiya və yeniliklərin idarə edilməsi, Bakı 2008
11. Cəfərov Z.Ə. – İnformasiya təhzlükəsizliyinin təşkilati-hüquqi təminatı.
Bakı 2012, 480 s.
12. Mehdəliyev A., Həsənov E. – Elektron hökumətin konseptual əsasları.
Bakı 2017, 252 s.
13. Hüseynov T. – Sənayenin iqtisadiyyatı. Bakı 2000, 651 s.
14. Hüseynov T. Müəssisənin iqtisadiyyatı. Bakı 2005, 558 s.
15. Şahbazov K., Məmmədov M., Həsənov H. – Menecment. Bakı 2007
77
16. Герчикова Н.Н. – Менеджмент. МС. 2013. 685 с.
17. Мескон М., Альберт М., Хедоури Ф. – Основы менеджмента. Пер. с
англ. М. 1992. 702 с.
18. Управление организацией (учебник п/р А.Б.Поршнова и др.) М.1999,
669 с.
19. Шахбазова К.А. – Менеджмент. Бакы 2006. 332 с.
20. Швецова А. – «Информацмионное общество». Теория и практика
становленичя в мире и в России. М.2012
21. Шумпетер Н. – Теория экономического развития. М. 1982
22. «İnformasiya və cəmiyyət»
www.kaspi.az/news.php?id=13752
23. «Mənim
elektron
Hökumətim»
http://reg.e-
gov//Upload/MeqaleFiles2014/296.docx
24.
http://www.mincam.goz.az/fealiyyat/it/e-cemiyyet/
25. mualim.edu.az/www.old/arxiv/2013/10/33.Htm
26.
http://www.evfrat.ru/aboute/e-docs/
78
REFERAT
Mövzunun aktuallığı. Sivil ölkələrin inkişaf tarixi göstərir ki, iqtisadiyyatın
sürətli vüsət alması ilə istehsalın keyfiyyətcə dəyişməsi bir sıra yeni elmi və
praktiki vəzifələr formalaşdırır. Bu proseslərin həyata keçirilməsi üçün texniki və
texnoloji sistemlərin yaradılması, kompüter texnikalarının, kibernetik və riyazi
modelləşdirmə metodlarının tətbiqi ön plana çəkilir. Ölkəmizin müasir inkişaf
mərhələsi idarəetmənin bütün sahələrində nəticəsi səmərəli olan qərarların qəbul
edilməsi üçün informasiyaların operativliyi, tamlığı və düzgünlüyü tələblərinin
kəskin qoyuluşu ilə səciyyələnir.
Azərbaycan dünya informasiya şəbəkəsinə inteqrasiya olunduqca unifikasiya
məsələləri daha çox aktuallaşır. Onun informasiya bazarına nüfuz etməsi
intellektual mülkiyyət tətbiq etməklə ondan istifadənin səmərəliliyini artırmaq
dünyanın aparıcı şirkətlərinin ölkəmizdə fəaliyyəti və s. informasiya
texnologiyalarının imkanlarını reallaşdırmaq baxımından diqqət mərkəzində
olmalıdır.
Lakin hazırda informasiya texnologiyalarının inkişaf səviyyəsi özünün bir sıra
çatışmazlıqları ilə xarakterizə olunur.
Dünyanın inkişaf etmiş ölkələrinin iş təcrübəsi sübut etmişdir ki, yaradılan
səmərəli informasiya texnologiyaları və onların tətbiqi mürəkkəb sosial-iqtisadi
proseslərin idarə edilməsinin açarıdır və daha önəmli, məzmunlu idarəetmə
qərarlarının qəbul edilməsi və həyata keçirilməsinə təminat yaradır.
Bütün bunlar tədqiqat mövzusunun seçilməsini şərtləndirmiş və aktuallığını
ön plana çəkmişdir.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanın sənaye
müəssisələrinin
idarə
edilməsi
sistemində
informasiya-kommunikasiya
texnologiyalarının və sistemlərinin tətbiqinin mövcud vəziyyətini tədqiq edib orada
informasiya təminatının səmərəli təşkili üzrə tövsiyələrin işləyib hazırlanmasından
ibarətdir.
