Dərman vasitələri. Ərzaq məhsulları müxtəlif dərman maddələrilə
çirklənə bilər. Bu maddələrin bəziləri uzun müddət heyvandarlıq məhsulla-
rında qala bilir və insan orqanizminə düşərək sağlamlığına təhlükə yaradır.
Xüsusilə təhlükəlidirlər antibiotiklər, sulfanolamid preparatları, nitro-
faqanlar, hormonal preparatlar. Dünyada istehsal olunan antibiotiklərin ya-
rısı heyvandarlıqda tətbiq olunur. Böyük Britaniyada quşların hamısı, do-
nuzların və inəklərin 90%-i, iri buynuzlu heyvanların 60%-i tərkibində anti-
biotiklər olan yemlərlə saxlanılır. ABŞ-da yemlərin 90%-i donuz və quşlar
üçün olan, 82% buzovlar üçün olan yemlər antibiotiklərlə zənginləşdirilib.
Sulfanilamidlər - kənd təsərrüfatı heyvanları və quşlarının müalicəsi
və profilaktikası üçün işlədilir, buna görə də ərzaq məhsullarına düşürlər.
Sulfanil antibiotiklərə nisbətən daha ucuz və tapılandırlar. Rusiyada bu
maddələrin tibbi - bioloji tələbatları gözlənilmir. ABŞ-da onların YV
səviyyəsi 0,1 mq/kq ətdə, süddə 0,01 mq/kq. Buna baxmayaraq, ərzaq
məhsullarında sulfanilamidlər yüksək qatılıqda tapılır.
Nitrofuranlar - yüksək antimikrob aktivliyinə malikdirlər, onları in-
feksiyalara qarşı mübarizədə istifadə edirlər, antimikrob əlavələri kimi hey-
van və quşların yemlərinə qatılır.
Bəzi heyvan və bitki mənşəli ərzaq məhsullarında təbii hormonal və
hormona bənzər birləşmələr olur. Lakin onların miqdarı çox azdır, insan or-
qanizminə təsir etmirlər. Hormonal preparatların qidaya düşməsinin başqa
yolları da var - heyvanların böyüməsini stimulə etmək, yemlərin mənim-
sənilməsini yaxşılaşdırmaq, hamiləlik vaxtını reqlamentləşdirmək və s.
Bu zaman tibbi- gigiyenik tələbatlara riayət olunmalıdır.
Dostları ilə paylaş: |