1.4. Demekologiya - populyasiyaların ekologiyası
1.4.1. Populyasiya termini
Elmə 1903-cü ildə Danimarka alimi V.İohansen tərəfindən gətirilib.
O, genetik cəhətdən müxtəlif olan, eyni növə məxsus fərdlərin cəmini qrup-
laşdırmaq üçün bu termindən istifadə edib. Sonralar bu anlayışdan müəyyən
ərazini tutan növün tərkibini xarakterizə etmək üçün istifadə olundu.
B.A.Bıkovun fikrincə (fransızcadan ―popylation‖ - sakin) populyasiya
- öz-özünü yaradan, sərbəst cütləşmə yolu ilə müəyyən saya malik olan və
coğrafi ərazidə yaşayan, müxtəlif mexenizmlərlə təcrid olunan eyni növ
daxilində fərdlər qrupudur. Məhz populyasiyalarda yenidənqurma baş verir,
sonra bütün biosenozlara yayılır. Q.A.Novikov populyasiyanın daha ətraflı
izahını verib. Onun fikrincə ekoloji populyasiya – təbii və ya insanların tə-
sirindən yaranan, ümumi birləşmiş, az və ya çox ərazi tutan, genetik
qohumluğu olan bir və ya bir neçə biogeosenoza məxsus olan növün fərd-
lərinin cəmidir.
Dostları ilə paylaş: |