M ü n d ə r I c a t


Vermikulturanın heyvandarlıqda  və  tibbdə qida məhsulu   kimi isti-



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə184/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   437
Vermikulturanın heyvandarlıqda  və  tibbdə qida məhsulu   kimi isti-

fadə  imkanları.  Ölkəmizin  və xarici  tətqiqatların  sübut  etdiyi  kimi,  vermi-


214 

 

kultura  biohumus  istehsal  etməklə  yanaşı,  təsərrüfat  yönümlü  müxtəlif 



istiqamətli istifadə üçün perspektividir. Biokütlənin yüksək qidalılıq dəyəri, 

bir  sıra  xəstəliklərin  yaranmasına  və  inkişafına  mane  olan  bir  çox  maddə-

lərin olması buna təminat verir. Vermikulturanın heyvandarlıqda istifadəsini 

nəzərə alıb, 1 t üzvi qida, əvvəl deyildiyi kimi, qurdlar-emal etdikdə 600 kq 

humusdan başqa 100 kq qurdların biokütləsində toplanır. Qurdların  toxma-

larında  quru  maddə  17-23%  təşkil  edir.  Proteinin    miqdarı  60%.  lipidlər  -

6...9  %,  azotlu  ekstraktiv  maddələrin  7-16  %-ə  çatır.  Qurdların  bədənində 

müvafıq emal etdikdən sonra zülal unu hazırlanır ki, aminturşuları tərkibinə 

görə  ətə  yaxındır,  qlitsin  istisna  olmaqla,  bütün  əvəzolunmayan  amin-

turşuları onun tərkibində daha çoxdur. Kənd təsərrüfatı heyvanların və quş-

ların qida rasionuna qurdların biokütləsinin əlavə olunması məhsul çıxımı-

nın artmasına və onun keyfiyyətinin yaxşılaşmasına gətirir. Belə ki, 104 gün 

ərzində rasiona 1% qurd biokütləsi əlavə edildikdə, toyuqların yumurtaması 

20  %  artır.  Eyni  zamanda  proteinin  miqdarı  çoxalıb.  İnəklərin  qida  rasio-

nuna 0,5 kq  təzə qurd biokütləsi əlavə etdikdə süd sağımı 22% artır. Qurd-

ların  biokütləsində  və  tərkibində  proteinin  miqdarının  yüksək  olmasına 

xüsusi fikir vermək lazımdır, hansı ki, 68-82% arasında tərəddüd edir. Bəzi 

tədqiqatçılar hesab edir ki, yüksəkqiymətli zülalın sənaye üsulu ilə intensiv 

istehsalı üçün təbiətdə onların analoqu yoxdur. 

Vermikulturanın  tibbdə,  farmakologiyada,  kosmetika  sənayesində 

tətbiqi maraqlıdır. Qurdların müxtəlif tipli ekstraktları tibbi preparatlar kimi 

istifadə  olunur,  dəri  üçün  qoruyucu  kosmetika  kimi  və  s.  Belə  ki,  vermi-

kulturadan alınan ekstraktlar əsasında maz hazırlanıb ki, ekzema, lişay aşağı 

ətrafların  varikoz  xorasında  effektlidir.  Göz  xəstəliklərində  istifadə  olunan 

preparatlar alınmışdır və s. 

Çin təbabətində torpaq qurdların 2 mln ilə yaxın istifadə olunur, artıq 

son  vaxtar  burada  müasir  metod  və  texnologiyalarla  virusəleyhinə  və  şiş-

əleyhinə zərdablar hazırlanır. 

Hesab olunur ki, vermikultura zülal tərkibinə görə heyvan əti və balıq-

dan,  soya  paxlasından,  dəndən,  quru  süddən  çox  üstündür,  ancaq  qida 

əlavəsi kimi effektiv istifadə olunan göyyaşıl yosunla müqayisə etmək olar. 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin