M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə174/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   170   171   172   173   174   175   176   177   ...   184
muhazire FELSEFEyeni (1)

Məntiqi idrak və onun formaları
Hissi idrakın yerinə yetirə bilmədiyi vəzifələri məntiqi və ya rasional idrak yerinə yetirir. Cisim, proses və hadisələrin xarici, ayrıca cəhət və əlamətlərinin bilavasitə dərk edilməsindən onların ümumi, daxili, bilavasitə qavranılmayan qanunauyğunluqlarının rasional dərkinə məhz məntiqi təfəkkür sayəsində keçilir.

Məntiqi idrak obyektiv gerçəkliyin cisim, proses və hadisələrinin, əlaqə və münasibətlərinin insan beynində bilvasilə abstrakt və ümumiləşmiş inikasıdır. Məntiqi idraka verilən bu xarakteristikadan aydın olur ki, onun üç fərqləndirici əlaməti vardır.

Məntiqi idrakın birinci əlaməti onun gerçəkliyin bilvasilə inikası olmasıdır. Məntiqi idrakın bu əlaməti aşağıdakı səbəblərlə şərtlənir:

əvvəla, təfəkkürlə maddi aləm arasında əlaqələndirici həlqəni cisim və hadisələrin hissi qavrayışları təşkil edir;

Ikincisi, insan xarici aləmin bir çox hadisələrini digər adamlarla ünsiyyət nəticəsində fikrən dərk edə bilir;

Üçüncüsü, gerçəkliyin bizə məlum olmayan bir çox cəhətlərini əqli nəticə yolu ilə artıq məlum olan müddəalar vasitəsilə dərk edə bilirik.

Məntiqi idrakın ikinci əlaməti onun gerçəkliyin abstrakt inikası olmasıdır. Məntiqi idrak ona görə abstraktdır ki, gerçəkliyin cisim və hadisələrinin mühüm əlamət və əlaqələrinin dərki yalnız onların qeyri-mühüm, təsadüfi cəhətlərindən sərfnəzər edilməsi yolu ilə əldə edilir.

Məntiqi idrakın üçüncü əlaməti onun gerçəkliyin ümumiləşmiş inikası olmasıdır. Bu o deməkdir ki, təfəkkürün formaları əhatə etdikləri çoxlu cisim və hadisələri vahid qrupda ümumiləşdirməyə əsas verir.

Məntiqi idrakın əsas formaları anlayış, mühakimə və əqli nəticədir.

Məntiqi idrakın ilkin forması olan anlayış cisim və hadisələrin, proseslərin onların əlaqə və münasibətlərinin ümumi və mühüm əlamətlərini əks etdirən məntiqi təfəkkür formasıdır. Əks etdirdikləri cisimlərin konkret və bilavasitə inikasından ibarət olan hissi idrak formalarından (duyğu, qavrayış, təsəvvür) fərqli olaraq cisim və hadisələrin, onların əlaqə və münasibətlərinin bilavasitə, ümumiləşmiş, abstrakt obrazıdır. Qavrayışda cisiın və hadisələrin ən müxtəlif, o cümlədən təsadüfi, qeyri-mühüm əlamətləri əks oluna bildiyi halda, anlayışlarda cisimlərin yalnız mühüm, zəruri, ümumi əlamətləri əks olunur. Misal üçün "insan" anlayışını götürək. Bu anlayışda hər bir ayrıca adamın bütün əlamətləri əks olunmur. Burada insanın milliyyəti, irqi, cinsi, yaşı, zahiri əlamətləri, ictimai rütbəsi haqqında məlumat yoxdur. Bu anlayışda bütün adamlara xas olan ümumi və mühüm əlamətlər - əmək qabiliyyəti, düşünmək, sosial fəallıq, islehsal etmək bacarığı təsbit olunur.

Anlayışların qərarlaşması və inkişafı prosesi göstərir ki, onlar daxilən ziddiyyətli olub, bir tərəfdən obyektiv və subyektiv, digər tərəfdən isə mütləq və nisbi momentləri ehtiva edir.

Anlayışlar obyektivdirlər, belə ki, onların məzmunu bu anlayışlarda əks olunan obyekliv gerçəklikdən asılıdır. Hər bir anlayış öz məzmununu real və obyektiv surətdə mövcud olan cisim və hadisələrdən, onların mühüm və ümumi əlamətlərindən alır.

Anlayış obyektiv olmaqla yanaşı, həm də subyektivdir. Belə ki, anlayışlar insanlar tərəfindən yaradılır və onların məqsədəuyğun fəaliyyətinə xidmət edirlər. Söz anlayışın dildə ifadəsi, maddiləşmiş formasıdır. Anlayış isə sözün daxili halı, onun məzmunudur.

Söz anlayışdan istifadə etməklə insan bəşəriyyətin çoxəsrlik ictimai praktikasının nəticələrindən istifadə etmək imkanı qazanır.

