bağırsaq traktından asanlıqla daxil olur. Dioksinlər canlı orqaqnizmlərdən
çox yavaş çıxır, insandan isə praktiki olaraq çıxmır. Hətta, dioksinlərin ən az
mühiti çirkləndirən, ən geniş yayılanı politiklik aromatik karbihidrogenlər-
texniki emalının bəzi növlərində yaranır. (400-500 dərəcə - də kömürün
kokslaşdırılması, neftin krekingi və s.) Bəzi hallarda BP kosmokimyəvi və
neft emalı müəssisələrinin çirkab suları ilə bitkiləri suvarma nəticəsində
torpağa daxil olur. BP çirklənməsinin əsas mənbəyi avtomobil nəqliyyatı
312
hesab olunur (qrum və mühərrik qazları). Bu zaman təkcə torpaq deyil, kənd
təsərrüfat yerləri, daha dəqiq desək, onların üzərində bitən bitkilər çirklə-
nirlər. Avtotransportdan atmosferə düşən BP müxtəlif ekosistemlərin və
ətraf mühitində gedən fiziki-kimyəvi və biokimyəvi proseslərdə iştirak
edirlər. Nəticədə yolun kənarlarında çirklənmə zonaları yaranır. BP tullantı
mənbələrindən 3-25 km məsafəyə daşına bilir. Bu maddələrlə ətraf mühitin
çirklənməsi regional xarakter daşıyır. BP çox yüksək davamlığı ətraf mü-
hitdə onların torpaqda, suda və havada toplanmasına səbəb olur. Torpağın
çirklənməsi kənd təsərrüfatı bitkilərində BP - nin toplanmasına səbəb olur,
lakin torpaqda olan mikroorqanizmlər oksidləşdirici fermentlərin köməyilə
onu parçalaya bilirlər. BP çirklənməsinin bioloji təmizləmə üsulu var. BP-
nin miqdarı torpaqda 0,2-12,8 mq/kq arasında dəyişir.
Onkoloji xəstəliklərin artması ətraf mühitdə politsiklik aromatik kar-
bohidrogenlərin, o cümlədən 3,4 benz(a)pirenləri geniş yayılmasıdır. Bu
maddələr yanacağın natamam yanması və üzvi maddələrin termiki emalının
bəzi növlərində formalaşır –kömürün kokslaşması, neftin krekinqi. BP
çirklənmənin əsas mənbələri avtomobil nəqliyyatının tullantılarıdır. Çirklən-
mə mənbəsindən 2-2,5 km məsafədə BP yayılır. Torpaqda, suda və havada
BP geniş yayılıb. Lakin torpaqda olan mikroorqanizmlər BP –i oksidləş-
dirici fermentlərin köməyilə parçalayır. BP çirklənmiş torpağın bioloji
təmizlənməsi mövcuddur.
ġəkil 2.48. Benz (a) prenin yaranması. Bir çox konserogen maddələr üçün
xarakterik olan strukturda ―dərinləşmə‖ oxla göstərilir.
3,4 benz (a) pren