2.11.3. Aqroekosistemlərin təşkilinin əsas prinsipləri
Uzun müddətli təkamül prosesində təbii ekosistemlər özünütənzim-
ləmə və özünübərpaetmə xassəsi qazandılar. Təbii ekosistemlər aqroekosis-
temlərə, o cümlədən aqrolandşaftlara trasformasiya edərkən, maddə-enerji
və informasiya əlaqələri əhəmiyyətli dərəcədə dəyişir. Əgər belə dəyişmələr
yol verilən həddən kənara çıxırsa, onda landşaftların əsas komponentlərinin
özünü yaratmaq xassəsi itir və nəticədə tez deqradasiyaya uğrayır. Müasir
aqrolandşaft - bu yalnız yenidən formalaşmış təbii-ərazi kompleksi deyil,
həm də spesifik təbii-təsərrüfat genezisi olan çoxkomponentli formalaş-
madır; ekoloji situasiyalı fitosenotik görüntüdür.
Baxmayaraq ki, aqrolandşaftların gələcəyi əsasən təsərrüfat fəaliyyəti
ilə təyin olunur, o çox hallarda təbii və antropogen strukturların ərazi və təş-
kilati uzlaşmasından asılıdır.
Adaptiv-landşaft torpaqdan istifadə etmə kənd təsərrüfatı istehsalı
proseslərində insan və təbiətin daha harmonik qarşılıqlı təsirinə çatmağa
yönəlmişdir. Bu zaman nəzərə almaq lazımdır ki, əgər landşaftşünaslıq- ar-
tıq formalaşmış elm sahəsidirsə, onun vacib qolu olan aqrolandşaftşünaslıq
hələ yeni yaranma prosesindədir. Aqrolandşaftşünaslıq aqroekosistemlərin
formalaşması və funksiyalaşması qanunauyğunluqlarını öyrənməli, əkinçili-
yin yeni sisemlərinin modelləşmə metodlarını hazırlamalı, optimal aqro-
lanşatların konstruksiyalaşdırılması yollarını əsaslandırmalı, sosial aqro-
ekologiyanın aktual problemlərini həll etməli, aqronomik yönümlü geoin-
formasiya sistemlərini hazırlamalı və əsaslarını formalaşdırmalıdır.
Aqrolandşaftların yaradılması aşagıdakıları prinsipləri tələb edir:
Dostları ilə paylaş: |