4. 1. Dən emalı sənayesinin tullantılarının qiymətləndirilməsi
Dəndən un və yarma istehsalında ikinci məhsullar və tullantılar yara-
nır, hansı ki, ətraf mühitin çirklənməsi üçün potensial mənbədilər. Çörək
bişirmə unu buğda və düyü dənindən alınır. Yarma assortimentlərini səkkiz
yarma bitkisindən alırlar: düyü, qarabaşaq, darı, arpa, yulaf, noxud, qarğı-
dalı, buğda.
Əsas dənin tərkibindən asılı olaraq, əlavə məhsullar və I (dən 10-
50%), II (dən 2-10%) və III (dən 2%-dən az) kateqoriyalı tullantılaradlanır.
Yem əhəmiyyəti olmayan aşağı dən tərkibli dəntəmizləmə tullantıları (mine-
ral, metalmaqnit, kobud qarışıq), ətraf mühitin mexaniki çirklənmə mənbəyi
ola bilər.
Emala daxil olan dəndə 1% -dən 4% -dək alaq və 2-6%-dək dən
qarışıqları olur, hansı ki, dən təmizləmə şöbəsində müəyyən olunmuş nor-
mativə qədər çatdırılır. Dən emalı sənayesinin ikinci xammal ehtiyatlarının
(tullantıların) nomenklaturasının 8 adı var: yem-dən məhsulu, dən tullantı-
ları, xırda dənlər, döğrantılar, yem xırdalanmaları, luzqalar, un və rüşeym
(cədvəl 4.1- 4.8).
Dostları ilə paylaş: |