1.3.3. Orqanizmlərin həyatında suyun rolu
Su canlı orqanizmlərin faliyyətində mühüm əhəmiyyətə malikdir. O,
biokimyəvi reaksiyalar üçün əsas mühit, protoplazmanın vacib tərkib hissə-
sidir. Orqanizmin mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən
ibarətdir: orqanizmə suyun daxil olması və onun ətraf mühitə verilməsi. Su
mübadiləsində suyun yalnız 5%-i fotosintezə, qalanı isə buxarlanmanın
kompensasiyasına və turqorun saxlanmasıına sərf olunur.
Bitkilər suya olan tələbatına görə bir neçə qrupa bölünür: hiqrofitlər
– olduqca rütubətli torpaqlarda bitənlər, hidrofitlər – bütün həyatını suda
yaşayanlar, reofitlər – iti axan çaylarda bitənlər, mezofitlər – orta dərəcədə
rütubət sevənlər, kserofitlər – rütubətə az tələkar olanlar. Kserofitlər aşağı-
dakı ekoloji-fizioloji qrupları əhatə edirlər: sukkulentlər - ətli yarpağı və ya
gövdəsi olan, istiyə davamlı, lakin susuzluğa dözümsüz bitkilər. Hemik-
serofitlər – kök sistemi qrunt suyuna çatan, quraqlığa davamlı, lakin uzun
müddət susuzluğa dözməyən, tarnspirasiya və maddələr mübadiləsi intensiv
gedən bitkilər.
Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getmə-
yən, susuzluğa və istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər,
məs. yovşan.
Noykilokserofitlər – su çatışmadıqda anabioz hala keçən, lakin tənəf-
füs tam mühafizə olduğu üçün hüceyrə strukturu pozulmayan bitkilər.
Sklerofitlər – morfoloji əlamətlərinə və su balansı saxlamaq prinsipinə
30
görə sukkulentlərə ziddir. Sklerofitlər dehidrotasiyaya qarşı möhkəm toxu-
malarının olması ilə seçilur. Onlar 25% su itirdikdə belə heç bir pataloji
nəticəyə məruz qalmır.
Halofitlər – duzlu şəraitdə bitən, xlorlu, kükürdlü duzlarla döymuş
torpaq məhlulundan istifadə etməyə uyğunlaşan bitkilərdir. Suya olan
tələbatına görə heyvanlar hiqrofillərə və kserofillərə ayrılırlar.
Dünya okenının ekoloji zonaları su qatı – pelagial və suyun dibi –
bental hissədən ibarətdir. Dərinlikdən asılı olaraq bental – litoral, batial və
abissal zonaya bölünür. Litoral zona suyun daim hərəkətli hissəsidir, 50 sm
–dən 200 m -ə qədər dəyişən sahilboyu ekoloji zonadır. Abissal sahə okean
dibinin 2500 m -dən dərin olan sahəsidir. 6000-7000 m-ə qədər ola bilər. Bu
sahə daim qaranlıq olub, temperatur aşağı və sabit, yüksək təzyiq altında
olur. Abissalın bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yo-
sunlardan ibarətdir, heyvanları ya gözsüzdür, ya da böyük gözlərə malikdir.
Bir çox orqanizmlər özlərindən işıq verirlər. Okean dibinin bütün sakinləri
bentos adlanır.
Dostları ilə paylaş: |