Məntiqi təfəkkürün çox mühüm ünsürünü təşkil edən anlayışlar insan şüurunda bir-birindən təcrid edilmiş halda deyil, öz aralarında əlaqələnmiş formada mövcud olurlar. Anlayışların bu daxili əlaqəsi rasional idrakın mühakimə forması vasitəsilə həyata keçirilir.

Mühakimə cismin hər hansı əlamətini, xassəsini, onun maddi aləmin digər cisim və hadisələri ilə əlaqəsini, habelə meydana gəlməsini, funksiyalaşmasını və inkişafını əks etdirən fikirdir. Mühakimə təfəkkürün elə formasıdır ki, onda cisim və hadisələr haqqında nə isə iqrar edilir (məsələn, atom kimyəvi cəhətdən bolünməzdir). İnsan özünün hər bir fikrini hökmən müəyyən mühakimə formasında ifadə edir.

Cisimlərin ancaq ümumi, mühüm əlamətlərini əks etdirən anlayışlardan fərqli olaraq mühakimələrdə onların hər cür xassəsi, keyfiyyəti, əlaməti, əlaqə və münasibətləri əks olunur. Fikirləşmək hər şeydən əvvəl mühakimə yürütmək deməkdir, mühakimə yürütmək isə cismi, hadisəni, prosesi fıkrən mənimsəməkdir.

Dildə mühakimə cümlə formasında ifadə olunur, mühakimə də cümlə xaricində meydana gələ bilməz.

Rasional idrakın əsas formalarından biri də əqli nəticədir. Mühakimələr anlayışların əlaqəsini əks etdirdiyi kimi, əqli nəticələr də mühakimələrin münasibətini ifadə edir.

Əqli nəticə elə bir fikir aktıdır ki, onun vasitəsilə obyektiv aləmin cisim və hadisələri haqqında verilmiş mühakimələrdən yeni mühakimə çıxarılır. lakin elə mühakimələr var ki, onların həqiqiliyinə inanmaq üçün canlı seyr kifayət deyil. Məsələn, "Yer Günəş ətrafında fırlanır", "cisimlər qarşılıqlı cəzb olunur" və s. mühakimələrin həqiqiliyi bilvasitə deyil, əqli nəticə ilə bağlı mühakimələr əsasında təsdiq olunur. İnsan hiss orqanlarının bilavasitə əks etdirə bilmədiyi hadisələri əqli nəticənin köməyilə qavrayır. Əqli nəticə şeylərin gizli, daxili xassələrini, əlaqələrini, mahiyyətini, inkişaf qanunauyğunluqlarını dərk etmək üçün çox mühüm vasitədir. Əqli nəticədən istifadə etmədən kainatın qanunauyğunluqlarını, göy cisimlərinin ölçüsünü, kütləsini, kimyəvi tərkibini, atomdaxili prosesləri, materiyanın strukturunu dərk etmək mümkün olmazdı.

Əqli nəticənin müxtəlif növləri vardır. Onlardan geniş yayılmışı induktiv, deduktiv və traduktiv əqli nəticədir.

İnduktiv əqli nəticənin gedişində təkcə və xüsusi mühakimələrdən ümumi nəticə çıxarılır. Məsələn, insanlar ictimai praktikanın gedişində inanmışlar ki, dəmir, mis, sink, gümüş və başqa metallar qızdırıldıqda genişlənir. Bu hadisəni milyon dəfələrlə müşahidə etmək əsasında onlar belə bir ümumi nəticəyə gəlmişlər ki, metallar qızdırıldıqda genişlənir.

Deduktiv əqli nəticədə ümumi mühakimədən xüsusi nəticə alınır və bu zaman insan ümumidən, abstraktdan xüsusiyə, konkretə qayıdır. Lakin bu qayıdışdan alınan bilik daha zəngin, daha əhatəli olur. Məsələn, "bütün metallar elektriki yaxşı keçirir" və "mis metaldır" mühakimələrinin müqayisəsindən belə bir deduktiv əqli nəticə çıxarmaq olar: "mis elektriki yaxşı keçirir".

Deduktiv və induktiv əqli nəticələrdən əlavə elə əqli nəticələr də vardır ki, bu zaman xüsusi nəticə xüsusi mühakimələrdən, ümumi nəticə isə ümumi mühakimələrdən çıxarılır. Traduktiv adlanan bu əqli nəticənin əsas növlərindən biri analogiyadır.

Analogjya elə əqli nəticədir ki, bu zaman iki və daha çox predmetin, hadisənin bir neçə əlamətinin oxşarlığından onların digər əlamətlərinin də oxşar ola bilməsi nəticəsi çıxarılır. Məsələn, X.Hüygens səs və işığın eyni əlamətlərə (əks olunma, sınma, dispersiya, difraksiya və s.) malik olması faktından səs kimi işığın da dalğa təbiətli olması nəticəsinə gəlib çıxmışdır. Analogiyaya əsasən çıxarılan əqli nəticələr əsasında mühüm elmi kəşflər edilməsi faktı elm tarixində nadir hadisə deyildir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin