Polixlorbifenillər (PXB). Polixlorlamış bifenillər – aroxlorlar, kane-
xlorlar, fenoxlorlar, xlorofenlər XX əsrin 20-ci illərindən sonra aktiv tət-
biqini tapdılar. Hazırda yağın, mazların, hidravlik mayelərin, adgezinlərin
və tipoqrafiya boyalarının komponentləri kimi istifadə olunur. Onlar
plassmas ıstehsalında və elektrik sənayesində istifadə olunur.
İlk öncə PXB xlorüzvi pestisidlərin və onların metabolitlərinin tərki-
bində olurdu. Sonradan onlar sənaye mənşəli çirkləndiricilər sinfinə aid edil-
di. PXB-in dünyada istehsalı 4 mln tondur. Onlardan 53% qapalı, 16% şərti
qapalı sistemlərdə, qalan kütlə isə bu və ya digər formada ətraf mühitə
yayılır. Nəticədə 400 min ton PXB qlobal ekosistemdə sirkulyasiya edir.
İstehsal olunan PXB-in təxminən yarısı ətraf mühitə düşür. Bu maddələr
praktiki olaraq hər yerdə tapılır.
PXB DDT kimi çətin parçalanan preparatlardır, ətraf mühitdə geniş
yayılıb. Açıq havada PXB-in yarımparçalanma dövrü 10-100 il, torpaqda
təxminən 5 ildir. PXB balıqlarda, dəniz heyvanlarında, quşlarda, marqarin-
də, ana südündə və insanın piy toxumalarında tapılmışdır. İnsanda PXB qara
ciyərin zədələnməsinə səbəb olur, həm də böyrəklərin və dalağın, qüzehli
qişanın bulanmasına, piqmentləşmə dəyişməsinə və əsəb pozuntularına sə-
bəb olur.
PXB-in zəhərli təsiri onların DDT ilə qarşılıqlı təsirindən yüksəlir.
PXB-nin tipik nümayəndələri:
Bir çox ölkələrdə N- nitrozo birləşmələrin və onların səbəblərinin
miqdarının artması ekosistemlərə neqativ təsiri, insan və heyvanların sağ-
lamlığına real təhlükə yaradır. Torpaqda nitrozoamillərin olması, onun bitki-
lərə ekzogen yolla daxil olmasından xəbər verdiyini torpaq-bitki sistemində
nitrozoamillər yarana və parçalana bilərlər. Torpaqdan bitkiyə daxil olan
nitrozobirləşmələr fermentlərin təsirindən denitrozlaşmaya və başlanğıc
maddələrə qədər parçalana bilərlər. Bundan başqa, ilkin maddələr: aminlər,
amidlər, nitratlar və bəzi amin turşuları olduqda, bitkinin özündə də nit-
314
rozoaminlər yarana bilir. Nitrozlaşma reaksiyasının katalizatorlarına aiddir:
xloridlər, bronidlər, halogenidlər, metal duzları, Mo, Cu, Fe, Hd, Co, xloro-
gen və fol turşularının kompleks birləşmələri. Nitrozlaşma reaksiyalarının
ingibitorları: askorbin turşusu, tokogerol, lizin, freohin, kofein və ferul tur-
şularıdır.
Methemoqlobinin yaranması HNO – OH + NO +; Fe+2 +NO + - Fe 3+
NO- normal vəziyyətdə insan orqanizmində 2%-ə yaxın methemoqlobin
yaranır. Lakin eritrositlərin reduktorları yaşlı insanda methemoqlobini he-
moqlobinə çevirə bilir.
Dostları ilə paylaş: |