79
Bu məqsədə nail olmaq üçün aşağıdakı kompleks məsələlərin həlli
məqsədəuyğun sayılmışdır:
- respublikamızın və xarici ölkə alimlərinin mövzuya dair əsərlərinin öyrə-
nilib ümumiləşdirilməsi əsasında sənaye müəssisələrinin idarə edilməsi sistemində
informasiya təminatının təşkilinin nəzəri-metodoloji məsələlərini tədqiq etmək;
- informasiya texnologiyası bazasının formalaşması xüsusiyyətlərini açıq-
lamaq;
- Azərbaycanın neft-qazçıxarma sənaye& müəssisələrinin informasiya tə-
minatının mövcud vəziyyətini təhlil edib qiymətləndirmək;
- tədqiq edilən sənayedə mütərəqqi informasiya sistemlərinin yaradılması və
texnologiyalarının tətbiqinin başlıca istiqamətlərini müəyyən edərək kompleks
xarakterli təklif və tövsiyələr işləyib hazırlamaq.
Tədqiqat obyektini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun
tərkibinə daxil olan idarə və təşkilatları təşkil edir.
Tədqiqatın nəzəri və metodoloji əsaslarını Azərbaycan Respublikasının
Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin və İqtisadiyyat, Nəqliyyat, rabitə və yüksək texnologiyalar
Nazirlikliklərinin Əmr və Sərəncamları, mövzuya dair respublikamızın və xarici
ölkə alimlərinin tədqiqatlarının nəticələri, elmi əsərləri təşkil edir.
Tədqiqat zamanı iqtisadi-statistik təhlil, riyazi-iqtisadi modelləşdirmə,
məntiqi ümumiləşdirmə, qrafik və analitik metodlardan istifadə edilmişdir.
Tədqiqatın informasiya bazası. Dissertasiya işi yerinə yetirilərkən Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin, neftqazçıxarma, qazıma və geoloji-kəşfiyyat idarələrinin statistik, ilkin
uçot və hesabat məlumatlarından, "Azərineftinformatika" Hesablama Mərkəzinin
işləmələrindən, məlumat bazasından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
80
-
respublika sənayesinin idarə edilməsi sistemində informasiya
təminatının təşkilinin idarə edilməsinin texniki, təşkilati-iqtisadi aspektləri
kompleks şəkildə ilk dəfədir ki tədqiq edilir;
-
sənayedə lokal və korporativ şəkildə avtomatlaşdırılmış informasiya
təminatı sistemləri işlənib hazırlanmış və təcrübədə geniş tətbiq edilmişdir;
-
informasiya böhranının formalaşması mexanizminin sxemi, sosial-
iqtisadi köməkçi sistemlərdə təhlükəsizliyin strukturu, yeni iqtisadi şəraitdə dövlət
informasiya sisteminin idarə edilməsinin informasiya məhsullarının qlobal və lokal
sistemində qarşılıqlı hərəkətin prinsipial sxemləri, sənaye müəssisələrinin
informasiya sistemlərinin mərhələlər üzrə inkişafının yolları təklif edilmişdir;
-
informasiya texnologiyası bazasının formalaşması xüsusiyyətləri
açıqlanmışdır.
-
Sənaye müəssisələrində informasiya texnologiyalarının yaradılması və
istifadəsinin təşkilati-iqtisadi mexanizmi və informasiya təminatı üzrə plan-
proqramın işlənib hazırlanmasının metodiki əsasları təklif edilmişdir.
İsin həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarətdir.
Müasir şəraitdə sənaye müəssisələrinin səmərəli fəaliyyətini informasiya
təminatı olmadan təsəvvür etmək olmaz. İnformasiya təminatı dedikdə, ilk
növbədə aşağıdakılar ön plana çəkilir:
- Müvafiq idarəetmə və elmi-texniki məsələlərin mərhələlərlə həlli üçün
informasiyaların toplanması və onun tələbatçılara çatdırılması prosesinin
təşkili;
- İnformasiyaların vahid sistemdə təsnifləşdirilməsi və kodlaşdırılması
üçün müvafiq texniki metod və vasitələrin məcmusu. Həmin tələblərin
həyata keçirilməsi isə öz növbəsində müəssisədə, sahədə üfüqi və şaquli
istiqamətdə fəaliyyət göstərən müvafiq informasiya xidmətinin təşkilini
tələb edir. Nəticədə, sənaye müəssisələrinin informasiya potensialının
formalaşması zərurəti yaranır.
81
İdarəetmə prosesinin informasiya təminatında işində informasiyaya nəzarət,
yəni idarəetmə qərarlarında əksini tapmış maraqların, sorğuların, tələblərin,
vəzifələrin həyata keçirilməsinə nəzarət xüsusi yer tutur. Bura informasiyanın
mənsubiyyətinə və təyinatına görə hərəkətinə nəzarət, informasiyanın sosial
təcrübəyə (konkret hərəkətlərə, fəaliyyətə, dəyişikliklərə) çevrilməsinə nəzarət,
hesabat informasiyasının direktiv informasiyaya uyğunluğuna nəzarət kimi
müxtəlif istiqamətləri aid etmək olar. Təşkilat rəhbərləri, onların xüsusi nəzarət
şöbələri informasiyaya daim nəzarət etməli, ötürücünün, qəbuledicinin,
informasiya kanallarının sazlığına diqqət yetirməlidir. Bu zaman informasiya
axınlarında əks-əlaqəyə xüsusi diqqət yetirilməlidir.
İdarəçilikdə informasiyanın təşkili prosesinə texniki-texnoloji yeniliklərin
tətbiqi kompleks xarakterli olub informasiya, təşkilati, hüquqi, sosial-psixoloji,
kadr, texniki, məntiqi-semantik və bir çox digər amillərin eyni vaxtda və
razılaşdırılmış şəkildə istifadə olunması ilə bağlıdır. Bütün bunlar kompleks
yanaşmanın tətbiq olunması ilə, həm informasiya ilə iş sisteminin, həm də
idarəetmənin funksional və təşkilati strukturunun, idarəetmə münasibətlərinin
xarakteri və quruluşunun, bir sıra digər idarəetmə hadisələrinin keyfiyyətcə
dəyişdirilməsini tələb edir.
İnformasiya təminatına proqnozlaşdırma zamanı texniki-iqtisadi və
kommersiya xarakterli informasiyalardan istifadə olunması nəinki yeni texnika və
texnologiyanın tətbiqi üzrə əsaslandırılmış proqnozların tərtibatına, hətta
perspektiv inkişafın müəyyən edilməsinə təminat yaradır. Elmi-texniki işləmələrin
başa çatdırılmasından sonra onun texniki səviyyəsinə qiymət verilməlidir.
İşləmələr sənaye müəssisələrində tətbiq edildikdən sonra bütün mərhələlərə yekun
qiymət verilir ki, bu da texniki-iqtisadi ədəbiyyatlardan, patent fondundan,
standartlardan, «Now-How», reklam materiallarından və i.a. informasiyalara
əsaslanır.
İqtisadi inkişafı səviyyəsindən asılı olmayaraq dövlət idarəetmə orqanları
elmi-texniki nəticələrin həyata keçirilməsi üzrə cari planların və perspektiv
proqramların yerinə yetirilməsinin gedişatına, ölkədə patent-hüquqi aktivliyinin
82
genişlənməsinə, patent-lisenziya əməliyyatlarının həyata keçirilməsinə, elmi-
texniki nailiyyətlərin iqtisadi cəhətdən stimullaşdırılması mexanizminin
formalaşması və həyata keçirilməsi işləri üzərində sistematik nəzarət işi
aparılmalıdır. Həmin nəzarət funksiyasını həyata keçirmək üçün dövlət idarəetmə
orqanlarında yeni informasiya texnologiyaları haqqında məlumatlar toplanmalı,
onların sənaye miqyasında tətbiqinin gedişatı üzrə aparıcı təşkilat müəyyən
edilməlidir.
Kommunikasiya texnologiyaları içərisində İnternet mühüm əhəmiyyət kəsb
edir və son dövrlərdə dünya birliyinin informasiya strukturunun mühüm əhəmiyyət
kəsb edir və son dövrlərdə dünya birliyinin informasiya strukturunun mühüm
elementinə çevrilmişdir. İnternet mərkəzləşdirilmiş idarəetmə orqanına malik
olmayan, uzaq müraciətli telekommunikasiya kanalları ilə birləşdirilmiş qlobal
şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter internetə qoşulur və onların
real sayım müəyyən etmək qeyri-mümkündür.
İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsi, IKT-nin
dövlət idarəçiliyinə tətbiqi və dövlət idarəetməsinin informasiya sistemlərinin
inkişaf etdirilməsi baxımından son dövrlərdə dünyanın müxtəlif ölkələrində
reallaşdırılmağa başlanılmış «elektron hökumət» layihəsini xüsusi qeyd etmək
lazımdır. Elektron hökuməti «informasiyanın elektron vasitələrlə işlənilməsi,
ötürülməsi və yayılması əsasında qurulmuş dövlət idarəetməsi sistemi» kimi
müəyyənləşdirmək olar.
Vətəndaşların və təşkilatların müraciətlərinin işlənilməsi təşkilati və
təşkilatlararası elektron sənəd dövriyyəsi sistemləri çərçivəsində vətəndaşların və
təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin
avtomatlaşdırılmasını təmin edir və bu zaman ərizənin işlənilməsinin standart
marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq
əlavə olunan sənədlər paketinin yaradılmasını, həmçinin sənədlər paketinin
hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir.
İdarəetmənin bütün səviyyələrinin informasiyalaşdırılması ilə bağlı tədbirlər
həm cəmiyyətin daxilində, həm də dövlətlə vətəndaşlar arasında informasiya
83
mübadiləsi prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. Bunun nəticəsində isə dövlət
idarəetməsinin səmərəliliyi yüksələcək, iqtisadiyyatda və cəmiyyətdə baş verən
proseslərin monitorinqi və bu proseslərin vaxtında tənzimlənməsi ilə bağlı
qərarların qəbulu üçün prinsipcə yeni imkanlar yaranacaqdır. Müasir informasiya
texnologiyalarının nazirlik və təşkilatların, yerli hakimiyyət orqanlarının işinin
təşkilinə tətbiqi idarəetməyə çəkilən xərclərin azaldılmasına imkan verəcəkdir. Bu
layihə çərçivəsində dövlətin informasiya resurslarının vahid bir sistemə inteqrasiya
olunması təsərrüfat əyintilərinin, vergidən yayınma hallarının, qanun
pozuntularının sayının kəskin şəkildə azaldılmasına imkan verəcəkdir.
84
XÜLASƏ
Magistr dissertasiyası idarəetmə prosesinin aktual məsələlərindən biri olan
idarəetmə prosesinin informasiya təminatına həsr olunmuşdur.
Dissertasiya işində idarəetmə prosesinin informasiya təminatının nəzəri-
metodoloji əsasları tədqiq edilərək onun müasir vəziyyəti öyrənilmiş, habelə
idarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsinin başlıca
istiqamətləri müəyyən edilmişdir. Eyni zamanda dissertasiya işində idarəetmə
prosesinin
informasiya
təminatının
formalaşmasının
nəzəri-metodoloji
əsaslarından, idarəetmə prosesinin informasiya köməkçi sistemlərinin yaradılması
və istifadəsinin müasir vəziyyətindən, habelə idarəetmə prosesində yeni
informasiya texnologiyalarından istifadə istiqamətlərindən bəhs olunur.
РЕЗЮМЕ
Магистерская диссертация посвящена одному из актуальных вопросов
процесса управления - процессу управления информацией.
В процессе диссертации изучены теоретические и методологические
основы информационного обеспечения и его текущее состояние, а также
основные направления совершенствования информационного обеспечения
процесса управления. Одновременно, обсуждаются теоретические и
методологические основы формирования информационного обеспечения в
процессе диссертации, текущее состояние создания и использования систем
информационной поддержки в процессе управления, а также использование
новых информационных технологий в процессе управления.
85
SUMMARY
Master dissertation is dedicated to the information management process, one
of the topical issues of the management process.
The theoretical and methodological bases of the information provision in the
dissertation process were studied and its current state was studied, as well as the
main directions of the improvement of the information provision of the
management process. At the same time, theoretical and methodological bases for
the formation of the information provision in the dissertation process, the current
state of the creation and use of information support systems in the management
process, as well as the use of new information technologies in the management
process are discussed.
Dostları ilə paylaş: |