M ü n d ə r I c a t


 Aqrolandşaftların ekoloji  davamlılığının qiymətləndirilməsi



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə313/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   437
3.11. Aqrolandşaftların ekoloji  davamlılığının qiymətləndirilməsi

 

Insanın  müasir  təsərrüfat  fəaliyyəti  təbii  bitkiliyin  məhv  edilməsi  və 



onun  kənd  təsərrüfatı  bitkilərilə  əvəz  olunması,  torpağın  intensiv  becəril-

məsi, gübrələrin, meliorantların, kimyəvi mühafizə vasitələrinin tətbiqi, su-

varma, qurutma  ilə müşaiyət  olunur ki,  bu da landşaftların funksiyalarının 

pozulmasına səbəb olur. Torpaq uzun müddət şumlandıqda neqativ dəyişik-

liklərə  məruz qalır: şum qatının  strukturu pozulur, humus və  qida element-

lərinin  miqdarı  azalır,  kalsiumsuzlaşma  baş  verir  ki,  bu  da  torpağın  mün-

bitliyini azaldır.  

Aqrolandşaftın davamlılığı – bu biosfer funksiyalarını saxlamaqla, ve-

rilmiş  istehsalat  və  sosial  funksiyaları  mühafizə  etmək  qabiliyyətidir 

(Кирюшин В.И., 1996). Aqrolandşaftların ekoloji davamlılığı üzvi maddə-

lərin, biogen elementlərin, mühitin reaksiyasının, oksidləşmə - bərpa şəraiti-

nin, torpağın, havanın, suyun struktur vəziyyəti və yaranması, torpağın bio-

loji aktivliyi, aqrosenozların fitosanitar vəziyyəti ilə realizə olunur. Obyekt-

lərdən  və  təsir  mexanizmindən  asılı  olaraq  ekoloji  davamlılıq  aşağıdakı 

qruplara bölünür:  

●  fiziki (litosferin davamlılığı, eroziyaya qarşı davamlılıq);  

●  bioloji  (bitkilərin  bərpaedici  və  mühafizə  funksiyası,  zərərli 

orqanizmlərə qarşı davamlılıq);  

●  geokimyəvi  (çirkləndirici  maddələrdən  öz-özünü  təmizləmə  qa-

biliyyəti  və  onların  zəhərliliyinin  azaldılması,  buferliyi,  duzlaşmaya  qarşı 

müqaviməti);  

●  hidrogeoloji  və  hidroloji  (səhralaşmaya,  bataqlaşmaya  və  bozqır-

laşmaya qarşı müqaviməti);  

● aqronomik (kənd təsərrüfatı bitkilərinin, otlaqların məhsuldarlığının, 

məhsulun keyfiyyətinin davamlılığı);  

●  iqtisadi (iqtisadi parametrlərin davamlılığı).  

 Təbii mexanizmlərin köməyilə sağ qalmağa yönəlmiş təbii ekosistem-

lərdən  fərqli  olaraq,  aqroekosistemlər  insanın  verdiyi  rejimə  uyğun 

məhsuldarlığa və məhsul keyfiyyətinə istiqamətləndirilir. Ekoloji davamlılıq 

birincilərdə    ikincilərdən  müqayisə  olunmaz  dərəcədə  yüksəkdir.  Onlardan 

aqrolandşaftların  formalaşdırılmasında  istifadə  zamanı,  bu  təbii  davamlılıq 

mexanizminə  xüsusi  marağı  müəyyənləşdirir.  Bu  mexanizmlərin  əsasında 

böyük  növ  müxtəlifliyində  maddələrin  bioloji  dövranı  və  çoxlu  sayda  or-

qanizmlər  durur  ki,  bu  da  davamlılığın  təminatının  əsas  faktoru  hesab  olu-

nur. Aqrosenozların böyük əksəriyyətində bioloji məhsuldarlıq təbii senoz-

lardan  azdır,  fitokütlənin  ümumi  ehtiyatına  görə  fərq  xüsusilə  böyükdür.  

Üzvi  maddələrin  ehtiyatının  toplanması, torpağın  biogenliyinin  yüksəlməsi 

– aqrolandşaftların davamlılığının  yüksəlməsinin ümumi şərtidir.  




375 

 

Aqrolandşaftların  ekoloji  davamlılığı  torpaqdan  istifadənin  optimal 



strukturu; canlı təbiətin və təbii senozların yerli genetik fondunun bərpası və 

qorunması; səth və yeraltı su ehtiyatlarının yerli və tranzit axınlarının rasio-

nal tənzimlənməsi və istifadəsi əsasında mühafizəsi; xüsusi mühafizə olunan 

təbiət  ərazilərinin  şəbəkələinin  artması  (qoruqlar,  milli  parklar,  sifarişçilər, 

təbiət abidələri) hesabına  yüksələ bilər.  

Landşaftın  ekoloji  davamlılıq  dərəcəsini ekoloji sabitləşmə  əmsalı ilə 

L

у

  qiymətləndirmək  olar,  hansı  ki,  İ.Rıbarski  və  E.Qayssə  görə  bir  neçə 



abiotik və  biotik  faktorları ümumiləşdirir. Abiotik faktorların ekoloji  sabit-

ləşmə  əmsalı  L

уа 

ətraf  mühitə  müsbət  (F



st

)  və  mənfi  (F

nst

)  təsir  göstərən 



landşaft elementlərinin sahələrinin cəminin nisbəti ilə xarakterizə olunur:  

              

Lya  =   

ΣFst / ΣFnst                                    (3.35) 

Biotik faktorların sabitləşmə əmsalı (L

yb

) isə F landşaftının bütün sa-



həsi  üzrə,  ekoloji  və  geomorfoloji  qiymətlərini  nəzərə  almaqla,  biotik  ele-

mentlərin xüsusi sahələrinin cəminin nisbətidir: 

                             

L

yb 



=  Σ(f

i

 .b



e

 

.



b

qe

)/F



                                (3.36) 

(3.35)  və  (3.36)  formullarında  F

ct 

-  meşə  +  yaşıl  əkinlər  +  təbii 



çəmənliklər + qoruqlar + sifarışlər + çoxillik otlar altında olan əkin torpaq-

ları:  yonca,  üçyarpaq  yonca,  qarışıq  otlar;  F

ist 

-  hər  il  becərilən  şumlar  + 



davamsız ot örtüyü olan torpaqlar + yamac torpaqları + yasaqlıqlar + yollar 

+ lilləşmiş su hövzələri + pozulmuş torpaqlar + pozulmuş torpaqlar (faydalı 

qazıntıların  çıxarılmasından  yaranan  karyerlər);  f

-i  biotik  elementinin  



sahəsi; b

- ayrı-ayrı biotik elementlərin ekoloji əhəmiyyətinin əmsalı: b



e

 = 0 


(abadlaşdırılmış ərazidə), b

e

=0,14 (şumda),  b



e

= 0,29 (tənəklikdə),  b

e

 = 0,38 


(iynəyarpaqlı meşədə), b

e

=0,43 (bağlar, meşə əkinləri, meşə zolaqları), be= 



0,5 (bostanda),  b

e

= 0,62 (çəmənlikdə), b



e

=0,63 (iynə-enli yarpaqlı meşədə), 

b

e

=0,68 (otlaqda), b



e

=0,79 (su hövzələri və axınlarında), b

e

=1 (enli yarpaqlı 



meşədə),  b

tm

-  relyefin  geoloji  -  morfoloji  davamlılığının  əmsalı:  b



tm

=1  - 


sabit, b

tm

=0,7– qeyri-sabit (qumsal, yamac, sürüşmə relyeflərində).    



 

 

Landşaftın davamlılığının qiymətləndirilməsi L



ya 

 və  L


yb 

 əmsallarına 

görə 3.53 cədvəlinin məlumatlarına əsasən aparılır. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin